Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

2. Nəqliyyat sənədləri. Sadalanan nəqliyyat sənədlərinə  əsasən mallar gömrük sərhədindən keçirilir: 
konosament (beynəlxalq gəmiçilikdə yüklərin daşınması prosesində daşıyıcı  və yük sahibi arasındakı 
münasibətləri müəyyən edən sənəddir), qaimə, dəmiryol nəqliyyatı üçün - yol-daşınma cədvəlləri, vaqon vərəqi, 
təhvil cədvəlləri, baqaj qəbzləri.  
3. Gömrük sənədləri. Belə  sənədlər gömrük orqanlarının vəzifəli  şəxsləri tərəfindən verilir və 
şəhadətləndirilir. Gömrük bəyannamələri, təyinat gömrükxanasına təqdim edilməsi tələb olunan digər sənədlər 
(çatdırılmaya nəzarət sənədləri), gömrük təminatları altında daşınmaya buraxılmış  nəqliyyat vasitələrinin 
şəhadətnaməsi, gömrük orqanları  tərəfindən verilən müxtəlif icazələr, ixtisas attestatları  və s. gömrük 
sənədləridir.  
4. Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər. Belə  sənədlərə xarici iqtisadi fəaliyyətlə 
məşğul olmaq hüququ verən təsisat sənədləri; uyğunluq və keyfiyyət sertifikatları; digər dövlət nəzarət orqanları 
tərəfindən verilən karantin, icazə sənədləri; sərhəd buraxılış vərəqələri və s. aid edilə bilər.  
Sadalanan sənədlər mal və nəqliyyat vasitələrinin seçilmiş rejimin tələblərinə uyğun olaraq buraxılması 
və istifadə olunmasına qədər gömrük orqanının vəzifəli  şəxsləri tərəfindən diqqətlə yoxlanılır. Sənədlərin 
yoxlanılmasının məqsədi, onların mövcud qanunvericilik qaydalarına uyğun olması və sənədləşməni tam əhatə 
etməsinə əmin olmaqdır.  
Gömrük orqanının vəzifəli  şəxsinin deklarantdan gömrük məqsədləri üçün əlavə  sənədlər tələb etmək 
hüququ var. Belə  sənədlərin siyahısı gömrük orqanları  tərəfindən gömrük sərhədindən keçirilən mal və 
nəqliyyat vasitələrinə gömrük nəzarətinin məqsədlərindən asılı olaraq müəyyən edilir, deklarantlar və digər 
maraqlı şəxslərin nəzərinə çatdırılır.  
Gəmilərdə gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlərə xüsusi tələblər qoyulur. 
Xaricdən gələn gəminin kapitanı  “Kapitanın yazılı ifadəsi”ni təqdim edir. Bu sənəddə  gəminin adı, onun 
bayrağı, limanın adı, gəlmə tarixi, kapitanın soyadı, ekipaj üzvlərinin sayı, sərnişin və baqajın miqdarı, yola 
düşmə limanı, valyuta, yüklərin adı və miqdarı, konosamentlər, manifestlər göstərilir.  
Gəmi  şəhadətnaməsi, ekipajın siyahısı, sərnişinlərin və baqajın siyahısı (sərnişininin soyadı, adı, 
atasının adı, onun sənədinin adı  və nömrəsi, vətəndaşlığı, haradan gəldiyi,  əl yükünün miqdarı), gəmi 
təchizatının (ərzaq da daxildir) siyahısı və daşınan yükün sənədləri “Kapitanın yazılı ifadəsi”nə əlavə edilir.  
Təyyarələrə gömrük nəzarəti “Beynəlxalq Mülki aviasiya barədə” 1944-cü il Çikaqo Konvensiyası ilə 
reqlamentləşdirilir. Həmin Konvensiyanın 16-cı maddəsinə görə, hər bir ölkənin səlahiyyətli orqanları  əsassız 
gecikməyə yol vermədən üzv ölkələrin hava gəmilərində onların enmə  və qalxma vaxtını gömrük nəzarəti 
həyata keçirə bilər.  
İlk dəfə beynəlxalq daşımalarla məşğul olan hava gəmilərinə aid gömrük və digər proseduraların 
beynəlxalq standartları  və tövsiyə olunan təcrübəsi 25 mart 1949-cu ildə Mülki Aviasiya Beynəlxalq 
Təşkilatının (İKAO)  Şurası  tərəfindən bəyənilib və  “Beynəlxalq hava daşımalarında rəsmiləşdirmənin 
sadələşdirilməsi” adlı Konvensiyaya 9 saylı  əlavə  şəklində  təsdiq edilmişdir. Bu əlavədə qeyd edilmiş 
beynəlxalq standartlara görə, tərəf-müqabil dövlətlər məlumatın digər münasib yolla alınması mümkün olan 
hallarda  əsas bəyannamənin təqdim edilməsini tələb etmirlər. Eyni zamanda, hava gəmisində qalan ərzaq 
ehtiyatı barədə də yazılı bəyannamə tələb olunmur. Hava gəmisinə yüklənən və boşaldılan ehtiyatlara gəlincə, 
yazılı bəyannamə tələb edən tərəf dövlətlər öz tələblərini lazım olan məlumatlar barədə minimuma endirir və 
mümkün qədər gömrük rəsmiləşdirilməsini sadələşdirirlər. Bu halda hava gəmisi qəbul edildiyi zaman aşağıdakı 
sənədlərin təqdim edilməsi tələb olunur:  

46 
 
1) əsas bəyannamənin üç nüsxəsi;  
2) yük cədvəlinin üç nüsxəsi;  
3) bort ehtiyatlarının sadə siyahısının iki nüsxəsi. 
Sərnişin daşıyan avtonəqliyyat vasitələrinə gömrük nəzarəti həyata keçirilərkən, onları idarə edənlər 
gömrük orqanlarına daşıma üçün müvafiq icazə  sənədi təqdim etməlidirlər. Bu sənədlər də  aşağıdakılar 
göstərilməlidir: 
1) 
daşıyıcının adı və yerləşdiyi yeri;  
2) 
avtobus xəttinin adını; 
3) 
 icazənin verildiyi dövlətin ərazisində  avtobus xətti trassı göstəricilərini;  
4) 
 icazə verən dövlətin  ərazisində  sərnişinlərin mindirildiyi və düşürdüldüyü 
dayanacaqların adı;  
5) 
 daşınma müddəti və avtobusların hərəkət cədvəlini;  
6) 
 əgər icazə verən dövlətin  ərazisində  sərnişinlərin mindirilməsi və endirilməsi üçün 
dayanacaqlar nəzərdə tutulmuşsa, sərnişinlərin və baqajın daşınması üçün müəyyən edilmiş tarif 
ödənclərini;  
7) 
 daşıyıcının vəzifələrini;  
8) 
 icazənin qüvvədə olan müddətini;  
9) 
 avtobus xəttinin istismara verilmə tarixini;  
Avtomobillə yük daşımaları gömrük orqanlarına qaimə  təqdim edilməsi ilə müşayiət olunur. Bu 
qaimələrdəaşağıdakılar göstərilməlidir: 
- onların tərtib edilmə yeri və tarixi; 
-  göndərənin adı və ünvanı;  
- daşıyıcının adı və ünvanı; 
- yükün daşınmaya qəbul edildiyi yer, tarixi və təhvil verilməsi nəzərdə tutulan yer; - alıcının adı 
və ünvanı; yükün qəbul edilmiş  şərti işarəsi və qablaşdırılma üsulu, təhlükəli yüklər daşındıqda isə, 
onların, adətən, istifadə olunan şərti işarəsi; 
- yük yerlərinin sayı, onların markalanma işarələri və nömrələri;  
-yükün brutto və ya başqa cür ifadə edilmiş kütləsi;  
- daşınma xərcləri r.  
Lazım olan hallarda aşağıdakılar qaimədə əks etdirilə bilər:  
- boşaldılıb-yüklənmənin qadağan olduğunu göstərən tapşırıq;  
- alıcının öz öhdəsinə götürdüyü xərclər;  
- əlavə olunan xərclərin məbləği (yük təhvil verildikdə geri qaytarılan);  
- yükün elan edilmiş qiyməti; yükün sığorta edilməsi üzrə təlimat;  
- daşınmanın razılaşdırılmış müddəti, daşıyıcıya verilmiş sənədlərin siyahısı;  
- sərhəd-keçid məntəqələri.  
Bundan başqa sürücünün doldurulmuş yük vərəqəsi olmalı, gömrük orqanları  tələb etdikdə o təqdim 
olunmalıdır.  
Beynəlxalq Yük Daşımaları kitabçası ilə yük daşımaları zamanı gömrük orqanlarına bu kitabçalar 
(karnetlər) təqdim olunur. Gömrük orqanlarının yükü gömrük sərhədindən keçirən  şəxslərin, gömrük 
brokerlərinin, yaxud nəzarəti gömrük orqanlarına həvalə olunmuş  fəaliyyətlə  məşğul olan digər  şəxslərin 
barəsində bank və digər kredit idarələrindən məlumat və arayış almaq hüququ Gömrük Məcəlləsi ilə  təsbit 
edilmişdir.  
Gömrük nəzarəti üçün lazım olan məlumatların mənbələri kimi vergi və digər nəzarət orqanları öz 
təşəbbüsləri ilə  və gömrük orqanlarının sorğusu  əsasında çıxış edə bilərlər. Gömrük nəzarəti üçün istifadə 
olunan sənədlər üç ildən az olmayaraq saxlanılmalıdır.  
Gömrük sərhədinə bitişik  ərazi gömrük nəzarəti zonası adlanır. Gömrük nəzarəti zonaları gömrük 
sərhəddi boyu, gömrük rəsmiləşdirilməsi aparılan, gömrük orqanları yerləşən və  həmçinin Dövlət Gömrük 
Komitəsinin müəyyən etdiyi digər yerlərdə yaradılır. 
Gömrük nəzarəti zonasının rejimi yüklərin yerinin dəyişdirilməsi və onlarla davranışda qaydaların daha 
ciddi reqlamentasiyası ilə  fərqlənir. Bu zonalarda istehsal və kommersiya fəaliyyəti, həmçinin malların, 
nəqliyyat vasitələrinin, digər dövlət orqanlarının vəzifəli  şəxsləri də daxil olmaqla bütün şəxslərin hərəkəti 
yalnız gömrük orqanlarının icazəsi və onların nəzarəti altında həyata keçirilə bilər. Gömrük nəzarəti zonası 
rejiminin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tətbiq edilir. 
Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, rüsumsuz ticarət mağazalarının  əraziləri və 
xüsusi gömrük rejimlərinin təsir göstərdiyi digər ərazilər də gömrük zonası hesab edilir. 
Gömrük zonasında tikilən və qurulan anbar və digər funksional sahələrə  nəzərdə tutulan əsas tələb - 
müəyyən gömrük rejimi altında yerləşdirilmiş malların gömrük nəzarətindən kənar götürülməsi və ya 

47 
 
gətirilməsini istisna etməkdir. Belə sahələrin quruluşu və  təchizatı  kənar  şəxslərin daxil olmasına imkan 
verməməlidir. Gömrük nəzarəti gedişində gömrük nəzarəti zonasındakı operativ şəraitə vizual müşahidə mühüm 
əhəmiyyət kəsb edir. 
Vizual müşahidə - gömrük zonalarının konkret şəraitində müəyyən və qeyri-müəyyən  şəxslərin 
davranışı barədə  qərarı  sərnişin özü qəbul edir. Belə seçim bəyanetmə aktı  mənasını daşıyır və  əgər gömrük 
nəzarəti həyata keçirilərkən, “yaşıl” dəhlizin seçilməsinin qeyri-qanuni olduğu aşkara çıxarsa, sərnişin hüquqi 
məsuliyyətə cəlb edilə bilər. 
«Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istehsal və 
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ikikanallı buraxılış sistemindən istifadəsi 
zamanı («Yaşıl kanal» və «Qırmızı kanal») bəyan edilmənin sadələşdirilmiş Qaydaları»nın (DGK sədrinin  
22.04.2002-ci il tarixli 35 saylı əmri ilə təsdiq edilmişdir) 2-ci maddəsində göstərilir ki, fiziki şəxslər tərəfindən 
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş 
qaydasının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının gömrük sərhəd məntəqələrində ikikanallı 
buraxılış sistemi tətbiq edilir: «Yaşıl kanal» və «Qırmızı kanal».  
  «Yaşıl kanal» fiziki şəxslər tərəfindən malların (müşaiyət olunmayan baqajda keçirilən və poçt 
göndərişlərində göndərilən mallar istisna olmaqla) konklyudent formada bəyan edilməsi üçün nəzərdə tutulur. 
Konklyudent bəyanetmə forması fiziki şəxslər tərəfindən müşaiyət olunan baqajda və  əl yükündə keçirilən 
mallara şamil edilir, o şərtlə ki:  
  a)  bu  malların miqdarı  və  dəyəri Azərbaycan Respublikasının qüvvədə olan gömrük 
qanunvericiliyi ilə  həmin malların gömrük ödənişləri alınmadan keçirilməsinə yol verilən miqdar və 
dəyərindən artıq olmasın;  
  b)  həmin mallara Azərbaycan Respublikasının quvvədə olan gömrük qanunvericiliyinə uyğun 
olaraq qadağalar və ya məhdudiyyətlər qoyulmasın.  
   Fiziki şəxslər «Yaşıl kanal»ı keçdikdə yazılı formada gömrük bəyannaməsi doldurulmur və verilmir. 
«Yaşıl kanal»da gömrük nəzarəti seçmə üsulu ilə aparılır. Zərurət olduqda gömrük orqanının vəzifəli şəxsləri 
«yaşıl kanal»da gömrük nəzarətinin Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə nəzərdə tutulmuş 
istənilən formasını  tətbiq edə bilərlər. «Yaşıl kanal»da gömrük nəzarətinin ayrı-ayrı formalarının tətbiq 
edilməməsi, fiziki şəxsləri Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərindən irəli gələn 
vəzifələrin yerinə yetirilməsindən azad etmir.  
   «Qırmızı kanal» malların yazılı formada bəyan edilməsi üçün nəzərdə tutulur. Mütləq yazılı surətdə 
bəyan edilməli olan malların siyahısı qüvvədə olan normativ-hüquqi sənəd əsasında müəyyən edilir.  
   Yazılı gömrük bəyannaməsinin qəbulu və  rəsmiləşdirilməsi qüvvədə olan qanunvericiliyə uyğun 
həyata keçirilir.  
Elm və texnikanın müxtəlif sahələrində xüsusi biliklərə malik olmadan gömrük nəzarətinin ayrı-ayrı 
forma və metodlarından (şəxsi müayinə, uçot və hesabat sisteminin yoxlanması) istifadə olunması, bəzi mal 
növlərinin və  nəqliyyat vasitələrinin (xammal, minerallar, hərbi texnika və i.a.) yoxlanmasının həyata 
keçirilməsi mümkün deyil. Nəzərə alsaq ki, gömrük əməkdşları  bəzi hallarda lazımi xüsusi biliklərə malik 
olmaya bilərlər. Bu halda müəyyən sahələrdə peşəkar olan mütəxəssislərin xidmətinə müraciət edilməsi təbii 
sayılmalıdır.  
Qanunvericilik gömrük orqanlarına gömrük nəzarətinin həyata keçirilməsinə kömək üçün ekspertlərin 
və digər nəzarət və hüquq-mühafizə orqanlarının, mülkiyyət forması və tabeçiliyindən asılı olmayaraq müəssisə 
və  təşkilatların mütəxəssislərinin cəlb edilməsi hüququnu verir.  Mütəxəssis və ya ekspertin cəlb edilməsi 
barədə gömrük orqanının müraciəti, bu mütəxəssisin çalışdığı qurumun rəhbərliyi üçün məcburi xarakter 
daşıyır.  
Mütəxəssis və ekspertlərin cəlb edilməsi ilə bağlı xərclər, gediş-gəliş haqqı, otaqların kirayəsi, sutkalıq 
xərclər və  zəhmət haqqı  (əgər bu iş mütəxəssislərin xidməti vəzifələrinə daxil deyilsə), gömrük orqanları 
tərəfindən ödənilir. Gömrük orqanının çağırışı ilə dövlət mütəxəssislərinin ekspert sifətində çalışdığı müddətdə, 
orta aylıq əmək haqqı saxlanılır.  
Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəsiqə əsasında istənilən əraziyə və istənilən bağlı sahəyə 
- əgər bu yerlərdə gömrük nəzarətinə cəlb ediləcək mal və nəqliyyat vasitələri, gömrük nəzarəti üçün lazım olan 
sənədlər yerləşirsə, yaxud nəzarəti gömrük orqanlarına həvalə olunmuş  fəaliyyət göstərilirsə, - daxil olmaq 
hüququna malikdirlər.  
Məsələn, gəminin gömrük yoxlaması zamanı gömrük orqanı nümayəndələrinin tələbi ilə həmin gəminin 
kapitanı (onu əvəz edən şəxs) gəmidə olan bütün sahələri, bölmələri, otaqları açmağa borcludur. 
Gömrük  əməkdaşları - gömrük anbarlarına, müvəqqəti saxlanc anbarlarına, rüsumsuz ticarət 
mağazalarına və s. məneəsiz girə bilərlər.  
Bir sıra hallarda gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarətinə cəlb edilən fəaliyyət həyata 
keçirilən yerlərdə bilavasitə iştirakı normativ aktlarda birbaşa nəzərdə tutulur.  

48 
 
Mal və  nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən  şəxslərin, gömrük brokerlərinin, yaxud 
nəzarəti gömrük orqanlarına həvalə olunmuş  fəaliyyətlə  məşğul olan digər  şəxslərin maliyyə-təsərrüfat 
fəaliyyətinin yoxlanılması - gömrük məqsədləri üçün lazım olan sənəd və  məlumatların yoxlanılması kimi 
gömrük nəzarəti formalarından biridir.  
İcrasına nəzarətin gömrük orqanlarına həvalə olunduğu Azərbaycan Respublikası Qanunvericiliyinin və 
Azərbaycanın iştirakçısı olduğu beynəlxalq müqavilələrin şərtlərinin riayət edilmədiyini güman etməyə kifayət 
qədər əsas olduqda maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasından istifadə olunur.  
Qanunvericilik maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı gömrük orqanının vəzifəli 
şəxslərinə aşağıdakı səlahiyyətləri verir:  
a) gömrük işinə və gömrük orqanlarının funksiyalarına aid olan xarici iqtisadi və digər təsərrüfat 
fəaliyyəti barədə istənilən sənədlər (bank sənədləri daxil olmaqla) və məlumatın əvəzsiz təqdim edilməsini 
tələb etmək və onlarla tanış olmaq;  
b) vəzifəli şəxslərdən və digərlərindən arayış, yazılı və şifahi izahat almaq;  
c) tikililəri möhürləmək;  
ç) müəyyən edilmiş formada tərtib edilən akt əsasında sənədləri (əgər onların yoxlanılması başqa 
bir yerdə həyata keçiriləcəksə) götürmək.  
Lazım olduğu təqdirdə gömrük orqanlarının vəzifəli  şəxsləri sənədlər və  məlumatla tanış olmaq üçün 
yer və vaxt müəyyən edə bilərlər. Götürülmüş sənədlər mümkün qədər qısa müddətdə qaytarılmalıdır.  
Gömrük orqanının vəzifəli şəxsləri maliyyə-təsərrüfat fəaliyyətini yoxladıqları subyektlərə qanuna zidd 
hərəkətləri ilə ziyan vurmamalıdırlar. Yoxlama nəticəsində əldə edilən bütün məlumatlar gizli sayılır.  
Gömrük nəzarətinə  cəlb ediləcək mal və  nəqliyyat vasitələrinin olduğu yerlər və  həmçinin gömrük 
nəzarəti altında olan yerlər, gömrük nəzarəti predmetlərinin özləri gömrük orqanları  tərəfindən eyniləşdirilə 
bilər. Plomb, möhür qoyulması, rəqəmli, hərfli və digər növ markalanma, eyniləşdirilmə  işarələri,  ştamp 
vurulması, prob və nümunələrin götürülməsi, mal və nəqliyyat vasitələrinin təsvir edilməsi, layihələrin, miqyaslı 
görünüşlərin hazırlanması, fotoqrafiya, illüstrasiya tətbiq edilməsi, mal-müşayiət sənədlərindən istifadə edilməsi 
və s. əsas eyniləşdirmə vasitələri hesab edilir.  
Beynəlxalq təcrübədə “eyniləşdirmə” vasitələri  əvəzinə “gömrük təminatı atributları” məfhumundan 
istifadə edilir.  
Gömrük nəzarəti bitdikdən sonra gömrük orqanının vəzifəli şəxsləri gömrük, nəqliyyat və mal-müşayiət 
sənədlərinə müvafiq imza, ştamp, möhür qoymaqla, mal və  nəqliyyat vasitələrinin gömrük sərhədindən 
keçirilərək yoluna davam etməsinə icazə vermiş olurlar.  
Ayrı-ayrı yük bağlamalarına, nəqliyyat vasitələrinin yük hissələrinə, konteynerlərə gömrük təminatı 
atributları qoyulmalıdır.  
Gömrük təminatları aşağıdakı tələblərə cavab verməlidir:  
a) möhür, ştamp, markalanma, imza izlərinin saxtalaşdırılması qeyri-mümkün olmalıdır;  
b) gözlə görünən izlər qoyulmadan gömrük təminatlarının tamlığının pozulması mümkün 
olmamalıdır;  
c)  ştempeller, izqoyan materiallar, yazı vasitələri (pasta, mürəkkəb, möhür, yapışqan örtük) 
xarici iqlim təsirlərinə davamlı olmalıdır;  
ç) gömrük təminatları atributlarının izləri və qeyd edilən yazılar aydın olmalıdır;  
d) sənəd və bağlamalara gömrük təminatı atributlarının vurulması və qeydlər edilməsi minimum 
vaxt almalıdır. 
Yuxarıda qeyd olunanları bir qədər də açıqlamağa çalışaq. Daxili gömrük tranziti prosedurası üzrə 
malların daşınması zamanı plombların, möhürlərin və digər gömrük təminatlarının mövcudluğu ümumi tələblər 
sırasındadır. Mallar elə bağlamalarda, nəqliyyat vasitələrində  və ya konteynerlərdə daşınmalıdır ki, onların 
daşındığı vasitələrdən çıxarılması (yaxud həmin vasitələrə  nəyinsə qoyulması iz qoymadan, gömrük 
təminatlarını zədələmədən) mümkün olmasın. Malgöndərən və daşıyıcının plomblarından da istifadə edilməsinə 
müəyyən şərtlərlə yol verilir.  
Eyniləşdirilmə vasitələri yalnız gömrük orqanları  tərəfindən, yaxud onların icazəsi ilə  dəyişdirilə  və 
məhv edilə bilər. Bu qayda mal və nəqliyyat vasitələrinin məhv edilməsi, itirilməsi üçün real təhlükə olduqda və 
kifayət qədər xarab olması hallarına  şamil edilmir. Eyniləşdirilmə vasitələrinin dəyişdirilməsi (formaca), 
qoparılması, yaxud məhv edilməsi barədə  təxirəsalınmadan gömrük orqanlarına məlumat verilir. Bu məlumat 
təhlükənin olduğu barədə sübutlarla möhkəmləndirilir.  
BYD tətbiq edilməklə yük daşınması zamanı gömrük orqanlarının qoyduğu möhür və plombların 
zədələnməsi, həmçinin yol boyunca malların zədələnməsi və məhvi zamanı avtonəqliyyat vasitəsinin sürücüsü 
bu barədə gömrük orqanlarına təcili məlumat verməlidir. Yaxınlıqda gömrük orqanı olmazsa, baş vermiş hadisə 
barədə protokol tərtib etmək hüququ olan digər dövlət orqanlarına məlumat verilməlidir.  

49 
 
Müvafiq orqanların nümayəndələri avtonəqliyyat vasitəsinə baxış keçirdikdən, lazım olduqda isə 
müayinə apardıqdan sonra, BYD kitabçasının nömrəsi, daşıyıcının adı, zədələnmənin xarakteri və  səbəbləri, 
həmçinin yükün qorunması barədə görülmüş tədbirlər qeyd edilməklə protokol tərtib edirlər.  
Əgər gömrük orqanı yükün daşınma qaydalarının pozulduğunu müəyyən edirsə, bu halda da protokol 
tərtib olunur. Protokol onu tərtib edən orqanın nümayəndəsi və sürücü (arzu edərsə müvafiq izahat verməklə) 
tərəfindən imzalanır.  
Aksizli mallara tətbiq edilən aksiz markaları da eyniləşdirilmə vasitələri hesab edilir. 
Gömrük orqanları  tərəfindən nəzarətin həyata keçirilməsi məqsədilə mallardan prob və nümunələr 
götürülür. Prob və nümunələr minimal miqdarda götürülür və əsas məqsədi malların keyfiyyət xarakteristikası 
barədə ətraflı məlumatlar əldə etməkdir.  
Problar birdəfəlik, birləşdirilmiş və yoxlama kimi 3 qrupa bölünür.  
Malların gömrük nəzarəti altında daşınması zamanı gömrük orqanları mövcud qanunvericiliyə riayət 
olunmasını təmin etmək üçün bütün lazımi tədbirləri görməlidirlər. Bu tədbirlər mal və nəqliyyat vasitələrinin 
qorunmasına zəmanət verməli, malların əsas keyfiyyət və kəmiyyət xarakteristikalarının dəyişilməz qalmasını, 
nəhayət gömrük nəzarəti altında daşınan mallara münasibətdə  hər hansı qeyri-qanuni hərəkətlərin qarşısının 
alınmasını təmin etməlidir.  
Gömrük orqanları gömrük nəzarəti altında malların daşınmasının marşrut və müddətlərini müəyyən 
etmək hüququna malikdirlər. Daşınma müddətlərini təyin edərkən gömrük orqanı adi halda yerinə çatdırma 
müddətlərini, konkret nəqliyyat növünün imkanlarını, seçilmiş marşrut və digər daşınma  şərtlərini nəzərə 
almaqla qərar qəbul edir.  
Daşıyıcı gömrük orqanının göstərdiyi marşrutla hərəkət etməlidir. Quru ərazidən idxal edilən bütün 
mallar, gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan gömrük orqanına leqal, yaxud gömrük yolu adlanan ən qısa 
marşrutla çatdırılmalıdır. Bilavasitə təyinatı gömrük orqanına aparan dəmir yolu, çay və s. leqal (gömrük) yolu 
hesab edilir.  
Dünya təcrübəsi gömrük əməkdaşlarına leqal yollarla hərəkət edən nəqliyyatı vasitələrini saxlamaq və 
daşınmaya  əsas verən nəqliyyat sənədlərini tələb etmək hüququ verir. Belə  nəzarətin məqsədi daşıyıcının öz 
yükünü təyinat gömrükxanasına aparmasına əmin olmaqdır. Misal üçün, Bakı Baş Gömrük İdarəsinin Qaradağ 
xüsusi nəzarət postu adı çəkilən və digər operativ məsələlərin həlli üçün mühüm əhəmiyyət kəsb edir.  
Gömrük orqanlarının bu hüququna, daşıyıcının mal, nəqliyyat vasitəsi və yol-nəqliyyat sənədlərinin 
müəyyən edilmiş marşrut üzrə və daşınma müddətlərinə ciddi əməl etməklə təyinat gömrükxanasına çatdırmaq 
vəzifəsi uyğun gəlir.  
Gömrük qanunvericiliyi nəzərə alır ki, malların gətirilməsi (aparılması) barədə  xəbərdarlıq edildikdən 
dərhal sonra daşıyıcının mal və  nəqliyyat vasitələrinin, həmçinin mal-müşayiət sənədlərinin təbii aşınma və 
itkidən başqa qablaşdırma vasitələrini və malın vəziyyətini dəyişmədən, tam qorunmaqla təyinat 
gömrükxanasına çatdırmaq vəzifəsi yaranır. Yükün müəyyən gömrük rejimi altında yerləşdirilməsi anınadək 
gömrük ödənişlərinin ödənilməsi məsuliyyəti daşıyıcının üzərinə düşür. Qəza, yaxud qarşısıalınmaz qüvvənin 
təsiri şəraitində daşıyıcı aşağıdakı hallarda məsuliyyətdən azad edilir.  
1) yükün saxlanması  və ondan qeyri-qanuni istifadənin qarşısının alınması üçün tədbirlər 
görmüşsə;  
2) yaranmış  vəziyyət barədə yaxınlıqdakı gömrük orqanına nəqliyyat vasitəsinin yeri dəqiq 
göstərilməklə məlumat vermişsə.  
Yüklərin gömrük nəzarəti altında daşınması zamanı qanunvericiliyə riayət edilməsi məqsədi ilə görülən 
əsas tədbirlər aşağıdakılardır:  
1) gömrük müşayiəti; 
2) gömrük daşıyıcısının xidmətlərindən istifadə edilməsi;  
3) nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada təchiz edilməsi üzrə  təşkilati-texniki 
tədbirlər kompleksi.  
Gömrük müşayiəti dedikdə mal və  nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi mərhələsində elə 
daşınma üsulu başa düşülür ki, bilavasitə gömrük əməkdaşları tərəfindən müşayiət olunur. Gömrük müşayiəti 
daşınılan yüklərin yüksək qorunma dərəcəsinə  və gömrük qanunvericiliyinə riayət olunmasına zəmanət verir. 
Bu tədbirin istifadə edilməsi nəqliyyat xərclərinin artmasına, gömrük kadrlarının digər işlərdən ayrılması və bu 
səbəbdən çatışmamasına gətirib çıxarır. Ona görə də gömrük müşayiətindən, digər tədbirlər gömrük nəzarətini 
təmin etmək üçün yetərli olmadıqda istifadə edilir.  
Adətən gömrük müşayiəti barədə qərarı gömrük orqanları aşağıdakı hallarda verirlər:  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin