Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

1) yük gömrük bəyannamələri;  
2) yükü müşayiət edən sənədlər;  
3) dövlət orqanlarının lisenziyası və icarələri;  
4) hesabat (uçot) jurnalları;  
5) gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər.  
Xarici ticarətin gömrük statistikasının aparılması üçün ilkin məlumatlar malların gömrük 
rəsmiləşdirilməsində təqdim olunan YGB-dəki məlumatlar sayılır.  
Boru kəməri (neft, neft məhsulları, qaz və s.) və elektrik ötürücü xərcləri ilə nəql edilən malların uçotu, 
boru kəmərlərinin və ya elektrik ötürücü xətlərinin sərhəd və ya nəzarət - bölüşdürücü məntəqələrində malların 
qəbulunu təsdiq edən sənədlərə müvafiq olaraq, onların göndərilmə miqdarları üzrə  bəyan edilməsi 
xüsusiyyətlərinə görə aparılır.  
Xarici ticarətin, gömrük statistikası “Azərbaycan Respublkası xarici ticarətin gömrük statistikasının 
metodologiyası” əsasında aparılır. Metodologiya DGK sədrinin 15.02.1999-cu il tarixli 011 saylı əmri ilə təsdiq 
edilmişdir.  
DGK-da informasiya sistemlərinin, informasiya texnologiyalarının və onların təminat vasitələrinin 
tətbiqi sahəsində aşağıdakı işlər görülmüşdür: 
Gömrük statistikasının ilkin formaları 1 saylı TM, 4 saylı TM, 6 saylı TM, 7 saylı TM, 11 və 12 saylı 
TM formalarında olur. 1 saylı TM formasında gömrük rejimləri üzrə rəsmiləşdirilmiş idxal və ixrac YGB-nin 
sayı göstərilir.  
4 saylı TM-də isə valyuta gəlirlərinin miqdarı və müddəti barədə məlumatlar öz əksini tapır ki, bu da 
valyuta nəzarətinin statistikasının aparılmasına xidmət edir.  
6 saylı TM formasının göstəriciləri ilə bərabər, YGB-nin 47-ci qrafasının göstəriciləri gömrük ödənişləri 
statistikasının formalaşmasına xidmət edir. Statistik formada bir ay ərzində hesablanmış gömrük ödənişlərinin 
cəmi (gömrük rəsmiləşdirilməsinə görə yığımlar, ixrac və idxal rüsumları, ƏDV, aksizlər, plandankənar gömrük 
gəlirləri) göstərilir.  
7 saylı TM forması isə rüblük olub, beynəlxalq yükdaşımaların statistikasının aparılmasına imkan verir. 
Buraya bütün nəqliyyat vasitələrinin növləri (avtomobil, avtobus, təyyarə, dəniz gəmiləri, dəmiryol vaqonları və 
s.) göstərilir (gedən və gələn).  
11 TM və 12 TM saylı formalar qaçaqmalçılığın statistikası üçün istifadə olunur.  
Bütün toplanan məlumatlar son statistik formaya salınır ki, bunlar da 4 cür olurlar:  
1) təcili; 
2) aylıq;  
3) rüblük; 
 4) illik.  
Təcili hesabatda aşağıdakı məlumatlar olur:  
- Azərbaycanın MDB ölkələri və digər dövlətlərlə olan xarici ticarətin inkişafı barədə;  
- əsas malların idxalı və ixracı barədə. 
Təcili hesabatlar dövlət idarələrinə hər hesabat ayından 15 gün keçdikdən sonra göndərilir.  
Rüblük hesabatlar dövlət idarələrinə və beynəlxalq təşkilatlara rübün sonundan 40 gün keçdikdən sonra 
göndərilir. Bu hesabatda ölkənin xarici ticarətinin ümumi yekunları, ayrı-ayrı ölkələr və ölkə qrupları ilə olan 
xarici ticarət, XİFƏN üzrə ölkənin idxalı  və ixracı, ölkələr və mallar üzrə idxal-ixrac, xarici iqtisadi əlaqə 
iştirakçılarının kateqoriyaları üzrə idxal-ixrac malları, habelə barter əməliyyatları üzrə ixrac malları barədə 
məlumatlar olur. 
İllik hesabatlarda isə Azərbaycan Respublikasının xarici ticarətinin ümumi yekunu, xarici ticarətin 
qitələr və ölkə qrupları üzrə bölgüsü haqqında məlumatar olur (MDB, AB, OPEK və s.). 
Gömrük statistikasının məlumatları Azərbaycanın xarici ticarətinin vəziyyəti, xarici ticarətin milli və 
beynəlxalq göstəricilərinin tutuşdurulması və s. üçün lazımi şərait yaradır.  
Gömrük statistikasının aparılması ilə bağlı olan hüquqpozmalar, eyni zamanda gömrük orqanlarının 
normal fəaliyyətini pozan hüquqpozmalar deməkdir. Belə ki, gömrük statistikasının aparılması üçün əsas 
informasiya mənbəyi yük gömrük bəyannaməsi və digər sənədlərdir ki, bunlar da gömrük rəsmiləşdirilməsi 
zamanı deklarant tərəfindən təqdim olunur. Odur ki, gömrük statistikasının aparılması ilə bağlı  aşağıdakı 
hüquqpozmalar ola bilər: 
- malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması (AR İnzibati Xətalar Məcəlləsi, 
maddə 274);  
- gömrük orqanına gömrük bəyannaməsinin, sənədlərin və  əlavə  məlumatların təqdimedilmə 
müddətlərinin pozulması (275-ci maddə);  
- gömrük orqanına hesabat təqdim edilməməsi və uçot aparılması qaydasına riayət edilməməsi (İXM, 
277-ci maddə);  

129 
 
- sənədlərdən aldatma yolu ilə istifadə etməklə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən 
keçirilməsi (AR İXM 260-cı maddə);  
- malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi (AR İXM 261-ci 
maddə). 
Gömrük statistikasının aparılması ilə bağlı hüquqpozmalara görə hüquqi və fiziki şəxslər AR-in İnzibati 
Xətalar Məcəlləsinin müvafiq maddələri ilə  cəzalandırılır. Məsələn, malların və  nəqliyyat vasitələrinin 
bəyanetmə qaydasının pozulması AR İXM-in 274-cü maddəsinə görə - fiziki şəxslər şərti maliyyə vahidinin beş 
mislindən on beş mislinədək miqdarda, vəzifəli  şəxslər  şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək 
miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin 30 mislindən 10 mislinədək miqdarda cərimə edilir. Gömrük 
orqanına hesabat təqdim edilməməsi və uçot aparılması qaydasına riayət edilməməsinə görə, AR İnzibati 
Xətalar Məclləsinin 277-ci maddəsi ilə - xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin 20 mislindən 70 
mislinədək miqdarda cərimə edilir.  
Nomenklatura (latınca “nomenclatura” - “siyahı”, “adların cədvəli” deməkdir) elm, texnika və praktiki 
fəaliyyətin hər hansı bir sahəsində istifadə olunan terminlər və adların sistemi (toplusu) deməkdir. 
“Mal nomenklaturası” termini daha çox “əmtəəşünaslıq”, “gömrük işi”, “istehsal”, “istehlak”, “xarici 
iqtisadi fəaliyyət”, “xarici ticarət” və s. kimi elm sahələri və ictimai praktika (təcrübə) ilə bağlıdır. Beləliklə, 
“mal nomenklaturası” gömrük orqanlarının vəzifəli  şəxsləri və deklarantların gündəlik iş  fəaliyyətində 
rastlaşdıqları  əsas terminlərdən biridir. Bu onunla əlaqədardır ki, gömrük orqanlarında qeydə alınan istənilən 
xarici ticarət əməliyyatlarının əsas predmeti məhz “maldır”. 
Gömrük sərhədindən keçirilən malların  əhəmiyyətli xüsusiyyətləri, onların material əşya formasında 
olması və daşına bilməsidir (nəqliyyat vasitələrilə).  
Azərbaycan Respubliksının Gömrük Məcəlləsinin 17-ci maddəsində “mallar istənilən daşınan əmlak, o 
cümlədən valyuta, valyuta sərvətləri, elektrik və digər enerji növləri, bu maddənin 4-cü bəndində göstərilən 
nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri” kimi izah olunur. Ümumiyyətlə, bu maddədə izah 
olunan əsas anlayışların hamısı məhz bu terminlə əlaqədardır.  
Xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi zamanı gömrük sərhədindən keçirilən malların 
sistemləşdirilməsi mühüm məsələlərdən sayılır. Bunun üçün malları təsnifatlaşdırırlar.  
“Təsnifat” termini çoxsaylı obyektlərin (söhbət tədqiq olunan, öyrənilən məsələlər toplusundan gedir) 
konkret olaraq sinif, yarımsinif, qrup, yarımqrup, növ, yarımnöv və s. kimi bölgülərə ayrılması kimi başa 
düşülməlidir. 
Qarşıya qoyulmuş  məqsədə uyğun olaraq mallar istehsal sahələrinə, emal səviyyəsinə, istehlak 
təyinatına və s. görə təsnifatlaşdırıla bilər.  
Malların qəbul olunmuş  təsnifat sistemindən asılı olaraq, bütün bölmə, qrup və yarımqrupları xüsusi 
şifrələrlə qeyd olunur.  
Təsnifatlaşdırılan malların (obyektlərin) siyahısında hər birinin öz konkret yeri və şərti işarəsi ilə qeyd 
olunması kod adlanır.  
Kod işarə formasında olub rəqəmlərlə, hərflərlə və ya rəqəm - hərf kombinasiyası ilə ifadə olunur.  
Gömrük işlərində istifadə olunan mal nomenklaturası təsnifat sisteminə ayrılmış malların toplu siyahısı 
kimi dərk olunmalıdır.  
Malların kodlaşdırılması  təsnifat sisteminə uyğun olaraq işarə  və ya işarələr qrupu şəklində 
müəyyənləşdirilmiş texniki üsuldur. Malların kodlaşdırılmasının  əsas məqsədi gömrük orqanlarında iqtisadi 
əməliyyatların (gömrük rüsumunun alınması, gömrük dəyərinin müəyyənləşdirilməsi, hesabatın aparılması  və 
s.) daha səmərəli aparılması və xarici ticarətin mal strukturunun öyrənilməsidir.  
Hal-hazırda Azərbaycan Respublikasının gömrük orqanlarında, dünya təcrübəsində istifadə olunan 
malların kodlaşdırılması  və  təsvirinin harmonikləşdirilmiş sistemi (HS) əsasında yaradılmış mal 
nomenklaturasından istifadə olunur.  
Ölkələrin bir çoxu və beynəlxalq təşkilatlar xarici fəaliyyət təcrübəsi və gömrük tənzimlənməsi işlərində 
aşağıdakı 2 təsnifat sistemindən istifadə edirdilər:  
1) Gömrük Əməkdaşlığı  Şurasının Nomenklaturası (GƏŞN) və ya Brüssel Gömrük Nomenklaturası 
(BGN)  
2) BMT-nin Beynəlxalq Standart Ticarət Təsnifatı (BSTT). 
BGN gömrük tarif nomenklaturası adlanaraq, gömrük tariflərinin təsnifat sxemini və eyni zamanda 
beynəlxalq ticarət təsnifatını özündə əks etdirmişdir. 
Brüssel Gömrük Nomenklaturasının BMT-nin Beynəlxalq Standart Ticarət təsnifatı ilə 
uyğunlaşdırılması nəticəsində Gömrük Əməkdaşlığı Şurasının nomenklaturası yaradıldı.  
BGN-dən fərqli olaraq GƏŞN-nin sxeminin əsasını emal dərəcəsi (səviyyəsi) və malın mənşəyi təşkil 
edir. Eyni zamanda bu nomenklaturada mal kodlarında (şifrələrdə) bölmələrin nömrələri öz əksini tapmamışdır.  

130 
 
Beynəlxalq aləmdə Brüssel Gömrük Nomenklaturası adı ilə tanınan, habelə BMT Standart Beynəlxalq 
Ticarət Təsnifatı (SBTT) mal nomenklaturalarının 12 beynəlxalq və milli mal təsnifatları sisteminin bazaları 
əsasında “balların təsviri və kodlaşdırılmasına dair harmonikləşdirilmiş sistem nomenklaturası” (HSN) yaradıldı 
və həmin toplu 1985-ci ildə Brüsseldə imzalanaraq 1988-ci ilin 1 yanvarından qüvvəyə mindi. 
HSN-dən, Avropa Birliyi ölkələri də daxil olmaqla, 41 ölkə  tərəfindən istifadə olunur. Ümumdünya 
Gömrük Təşkilatının üzvü olan ölkələr tərəfindən malların təsnifatı 6 rəqəmə  qədər detallaşdırılmaqla, 9-14 
rəqəmə  qədər kodlaşdırılmanın aparılması ilə xarici iqtisadi fəaliyyətin milli mal nomenklaturaları sistemləri 
işlənib hazırlanmışdır. 
HSN - xarici iqtisadi fəaliyyətin çoxməqsədli yeni mal nomenklaturasıdır. Bu nomenklatura yenidən 
işlənən, vahid sistemə gətirilən və detallaşdırılan; beynəlxalq məlumatların toplanmasını; müqayisəsini; statistik 
təhlilini, habelə digər məsələlərin həllini təmin edən; kommersiya fəaliyyətinin, statistika xidmətinin və gömrük 
orqanlarının tələblərinə cavab verən malların təsviri və kodlaşdırılması üzrə Harmonik Sistem haqqında 
Beynəlxalq Konvensiyanın tərkib hissəsidir. 
Harmonik sistem haqqındakı Beynəlxalq Konvensiya aşağıdakı terminləri müəyyənləşdirmişdir: 
1) malların harmonik sisteminin təsviri və kodlaşdırılması - mal mövqeləri, submövqeləri 
(subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın 
əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır; 
2) gömrük-tarif nomenklaturası - malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün 
sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır; 
3) statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün 
sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır; 
4) kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) 
qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif 
və statistik nomenklaturaları birləşdirən nomenklaturadır. 
HSN-nin də, digər iqtisadi təsnifedicilər kimi, öz spesifik strukturu vardır. Onun əsas elementləri 
təsnifat sistemləri və kodlaşdırılmaqdan ibarətdir. Ümumilikdə bu toplu 6 pilləli sistemdən ibarətdir: 
1) bölmələr - 21; 
2) qruplar - 97; 
3) yarımqruplar - 33; 
4) mal mövqeləri - 1241; 
5) yarımmövqelər - 3553; 
6) submövqelər (subpozisiyalar) - 5019. 
Bu mal nomenklaturasının əsasını müxtəlif əlamətlərin məcmusu təşkil edir: 
- malın hazırlandığı materialın növü; 
- malın mənşəyi; 
- malın təyinatı; 
- malın kimyəvi tərkibi. 
Mal qrupu, onların emalının ardıcıllıq prinsipinə uyğun olaraq xammaldan, yarımfabrikatlardan hazır 
məmulatın alınmasından  əmələ  gəlir. Bu isə harmonikləşdirilmiş sistemin gömrük tariflərinə  tətbiqi üçün 
əlverişli şərait yaradır. Bu məqsədlə hazırda dünyanın yüzdən artıq dövlətində bu sistemdən istifadə olunur. 
HSN əsasında “Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturası (AR XİF 
MN) hazırlanmışdır. Bu toplu malların mənşə əlaməti üzrə (sənaye, bitkiçilik. əzcaçılıq, mineral və s.) bölmə və 
yarımqruplardan, onların emal dərəcəsi üzrə (xammal, yarımfabrikatlar, hazır məmulat) sistemləşdirilmiş 
siyahısından ibarətdir. Bu nomenklatura Azərbaycan Respublikası  XİF-in dövlət tənzimlənməsi sistemləri 
alətidir. 
AR XİF MN malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş və Avropa Birliyinin kombinə 
olunmuş nomenklaturaları  və sistemlərinin bazası  əsasında yaradılmışdır. Bu nomenklatura ümumi təsnifat 
sistemini pozmadan malların nomenklaturasının çeşidini genişləndirməyə imkan verir. Bu məqsədlə 
nomenklaturada 3 ehtiyat qrupu - 77, 98 və 99-cu qruplar saxlanmışdır. Bunlar yalnız nomenklaturaların 
genişləndirilməsi üçün deyil, habelə milli təcrübədə istifadə olunan spesifik malların, material xarakterli 
xidmətlərin, Nou-hau-ların dəqiq təsnifatında tətbiq oluna bilər. 
Azərbaycan Respublikasında dövlətlərarası təsnifatlandırıcı kimi MDB hökumət başçılarının qərarı ilə 3 
noyabr 1995-ci ildə təsdiq edilmiş Müstəqil Dövlətlər Birliyi XİF MN 1 yanvar 1999-cu ildən tətbiq olunur. AR 
XİF MN, milli kombinə edilmiş tarif statistika təsnifatı olub, 10 rəqəmli kod sisteminə malikdir. Qeyd etmək 
lazımdır ki, Azərbaycan Respublikası 10 rəqəmli kod sisteminə AR Nazirlər Kabinetinin 22 dekabr 2003-cü ildə 
qəbul olunmuş 161 saylı qərarı ilə keçmişdir. Burada 1-6 rəqəmlər Ahəngdar sistemə görə malın kodu, 7-8-ci 
rəqəmlər Avropa Birliyinin kombinə edilmiş nomenklaturasına uyğun kodu, 9 və 10-cu rəqəmlər isə  ənənəvi 

131 
 
milli malların kodudur. Hələlik mal mövqeləri daha dərin detallaşdırılmadığından 9 və 10-cu rəqəmlər sıfır 
qəbul edilir. 
 

132 
 
Mövzu 15.  
Gömrük sistemində iqtisadi təhlil  
 
İqtisadi təhlil - təsərrüfat proseslərinin qarşılıqlı əlaqə və asılılıqda öyrənilməsi, onların bir-birinə 
təsirini müəyyənləşdirmək məqsədi daşıyır.  
İqtisadi təhlilin gedişində təsərrüfat faktları, hadisələr, hallar və proseslər arasındakı əlaqələr müəyyən 
edilir, təsərrüfat fəaliyyətinə bilavasitə  təsir göstərən amillər aşkar edilir. Bunun üçün iqtisadi və riyazi 
hesablamaların üsul və fəndlərindən istifadə olunur.  
İqtisadi təhlilin nəticələrinə  əsasən idarəetmə  qərarları müəyyən edilir və  əsaslandırılır, həmçinin 
iderəetmə obyekti tənzimlənir.  
İqtisadi təhlil iderəetmə  qərarının qəbul edildiyi mərhələdən  əvvəlki mərhələ hesab edilir. Təhlilinə 
əsaslanaraq bir sıra məsələlər, məsələn gömrük orqanının saxlanılması və səmərəli fəaliyyəti üçün tələb olunan 
vəsaitin miqdarı təyin edilə bilər. Bundan başqa, proqnozların yerinə yetirilməsinin təhlilində onların əsaslılığı 
yoxlanılır və nəzərə alınmamış ehtiyatlar aşkara çıxarılır.  
İqtisadi təhlilin əsas məsələləri aşağıdakılardır:  
1) iqtisadi informasiyanın keyfiyyətinin təyini və optimal idarəetmə  qərarının seçilməsi üçün 
materialların hazırlanması;  
2) gözlənilən nəticələrin proqnozlaşdırılması;  
3) idarəçilik qərarının yerinə yetirilməsinə nəzarət və onun yekunlarının qiymətləndirilməsi;  
4)  əmək, material və maliyyə resurslarının sərfinə  nəzarət və onlardan istifadənin səmərəsinin 
artırılması üçün ehtiyatlar aşkar edilməsi.  
Təhlilin predmetindən asılı olaraq maliyyə, kompleks və funksional-dəyər təhlil növləri ayırd edilir.  
Maliyyə, yaxud, maliyyə-iqtisadi təhlil dedikdə, dəyər və maliyyə göstəricilərinin istehsalat göstəriciləri 
ilə qarşılıqlı  əlaqədə  təhlili başa düşülür. Bu təhlil,  əsasən hesabat göstəricilərinə görə aparılır və maliyyə 
nəticələrinin və maliyyə vəziyyətinin tədqiqinə yönəlmiş olur.  
Texniki və  təşkilati amillərin dəyər göstəricilərinə təsirini aşkar etmək üçün texniki-iqtisadi analizdən 
istifadə olunur. Texniki-iqtisadi analizin proqram və üsulları texnika, texnologiya və konkret iş sahəsinin 
xüsusiyyətlərini əks etdirir və ixtisaslaşmış olur.  
Funksional dəyər təhlil (FDT) analiz edilən obyektlərin səmərəliliyinin artırılması imkanlarını müəyyən 
etməyə yönəlmişdir və obyektlərin öz funksiyalarını daha səmərəli həyata keçirmək və məsrəflərin azaldılması 
üçün optimal variantın seçilməsinə əsaslanır.  
İqtisadi hadisələrin, faktların, proseslərin başvermə zamanından asılı olaraq, bu və ya digər dövr üzrə 
fəaliyyətin yekunlarına görə ilkin analizi, cari (operativ) təhlili, yekun (retrospektiv) təhlili bir-birindən 
fərqləndirmək lazımdır.  
İlkin iqtisadi analiz proqnoz və idarəetmə  qərarlarının seçimi və  əsaslandırılması ilə  əlaqədardır. Bu 
təhlil hər hansı təsərrüfat proseslərinə qədər aparılır.  
İlkin iqtisadi təhlilin məqsədi mümkün variantların ən yaxşısını öyrənib ən yaxşı həlli tapmaqdır. Onu 
fərqləndirən cəhət səbəb və amillərin təhlili əsasında onların nəticələrə təsirinin öyrənilməsidir.  
Operativ iqtisadi təhlil operativ idarəetmə ilə - idarəetmə  qərarlarının yerinə yetirilməsi prosesinin 
koordinasiyası  və  tənzimlənməsi ilə  əlaqədardır. Bu təhlili fərqləndirən aşağıdakı  əsas cəhətlərdir: təcililik - 
onun keçirilmə müddəti təsərrüfat  əməliyyatları ilə üst-üstə düşür; tətbiqçilik - onun nəticələri bilavasitə 
istehsalat prosesinə müdaxilə etməyə imkan verir; məqsədyönlülük - konkret məqsəd və vəzifə daşımaqla ayrı-
ayrı sahələr və göstəricilər təhlil edilir. İqtisadi təhlil iqtisadi informasiya sisteminə, proqnoz və normativ 
göstəricilərə əsaslanır. Məlumat mənbələri uçot və qeyri-uçot mənbəyi olmaqla iki qrupa bölünür.  
Əsas uçot göstəriciləri olan informasiya mənbələrinə - mühasibat uçotu və hesabat, statistik uçot və 
hesabat, operativ uçot və hesabat, seçmə uçot göstəriciləri aid edilir.  
Təsərrüfat, maliyyə  vəsaitləri və prosesləri öz əksini daha bitkin şəkildə mühasibat uçotunda tapır. 
Statistik uçot və hesabat kütləvi hallar və proseslər barədə məlumat üçün daha münasibdir.  
Qeyri-uçot informasiya mənbələrinə aşağıdakılar aid edilir:  
1) sistemdaxili təftiş materialları;  
2) laboratoriya və təftiş nəzarəti materialları;  
3) vergi və bank orqanlarının yoxlama materialları;  
4) mətbuat materialları;  
5) digər orqan və təşkilatlarla yazışmalar və s.  
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti çoxsaylı iqtisadi göstəricilərlə ölçülür. Bu göstəriciləri 
müəyyən sistem halında birləşdirmək mümkündür.  
“Göstəricilər sistemi” anlayışı o deməkdir ki, maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif tərəfləri 
arasında real mövcud olan əlaqələr uyğun göstəricilərin müəyyən asılılıq xüsusiyyətində öz əksini tapır.  

133 
 
Göstəriciləri dəyər və natural; kəmiyyət və keyfiyyət; həcm və xüsusi çəki kimi kateqoriyalara aid 
edirlər.  
“Dəyər göstəricilərinin” əsasında pul ölçüsü dayanır. Məsələn, satılan məhsul, göstərilən xidmət, gəlir, 
maliyyə vəziyyəti dəyərlə ifadə olunur.  
Natural göstəricilər təşkilatların analitik uçot işlərində istifadə edilir. Bu göstəricilər maddi ehtiyatları, 
istehsalı, gömrük işində  məsələn, müsadirə olunmuş  əşyaları  və s. göstərə bilər. Bu zaman ölçü vahidləri 
obyektlərin fiziki xassələrindən, ölçülmədən və sairdən asılı ola bilər.  
İqtisadi təhlilin üsul və fəndlərini şərti olaraq iki qrupa bölmək olar: ənənəvi və iqtisadi riyazi.  
Ənənəvi üsullara aşağıdakılar aid edilir:  
1) mütləq, nisbi və orta qiymətlər istifadə olunması;  
2) müqayisə;  
3) qruplaşdırma;  
4) indeks üsulu; 
5) balans üsulu.  
Bu və ya digər göstəricilərin təhlili mütləq qiymətərin istifadəsindən başlanır. Mütləq qiymətlər 
bazasında isə nisbi göstəricilər hesablanır ki, onlar da müəyyən əmsal və ya faizlə ifadə olunur.  
Nisbi göstəricilər müəyyən zaman ərzində göstəricilərin dəyişməsini nümayiş etdirir (məsələn, 
tapşırığın yerinə yetirilmə faizi; keçən ilə nisbətən artım tempi və s.). 
Müqayisə üsulu iqtisadi təhlilin ən geniş yayılmış üsuludur.  
Bir neçə müqayisə forması mövcuddur: plan-proqnozla müqayisə; keçmiş  və ya bazis dövrü ilə 
müqayisə;  ən yüksək göstəricilərlə müqayisə; orta göstəricilərlə müqayisə. Bu üsulun köməyi ilə proqnoz-
tapşırıqların yerinə yetirilməsinə qiymət verilir. Aşkar olunan fərqlər təhlil obyekti hesab olunur.  
Qruplaşdırma hadisə  və proseslərin eyni keyfiyyət  əlamətlərinə, səbəb və amillərə görə 
təsnifatlaşdırılmasını nəzərdə tutur. Bu üsulla maddi ehtiyatların, iş vaxtının, kapital qoyuluşunun mövcudluq və 
istifadəsi təhlil olunur.  
Ənənəvi üsullarla birgə iqtisadi-riyazi üsullar, həmçinin elementar riyazi üsullar, riyazi təhlilin klassik 
üsullarından, proqramlaşdırma və digər üsullardan istifadə oluna bilər. 
İqtisadi təhlilin  əsas göstəricilərinin müəyyən edilərək dəqiqləşdirilməsində tabeli müəssisələrin 
maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması mühüm əhəmiyyət kəsb edir. Sistem daxili nəzarətin  əsas 
vəzifələrinə aşağıdakılar daxil edilir: 
- büdcə  gəlirləri üzrə proqnoz tapşırıqlarının yerinə yetirilməsinə; maddi və maliyyə 
ehtiyatlarından səmərəli istifadə edilməsinə; mühasibat uçotunun düzgün qurulmasına; tarif və gömrük 
dəyərinin müəyyən edilmiş qaydalarının gözlənilməsinə: maliyyə-kredit və hesablaşma  əməliyyatlarının 
düzgünlüyünə; büdcə-smeta, kassa, tədiyyə hesablaşma və  ştat intizamının gözlənilməsinə; aparılan 
əməliyyatların düzgünlüyü və qanuniliyinə; büdcəyə çatacaq ödənişlərin vaxtında köçürülməsinə nəzarəti 
təmin etmək;  
- ayrılmış büdcə vəsaitlərinin düzgün yerləşdirilməsi və xərc smetasına uyğun istifadəsinə nəzarət 
etmək;  
- gömrük vergi və rüsumlarından yayınma, depozit hesablarda vəsait qalığının artması, büdcəyə 
köçürülmələrin ləngidilməsi hallarının aşkar edilməsi və ona qarşı ciddi tədbir görülməsi; 
- əvvəllər aparılmış təftiş nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması 
üçün görülən tədbirlərin nəticələrini araşdırmaq;  
Bu məqsədlərlə Respublika Dövlət Gömrük Komitəsi gömrük orqanlarının maliyyə-təsərrüfat 
fəaliyyətini ildə bir dəfə (iki ildə bir dəfədən gec olmayaraq) kompleks şəkildə, zərurət olduqda isə 
plandankənar təftiş etdirir.  
Təftiş seçmə, başdanbaşa və ya kombinələşdirilmiş qaydada aparıla bilər.  
Maliyyə-təsərrüfat  əməliyyatının həqiqiliyi sənədlərin formal və hesabi yoxlanması yolu ilə müəyyən 
edilir. Gömrük əməliyyatlarının həqiqiliyi ilk sənədləri üzləşdirməklə müəyyən edilir; hesablaşma, cari və 
depozit hesablar üzrə pul vəsaitlərinin hərəkəti gömrükxanada saxlanılan tədiyyə  sənədləri bankda saxlanılan 
sənədlərin əsli ilə üzləşdirməklə yoxlanılır.  
Təftiş və ya yoxlamanın sonunda gömrük orqanının maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən akt tərtib 
olunur və təftiş qrupunun rəhbəri (üzvləri), təftiş aparılan gömrük orqanının rəhbəri və maliyyə-tarif şöbəsinin 
rəisi tərəfindən imzalanır.  
Gömrük orqanlarının maliyyə-təsərrüfat fəaliyyətini  əhatə edən məsələlər aktda sistemləşdirilmiş 
şəkildə əks etdirilir. 
Təftiş aktına gömrük orqanı  rəhbərinin və maliyyə-tarif  şöbəsi rəisinin irad və  təklifləri olduqda 
imzasının qabağında qeyd edir və akt tərtib olunan gündən 3 gün gec olmayaraq yazılı şəkildə təftiş qrupuna və 

134 
 
ya Respublika Dövlət Gömrük Komitəsinə  məlumat verir. Akta ilkin yoxlama materialları ilə yanaşı  təftişdə 
aşkar edilmiş nöqsanlarda bilavasitə təqsiri olan vəzifəli şəxslərin izahatı da əlavə edilir.  
Aktın bir nüsxəsi təftiş olunan gömrük orqanının rəhbərinə  təqdim edilir və bu barədə aktda qeyd 
aparılır.  
Təftiş edilən ayrı-ayrı sahələrin təftişi üzrə (kassanın, maddi qiymətlilərin və  əsas fondların 
inventarlaşdırılması) ayrıca akt tərtib edilir, təftiş qrupunun üzvləri tərəfindən imzalanır və  əsas akta əlavə 
olunur. Ayrıca tərtib olunan aktın bir nüsxəsi aktı imzalayan vəzifəli şəxsə verilir.  
Təftiş aktının tərtibi zamanı obyektivlik, aydınlıq, lakoniklik, aşkar edilmiş fakt və  məlumatların 
dəqiqliyi təmin edilməlidir. 
 
 

135 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin