Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir


a) narkotik vasitələrin, psixotrop, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv və partlayıcı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32

a) narkotik vasitələrin, psixotrop, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv və partlayıcı 
mallar;  
b) silahlar, partlayıcı qurğular və onlar üçün sursatı (soyuq, yivsiz ov silahları  və onların 
patronlarından başqa); 
c) nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, həmin silahların hazırlanması üçün 
istifadə oluna biləcək material və avadanlıqlar, strateji əhəmiyyətli xammalın;  
ç) Azərbaycan Respublikasından çıxarılması üçün müvafiq qaydalar müəyyən edilmiş ölkədə 
yaşayan xalqların və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyaların; 
d) külli miqdarda, yaxud dövlət orqanının vəzifəli şəxsi tərəfindən öz qulluq mövqeyindən istifadə 
etməklə, yaxud gömrük nəzarətinin müəyyən formalarından azad olunmuş ayrı-ayrı malların və 
nəqliyyat vasitələrinin keçirilməsi üçün müvəkkil edilmiş şəxs tərəfindən, yaxud kontrabanda ilə məşğul 
olmaq üçün təşkil edilmiş bir qrup şəxs tərəfindən keçirilən digər malların;  
Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmış Azərbaycan xalqının və xarici ölkə 
xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyaların qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 
qaytarılması  məcburi olan hallarda və müəyyən olunmuş müddətdə geri qaytarılmadıqda da qaçaqmalçılıq 
sayılır və cinayət qanunvericiliyi ilə cəzalandırır.  

140 
 
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsi” 1999-cu ilin 30 dekabr tarixli qanunu ilə  təsdiq 
olunmuş  və 2000-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmişdir. Yeni Məcəllənin 206-cı maddəsinə görə, 
”Qaçaqmalçılıq, yəni  Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və 
ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə 
etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsidir”. 
Bu maddənin birinci hissəsinə görə  “mallar və digər  əşyalar külli miqdarda  keçirildikdə 5 ilədək 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. 
Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə bu cür cinayətlər “az ağır cinayətlər” (CM 15.3-cü maddə) 
hesab olunur. 
206-cı maddənin ikinci hissəsinə görə  “narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, 
zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və nurğuların hərbi silahın və texniknın (yivsiz odlu 
ov silahlı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, 
kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və  Azərbaycan 
Respublikası gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar, müəyyən edilmiş strateji 
əhəmiyyətli xammalın mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının 
gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük 
eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə  və ya düzgün 
bəyan etməməklə keçirilməsi - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. 
Yeni Cinayət Məcəlləsinin bu maddəsi  əvvəlkindən fərqli olaraq daha ətraflı  və  dəqiq 
təsnifləşdirilmişdir. Əgər əvvəlki CM-də bu maddənin üçüncü hissəsi ümumi şəkildə verilmişdirsə, yəni CM-də 
hər hal üçün xüsusi yarımbəndi nəzərdə tutulmuş, bu cür əməllərin mütəşəkkil dəstə  tərəfindən həyata 
keçirilməsi üçün isə ayrıca bənd göstərilmişdir.  
Belə ki, yeni CM-in 206-cı maddəsinin üçüncü hissəsinə görə,  “bu Məcəllənin 206.1 və 206.2-ci 
maddələrində nəzərdə tutulmuş əməllə: 
206.3.1. təkrar törədildikdə; 
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;  
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;  
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə - əmlakı müsadirə 
olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. 
Bu cür cinayətlər isə “ağır cinayətlər” (CM 15.4-cü maddə) hesab olunur.  
206-cı maddənin dördüncü hissəsinə görə,  “bu Məcəllənin 206.1-206.3-cü maddələrində  nəzərdə 
tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə - əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə  cəzalandırılır”. Öz xarakterinə görə belə cinayətlər “ən ağır 
cinayətlər” (CM 15.5 maddə) hesab edilir
Bu maddədə “külli miqdar dedikdə keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin minimum əmək 
haqqı  məbləğinin dörd min mislindən yuxarı olan məbləğ başa düşülür (CM 206-cı maddə, “Qeyd” 
hissəsi)
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 17.04.2007-cə il tarixində  qəbul olunmuş 
«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» (№313-
IIIQD) Qanunun qüvvəyə minməsi haqqında Azəfrbaycan Respublikası prezidenti i.Ə.Əliyev cənablarının 
22.05.2007-ci il tarixli fərmanı ilə  həmin qanunun 32.2. maddəsinin icrasını DGK öz səlahiyyətləri daxilində 
həyata keçirir.   
Gömrük işi sahəsindəki digər cinayətlər, gömrük ödənişlərinin ödənilməsindən yayınma, qanunsuz 
valyuta  əməliyyatları  və valyuta sərvətləri ilə  əlaqədar sair əməllər, incəsənət, tarixi və arxeoloji sərvət olan 
əşyaların qaytarılmamasıdır.  
Köhnə CM-dən fərqli olaraq, ilk dəfə yeni qəbul olunmuş Cinayət Məcəlləsində  “Azərbaycan 
Respublikasının Gömrük Məcəlləsindi” öz əksini tapmış, gömrük işi sahəsindəki cinayətlər - GM-nin 213 
(qaçaqmalçılıq), 214 (bədii, tarixi və arxeoloji sərvətlərin qaytarılması) 215 (gömrük ödənişlərindən 
yayınma) və 216-cı maddələri (qanunsuz valyuta əməliyyatları ilə  əlaqədar) üzrə  cəzalar ayrı-ayrı 
maddələrdə verilmişdir.  
Fiziki  şəxslərin, vəzifəli  şəxsin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə  məşğul olan 
şəxslərin külli miqdarda gömrük ödənişlərini ödəməkdən qəsdən yayınması cinayət hesab olunur.  
Bu müddəa bütünlüklə öz əksini Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində 
tapmışdır:  “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə  və vaxtında 
ödəmək hər kəsin borcudur”. 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 207-ci maddəsinə görə,  “Azərbaycan 
Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması  məcburi olan Azərbaycan 

141 
 
Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və xarici ölkələrin 
incəsənət, tarixi və arxeoloji sərvəti  olan  əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan 
Respublikasına qaytarmamaq - əmlakı müsadirə olunmaqla və yv olunmamaqla üç ildən səkkiz ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. 
CM-nin 209-cu maddəsinin birinci hissəsinə görə,  “xeyli miqdarda gömrük ödənişlərinin 
ödənilməsindən yayınma minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda 
cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”. Əgər bu əməllər təkrar (209.2.1) və külli 
miqdarda (209.2.2) törədilərsə, onda “minimum əmək haqqının iki min mislindən beş min mislinədək 
miqdarda cərimə  və ya iki ilədək müddətə islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalndırılır” (209.2-ci maddə). 
Bu maddə “xeyli miqdar” dedikdə ödənilməmiş gömrük ödənişlərini minimum əmək haqqı məbləğinin 
iki min mislindən, “külli miqdar” dedikdə dörd min mislindən yuxarı olan məbləğ başa düşülür. 
Bu Məcəllənin 209.1. və 209.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət 
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.  
Qanunsuz valyuta əməliyyatları ilə əlaqədar cinayətlər isə CM-in 206.1. və 208-ci maddələrinə uyğun 
cəzalandırılır.  
 
16.2.2. Gömrük orqanları tərəfindən təhqiqatın və istintaqın aparılması  
Təhqiqat ilkin istintaqın forması kimi qaldırılası cinayət işi üzrə mövcud qanunvericilikdə müəyyən 
edilmiş qaydalar əsasında həyata keçirilir.  
Təhqiqat orqanları ilk olaraq cinayətin baş verdiyini aşkarlayır, iş qaldırır, cinayətin izlərinin aşkar 
edilməsi üçün vacib hərəkətlər edir, şübhəli şəxsi saxlayır və cinayətin qarşısını alırlar.  
Əgər aparılan təhqiqat işi, həmin iş üzrə ilkin istintaqı vacib edirsə, onda təhqiqat işi müstəntiqə verilir. 
Əks halda, təhqiqat orqanı işin istintaqını axıra çatdırmalıdır. Yadda çaxlamaq lazımdır ki, ilkin istintaqın vacib 
olduğu işlərdə, təhqiqat işi ümumi xarakter daşıyır, daha doğrusu, təhqiqat orqanları, yalnız “isti izlər üzrə” 
vacib istintaq hərəkətləri lazım gəldikdə və müstəntiqin işə başlaya bilmədiyi halda təhqiqat aparırlar.  
Əgər cinayət işini müstəntiq qaldırıbsa və icraata özü qəbul edibsə, onda təhqiqat aparılmır, təhqiqat 
orqanları isə müstəntiqin tapşırığı ilə əməliyyat-axtarış, nadir hallarda isə istintaq hərəkətlərində iştirak edirlər.  
Gömrük orqanları aşağıdakı cinayət işləri üzrə təhqiqat və istintaq orqanı sayılır (CPM. 38, 45 və 47-ci 
maddələr):  
1) qaçaqmalçılıq (AR CM 206-cı maddə);  
2) incəsənət, tarixi və arxeoloji sərvət sayılan  əşyaların Azərbaycan  ərazisinə  gətirilməməsi (AR 
CM 207-ci maddəsi);  
3) gömrük ödənişlərinin ödənilməsindən yayınma (AR CM 209-cu maddəsi). 
Gömrük orqanları sistemində  təhqiqat və ibtidai istintaq işlərini Azərbaycan Respublikası Dövlət 
Gömrük Komitəsinin məsul şəxsi apara bilər.  
Təhqiqat aparan şəxs, qəbul etdiyi qərarın istintaq hərəkətləri baxımından  əsaslığına, 
qanunauyğunluğuna və vaxtında aparılmasına görə məsuliyyət daşıyır.  
Təhqiqatçı aşağıdakı hallarda işin istintaqında iştirak edə bilməz:  
1) əgər o, zərərçəkmiş, şikayətçi, cavabdeh, müstəntiqdirsə, habelə həmin işdə ekspert, mütəxəssis 
və tərcüməçi kimi iştirak edirsə;  
2) əgər o, zərərçəkmişin, şikayətçinin, cavabdehin və ya onların nümayəndələrinin, habelə şübhəli 
şəxslərin və ya onların nümayəndələrinin qohumudursa;  
3) əgər o, bu və ya digər dərəcədə, bilavasitə və ya dolayısı ilə aparılan işdə maraqlıdırsa.  
Yuxarıda sadalanan halların hər hansı birinə əsas olduqda, təhqiqatçı bu barədə rəhbərinə xəbər verməli 
və işin istintaqından kənarlaşmalıdır.  
Respublikanını gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların, 
avadanlıqların, strateji əhəmiyyətli xammalın, mədəni sərvət olan əşyaların və s. qaçaqmalçılıq yolu ilə 
keçirilməsi, bundan başqa incəsənət, tarixi və arxeoloji sərvət olan əşyaların müəyyən edilmiş müddətdə 
Azərbaycana qaytarılmaması,  şərti maliyyə vahidinin iki min mislindən (yəni 11 milyon manat) yuxarı olan 
məbləğdə gömrük ödənişlərinin ödənilməsindən yayınma və s. kimi hallar cinayət xarakterli hesab olunurlar.  
Cinayət-Prosessual Məcəllənin 214-cü maddəsinin mahiyyətindən aydın olur ki, təhqiqat ibtidai 
araşdırmanın növü kimi aşağıdakı şəkildə aparılır: 
a) ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı; 
b) böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə  məhkəməyədək sadələşdirilmiş 
icraat. 

142 
 
Burdan belə bir nəticəyə gəlmək olar ki, ibtidai instintaq geniş mənada iki formada - ibtidai istintaq və 
təhqiqat formasında aparılır.  İbtidai istintaqın aparılmasını nizamlayan cinayət-prosessual qanunvericiliyinin 
normaları, kiçik istisnalarla, demək olar ki, eynilə təhqiqatın gedişatını da nizamlayır. 
Təhqiqat müstəqil şəkildə çox az miqdarda cinayət işlərində ibtidai istintaqın əvəzində aparılır.  
Cinayət-Prosessual Məcəllənin 215.1-ci maddəsində deyildiyi kimi, böyük ictimai təhlükə törətməyən 
cinayətlər üzrə  məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılan təhqiqat istisna olmaqla, bütün cinayət 
işləri üzrə ibtidai istintaqın aparılması məcburidir. CPM-in 214-3-cü maddəsinə müvafiq olaraq, bu kateqoriyalı 
cinayət işləri üzrə cinayətin  əlamətləri mövcud olduqda təhqiqat orqanı cinayət işini başlayır və cinayət-
prosessual qanunvericiliyini rəhbər tutaraq cinayətin izlərini müəyyən etmək və möhkəmləndirmək, habelə 
cinayət törətməkdə şübhə edilən şəxsi tapmaq məqsədi ilə əməliyyat-axtarış tədbirləri və təxirəsalınmaz istintaq 
hərəkətləri aparır. 
Təxirəsalınmaz istintaq hərəkətləri dedikdə gömrük orqanlarının təhqiqatçıları  tərəfindən baxışın, 
axtarışın, götürmənin, şəxsi müayinənin, şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsi, zərər çəkmiş şəxsin 
və şahidlərin dindirilməsi və digər hərəkətlərin həyata keçirilməsi başa düşülür. 
Cinayət-Prosessual Məcəllənin 236.1-ci maddəsinə müvafiq olaraq, cinayətin izlərinin, sübut mənbəyi 
ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan 
digər halların müəyyən edilməsi məqsədi ilə gömrük orqanlarının təhqiqatçısı  və müstəntiqi hadisə yerinin, 
binaların, sənədlərin, əşyaların və digər predmetlərin baxışını aparır. 
Cinayətin mühakimə icraatında, bir qayda olaraq predmetlərin və  sənədlərin baxışı müvafiq istintaq 
hərəkətləri aparılarkən (hadisə yerinin baxışı, axtarış, götürmə) həyata keçirilir. Baxış nəticəsində predmet və ya 
sənəd barədə əldə edilən məlumatlar həmin istintaq hərəkəti protokolunda qeyd edilir. Predmetin və ya sənədin 
yerindəcə baxışını aparmaq mümkün olmadıqda, müstəntiq onları  qəbul etməsi barədə müvafiq akt tərtib 
edərək, qablaşdırır və möhürləyir. 
CPM-in 242-246-cı maddələrində axtarış  və ya götürmənin bir istintaq hərəkəti kimi mahiyyəti, 
məqsədi və iş üçün əhəmiyyəti geniş şərh edilmişdir. Qanunda göstərilmişdir ki, əldə edilmiş (mövcud) sübutlar 
və ya əməliyyat-axtarış  fəaliyyətinin materialları  hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər 
yerdə, yaxud hər hansı  şəxsdə  iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək  əşyaların və  sənədlərin olmasını 
güman etməyə kifayət qədər əsas verdikdə müstəntiq axtarış apara bilər. 
Axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya 
götürmənin aparılması haqqında qərarı müstəntiqin  əsaslandırılmış  vəsatəti və ibtidai araşdırmaya prosessual 
rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. 
Axtarış  və götürmə zamanı, CPM-in 244.1-ci maddəsinin tələbinə görə azı 2 (iki) hal şahidlərinin 
iştirakı məcburidir. 
Şəxsi müayinə, cinayət-prosessual qanunda verilmiş  şərhə görə, məhkəmə-tibb ekspertizasının 
keçirilməsi tələb edilmədiyi halda şübhəli, təqsirləndirilən, zərər çəkmiş  şəxsin və ya şahidin bədənində 
cinayətin izlərini və ya xüsusi əlamətləri aşkar etmək məqsədilə müstəntiq tərəfindən aparılır. 
Gömrük orqanlarının təhqiqat və istintaq fəaliyyətinə aid olan cinayət işləri CM-in 206-207 və 209-cu 
maddələri  əsasında qaldırılır. CM-in 206 və 207-ci maddələrinin tərkibini təşkil edən  əməllər (hərəkət və ya 
hərəkətsizlik) CM-in 15.3-cü maddəsinin şərhinə görə ağır cinayətlər, 209-cu maddə ilə törədilmiş cinayət isə 
CM-in 15.2-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur.  
Beləliklə, Cinayət-Prosessual Məcəllənin 215.1-ci maddəsinin tələbinə görə gömrük orqanları CM-in 
206 və 207-ci maddələri ilə qaldırılmış cinayət işləri üzrə təhqiqatı 10 (on) gün müddətində, amma CM-in 209-
cu maddəsi ilə qaldırılmış cinayət işi üzrə təhqiqatı tam şəkildə aparmağa səlahiyyətlidirlər. 
Onu da qeyd etmək lazımdır ki, Cinayət-Prosessual Məcəllənin 214.4-cü maddəsində izah edilir ki, 
məhkəməyədək sadələşdirilmiş icraat şəklində  təhqiqat CM-in 127.1, 128-132, 174-176, 177.1, 186.1, 187.1, 
187.2, 196.1, 197.1 və 201.1-ci maddələri ilə  nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar 
cinayətlər üzrə aparılır. Bu siyahıda CM-in 209-cu maddəsi göstərilməmişdir. Lakin yuxarıda qeyd edildiyi 
kimi, CM-in 15.2-ci maddəsinə görə CM-in 209-cu maddəsinin tərkibini təşkil edən  əməllər böyük ictimai 
təhlükə törətməyən cinayətlər hesab olunur və bu növ cinayətlər üzrə cinayət işini gömrük orqanının 
təhqiqatçıları tərəfindən qaldırılaraq tam miqyasda təhqiqat formasında aparıla bilər. 
Cinayət-Prosessual Məcəllənin 214.4-cü və Cinayət Məcəlləsinin 15.2-ci maddələri arasında yaranmış 
uyğunsuzluq, zənnimizcə, gələcəkdə Azərbaycan Respublikasının qanunvericilik orqanları  tərəfindən aradan 
qaldırılmalıdır. 
Gömrük Məcəlləsinin 218, Cinayət-Prosessual Məcəllənin 47, 207, 209 və 210-cu maddələrinə görə 
cinayət işini başlamağa səlahiyyətli olan gömrük orqanlarından və  vəzifəli  şəxslərdən tələb olunur ki, hər bir 
cinayət barədə daxil olan ərizə və məlumatları vaxtında qəbul edib, onları yoxlayıb müvafiq qərar çıxartsınlar. 

143 
 
Azərbaycan Respublikasının gömrük orqanları törədilmiş, törədilən və ya törədilməsinə hazırlıq görülən 
cinayətlər haqqında  ərizə  və  məlumatlara baxanda, Azərbaycan Respublikasının cinayət-prosessual 
qanunvericiliyinin tələblərinə ciddi surətdə riayət etməlidirlər. 
Belə ki, CPM-in 207.1.2-ci maddəsinə müvafiq olaraq, gömrük orqanlarının təhqiqatçıları  və 
müstəntiqləri zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında 
məlumatlar istisna olmaqla) aldıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, 
ekspertin rəyinin alınması ilə əlaqədar isə 20 (iyirmi) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması 
üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlamanı apararaq nəticələri üzrə cinayət işinin başlanması və 
ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edir. 
 
16.3. Gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyəti   
 
16.3.1. Əməliyyat-axtarış fəaliyyəti anlayışı  
“Əməliyyat-axtarış  fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (11.12.1999) birinci 
maddəsinə görə, əməliyyat-axtarış fəaliyyəti-müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla 
bu Qanunla ona verilmiş  səlahiyyətlər  əsasında insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi 
şəxsin qanuni mənafelərini, dövlət və  hərbi sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə 
etmək məqsədi ilə həyata keçirilir.  
Əməliyyat-axtarış  fəaliyyətinin məqsədi dövlətin, cəmiyyətin və  şəxsiyyətin təhlükəsizliyini təmin 
etməkdir. 
Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri aşağıdakılardır:  
- hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;  
- törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;  
- cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;  
- məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyu qaçıran və ya itkin 
düşən şəxslərin axtarılması;  
- naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.  
Əməliyyat-axtarış fəaliyyətinə aid olan ilk üç vəzifə bilavasitə gömrük orqanlarının işi ilə əlaqədardır.  
Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 1999-cu il 206 saylı “Əməliyyat-axtarış fəaliyyəti 
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə  fərmanının ikinci bəndinin üçüncü 
hissəsinə görə, Qanunun 5-ci maddəsinin IV hissəsində  nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti 
orqanları”nın səlahiyyətləri öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası DİN, Azərbaycan Respublikası 
MTN, Azərbaycan Respublikası Dövlət Sərhəd xidməti, Azərbaycan Respublikası  ƏN, Azərbaycan 
Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə orqanları Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikası 
Dövlət Gömrük Komitəsi həyata keçirirlər.  
Əməliyyat-axtarış fəaliyyəti-xüsusi fəaliyyət növü olub, xüsusi məqsədlərin yerinə yetirilməsinə xidmət 
edir. Bu sahə ilə yalnız xüsusi səlahiyyəti olan dövlət orqanları məşğul ola bilər. Gömrük orqanlarına belə bir 
səlahiyyət, Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərdiyimiz fərmanı ilə verilmişdir.  
Əməliyyat-axtarış fəaliyyəti digər fəaliyyət növlərindən öz spesifikliyi ilə kəskin fərqlənir. Belə ki, bu 
fəaliyyət növünün prinsipləri konsepsiya və gizli iş üsulları ilə həyata keçirilir.  
Konspirasiya - əməliyyat-axtarış  fəaliyyətinin vacib və toxunulmaz qaydası olub, qabaqcadan 
planlaşdırılmış, gizli həyata keçiriləcək cinayət işlərinin qarşısını almaq üçün həyata keçirilən tədbirdir.  
Konspirasiya nəticəsində cinayət törətmiş  şəxs haqqında dəqiq məlumatlar toplanır və tam sübut 
olunmayana qədər açıqlanmır. Eyni zamanda kospirasiya, əməliyyat-axtarış fəaliyyətində iştirak edənlərin şəxsi 
təhlükəsizliyini kifayət qədər təmin edir.  
Əməliyyat-axtarış fəaliyyəti qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət prinsiplərinə 
əsaslanır. Lakin hər hansı şəxsin vətəndaşlığı, milliyyəti, cinsi, qulluq mövqeyi, partiyalılığı, dinə münasibəti, 
siyasi baxışları və s. əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz.  
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 35-ci fəslinə  və  “Əməliyyat-axtarış  fəaliyyəti 
haqqında” Azərbaycan Respublikası Qanununa əsasən gömrük orqanları müxtəlif əməliyyat-axtarış fəaliyyəti ilə 
məşğul olurlar. Bunlardan birincisi informasiya fəaliyyətidir.  
İnformasiya fəaliyyəti, informasiya ilə işləmə, informasiya üzərində işləmə və informasiya mənbəyi ilə 
işləməkdir.  
Məxfi mənbə ilə işləmək aşağıdakıların əldə edilməsinə xidmət edir:  
1) cinayətə  cəhd ediləcəyi və qorunan obyektlərin təhlükəsizliyinə mümkün qəsd  əlamətləri 
barədə qabaqlayıcı məlumatlar almaq (aşkar etmək);  

144 
 
2) hazırlanacaq və ya baş vermiş  qəsdlər barədə faktlar və  əlamətlər, habelə bu cinayətlərin 
ziyanlı  nəticələrini aradan qaldırmaq istiqamətində  məlumatlar (aşkarlamaq və  xəbərdarlıq etmək) 
toplamaq;  
3) baş vermiş cinayət, onun açılması  və müqəssirin məsuliyyətə  cəlb olunması üçün konkret 
faktiki məlumatlar (ehtiyat tədbiri görmək) əldə etmək. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi 
əməkdaşlıq etmiş  və edən  şəxslər barədə  məlumatlar yalnız həmin  şəxslərin yazılı razılığı ilə  və ya 
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş 
hallarda aşkarlana bilər.  
Alınmış  məlumatların yenidən yoxlanması,  əlavə  məlumatların alınması  və  dəqiqləşdirilməsi məqsədi 
ilə xüsusi texniki qurğular və kriminalistik vasitələrdən istifadə olunur. Əldə olunmuş məlumatlar işlənir, analiz 
edilir və cinayət mexanizminin açılması prosesində, habelə cinayətin konkret iştirakçılarının axtarılmasında 
istifadə olunur.  
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikası gömrük orqanları  əməliyyat-axtarış 
tədbirlərinin həyata keçirilməsi zamanı informasiya sistemlərindən, video və  səsyazmadan, kino və 
fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər texniki və 
başqa vasitələrdən istifadə edə bilər.  
Əməliyyat-axtarış  fəaliyyəti daha çox kəşfiyyat-axtarış  və “nişangah”-axtarış  fəaliyyətlərinin birgə 
həyata keçirilməsinə  əsaslanır. Ona görə  də, hüquqi cəhətdən gömrük orqanının  əməliyyat bölmələrinin 
əməkdaşları, təhqiqatçı-müstəntiqlərdən prinsipial cəhətdən fərqlənirlər. Belə ki, əgər təhqiqatçı  və müstəntiq 
cinayətlə bağlı rəsmi dövlətin adından açıq şəkildə hərəkət edirlərsə, əməliyyat işçiləri, bir qayda olaraq, lazımi 
məlumatları  əldə etmək üçün obyekt qarşısında öz məqsədlərini gizlədərək fəaliyyət göstərir. Ona görə  də, 
əməliyyat işçiləri və onların obyektləri arasındakı münasibətlər qeyri-rəsmi və qeyri-hüquqi hesab olunur. Çünki 
əməliyyat işçilərinin məqsədi və hərəkətləri məxfi üsullarla həyata keçirilir.  
Əməliyyat yolu ilə əldə olunmuş məlumatlar əməliyyat sənədlərində qeydə alınır, əməliyyat məqsədləri 
üçün istifadə olunur və əksər hallarda prosessual qaydada rəsmiləşdirilmir.  
Qanunvericiliyə uyğun qaydada təqsiri sübuta yetirilməyən  şəxs haqqında  əməliyyat-axtarış  tədbirləri 
nəticəsində  əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə  məhv edilir (“Əməliyyat-axtarış 
fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu, 15-ci maddə V hissə). 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin