Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   32

 
 
 
 
SƏRƏNCAMLAR 
 
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi 
haqqında (No 170 / 01.05.1995) 
2. Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizədə əməkdaşlıq haqqında Azərbaycan 
Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında Saziş barədə (No 339 / 15.06.1996) 
3. Azərbaycan Respublikası gömrük əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında (No 
464 / 10.01.1997) 
4. "BYD Kitabçası  tətbiq edilməklə Beynəlxalq Yük Daşımaları haqqında" Gömrük Konvensiyasının 
Azərbaycan Respublikası ərazisində tətbiq edilməsi haqqında (No 527 / 31.03.1997) 
 5. "Azərbaycan Respublikası Hökumətinin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 
Hökumətinin gömrük xidmətləri arasında inzibati yardım haqqında Memorandum"u Azərbaycan Respublikası 
Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə (No 577 / 17.06.1997) 
6. "Azərbaycan Respublikası Hökuməti və Böyük Britaniya və  Şimali  İrlandiya Birləşmiş Krallığı 
Hökuməti arasında gömrük orqanlarının qarşılıqlı inzibati yardım haqqında razılaşma Memorandumu" barədə  
(No 702 / 02.12.1997) 
7. "Azərbaycan Respublikası vətəndaşları tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən və ya 
onların ünvanına göndərilən gömrük rüsumu tutulmalı olan malların siyahısının təsdiq edilməsi haqqında" 
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 15 sentyabr tarixli 133 nömrəli Sərəncamının qüvvədən 
düşməsi haqqında (No 779 / 14.04.1998) 
8. Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 
arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların 
ötürülməsi  şəbəkəsinin yaradılması Proqramı"nın Azərbaycan Hökuməti adından imzalamaq səlahiyyətinin 
verilməsi barədə (No 45 / 24.12.1998) 
9. Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında gömrük işi 
sahəsində əməkdaşlıq haqqında Sazişin Azərbaycan Respublikası Hökuməti adından imzalanması səlahiyyətinin 
verilməsi barədə (No 339 / 02.03.2000) 
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikasının 10. Dövlət 
Gəlirləri Nazirliyi arasında  əməkdaşlıq və gömrük sənədlərinin və gömrük təminatının qarşılıqlı tanınması 
haqqında Sazişin imzalanması səlahiyyətinin verilməsi barədə (No 387 / 07.04.2000) 
11. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikasının Dövlət 
Gəlirləri Nazirliyi arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, habelə silahların, döyüş 
sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz 
daşınmasına qarşı mübarizə sahəsində  əməkdaşlıq haqqında Sazişin imzalanması  səlahiyyətinin verilməsi 
barədə (No 388 / 07.04.2000) 
12. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikasının Dövlət 
Gəlirləri Nazirliyi arasında sərhəddən qanunsuz keçirilən qiymətli lmədəni sərvətlərin tutulub saxlanması  və 
qaytarılması  məsələləri üzrə  əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişin imzalanması  səlahiyyətinin 
verilməsi barədə (No 389 / 07.04.2000) 


 
13. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikanın Dövlət 
Gəlirləri Nazirliyi arasında qarşılıqlı yardım göstərilməsi haqqında Memorandumun imzalanması səlahiyyətinin 
verilməsi barədə (No 390 / 07.04.2000) 
14. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Dövlət Gömrük Komitəsi 
arasında xarici ticarətin gömrük statistikası sahəsində metodologiya və informasiya üzrə qarşılıqlı  fəaliyyət 
haqqında Protokol"u imzalamaq səlahiyyətinin verilməsi barədə (No 548 / 21.10.2000) 
15. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Dövlət Gömrük Komitəsi 
arasında qaçaqmalçılığa və gömrük qaydalarının pozulmasına qarşı mübarizə sahəsində  əməkdaşlıq haqqında 
Saziş"i imzalamaq səlahiyyətinin verilməsi barədə (No 549 / 21.10.2000) 
16. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Dövlət Gömrük Komitəsi 
arasında gömrük sənədlərinin və gömrük təminatlarının qarşılıqlı tanınması haqqında Saziş"i imzalamaq 
səlahiyyətinin verilməsi barədə (No 550 / 21.10.2000) 
17. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında gömrük 
qanunvericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və 
onlara qarşı mübarizə aparılması üçün qarşılıqlı inzibati yardım haqqında Sazişi imzalamaq səlahiyyətinin 
verilməsi haqqında (No 884 / 29.01.2002) 
18. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında 
Azərbaycan Respublikasının Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin təsis 
edilməsi haqqında Anlaşma Memorandumunu imzalamaq səlahiyyətinin verilməsi haqqında (No 885 / 
29.01.2002) 
19. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyasının Gömrük Komitəsi 
arasında xarici ticarətin gömrük statistikası sahəsində metodoloji və informasiya üzrə qarşılıqlı  fəaliyyət 
haqqında və  mədəni sərfətlərin qeyri-qanuni aparılması  və  gətirilməsi ilə mübarizə sahəsində  əməkdaşlıq 
protokollarını imzalamaq səlahiyyətinin verilməsi barədə (No 897 / 10.04.2002) 
20. Azərbaycan Respublikası Hökuməti ilə  İran  İslam Respublikası Hökuməti arasında gömrük 
məsələlərində  əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi haqqında 
(No 925 / 17.05.2002) 
21. Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Hökuməti arasında gömrük məsələləri 
üzrə qarşılıqlı yardım və əməkdaşlış haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi haqqında (No 1092 / 
15.11.2002) 
22. 1998-ci il mayın 21-də Moskva şəhərində imzalanmış "Moldova Respublikası, Ukrayna, Belarus 
Respublikası  və Rusiya Federasiyasının gömrük xidmətləri arasında meyvə-tərəvəz məhsullarının gömrük 
rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim edilməsi haqqında Saziş"in, 1999-cu il mayın 14-də Kiyev 
şəhərində imzalanmış  həmin Sazişin 3-cü maddəsinin icrası haqqında protokolun və 2001-ci il iyunun 7-də 
Moskva  şəhərində imzalanmış  həmin sazişin fəaliyyət müddətinin uzadılması haqqında protokolun təsdiq 
edilməsi barədə (No 1210 / 29.04.2003) 
23. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında qaçaqmalçılıq, 
gömrük qaydalarının pozulması  və beynəlxalq terrorizmlə mübarizə sahəsində  əməkdaşlıq haqqında Sazişi 
imzalamaq səlahiyyətinin verilməsi barədə (No 1295 / 04.07.2003) 
Ölkə prezidenti olarkən, bütün türk dünyasının lideri səviyyəsinədək yüksəlmiş,  İslam aləminin 
liderlərindən biri olan H. Əliyevin təklifi və təşəbbüsü ilə həyata keçirilmiş, Azərbaycan Respublikasının 
iqtisadi və siyasi həyatında mühüm əhəmiyyət kəsb edən aşağıdakı xidmətləri qeyd etmək lazımdır: 
1.  İndi H.Əliyevin adını daşıyan Binə hava limanının tikilməsi. Burada gömrük işi dünya standartları 
səviyyəsində qurulmuşdur; 
2. Naxçıvanda beynəlxalq standartlara cavab verən hava limanının tikilməsi və orada müasir tələblərə 
cavab verən gömrük işinin təşkili; 
3. Bakı, Naxçıvan, Biləsuvar, Astara, Xaçmaz, Tovuz, Lənkəran, Qusar, Qazax və Balakəndə müasir 
standartlara cavab verən gömrük orqanlarının binalarının və keçidlərinin tikilməsi və ya rekonstruksiyası; 
4.  İran  İslam Respublikası  və Türkiyə Cümhuriyyəti ilə  sərhədyanı vizasız gediş-gəliş üçün sazişin 
imzalanması; 
5. Qəzet kağızlarının əlavə dəyər vergisi və gömrük rüsumlarından azad edilməsi; 
6. Ölkəyə gətirilən qəzet və jurnalların əlavə dəyər vergisindən azad olunması; 
7.  İran  İslam Respublikası ilə Azərbaycan Respublikası arasında Astara-Astara dəmir yolunun 
çəkilməsinə razılığın alınması; 
8. Gömrük sisteminin təmərküzləşməsi, vahid uniforma və digər atributların hazırlanıb, qəbul edilməsi; 
9. Dövlət Gömrük Komitəsinin dünya arenasında özünəməxsus yer tutması  və Ümumdünya Gömrük 
Təşkilatında aparıcı gömrük orqanlarından birinə çevrilməsi; 

10 
 
10. Azərbaycan sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı gördüyü tədbirlərin nəticəsində 
qaçaqmalçılığın və narkotik vasitələrin ölkə ərazisindən keçirilməsinin tamamilə qarşısının alınması; 
11. Gömrük terminallarının yaradılması; 
12. Mütərəqqi gömrük siyasətinin formalaşdırılması; 
13. MDB məkanında ən yaxşı, müasir texniki təchizatı olan gömrük sisteminin yaradılması; 
14. Dövlətin mühüm atributlarından biri olan gömrük sisteminə  sərbəst fəaliyyətin qazandırılması  və 
onun mühüm ideologiyaya çevrilməsi; 
15. Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin qorunması sahəsində Dövlət Gömrük 
Komitəsinin mühüm nailiyyətlər qazanması. 
Azərbaycan Respublikasının ümummilli lideri, Azərbaycanda dövlətçiliyin və müstəqilliyin siyasi 
memarı Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətləri böyükdür. Belə ki, məhz bu dahi 
şəxsin rəhbərliyi altında ölkəmizin milli gömrük siyasəti formalaşmış, onun qanunvericilik bazası yaradılmış, 
müasir avadanlıqlar və texniki vasitələrlə  təchiz olunmuş, dünya stardartlarına cavab verən gömrük sistemi 
yaradılmışdır. Məhz bu səbəbləri  əsas götürən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sabiq 
sədri (hal-hazırda Fövqəladə Hallar naziridir-red.), gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi “Azərbaycan Respublikasında gömrük siyasətinin banisi” 
adlandırmışdır. Biz də bu fikrə qoşuluruq və onu dəstəkləyirik.  
 

11 
 
Mövzu 2.  
İLHAM ƏLİYEV AZƏRBAYCANIN XXI ƏSR GÖMRÜK SİYASƏTİNİN MEMARIDIR 
 
Memarı  və qurucusu xalqımızın ümummilli lideri Heydər  Əliyev olan müstəqil Azərbaycan dövləti 
genişmiqyaslı inkişaf yolu ilə uğurla addımlayır. Bu dövr ərzində dünya təsərrüfatına inteqrasiya istiqamətində 
həyata keçirilən məqsədyönlü tədbirlər, sosial-iqtisadi islahatlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu 
qaldırmış və dünya birliyində layiqli mövqe tutmasını təmin etmişdir. 
Ədalət naminə qeyd etmək lazımdır ki, yalnız hərtərəfli dünyagörüşünə malik, ictimai-siyasi 
hadisələrdən, mürəkkəb və çətin proseslərdən baş çıxaran şəxsiyyət xalqını öz arxasınca apara bilir və onu idarə 
etməyi bacarır. Möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyəti buna parlaq misaldır. Ümummilli liderimiz 
Heydər  Əliyevin siyasi kursu bu gün Prezident İlham  Əliyev tərəfindən uğurla davam etdirilir, ölkədə 
genişmiqyaslı iqtisadi və sosial tədbirlər həyata keçirilir. 
Azərbaycanın iqtisadi inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan gömrük siyasəti ilə 
də bilavasitə bağlıdır. Bütün bunlar nəzərə alınmaqla Azərbaycanda uğurlu gömrük siyasətinin təməli qoyulmuş, 
gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının 
möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılmışdır.  
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev  demişdir:  "Müstəqillik bizim üçün ən böyük 
sərvət, ən böyük dəyərdir. Ancaq müstəqilliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək, əbədi, dönməz 
etmək daha çətin işdir. Azərbaycanın  müstəqilliyi o deməkdir ki, biz müstəqil siyasət  aparırıq. Biz  
Azərbaycan xalqının milli  maraqlarını  müdafiə edirik. Bu maraqları hər şeydən üstün tuturuq və istər  
xarici siyasət, istərsə  də daxili siyasət, iqtisadi, sosial siyasət olsun, biz bütün sahələrdə siyasətimizi 
özümüz müəyyən edirik. Bunu etmək üçün, müstəqil  ölkə kimi yaşamaq və müstəqilliyin bəhrəsini 
görmək üçün mütləq iqtisadi güc lazımdır. Biz bu iqtisadı gücu yaradırıq". 
Müstəqil Azərbaycan dövlətinin memarı Heydər  Əliyev tərəfindən  əsası qoyulmuş gömrük siyasətini 
onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycanı işıqlı gələcəyə və nurlu sabahlara 
inamla aparan, bütün Qafqazın lideri, İlham Əliyev cənabları çox uğurla həyata keçirir. 
İ.Əliyev cənablarının gömrük işinin inkişaf etdirilməsi sahəsində xüsusi xidmətləri vardır. Belə ki, onun 
imzaladığı 5 mart 2004-cü il tarixli 598 saylı sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının Cinayət-
Prosessual Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına 
dəyişikliklər və  əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun” X bəndinə görə, 
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə edilən dəyişikliklər və  əlavələr nəticəsində gömrük 
orqanlarına gömrük işi sahəsində cinayətlər haqqında işlər üzrə istintaq aparmaq səlahiyyəti verilmişdir. Bu o 
deməkdir ki, gömrük orqanları gömrük işi sahəsində baş vermiş cinayətlərin istintaqını özü aparacaqdır. 
Gömrük orqanları, bu səlahiyyəti qazanmaqla gömrük siyasətini bütünlüklə  həyata keçirən yeganə dövlət 
orqanına çevrilir. Bu isə gömrük işi sahəsində baş verən cinayətlərin qarşısının alınmasında və aradan 
qaldırılmasında “hüquqi inqilab” deməkdir. 
18 may 2004-cü ildə Azərbaycan Dövlət Gömrük Komitəminin təşəbbüsü ilə Dünya Gömrük 
Təşkilatının Brüssel şəhərindəki iqamətgahının qabağında “Dədə Qorqud” abidəsinin açılışı oldu. Abidənin 
açılılında Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz H.Əliyevin ləyaqətli davamçısı  İlham 
Əliyev, DGT-nin baş katibi Mişel Dane və Oljas Süleymanov çıxış etdilər. 
“Dədə Qorqud” abidəsinin Avropanın “siyasi paytaxtı” olan Brüssel şəhərində qoyulması  həm 
ümummilli liderimiz H.Əliyevin müvafiq fərmanının icrası, həm də Azərbaycan Respublikası prezidenti 
İ.Əliyevin Azərbaycanın milli sərvətinə olan xüsusi hörmətinin bariz nümunəsi kimi başa düşülməlidir. 
Mərasimdən sonra DGT-nin iqamətgahında Dünya Gömrük Təşkilatı ilə Azərbaycan Respublikasının 
Dövlət Gömrük Komitəsi arasında niyyət protokolu imzalandı. Azərbaycan prezidenti İlham Əliyev imzalanma 
mərasimində iştirak edirdi.         
Azərbaycan Respublikasının gömrük işinə dair qanunvericiliyin təkmilləşdirilməsi, gömrük işi ilə bağlı 
beynəlxalq standartların öyrənilməsi və onların tətbiqi işinin davam etdirilməsi, həmçinin "Gömrük 
prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Kioto Konvensiyasının müddəalarının milli 
gömrük qanunvericiliyində əks olunması məqsədilə Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və Birləşmiş 
Millətlər Təşkilatının  İnkişaf Proqramı  tərəfindən "Azərbaycan Respublikasının gömrük xidmətinin 
təkmilləşdirilməsi" layihəsi çərçivəsində Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsinin 
hazırlanması ilə bağlı işlər davam etdirilir.  
Dövlət Gömrük Komitəsinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Texniki Əməkdaşlıq Proqramı 
çərçivəsində stasionar radiasiya nəzarəti avadanlıqları verilmiş və həmin avadanlıqların quraşdırılaraq istismara 
buraxılması nəzərdə tutulmuşdur. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən Dövlət Gömrük Komitəsi 
üçün nəzərdə tutulan layihələr çərçivəsində müvafiq avadanlıqların  əldə edilməsi, o cümlədən bütün sərhəd 

12 
 
keçid məntəqələrinin, həmçinin beynəlxalq uçuşlara açıq hava limanlarının radioaktiv materialları müəyyən 
edən avadanlıqlarla təchiz oluması ilə bağlı mühüm işlər həyata keçirilir. 
Heç kəsə sirr deyil ki, bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkələrdə olduğu kimi, 
Azərbaycanda da sahibkarlığın inkişafı prosesi çətin və ağır yol keçmişdir. Buna baxmayaraq, ölkə rəhbərliyi 
tərəfindən sahibkarlığın inkişaf etdirilməsi, ona normal şərait yaradılması daim diqqət mərkəzində olmuşdur. 
Gömrük orqanları da bu prosesdən kənarda qalmamış, gömrükçü-sahibkar münasibətlərinin qurulması, 
çətinliklərin öyrənilməsi və problemlərin aradan qaldırılması üçün sahibkarlarla geniş  tərkibdə görüşlər 
keçirilmiş, iş adamları ilə açıq dialoqa daha çox üstünlük verilmişdir. 
Gömrük orqanlarının mühüm funksiyalarından biri də fiskal funksiyanın - gömrük vergi və rüsumları 
üzrə proqnozun yerinə yetirilməsidir. Son illərdə Azərbaycanda mövcud olan siyasi sabitlik, həyata keçirilən 
iqtisadi islahatlar öz bəhrəsini verir. Makroiqtisadi göstəricilər yüksələn xətlə artır. Nəticədə dövlət büdcəsinin 
ölkə üzrə artım tempi dünya üzrə orta göstəricini qabaqlamışdır. 
Hal-hazırda bu sahədə DGK yeddi istiqamət üzrə  işlər aparır: mal və  nəqliyyat vasitələrinin 
dövriyyəsini  əhatə edən məlumatların yığımını  təmin edən sistemin yaradılması; gömrük orqanları arası 
informasiya mübadiləsinin təmin edilməsi; gömrük rəsmiləşdirilməsi və  nəzarətinin avtomatlaşdırılması; 
qaçaqmalçılıq və gömrük qaydaları ilə mübarizənin informasiya təminatının təşkili; gömrük inspektorlarının 
avtomatlaşdırılmış iş yerlərinin yaradılması; mərkəzi aparata gündəlik daxil olan məlumatların yoxlanılması və 
müvafiq məlumat bazalarının yaradılması; xarici-iqtisadi əlaqələrin təhlilinin avtomatlaşdırılmış rejimdə 
aparılması. Görülən işlər əsasən Birləşmiş Millətlər Təşkilatı İnkişaf  
 məlumdur ki, 2006-cı il fevralın 2-3-də Bakıda Ümumdünya Gömrük Təşkilatı və Macarıstan Gömrük 
Xidmətinin birgə  təşkilatçılığı ilə Avropa regionu gömrük xidməti rəhbərlərinin konfransı keçirilmişdir. 
Konfransda 40-a yaxın ölkənin gömrük xidmətlərinin, həmçinin Ümumdünya Gömrük Təşkilatı, Avropa 
Komissiyası, İnterpol, Beynəlxalq Yol Daşımaları İttifaqı və SECİ kimi beynəlxalq təşkilatların nümayəndələri 
iştirak etmişlər. İclas zamanı gömrük işi ilə bağlı bir sıra məsələlər müzakirə edilmiş, sonda isə "Azərbaycan 
Respublikası Dövlət Gömrük Komitəsi və Macarıstan Respublikası Maliyyə Mühafizə Xidməti arasında 
əməkdaşlıq haqqında Protokol" imzalanmışdır. 
Azərbaycan Dövlət Gömrük Komitəsinin fəaliyyətinin  əsas istiqamətlərindən biri də digər dövlətlərin 
gömrük xidmətləri ilə əməkdaşlığın gələcək inkişafı və möhkəmləndirilməsinə yönəlmişdir. Ölkəmiz gömrük işi 
sahəsində ikitərəfli  əməkdaşlığın genişləndirilməsi məqsədilə 30-dan çox dövlətlə hökumətlərarası  və 
qurumlararası beynəlxalq sənədlər imzalamışdır. Belə hesab edirəm ki, gələcəkdə də gömrük işi respublikamızın 
iqtisadi inkişafına təkan verməklə ölkənin iqtisadi qüdrətinin artırılmasında,  əhalinin sosial vəziyyətinin 
yaxşılaşdırılmasında, möhtərəm Prezidentimiz İlham  Əliyevin həyata keçirdiyi siyasi kursun reallaşmasında 
mühüm rol oynayacaq, gömrük əməkdaşları bu vəzifələrin reallığa çevrilməsinin təminatçısı olacaqdır. 
2008-ci ilin Dekabr ayının 25-də Bakı  şəhərində  Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları mərasimdə iştirak etmişdir. Bu hospital Dövlət 
Gömrük Komitəsinin strukturlarına əlavə edilməsi haqqında Azərbaycan Prezidentinin 2004-cü ildə imzaladığı 
fərmana uyğun olaraq, gömrük orqanlarına xidmətə qəbul olunan əməkdaşların sağlamlıq vəziyyətinin müəyyən 
edilməsi, gömrük əməkdaşlarının tibbi xidmətə ehtiyaclarının ödənilməsi və tibbi təminatının yaxşılaşdırılması 
məqsədi ilə inşa edilən ən müasir sağlamlıq ocağıdır. 
Gömrük xidmətinin təkmilləşdirilməsi və inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir   
Gömrük işinin təşkil edilməsi və gömrük  siyasətinin  formalaşdırılması ilə bağlı Azərbaycan 
Respublikasının Prezidenti İlham Heydər oğlu  Əliyev cənablarının imzası ilə  aşağıdakı  sənədlər qəbul 
edilmişdir: 
 
 
FƏPMANLAR   
 
1. Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarının qüvvədən düşməsi və Azərbaycan 
Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə  təsdiq edilmiş "Azərbaycan 
Respublikası Dövlət Gömrük Komitəsi haqqında  Əsasnamə"yə  dəyişiklik edilməsi barədə (No 962 / 
23.10.2003) 
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna əlavə edilməsi haqqında (No 60 / 
06.05.2004) 
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna əlavə  və  dəyişiklik edilməsi 
haqqında (No 84 / 30.06.2004) 
4. "Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nın təsdiq 
edilməsi haqqında (No 155 / 10.12.2004) 

13 
 
5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunda dəyişikliklər və əlavələr edilməsi 
haqqında (No 156 / 10.12.2004) 
6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında  Əsasnaməyə  dəyişiklik və  əlavə 
edilməsi barədə (No 157 / 10.12.2004) 
7. «Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında» Azərbaycan 
Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli, 609 nömrəli fərmanı ilə  təsdiq edilmiş «Azərbaycan 
Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları»nın 1 nömrəli  əlavəsinə  əlavə edilməsi 
barədə (№212 / 23.03.2005)  
8.  "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə 
(№288 / 30.08.2005) 
9. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər 
haqqında (№292 / 12.09.2005)  
10. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin 
(gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında (No 331 / 16.12.2005) 
11. «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə  əlaqədar Azərbaycan 
Respublikasının bəzi qanunvericilik aktlarına  əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 
icrasının təmin edilməsi barədə  (№ 473 / 02.11.2006 ) 
12. Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında (№ 
510 / 29.12.2006 ) 
13. Xidməti silah saxlamaq, gəzdirmək və  təyinatı üzrə istifadə etmək hüququ olan Azərbaycan 
Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin siyahısının  
təsdiq edilməsi haqqında (№ 475 / 02.11.2006)  
14. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 
Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə (№ 578 / 22.05.2007)  
15. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi 
fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə  
(№ 588 / 14.06.2007)  
16. «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı»na əlavələr edilməsi haqqında» 
AR Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 965 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə 
AR Prezidentinin Fərmanı (№ 611 / 06.08.2007)   
17. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna dəyişikliklər və əlavələr edilməsi 
haqqında  (№ 767 / 02.06.2008)   
18. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və  sərəncamlarına dəyişikliklər və 
əlavələr edilməsi haqqında (№826/12.09.2008)  
19. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış  məntəqələrindən keçirilən malların və 
nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında (№12/11.11.2008)  
20. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və  sərəncamında dəyişikliklər edilməsi 
barədə (№28/02.12.2008)   
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin