Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32

17.5. İdarəetmənin metodları  
Qarşıya qoyulmuş  məqsədlərin  əldə edilməsi üçün idarəetmə obyektinə  təsir yollarının, 
üsullarının, vasitələrinin və formalarının məcmusu idarəetmə metodu adlanır.  
İdarəetmənin metodlarını öyrənərkən nəzərə almaq lazımdır ki, onların təsirinin yönümü sosial-iqtisadi 
sistemin, o cümlədən gömrük xidməti qarşısında qoyduğu konkret məqsədlərlə müəyyən edilir. Belə məqsədlər 
konkret təşkilati, iqtisadi, sosial və texniki vəzifələrin həllini tələb edir i, bu da öz növbəsində idarəetmənin 
müvafiq metodlarının tətbiqini tələb edir.  
İdarəetmənin metodları idarəçilik fəaliyyətinin miqyasına və təsir formasına görə təsnif edilir.  
Gömrük orqanlarında idarəçilik fəaliyətinin miqyasına görə ümumi və xüsusi metodlar fərqləndirilir.  
İdarəetmənin ümumi metodları gömrük işinin qlobal problemlərinin, strateji məsələlərinin həllinə 
yönəldilmişdir, onlar bütün gömrük sisteminin əsas məqsədlərini və  fəaliyyət göstərməsi məsələlərinin  əldə 
olunması üsullarını müəyyən edir.  
İdarəetmənin xüsusi metodları, başlıca olaraq, operativ və cari idarəetmə sistemlərində (regional 
gömrük idarələri, gömrükxanalar, gömrük postları) istifadə edilir.  
Gömrük sistemində təsir formalarından asılı olaraq birbaşa və dolayı təsir metodları tətbiq edilir.  
Birbaşa təsir metodları dövlətin iradəsinə  və nüfuzuna əsaslanır. Onlara təşkilti-sərəncamverici və 
hüquqi metodlar aiddir.  
Dolayı təsir metodlarına sosial, psixoloji, iqtisadi və iqtisadi-riyazi metodlar aiddir.  
Gömrük orqanlarında təşkiletmə  və  tənzimetmə kimi idarəetmə funksiyalarının reallaşdırılması 
prosesində  təşkilati-sərəncamverici (inzibati) metodların vasitəsilə  əməkdaşların və kollektivlərin borc
səlahiyyət, məsuliyyət, intizam tələbləri və  s.  kimi  fəaliyyət aspektlərindən ibarət olan münasibətlər 
formalaşdırılır.  
Gömrük orqanlarında təşkilati-sərəncamverici metodların hərbiləşdirilmiş  və hüquq mühafizə kimi 
xüsusiyyətləri ondan ibarətdir ki, onlar bütövlükdə sistemə və ya ayrılıqda onun elementlərinə birbaşa direktiv 
təsiri ifadə edir; gömrük orqanının rəhbərinə birmənalı  qərar qəbul etməyə imkan verir; normativ-hüquqi və 
direktiv sənədlərin icrasının məcburiliyinə əsaslanır.  
Gömrük orqanlarında üç qrup təşkilati-sərəncamverici məqsəd: təşkilati, sərəncamverici və intizam 
tətbiq edilir. Əsas yeri birinci qrupu təşkil edən təşkilati təsir metodları tutur. Onlar idarəetmənin  əsası olan 
sistemdə təşkilati əlaqələrin uzunmüddətli təsbitidir və nizamasalma, normalaşdırma və təlimatlandırmanı əhatə 
edir.  
 

150 
 
 
          Mövzu 18. Gömrük orqanları sistemində idarəetmənin təşkilati strukturları  
 
18.1. İdarəçilik münasibətlərinin və idarəetmənin təşkilati strukturlarının növləri  
Azərbaycan Respublikası gömrük orqanları sisteminin inkişafı idarəçilik problemlərinin həlli ilə  sıx 
əlaqəlidir, çünki idarəetmə  həmişə bu və ya digər təşkilatın ayrı-ayrı  həlqələri arasında dəqiq qarşılıqlı 
əlaqələrin müəyyənləşdirilməsi, onlar arasında hüquq və  vəzifələrin bölgüsü ilə başlanır. Bu məsələlərin 
təşkilati rəsmiləşdirilməsi gömrük orqanlarının idarə edilməsinin optimal təşkilati strukturunun işlənib 
hazırlanmasını nəzərdə tutur.  
İdarəetmənin təşkilati strukturu dedikdə çox vaxt idarəetmənin iyerarxik elementlərinin və bu 
elementlərin vahid bir tam kimi inkişafını təmin edən bir-biri ilə qarşılıqlı əlaqələrinin nizama salınmış toplusu 
(məcmusu) başa düşülür.  
İdarəetmənin təşkilati strukturları təhlil edilərkən, bir qayda olaraq, onlarda aşağıdakı elementlər ayrılır: 
idarəetmə həlqələri, idarəetmə səviyyələri və qarşılıqlı əlaqələr.  
Gömrük orqanları sistemində idarəetmənin həlqələrinə bunlar aiddir:  
- Azərbaycan Respublikası DGK (Komitənin 01.01.2009-cu ilə olan mövcud strukturu 1 saylı 
əlavədə verilmişdir);  
- DGK-nın idarələri və müstəqil şöbələri;  
- gömrükxanalar;  
- gömrükxanaların şöbələri;  
- gömrük postları  və müvafiq professional və ya idarəçilik funksiyalarını icra edən ayrı-ayrı 
mütəxəssislər.  
İdarəetmənin bu həlqələri idarəetmə iyerarxiyasının müvafiq səviyyələrində yerləşir.  İdarəetmənin 
səviyyələri dedikdə təşkilatın iderəetmə sistemində müəyyən pillə tutan idarəetmə həlqələrinin məcmusu başa 
düşülür.  
Gömrük orqanlarının vahid sistemində idarəetmə strukturu üç səviyyədən ibarətdir:  
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; 
2. gömrükxanalar;  
3. gömrük postları.  
XX  əsrin son onilliyində  və XXI əsrin  əvvəllərində informasiya və kommunikasiya texnologiyaları 
cəmiyyətin inkişafına təsir göstərən  əsas amillərdən birinə çevrilmişdir.  İnformasiya və kommunikasiya 
texnologiyalarının dövlət strukturlarını  və  vətəndaş  cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri  əhatə 
etməsini nəzərə alaraq Dövlət Gömrük Komitəsi bu sahədə əldə olunmuş nəticələri inkişaf etdirmək və gömrük 
işinin təşkilində informasiya texnologiyalarının geniş tətbiqini təmin etmək əzmindədir. 
 21 oktyabr 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş 
"Azərbaycan Respublikası rabitə  və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət proqramına 
(Elektron Azərbaycan)"  və  “Azərbaycan Respublikasının  İnkişafı Naminə  İnformasiya və 
Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyaya” müvafiq olaraq Dövlət Gömrük Komitəsində 
Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış informasiya sisteminin yaradılması 
haqqında Fəaliyyət Proqramına uyğun olaraq müvafiq işlər aparılır və bu sahədə müxtəlif nailiyyətlər  əldə 
olunmuşdur.  
Gömrük orqanlarının vahid qlobal korporativ şəbəkəsinin genişləndirilməsi və inkişaf etdirilməsi, 
gömrük rəsmiləşdirməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin sənaye istismarının təmin edilməsi, müasir 
texniki qurğuların tətbiqi ilə gömrük sərhədini keçən mal və  nəqliyyat vasitələrinə  nəzarət avtomatlaşdırılmış 
sisteminin yaradılması, gömrük anbarlarında və terminallarında malların uçotu, saxlanması  və  hərəkəti 
prosesinin avtomatlaşdırılması, gömrük orqanları  tərəfindən müəyyən olunmuş hüquqpozmaların uçotu və 
nəzarətinin avtomatlaşdırılmış sisteminin tətbiqi və  İstifadədə olan informasiya-texniki və proqram təminatı 
vasitələrinin yeniləşdirilməsi(modernləşdirilməsi) məsələləri mühüm əhəmiyyət kəsb edir. 
Dövlət Gömrük Komitəsinin qlobal korporativ şəbəkəsi hazırda Xəzər Dənizində Azərbaycan 
Respublikasının Mənafeyini Mühafizə idarəsi istisna olmaqla bütün gömrük orqanlarını əhatə edir. Şəbəkə öz 
quruluşuna görə dörd əsas hissədən ibarətdir: 
1) Peyk vasitəsi ilə təşkil olunmuş şəbəkə; 
2) Aztelekom istehsalat birliyindən icarəyə götürülmüş optik lifli rabitəsi əsasında təşkil olunmuş 
şəbəkə; 
3) Xüsusi tezliklə işləyən radioantennalarla qurulmuş şəbəkə; 
4) İSDN tipli şəbəkə. 
Azərbaycan Respublikasının gömrük orqanlarında fəaliyyətdə olan qlobal korporativ şəbəkənin 
funksional sxemi aşağıakı kimidir (Sxem 1): 

151 
 
 
 
 
 
            
  SXEM 1. Azərbaycan Respublikasının gömrük orqanlarında fəaliyyətdə olan qlobal korporativ 
şəbəkənin funksional sxemi 
 
Qlobal korporativ şəbəkə Azərbaycan Respublikasının bütün gömrük orqanları arasında informasiya 
mübadiləsinin aparılmasını və Dövlət Gömrük Komitəsinin vasitəsiçiliyi ilə hər bir gömrük orqanının internetə 
çıxışını təmin edir.  
Rəsmiləşdirmə prosesinin sürətini və keyfiyyətini artırmaq və yük gömrük bəyannamələrində olan 
məlumatlara proqram təminatı vasitəsilə elektron nəzarətin aparılması məqsədilə "Gömrük rəsmiləşdirilməsi və 
nəzarətinin avtomatlaşdırılmış sistemi (GRNAS)" yaradılmışdır. 
"Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sistemi" proqram kompleksi yük gömrük 
bəyannamələrinin(YGB) gömrük rəsmiləşdirilməsi prosesinin maksimum dərəcədə avtomatlaşdırılması üçün 
nəzərdə tutulmuşdur. Avtomatlaşdırma prosesi iki mərhələdən ibarətdir: 
- YGB-lərin elektron surətinin yaradılması; 
- YGB-də olan məlumatlara nəzarətin keçirilməsi. 
Nəzarətin birinci mərhələsi format-məntiqi yoxlama adlanır və tam şəkildə proqram təminatının 
köməyilə aparılır, gömrük brokeri və lokal şəbəkənin adminstratoru tərəfindən həyata keçirilir. Format-məntiqi 
yoxlama nəticəsində YGB-də istifadə olunan bütün kodlar yoxlanılır. YGB-nin yük və maliyyə aspektləri 
ekspert səviyyəsində yoxlanılır. Gömrük rəsmiləşdirilməsi və  nəzarətinin avtomatlaşdırılmış sisteminin 
funksional sxemi aşağıdakı kimidir  (Sxem 2):. 
 
 

152 
 
• 
Бяйаннам янин “електрон” сцрятинин 
йарадылм асы. 
• 
ЙЭБ-нин ф
орм ат-м янтиг и йохлам а усулу 
иля йохланм асы 
Эюм рцк Брокери
• 
Форм ат-м янтиг и йохлам анын апарылм асы 
• 
ЙЭБ-нин г ейдиййатдан кечирилм яси 
• 
Малын кодунун ХИФЯН-ля дцзэцн тяйин 
олунм асы. 
• 
Малын м иг дарынын йохланылм асы. 
• 
Малын м яншя юлкясинин йохланылм асы. 
• 
Г ейри-тариф
 тянзим лянм я тядбирляринин 
йохланылм асы 
• 
Эюндярм я вя кючцрцлм я шяртляринин 
йохланылм асы 
• 
Мала бахышынын апарылм асы 
Ы
даряетм я г ярарларынын г ябулу: 
• 
Малын бурахылышы; 
• 
Ялавя сянядлярин тяляб едилм яси; 
• 
Сянядляр “Г ачаг м алчылыг вя ЭГ П” 
бюлм ясиня эюндярилир; 
• 
Рясм иляшдирилм я просеси там  дайандырылыр. 
Mяrkяzi baza
 

Я 



Я 

 









  

 
 
 E 
 
 
 R 
 
 
 V 
 
 
 E 
 
 
 R 
Мялум ат инзибатчысы 
Maliyyя шюbяsi
Йцк шюбяси
Сянядлярин йохланылм асы 
 
• 
Малын м яншя юлкясинин йохлам асы. 
• 
Эюндярм я вя кючцрцлм я шяртлярин йохлам асы. 
• 
Эюм рцк дяйяринин йохланылм асы
 
 
 
    SXEM 2.  "Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sistemi"nin funksional 
sxemi 
 
GRNAS proqram təminatına yalnız gömrük orqanının gömrük serverində qeydə alınmış istifadəçi 
qoşula bilər. Əgər daxil edilmiş ad və şifrə sistemdə qeydə alınmış istifadəçilər cədvəlində iştirak edirsə və bir-
birinə uyğundursa, onda qeydə alınmış istifadəçiyə gömrük orqanının lokal şəbəkəsində  GRNAS proqram 
təminatının onun sistemdə vəziyyətinə uyğun gələn modulları ilə işləmək imkanı verilir. 
Vəyannamənin doldurulması üçün GRNAS Proqram təminatından istifadə edən və gömrük organının 
lokal şəbəkəsində işləyən gömrük Brokerləri "BROKER" modulundan istifadə edirlər..  
GRNAS proqram təminatından istifadə etməklə gömrük orqanlarının "AİS və statistika" şöbələrinin 
əməkdaşları elektron gömrük bəyannamələrinin qəbulu və qeydiyyatı, bəyannamələrdən təşkill olunmuş 
verilənlər bazaları  və sorğu bazası ilə  məşğul olmaq imkanına malikdirlər. Eyni zamanda həm maliyyə 
şöbəsinin  əməkdaşları, həm də yük şöbəsinin  əməkdaşları GRNAS proqram təminatından istifadə etməklə 
müvafiq funksiyaları yerinə yetirirlər. 
Gömrük rəsmiləşdirilməsi və  nəzarətinin  şəffaflığını  təmin etmək, fiziki və hüquqi şəxslərin 
məlumatlandırılması üçün gömrük orqanlarında informasiya köşkləri fəaliyyət göstərir. İnformasiya köşklərində 
rəsmiləşdirilmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər, mal nomenklaturası  və müvafiq tarif 
dərəcələri yerləşdirilib. Xarici-iqtisadi əlaqələr iştirakçısı informasiya köşkünə müraciət edərək şəffaf şəraitdə 
lazımi məlumatı  və eyni zamanda gömrük rəsmiləşdirilməsi barədə  GRNAS-dan müvafiq məlumatı  əldə edə 
bilir. Məsələn, köşkdən malların idxal və ixracı zamanı çox vacib olan aşağıdakı məlumatları almaq olar. 
Mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Azərbaycan 
Respublikasının Gömrük Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada seçilmiş 
gömrük recimlərinə uyğun olaraq həyata keçirilir.   
Eyni zamanda informasiya köşkündən lisenziyalaşdırma qaydaları  və lisenziya tələb olunan mallar, 
xarici ticarətdə istifadə olunan anlayışlar və  bəzi terminlər, güzəştli mallar, mədəni sərvətlərin keçirilməsi 
zamanı tələb olunan qaydalar və bir çox digər qaydalar haqqında məlumatlar əldə etmək mümkündür.  
Dövlət Gömrük Komitəsinin  ON LİNE    rabitə kompleksinin geniş tutumuna, cari informasiya və 
telefon-faks mübadiləsinə  xələl gətirmədən videorabitə sisteminin təıtbiqi ilə videokonfrans sistemi 
yaradılmışdır. Videokonfrans sistemi konfrans iştirakakçılarına  yüksək effektli vizual və audio ünsiyyət imkani 
yaradır.  Ən muasir videorabitə texnologiyasi vasitəsilə sistem aydin və  təmiz təsvir, kristal saf səsin 
ötürülməsini təmin edir. 

153 
 
 Tənzimlənə bilən rabitə zolağı, Stereo Surround səs standartı, videotəsviri və səsi əlaqələndirən sistem 
videokonfranslarda təbii ünsiyyətin yaradılmasına xidmət edir. Kompleks çox asan idarə olunur  və xüsusi  
hazirliq tələb etmir. 
Dövlət Gömrük Komitəsini, Astara, Xaçmaz və Tovuz gömrük idarələrini birləşdirən videokonfrans 
sisteminin birləşmə sxemi aşağıdakı şəkildə verilmişdir. 
Gömrük işinin əsas məsələlərindən biri də sərhəddən keçirilən mal və nəqliyyat vasitələrinə nəzarəti və 
onların rəsmiləşdirilməsini təşkil etməkdir. Bildiyimiz kimi sərhədi keçən mal və  nəqliyyat vasitələri idxal, 
ixrac və tranzit kimi keçə bilir. Mal və  nəqliyyat vasitələrinə  nəzarət etmək üçün daşınma cədvəllərindən 
istifadə olunur və təyinat gömrük orqanlarına telefonoqramla onlar haqqında məlumatlar ötürülür (Sxem 3):.  
 
 
 
 
 
  
 
 
 
 
                                                                              
 
 
 
                                                                     
 
 
 
 
 
 
 
                                    
 
 
 
 
 
 
   
SXEM 3.  Videokonfrans sisteminin birləşmə sxemi 
 
Azərbaycan Respublikasının ərazisini keçən nəqliyyat vasitələrinə gömrük nəzarətini  həyata keçirmək 
məqsədilə giriş  və  çıxış, həmçinin daxili gömrük orqanlarına məlumatın tez və operativ şəkildə otürülməsini 
təmin etmək üçün "Çatdırma" proqram təminatı hazırlanmışdır. 
Gömrük sərhədinin keçən nəqliyyat vasitələrinin elektron qeydiyyatı aparılır. Nəqliyyat vasitələri 
haqqında məlumatların giriş gömrük orqanında məlumat bazasına daxil olunmasından sonra fayl şəklində 
müvafiq məlumat hazırlanır və  "İnternet" sistemi ilə elektron poçt vasitəlsilə  təyinat gömrük məntəqəsinə 
göndərilir. Giriş gömrük orqanında nəqliyyat vasitələri haqqında olan məlumatlar məlumat bazasında nəzarətdə 
saxlanılır. Təyinat gömrük orqanında yükün gəlməsi haqqında məlumat alındıqdan sonra inspektor elektron 
müqayisə nəticəsində həmin yükü nəzarətdən çıxarır. Giriş gömrük orqanında yüklərin nəzarətdən çıxarılması 
üçün müvafiq elektron cavab hazırlanır və poçt vasitəsilə göndərilir. Giriş gömrük orqanından göndərilmiş, 
lakin nəzarətdən çıxarılmayan yüklər haqqında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması  şöbəsi 
tərəfindən tədbirlər görülür.  
Son illər ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsində fiziki şəxslərin xüsusi çəkisi 
artır.  Fiziki şəxslər tərəfindən gətirilən mallar üçün gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə 
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların rəsmiləşdililməsi zəmanı gömrük mədaxil 
orderlərindən istifadə olunur. Fiziki şəxslər tərəfindən gətirilən yüklərin rəsmiləşdirilməsi üçün tətbiq olunan 
Tovuz 
G
ömrük
İdarəsi
 
DGK 
Xaçmaz
 
Gюmrük 
İdarəsi 
Astara 
G
ömrük
İdarəsi 
Aztelecom 
Xaçmaz
 
ATS 
Astara 
ATS 
Tovuz 
ATS 

154 
 
gömrük mədaxil orderləri üzrə avtomatlaşdırılmış iş yerinin yaradılması məqsədilə  "Gömrük mədaxil orderi 
(GMO)"   proqram təminatı  DGK sədrinin 009 saylı 11 mart 1998-ci il tarixli əmrinə müvafiq olaraq 1998-ci 
ilin aprel ayından tətbiq olunur.  Gömrük mədaxil orderləri üzrə məlumat bazası 3 mərhələdə yaradılır:  
- sərhəd postlarında; 
- regional gömrük idarələrində; 
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində. 
Sərhəd gömrük məntəqələrində və bəzi hallarda regional gömrük idarələrində uyğun sənədlər əsasında 
gömrük mədaxil orderləri tərtib olunur və müvafiq proqram təminatının köməyilə  məlumatlar bazaya daxil 
edilir və iş gününün sonunda DGK-nə ötürülür.  
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində mərkəzi məlumat bazası yaradılmışdır. Mövcud 
tətbiqi proqramlar paketinin köməyilə aşağıdakı məlumatları almaq olar: 
- GMO-lar üzrə olan gömrük rüsum və yığımları haqqında; 
- Mənşə ölkələri, mallar və fiziki şəxslər haqqında. 
Bütün dünya miqyasinda olduğu kimi Azərbaycan Respublikasında da cəmiyyətin iqtisadi və sosial 
həyatının saflaşdırılmasında narkoticarət və qaçaqmalçılıqla mübarizə  əsas məsələlərdən biri hesab olunur. 
Gömrük orqanları həm Azərbaycan Respublikasının qanunları , həm də gömrük qaydalarının hüquq pozuntuları 
faktlarının aşkar edilməsi prosesinin əsas həlqəsidir. Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması 
faktlarının müəyyən edilməsi və araşdırılması sahəsində aparılan işləri yüksək səviyyəyə qaldırmaq məqsədilə 
əməliyyat-axtarış  tədbirlərinin avtomatlaşdırılması istiqamətində müvafiq işlər görülmüşdür. Bu məqsədlə  
"Azərbaycan Respublikasının gömrük orqanları  tərəfindən aşkar olunmuş hüquq pozuntularının qeydiyyatı  və 
nəzarətinin avtomatlaşdırılması sistemi" yaradılmışdır. Sistemin funksional sxemi aşağıdakı kimidir. 
Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən aşkar olunmuş hüquq pozuntularının qeydiyatı 
və  nəzarətinin  avtomatlaşdırılmış sistemi respublikanın gömrük orqanları  tərəfindən aşkara çıxarılan hüquq 
pozuntularının avtomatlaşdırılmış qeydiyatının təşkilini təmin edir. Başqa sözlə, hüquq pozuntularının məlumat 
bazası yaradılmışdır. Belə bir informasiya əsasında gömrük qaydalarının pozulması  və qaçaqmalçılıqla 
mübarizənin təşkili vəziyyətini göstərən riskin keçirilməsi və respublikanın regional gömrük idarələri üzrə 
hesabatın alınması mümkündü (Sxem 4): 
 
 
 
Эюмрцк орг анлары
 тяряф
индян ашкар 
олунан щцг уг  позунтулары
ы
ны
н 
г ейдиййаты
 
 
  
Щцг уг  позунтулары
ы
ны
н 
“мялумат базасы
ны
н” 
йарады
лмасы
 
Республика  эюмрцк орг анлары тяряф
индян 
ашкар олунмуш щцг уг  позунтулари 
ф
актлары
на даир протокол вя йа актлар 
эюмрцкханаларда компцтеря дахил едилир 
вя шябякя васитяси иля ДЭК-ня ютцрцлцр. 
 
Азярбайъан Республикасы
 ДЭК-дя бу 
мялуматлар ясасы
нда СГЛ(ОРАЪЛЕ)  
истиф
адя олунмаг ла “мцштяри-сервер” 
ф
ормалашды
ры
лы
р 
Gюmrцk qaydalarы

n pozulmasы
 vя 
qaчaqmalчы

qla mцbarizяnin vяziyyяtinя dair 
hesabatlarы
n alы
nmasы
 
“Риск” менеъементин апары
лмасы
 
Гачаг малчы
лы
г  малы
-юлкя-няг лиййат нювц-
эизлятмя нювц зянъири цзря аналитик иш 
 
Чы
хы
ш ф
ормаларына мцваф
иг  олараг  статистик 
щесабатлары
н тяртиб олунмасы
, сахланылмасы
 
вя чап едилмяси 
Республиканын эюмрцк орг анлары
нда ашкар 
едилмиш щцг уг  позунтулары
 цзря тяртиб едилян 
протокол вя йа актлар 
Азярбайъан Республикасы
ны
н эюмрцк орг анлары
 тяряф
индян ашкар олунмуш щцг уг  позунтулары
ны
н 
г ейдиййаты
 вя нязарятинин автоматлашды
ры
лмасы
 системи 
Mяlumat 
bazasы
 
 
 
SXEM 4. Azərbaycan Respublikasının gömrük orqanları  tərəfindən aşkar olunmuş hüquq 
pozuntularının qeydiyyatı və nəzarətin avtomatlaşdırılması sistemi 

155 
 
 
Müvəqqəti idxal (ixrac) gömrük recimi altında yerləşdirilmiş mal və nəqliyyat vasitələri üzrə reqional 
və  mərkəzi məlumat bazalarının yaradılması  və belə mallara elektron nəzarətin aparılması haqqında DGK 
sədrinin  082 saylı 29.11.02 tarixli əmrinə  əsasən 2003-cü ilin yanvar ayının 1-dən başlayaraq respublika 
ərazisinə müvəqqəti idxal olunmuş  və respublika ərazisindən müvəqqəti aparılmış mallara "Müvəqqəti" 
proqram təminatının köməyilə elektron nəzarət həyata keçirilir. 
"Müvəqqəti" proqram təminatının tətbiq olunması  nəticəsində müvəqqəti idxal kimi gətirilmiş  və 
sonradan sərbəst dövriyyəyə buraxılma halları, təyin olunmuş vaxt qurtardıqdan sonra ixrac kimi geriyə 
qaytarılma halları,  əvvəlcədən təyin olunmuş son vaxtın mövcud qanunvericiliyin tələblərinə  əməl olunmaqla 
yenqidən uzadılması halları araşdırılır və operativ şəkildə elektron nəzarətin aparılması  təmin olunur. Eyni 
zamanda proqram təminatının köməyi ilə müvəqqəti idxal olunan mallar üçün tətbiq olunan dövrü gömrük 
rüsumlarının hesablanması mümkündür. "Müvəqqəti" proqram təminatının texnoloci sxemi aşağıdakı kimidir. 
Azərbaycan Respublikasında xarici ticarətin mövcud vəziyyətini  əks etdirən aylıq hesabatların 
hazırlanması, müxtəlif təşkilatlardan daxil olan sorğulara cavab hazırlanması  və gömrük statistikasının 
aparılması  məqsədilə digər sorğulara cavab verilməsi üçün "Wingomruk" proqram təminatı hazırlanmışdır 
(Sxem 5):  
                   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Мцвяггяти ” програм тяминатынын техноложи
 схеми 

156 
 
  
  SXEM 5. «Müvəqqəti» proqramm təminatının texnoloji szemi 
 
"Wingomruk" proqram təminatı yük gömrük bəyannamələri  əsasında yaradılmış  məlumat bazasından 
standart şəkildə statistik və maliyyə hesabatlarının alınması üçün istifadə olunur. Bu proqramın köməyilə ölkələr 
üzrə, mal pozisiyaları üzrə, saziş növləri üzrə, fiziki və hüquqi şəxslər üzrə, gömrük rüsum və yığımları üzrə və 
s. 100-dən çox müxtəlif tipli sorğulara cavab almaq olar.  
Bununla yanaşı, çox vaxt idarəçilik münasibətlərinin aşağıdakı kanalları nəzərdən keçirilə bilər:  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin