Mövzu 16.
Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti
16.1. Gömrük orqanlarının inzibati-hüquqi və inzibati-prosessual fəaliyyəti
16.1.1. Hüquq-mühafizə fəaliyyəti anlayışı
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 7-ci maddəsiniə görə “Azərbaycan Respublikasında
gömrük işi hüquq-mühafizə orqanları olub, vahid sistem təşkil edən gömrük orqanları tərəfindən həyata
keçirilir”. Bəs gömrük orqanları nə üçün hüquq-mühafizə orqanı sayılmalıdır?
Birincisi, gömrük orqanları icraedici və sərəncamverici orqan kimi, yüksək dövlət orqanlarının
(Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan
Respublikasının Nazirlər Kabineti) qərarlarını icra etmək üçün, gömrük işi ilə əlaqədar normativ aktlar vermək
hüququna malikdir. Bu normativ aktlar mallar və nəqliyyat vasitələrinin, habelə vətəndaşların gömrük sərhədini
keçməsi ilə əlaqədar verilir ki, bu da gömrük orqanlarının inzibati-hüquqi fəaliyyətdə iştirakı deməkdir.
İkincisi, malların keçirilməsi ilə əlaqədar, gömrük orqanlarının vəzifəli şəxsləri ilə xarici iqtisadi
fəaliyyətin iştirakçıları arasındakı gömrük, inzibati, cinayət, dövlət, beynəlxalq, maliyyə, mülki və sair
sahələrdəki hüquqi münasibətlərin tənzimlənmiş normalarla qorunması, gömrük orqanlarının inzibati-
prosessual, cinayət-hüquqi və cinayət-prosessual kimi hüquq-mühafizə formalarından istifadə etmək
səlahiyyətinin olması, onun hüquq-mühafizə orqanı sayılmasını zəruri edir.
Gömrük işi sahəsində XİF iştirakçıları ilə gömrük işçiləri arasındakı münasibətləri tənzimləyən yüzlərlə
normativ aktlar vardır ki, bunlar da dövlət idarəetmə mexanizminin bir hissəsi sayılır. Gömrük orqanları ilə XİF
iştirakçıları arasındakı münasibətlər, həddən çox mürəkkəb xarakter daşıması ilə yanaşı, beynəlxalq, dövlət,
inzibati, təsərrüfat, mülki, əmək, maliyyə, torpaq (yer), nəqliyyat, dəniz, hava, cinayət, cinayət-prosessual, hərbi
və sair hüquq sahələrinin tənzimlənmə sferalarına da aiddir.
Azərbaycan Respublikası Konstitusiyasına görə hamı qanun qarşısında bərabər cavabdehlik daşıyır və
onun hüquqi normalarına riayət etməlidir. Bildiyimiz kimi, ictimai münasibətlərin tənzimlənməsi üçün dövlət
tərəfindən qoyulmuş və ya sanksiyalaşdırılmış elə dövlət tərəfindən də qorunan məcburi intizam qaydaları
hüquqi norma adlanır.
Hüquqi normalar, hüquqi subyektlər arasında səmərəli münasibətləri saxlayır, dövlət və cəmiyyətin,
habelə vətəndaşların hüquqi maraqlarını müəyyən edir və qoruyur. Hər bir hüquqi normanın məntiqi və faktiki
(real) strukturu vardır.
Hüquqi normanın məntiqi strukturunu hipoteza, dispozisiya və sanksiya yaradır.
Hipoteza normanın birinci hissəsi olub verilmiş normanın faktiki tətbiqi şəraitini təyin edir.
Dispozisiyada hüquq münasibəti iştirakçılarının hüquq və vəzifələrinin, intizam qaydalarının özü
formalaşdırılır.
Sanksiyada isə hüquq normalarını pozan şəxslər üçün cəza tədbirlərinin neqativ nəticələri göstərilir.
Hüquqi normanın real (faktiki) strukturu isə iki hissədən ibarətdir:
1) hipoteza (həmişə birinci hissə) və dispozisiya (tənzimləyici normanın ikinci hissəsi)
2) hipoteza və sanksiya (hüquq-mühafizə normalarının ikinci hissəsi)
Hüquq normasının məntiqi strukturu dövlətə imkan verir ki, hüquq-mühafizə normaları ilə tənzimləyici
normalara riayət olunmasını təmin etsin.
Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində iştirak edən gömrük orqanları, hər şeydən öncə Azərbaycan
və digər ölkələr arasında mal və xidmətlərin optimal hərəkətini həyata keçirir, iqtisadi, maliyyə, siyasi, sosial və
digər məsələlərin həllini təmin edir. Bununla da gömrük orqanları Azərbaycan Respublikası GM-də “Gömrük
tarifi haqqında” Azərbaycan Respublikası qanununda, digər qanunlarda və qanun gücündə olan fərman,
sərəncam və qərarlarda nəzərdə tutulmuş funksiyaları həyata keçirir. Onlar təşkilati, dövlət idarəetmə, qaydalara
nəzarət, hüquqi normalardan istifadə, onun icrası və tətbiqi, qanunvericilikdə nəzərdə tutulmuş digər
funksiyaları yerinə yetirirlər.
Lakin bütün hallarda, XİF iştirakçıları heç də həmişə hüquqi normaların yerinə yetirilməsinə çalışmırlar.
Müəyyən qrup şəxslər bilərəkdən və ya bilməyərəkdən bu normaları pozurlar ki, dövlət orqanları (prokurorluq,
məhkəmə, DİN, MTN, Vergilər Nazirliyi, gömrük orqanları) lazımi tədbirlər görməyə məcbur olur və onların
üzərinə qoyulmuş mühafizə funksiyasını yerinə yetirərək, bu hüquqpozmaların qarşısını alırlar.
Gömrük işi sahəsində mühafizə dövlət, cəmiyyət və şəxsiyyət üçün təhlükəli münasibətlərin qarşısını
almaq, onları aradan qaldırmaq, XİF iştirakçıları və gömrük orqanının vəzifəli şəxslərinin qeyri-qanuni və
arzuolunmaz hərəkətlərinin qarşısının alınması üçün müdafiədə öz əksini tapır. Gömrük orqanlarının bu
fəaliyyət sahəsi, qanuna zidd hərəkət və ya hərəkətsizlik edilməsinə qoyulmuş qadağalar, bu qadağaların
pozulmasına görə sanksiyalar və bu sanksiyaların gömrük orqanları tərəfindən icra olunmasını əhatə edir.
Beləliklə, hüquqi normaların mühafizə funksiyası müxtəlif üsullarla, o cümlədən hüquqi normanı pozanlara
136
məcburi dövlət tədbirlərindən istifadə yolu ilə həyata keçirilir. Məcburi dövlət tədbirləri fiziki və hüquqi
şəxslərin qayda pozmalara görə onların hüquqlarının məhdudlaşdırılması, müəyyən olunmuş vəzifələrin
məcburi yerinə yetirilməsinə nail olmaq deməkdir.
Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti dövlət fəaliyyətinin bir sahəsi olub, gömrük hüquq
münasibətləri sferasında dövlətin daxili və xarici funksiyalarını yerinə yetirərkən ortaya çıxır.
Bu fəaliyyətin məqsədi göirük işi sahəsində dövlət, inzibati, gömrük mülki və digər hüquq sahələrinin
normalarının tətbiqi, icrası, istifadəsi və onlara riayət olunmasıdır.
Gömrük orqanlarının həyata keçirdiyi funksiyalar barədə əvvəlki mövzularda geniş məlumat vermişdik.
GM-in 10-cu maddəsində göstərilən 1, 2, 3, 4, 5, 7 və 9 bəndləri məhz gömrük orqanlarının hüquq-mühafizə
orqanları funsiyalarını yerinə yetirməsinin hüquqi bazası sayılır.
Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti müxtəlif formalarda həyata keçirilir:
1) inzibati - hüquqi;
2) inzibati- prosessual;
3) cinayət - hüquqi;
4) cinayət - prosessual;
5) əməliyyat - axtarış və s.
16.1.2. Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin inzibati-hüquqi və inzibati prosessual
formaları
Gömrük qaydalarının pozulması şəxsin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində
qoyulmuş aşağıdakı qaydaların pozulmasıdır:
1) mal və nəqliyyat vasitələrinin gömrük sərhədini (gömrük rejimərinin tətbiqi də daxil olmaqla)
keçməsi ilə bağlı pozuntular;
2) onlara gömrük nəzarəti ilə əlaqədar;
3) bu mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı;
4) gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar;
5) gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular.
Hüquq pozuntularının əlamətləri olan - subyektlər, obyektlər və sübyektiv tərəflər bütünlükdə gömrük
qaydalarının pozulmasının tərkibi sayılır.
DGK gömrük orqanlarının normal fəaliyyətinə mane olan inzibati xətalar da daxil olmaqla, gömrük
qaydalarının pozulması hallarına qarşı mübarizə aparır. Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin
inzibati-hüquq formaları əvvəllər 1997-ci ildə qəbul olunmuş Gömrük Məcəlləsinin müddəaları əsasında həyata
keçirilirdi.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi” (“Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub: 11 iyul 2000-ci il, N 906-1 Q; dərc olunub: 30
avqust 2000-ci il) “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə Azərbaycan Respublikası prezidenti H.Ə. Əliyevin 29 avqust 2000-ci il tarixli 389 saylı
Fərmanı ilə 1 sentyabr 2000-ci ildən qüvvəyə minmişdir. Həmin fərmanın 2-ci bəndində yazılmışdır: Müəyyən
edilsin ki, həmin Məcəllənin 258-ci, 260-cı, 261.2-ci, 263-cü, 264-cü, 265.0.1-ci, 265.0.3-265.0.5-ci, 266-cı
maddəsinin adında; 266.1-266.3-cü, 267-ci, 268-ci, 269-cu, 272-ci, 273-cü, 275-ci, 276-cı, 277-ci, 282.2-ci,
287-ci, 288-ci, 291-ci, 292-ci və 326-cı maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur.
Göstərilən Fərmanın 3-cü bəndində isə Dövlət Gömrük Komitəsinin maddələr üzrə səlahiyyətləri
verilmişdir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357.0.3-cü maddəsinə müvafiq
olaraq müəyyən edilsin ki, həmin Məcəllənin 258-291-ci, 293-295-ci və 326 maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və
bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericlik
aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında 30 dekabr 2003-cü ildə qəbul olunmuş (dərci 15 fevral
2004-cü il) Azərbaycan Respublikasının Qanununa görə, “Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli
311-İQ nömrəli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 6, maddə 447; 1999-cu il, N 10, maddə 570; 2001-ci il, N
11, maddələr 676, 686, 695, N 12 maddə 736; 2002-ci il, N 1, maddə 4, N 8, maddə 463; 2003-cü il, N 1,
maddələr, 3, 16, 23) aşağıdakı dəyişikliklər edilmişdir: 1. X bölmə çıxarılsın; 2. 60-cı fəsil çıxarılsın.
Bütün bu dəyişilikləri və əlavələri sizlərin diqqətinə çatdırmaqda əsas məqsədimiz hal-hazırda inzibati
hüquqpozmalar barədə qüvvədə olan qanunvericilik aktları ilə tanış etməkdir.
137
“İnzibati Xətalar Məcəlləsi”nin XXI fəsli “Gömrük qaydaları əleyhinə olan inzibati xətalar” adlanır.
Gəlin əvvəlcə “inzibati xəta” anlayışının nə demək olduğunu öyrənək. “İnzibati Xətalar Məcəlləsi”
ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə
səbəb olan əməl inzibati xəta adlanır. Gördüyümüz kimi qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsindən
asılı olmayaraq hər bir hərəkət və hərəkətsizlik inzibati məsuliyyətə səbəb olursa inzibati xəta hesab olunur.
Xəta - real gerçəklik faktıdır. Qanunvericilik xətanın əlamətlərini yaratmır, lakin onlardan daha
mühüm və fərqli olanlarını seçir; seçilmişləri hüquqi çərçivə halına salır, məntiqi hüquq norması tərkibində
təsbit edir və məcburi normaya çevirir. Onda təsbit edilmiş əlamətlər xətanın təsvir edilməsi üçün zəruri və kafi
əsas olur. Real əməl yalnız o zaman xəta hesab edilir ki, o, qanunda sadalanmış bütün əlamətlərə malik olsun,
həmin əməllərdən hətta birinin belə mövcud olmaması bütövlükdə əməlin tərkibinin mövcud olmaması
deməkdir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 23-cü maddəsində aşağıdakı inzibati
tənbehlər nəzərdə tutulmuşdur:
1) xəbərdarlıq;
2) inzibati cərimə;
3) əmlakın əvəzi ödənilməklə götürülməsi;
4) əmlakın müsadirə edilməsi;
5) xüsusi hüququn məhdudlaşdırılması;
6) Respublika hüdudlarından kənara inzibati qaydada çıxartma;
7) inzibati həbs.
16.1.3. Gömrük qaydalarının pozulması haqqında işlərin icraatı və onlara baxılmasının
mərhələləri
Gömrük qaydalarının pozulması işlərinin icraatı və onlara baxılma qaydaları bir neçə mərhələdən keçsə
də, bu iş üzrə inzibati icraatın sərbəst prosessual hissəsi olaraq bir-biri ilə çox bağlıdır və özünə məxsus
prosessual funksiyaları, məqsəd və tapşırıqları vardır.
Gömrük qaydalarının pozulması haqqında iş üzrə inzibati proses aşağıdakı mərhələlərdən ibarətdir:
1) işin başlanması və onun inzibati istintaqı;
2) işə baxılma və gömrük qaydalarının pozulması işi üzrə qərarın çıxarılması;
3) gömrük qaydalarının pozulması haqqında iş üzrə şikayətvermə, protest və qərara yenidən
baxma;
4) gömrük qaydalarının pozulması üzrə Azərbaycan Respublikası gömrük orqanlarının qoyduğu
məsuliyyətin icrası.
16.1.4. İşə baxılma və gömrük qaydalarının pozulması haqqında iş üzrə qərarın çıxarılması
mərhələsi
Bu mərhələ gömrük qaydalarının pozulması haqqında işin mərkəzi mərhələsi olub, məhz burada
hüquqpozma faktı mahiyyət etibarilə təsdiqlənir, inzibati istintaqın aparılması keyfiyyəti qiymətləndirilir,
inzibati proses iştirakçılarının hüquq və azadlıqları qorunmaqla protokol tərtibinin və digər prosessual
hərəkətlərin əsaslılığı və qanuni olması yoxlanılır. İşin icraatı zamanı aparılan istintaq nəticəsində fiziki şəxslərə
və ya vəzifəli şəxslərə, törətdiyi hüquq pozuntusuna görə, inzibati cəza tədbiri kimi dövlət adından qərar
çıxarılır.
Gömrük qaydalarının pozulması haqqında iş üzrə qərarın çıxarılması mərhələsində, bütün tərəflər öz
maraq və müdafiələrini təmin etmək üçün geniş prosessual hüquqlara malikdirlər.
Bu mərhələdə aşağıdakılarla əlaqədar vacib prosessual məsələlər həll olunur:
1) işə baxılmanın hazırlığı ilə;
2) işin dinlənilməsi və baxılması ilə;
3) gömrük qaydalarının pozulması işi üzrə qərarın qəbul edilməsi ilə;
4) Azərbaycan Respublikası gömrük orqanları tərəfindən mal və nəqliyyat vasitələrinin
götürülməsi üçün verilən cəzanın icrası ilə bağlı.
İşə baxılmanın hazırlıq mərhələsində, gömrük qaydalarının pozulması üzrə işə baxılması üçün, müvafiq
gömrük orqanının səlahiyyətinə bu işin aid olub-olmaması müəyyənləşdirilir.
Gömrük qaydalarının pozulması üzrə işin icraatı zamanı, fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi
Azərbaycan Respublikası gömrük orqanları tərəfindən həyata keçirilir. Belə orqanlar gömrük postu və ya
gömrükxana ola bilər.
Gömrük qaydalarının pozulması ilə əlaqədar vəzifəli şəxslərin, həmçinin müəssisə, idarə və təşkilatların,
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunması işinə
Azərbaycan Respublikası gömrükxanaları tərəfindən baxıla bilər.
138
Regional gömrük idarələri isə gömrük qaydalarının pozulması ilə əlaqədar istənilən işə baxa və bu işlə
bağlı bütün şəxsləri məsuliyyətə cəlb edə bilər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi istənilən işi icraata qəbul edə və yaxud istədiyi
gömrük orqanına həvalə edə bilər.
Mövcud qanunvericiliyə görə, fiziki şəxslər tərəfindən pozulmuş gömrük qaydaları ilə əlaqədar 15 günə,
vəzifəli şəxslər və digər şəxslər tərəfindən törədilmişsə işə bir aya qədər baxılmalıdır.
Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsi gömrük qanunvericiliyinə uyğun olaraq,
gömrük qaydalarının pozulması haqqında işə baxmağa başlayaraq aşağıdakıları edir:
1) işə kimin baxdığını, hansı işə baxıldığını, kimin və hansı maddə ilə məsuliyyətə cəlb edildiyini
söyləyir;
2) məsuliyyətə cəlb edilən şəxsin, məsuliyyətə cəlb edilən idarə, müəssisə və təşkilatın rəhbərinin
və ya onun müavininin, onların vəkillərinin və ya nümayəndələrinin gəlib-gəlməməsini, gəlmədikləri
halda isə onların gəlməmə səbəbini araşdırır.
Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi gömrük qaydalarının pozulması haqqında işə
baxaraq aşağıdakı qərarlardan birini çıxarır:
1) tənbehetmə haqqında;
2) iş üzrə icraata xitam verilməsi haqqında;
3) gömrük işi sahəsində cinayətlər üzrə cinayət işinin başlanılması haqqında;
4) gömrük işi sahəsində cinayətlər və sair cinayətlər üzrə cinayət işinin başlanması məsələsinin
həlli üçün, materialların Azərbaycan Respublikasının digər hüquq-mühafizə orqanlarına göndərilməsi
haqqında;
5) işin əlavə icraata qaytarılması və iş üzrə icraata xitam verilməsi haqqında qərar, törədilmiş
gömrük qaydalarının pozulmasının az əhəmiyyətli olması ilə əlaqədar hüquq pozan məsuliyyətdən azad
edilərkən, həmçinin iş üzrə icraatın aparılmasını istisna edən hallar olduqda çıxarılır.
Cinayət işinin başlanması haqqında qərar, işə baxılmağa hazırlıq və ya işə baxılma zamanı gömrük işi
sahəsində cinayətlərin əlamətləri aşkar edildiyi halda çıxarılır.
Gömrük qaydalarının pozulması haqqında iş üzrə qərarda aşağıdakılar qeyd edilməlidir:
1) qərar çıxaran Azərbaycan Respublikası gömrük orqanının adı;
2) qərar çıxaran vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
3) işə baxıldığı vaxt və yer haqqında məlumat;
4) əgər müəyyən edilibsə, məsuliyyətə cəlb olunan şəxs haqqında məlumat;
5) işə baxılarkən müəyyən edilən halların şərhi;
6) törədilmiş gömrük qaydalarının pozulmasına görə, həmin məsuliyyət üçün Gömrük
Məcəlləsində nəzərdə tutulan maddənin nömrəsi (sayı);
7) iş üzrə qəbul edilən qərar;
8) qərardan şikayət verilməsinin müddətləri və qaydası haqqında məlumat.
Qərarda götürülən mallar, nəqliyyat vasitələri, onların sənədləri və digər əşyalar, üzərinə həbs qoyulmuş
əmlak, girov, zəmanət, depozitə verilmiş məbləğlər, maddi sübutlar və gömrük qaydalarının pozulması haqqında
iş üzrə xərclər haqqında məsələlərin həlli öz əksini tapmalıdır.
Gömrük qaydalarının pozulması haqqında iş üzrə çıxarılan qərar, işə baxmış olan Azərbaycan
Respublikası gömrük orqanının vəzifəli şəxsi tərəfindən imzalanır, surəti isə barəsində qərar çıxarılan şəxsə və
ya onun nümayəndəsinə, qərar çıxarıldıqdan sonra üç gün ərzində verilir və ya göndərilir.
16.1.5. Gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikası gömrük orqanının
qərarının icrası mərhələsi
Gömrük qaydalarının pozulmasına görə qərar, həmin qərardan şikayət verilməsi müddəti keçdikdən
sonra, yaxud Azərbaycan Respublikasının yuxarı gömrük orqanı, rayon (şəhər) Xalq Məhkəməsi və ya
Azərbaycan Respublikası İqtisad məhkəməsi tərəfindən gömrük orqanının qərarından şikayət üzrə qərar qəbul
edilən gün, bu qərarı çıxaran gömrük orqanı tərəfindən icraya yönəldilir.
İXM-in V fəsli bütünlüklə (32-38-ci maddələr) inzibati tənbehin tətbiq olunmasına həsr olunmuşdur. Bu
tənbeh yalnız o zaman tətbiq oluna bilər ki, müqəssirin hərəkətlərində qəbahət tərkibi müəyyənləşdirilmiş olsun.
Daha doğrusu, əgər əmələ görə hüquq norması ilə məsuliyyət nəzərdə tutulmuş və vətəndaşın hüquqazidd
hərəkətlərində hüquqpozmanın hüquqi norma üzrə nəzərdə tutulan bütün əlamətləri aşkara çıxarmışdırsa, təqsirli
şəxs müvafiq maddə ilə məsuliyyətə cəlb oluna bilər.
Gömrük orqanının (vəzifəli şəxsin) ixtiyarı vardır ki, ona aidiyyəti olan işlərə baxsın, təqsirli şəxsin
hərəkətini təfsir edən maddəni sanksiya dairəsində tənbeh etsin, tənbehin növünü və ölçüsünü ona verilmiş
sanksiyalar çərçivəsində seçsin.
139
AR İXM-in 360-cı maddəsinə görə, gömrük qaydaları əleyhinə olan inzibati xətalarla əlaqədar olan 258-
260, 261.1, 278, 282, 284-287, 292, 293 və 293-1-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında
işlərə rayon (şəhər) məhkəmələri baxırlar. Qalan maddələrdə nəzərdə tutulan xətalara isə Dövlət Gömrük
Komitəsinin səlahiyyətli şəxsləri baxırlar.
İnzibati xətalar haqqında işlər üzrə icraat AR İXM-in 362-408-ci maddələrinin, inzibati xətalar haqqında
işlər üzrə icraatın mərhələləri 409-438-ci maddələrinin və inzibati xətalar haqqında işlər üzrə qərarların icrası isə
439-458-ci maddələrinin müddəalarına uyğun olaraq həyata keçirilir.
Yuxarıda göstərilən maddələr üzrə inzibati prosesin həyata keçirilməsi qaydaları və ardıcıllığı bütün
hüquq-mühafizə orqanları üçün eyni olduğundan, gömrük orqanları üçün əlavə şərhə ehtiyac görmürük.
16.2. Gömrük orqanlarının cinayət-hüquqi və cinayət-prosessual formaları
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və
bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 14 iyun 2000-ci il tarixli
qanunu qəbul edildikdən sonra həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyevin 25 avqust 2000-ci il
tarixli fərmanı ilə Azərbaycan Respublikası CPM-nin 215.5-ci maddəsinə uyğun olaraq Cinayət Məcəlləsinin
207-209-cu maddələrində nəzərdə tutulmuş cinayət işləri üzrə və 206-cı maddəsində nəzərdə tutulmuş cinayətə
dair iş üzrə isə bu işə başladıqda ibtidai istintaqının aparılmasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata
keçirilməsi nəzərdə tutulmuşdur.
İbtidai istintaqı gömrük orqanlarının səlahiyyətinə aid olan cinayətlər aşağıdakılardır:
1) qaçaqmalçılıq;
2) Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyaların
Azərbaycan Respublikasının ərazisinə qaytarılmaması;
3) gömrük ödənişlərinin ödənilməsindən yayınma, xaricdən valyuta dəyərli şeylərin
qaytarılmaması və qanunsuz valyuta əməliyyatları.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 5 mart 2004-cü ildə qəbul olunmuş “Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun X
bəndinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə müvafiq əlavələr və dəyişikliklər edildikdən
sonra gömrük orqanlarına gömrük işi sahəsində cinayətlər haqqında işlər üzrə istintaq aparmaq səlahiyyəti
verilmişdir. Gömrük orqanları tərəfindən təhqiqatın və istintaqın aparılması Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənir.
16.2.1. Qaçaqmalçılıq (kontrabanda)
Dünya praktikasında qaçaqmalçılıq daha çox kontrabanda kimi tanınır. “Kontrabanda” italyan sözü
olub “contro” - “əks” və “bando” - “hökumət qərarları” sözlərindən götürülmüş mənası “hökumət
qərarlarının əksinə” deməkdir.
Gömrük işi sahəsində qaçaqmalçılıq ən ağır cinayətlərdən sayılır. Onunla digər cinayətlər arasındakı
konkret fərqlər öz əksini GM-də tapmışdır.
Gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük
eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə edilməsi, yaxud bəyan etməməklə və ya düzgün bəyan
etməməklə aşağıdakı malların keçirilməsi qaçaqmalçılıq (kontrabanda) hesab olunur:
Dostları ilə paylaş: |