Dərsliyi iqtisad elmləri doktoru, professor Kərim Paşa oğlu Paşayevin


KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI



Yüklə 2,87 Mb.
səhifə3/25
tarix14.12.2019
ölçüsü2,87 Mb.
#29917
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   25
Y-K

KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI


VƏ fəaliyyətimizdə istifadə edirik. Hələ 300 il əvvəl Rusiyada I Pyotr Kommersiya Kollegiyası yaratmış, xarici ticarət və ticarət gəmiçiliyinə rəhbərliyi ona həvalə etmişdir. I Pyotrun 8 noyabr 1723-cü ildə verdiyi fərmanında belə bir fikir söylənilmişdir: «Kommersiya böyük gəlir gətirəcəyinə görə onu genişləndirmək lazımdır» k

Böyük rus alim-hüquqşünası və müəllimi S.E.Desniski (1743- 1793) iqtisadiyyatı «qarşılıqlı kommersiya» adlandırmışdır. Bu cür maraqlı misalları çox gətirmək olar. Böyük rus mütəfəkkiri A.N.Ra- dişevlə işləmiş, Kommersiya Kollegiyasının uzun müddət katibi olmuş M.D.Çulkov 7 cildlik «Rusiya kommersiyasının tarixi təsviri» adlı fundamental kitabında kommersiyaya təkcə ticarət kimi deyil, sənayenin, ticarətin, nəqliyyat və rabitənin, kredit və pul dövriyyəsinin inkişafı və fəaliyyəti kimi baxmışdır.

Bu gün yenidən xarici ölkələrin təcrübəsi əsasında bazar iqtisadiyyatını yaradarkən və onun atributları olan biznes, menecment, marketinqdən istifadə edilərkən, təəssüf ki, kommersiya da onun əhəmiyyətini vermir və onun geniş imkanlarından lazımi səviyyədə istifadə edilmir. Son zamanlarda çox vaxt kommersiya anlayışını marketinq anlayışı ilə eyniləşdirirlər. Əlbəttə, kommersiya da marketinq kimi gəlir əldə etməyə yönəldilir. Bu cəhətdən, əlbəttə onlarda oxşarlıq ola bilər. Çünki gəhr bütün sahibkarhq fəaliyyətinin, biznesin son məqsədidir. Buna nail olmaqla, kommersiya, eləcə də marketinq bir-birindən fərqli rollar yerinə yetirir. Marketinq sahəsinin böyük alimi F.Kotlerə görə marketinq «tələbin idarə edilməsi» kimi qəbul edilirdi. Kommersiya isə sahikarhğm hər hansı formada olmasından asılı olmayaraq başqa vacib rıçaqları idarə edir. Burada məsələ təkcə alqı-satqı aktının təşkili və texnologiyası ilə təsərrüfatmaliyyə məsələləri, onun hüquqi əsasları, qiymət siyasəti, kommersiya-müqavilə öhdəlikləri (lizinq, icarə, konsepsiya, koalisiya, fakto- rinq), daxili və beynəlxalq sazişləri, iş, kommersiya riski, onun qiymətləndirilməsi, həyata keçirilməsi və digər məsələlərdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, sahibkarlığa harada pul və digər hesablamalar lazim gəlirsə, qanuni gəlir əldə etmək imkanı yaranırsa, orada kommersiya ortaya çıxır. Əgər marketinq «tələbin öyrənilməsi» kimi qəbul edilirsə, cəsarətlə kommersiyanı gəlirin idarə edilməsi adlandırmaq olar. Bəzən marketinqi bazarla eyniləşdirirlər.

' riaHKpaxoB ®.r.,CeperHHa T.K. KoMMepnecKaa AeaxejibHocxb. M.:2002.- S. 18-19

Əlbəttə, marketinq bazar ohnadığı kimi, kommersiyam da ticarət kimi qəbul etmək olmaz.

Müasir iqtisadi ədəbiyyatda kommersiyaya, kommersiya fəaliyyətinə dair çoxlu fikirlər mövcuddur. Bunların əksəriyyətində kommersiyaya alqı-satqı prosesi kimi baxırlar. Əlbəttə, bu fikirlə razı- lışmaq olmaz. Prof. L.V.Osipova öz dərsliyində kommersiya anlayışını aşağıdakı kimi təsəvvür edir:

- «Kommersiya fəaliyyəti iqtisadi anlayış kimi ticarətə nisbətən daha genişdir, çünki ticarətin əsasını kommersiya təşkil etsə belə, bütün kommersiya fəaliyyətinə təkcə ticarət kimi baxıla bilməz».

Kommersiya fəaliyyəti sferasında işləyən hüquqi şəxslərin çoxu tədarük, istehsal, tikinti, investisiya və digər sahibkarlıq fəaliyyətinin gəlir əldə etmək üçün alqı-satqı prosesindən istifadə edirlər. Müasir kommersiya fəaliyyəti ixtisaslaşdırıirmş kommersiya sistemləri vasitəsilə həyata keçirihr. Kommersiya sistemi inteqrasiya olunmuş vahid bütöv bir sistem olub, özündə mal və xidmət üzrə istehsal-kommersiya anlayışını və onun iqtisadi, hüquqi, mədəni və inzibati əsasını əhatə edir. Kommersiyanın əsas obyekti kimi alqı-satqmın mövcud olduğunu nəzərə alsaq, burada plana menecment, sahibkarlıq, dəqiq hesablamalar, pul münasibətləri və onun hüquqi əsası çıxır. Bunlar aşağıdakılardan ibarətdir:

-maksimum gəlir əldə etməyə imkan verən mallar üzrə qiymətin müəyyən edilməsi;

-müqavilə və sazişlərin bağlanması və həyata keçirilməsi;

-mal göndərənlərlə iş;

-mal alışının təşkili;

-mal satışının təşkili;

-fəaliyyətin nəticəsinin maliyyə-təsərrüfat təhlili;

-banklarla iş;

-birja, yarmarka və auksionlarla iş;

-kommersiya riskinə dair hesablamalar;

-faktorinq və lizinqin həyata keçirilməsi; -gömrük əməliyyatlanmn həyata keçirilməsi.

Bütün bunları nəzərə alaraq, prof. V.A.Abçuka görə belə bir fikirə gəlmək olar ki, kommersiya alqı-satqı fəaliyyətinin təmin edilməsi sahəsi olub, hüquqi normalar əsasında maksimum gəlir əldə etmək üçün hesablaşmaların aparılması kimi dəyərləndirilir*.

Bəzi mənbələrdə kommersiyaya kapitalist sisteminə xas olan fəaliyyət sahəsi kimi baxıhr. Məsələn, xarici terminlərə dair sözlükdə

AönyK B.A. KoMMcpıiHH. M., 2000.

KOMMERSIYA FƏALIYYƏTININ

kommersiya - ticarət, geniş mənada kapitalist cəmiyyətində gəlir əldə etmək üçün fəaliyyət sahəsi kimi göstərilir. Böyük Sovet Ensiklopediyasında «kommersiya hesabı təsərrüfat fəaliyyətinin aparılması metodu kimi» qiymətləndirilir!. Sovet dövründə məşhur iqtisadçılardan Bakanovun, Birmanın, Yazekvinin, Quzun, Orlovun və başqalarının müxtəlif dövrlərdə çap olunmuş əsərlərində ticarətdə kommersiya işinin tədqiqi, anlayışın mahiyyəti və təyinatı kimi izah olunur. Bunların bəzilərində kommersiya işinə ticarət-operativ prosesin təşkilində istfadə olunan əməliyyatların məcmuu, optimal qərar əldə etmək üçün onların idarə olunması, plan tapşırıqlarının yerinə yetirilməsi, minimum əmək və maliyyə vəsaiti sərf etməklə yüksək mədəni xidmət göstərmək kimi baxılır. Bəzilərində malların istehsal sferasından istehlak sferasına hərəkəti ilə əlaqədar yerinə yetirilən ticarət- operativ elementlər məcmuu kimi baxıhr. Bəzi alimlər kommersiya işi anlayışı altında ticarət müəssisələrinin mal ilə təmin edilməsi və gəlir əldə edilməsi məqsədilə pərakəndə mal dövriyyəsinin yerinə yetirilməsi üçün ticarət-operativ fəaliyyəti nəzərdə tutur. Bir çox alimlərin əsərlərində kommersiya işi anlayışı altında iqtisadi şəraitin öyrənilməsi və proqnozlaşdırılması, bu məsələlərin planlaşdırılması, təsərrüfat əlaqələrinin təşkili və s. göstərilir. Lakin, göründüyü kimi, heç bir anlayışda kommersiya işinin təşkihnin yüksək gəlir əldə edilməsinə yönəldilməsi əsas kimi qəbul edilməmişdir. Bizə elə gəlir ki, kommersiya mənfəət əldə etmək üçün həyata keçirilən fəaliyyətin bütün elementlərinin məcmusu nəzərdə tutulmalıdır.

Kommersiya fəaliyyəti kommersiya funksiyaları tərəfindən həyata keçirilir. Planh-mərkəzləşdirilmiş idarə üsulundan bazar iqtisadiyyatına keçid respublikada milli iqtisadiyyatın struktunda qeyri- bərabərliklə, keçmiş iqtisadi əlaqələrin pozulması ilə sosial mühitdə baş verən hadisələrlə sürətlə inkişaf edən gizli kölgə iqtisadiyyatının güclü təsiri ilə üzləşir.

Belə şəraitdə təşkilat və müəssisələrin kommersiya fəaliyyəti bazar münasibətlərinin inteqrasiyasına əsaslanır, çox ciddi riskə məruz qalır və qeyri-bərabər inkişaf səviyyəsi ilə xaraketirzə olunur.

Müasir bazar iqtisadiyyatı dünya cəmiyyətinin təcrübəsinə əsaslanan bazar nəzəriyyəsinə, dəyər qanunundan məqsədyönlü istifadəyə, inkişaf etmiş mal-pul münasibətləri şəraitində tələb və təklifin

Балабанов A.B. Оптовая торговля: маркетинг и коммерция. М., 1990

əhəmiyyətliliynə, azad sahibkarlığa, çoxlu mülkiyyət formasının olmasına və rəqabətə əsaslanır.

Bazar iqtisadiyyatının müxtəlif mərhələlərində onun milh xüsusiyyətləri və sosial - iqtisadi istiqamətləri nəzərə alınmaqla cəmiyyətdə bazar mexnizminin fəaliyyət göstərməsinin müxtəhf konsepsiyaları meydana çıxır. Mal tədavülü bazar mexanizminin səmərəli fəaliyyətinin amillərindən biridir. Çünki məhz mal tədavülü sferasında hər bir müəssisənin fəaliyyətinin nəticələri real qiymətləndirilə bilər. Burada tələb-təkhf mexanizmindən yaranmış istehlak dəyərinin yoxlanılması, onların ictimai və fərdi tələbata uyğunluğu, qiymət, rəqabət baxımından dözümlülüyü ilə müəyyənləşdirilir. Bazar mexanizminin sistemsiz tətbiqi və mal-pul münasibətlərinin buna tam hazır olmaması dünya iqtisadiyyat sisteminə əsaslanan sivil bazar yaratmaqdansa, daha çox «vəhşi» bazarın meydana gəlməsinə səbəb olmuşdur. Bunun nəticəsində çox kommersiya strukturları «kölgəyə» keçmiş və nəticədə dövlətə hesabat verməyən, hüquqi əsası olmayan biznes daha geniş vüsət almışdır.

Azərbaycanda müasir bazar iqtisadiyyatının formalaşmasının xüsusiyyəti və onda topdan-kommersiya halqasının rolu bəzi xarakterik cəhətləri müəyyənləşdirir. Bu xarakterik cəhətlər aşağıdakılardır:


  1. Möhkəm, uzunmüddətli, sahələrarsı və regionlararsı əlaqələrin yaranması əsasında vahid bazar məkamn və bazar kommersiya strukturlarının yaradılması;

  2. Bazarda qanunla qadağan olunmayan sahibkarlığın bütün səmərəli formalarının yaradılması;

  3. Mal təklifi işə xidmətə, əvvəllər ohnuş təklifin tələbdən üstünlüyü, əksinə tələbin təklifdən üstünlüyü ilə nəticələnməhdir;

  4. Qiymətdən kənar amillərin qiymətlə bağlı amillərdən üstünlüyünü təmin etməklə mal üzrə rəqabətin təmin edihnəsi;

  5. Bazar münasibətlərinin qanunvericiliklə iqtisadi nizamlaşdırılması əsasında qeyri-qanuni rəqabət və iqtisadiyyatın monopollaşdırılmasının qarşısının alınması;

  6. Milli iqtisadiyyatın fəaliyyət sahəsinin genişləndirilməsi əsasında bazar proseslərinin inteqrasiyası və bunun əsasında dünya bazar sisteminə daxil olunması;

  7. Bazar mexanizminin sosial-ictimai nizamlandırılması;

  8. Mülkiyyətin səhmdar və digər kollektiv formalarının inkişafına imkan yaratmaqla hər bir vətəndaşın rəqabət münasibətlərində və

sahibkarlıqda iştirakının təmin edilməsi;

KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI


9. Bazar mexanizmi vasitəsilə azad iqtisadi münasibətlərin genişlənməsini və bunun əsasında bazar subyektlərinin maraqlarının reallaşdırılmasının təmin edilməsi.

Bazar fəaliyyəti prosesində onun üstünlüyü və nöqsanları müəyyən edilir. Onun üstün cəhətlərindən birinci plana aşağıdakıları daxil etmək olar:



  1. Tələb və təklifin nisbətinin mexanizmi vasitəsilə resursların bölünməsi;

  2. Bazar mexanizmi vasitəsilə tədavül xərclərinin azaldılması, istehsahn səmərəlihyinin, keyfiyyətin, rəqabətin təmin edilməsi;

  3. İqtisadiyyatın istehlakçılara yönəldilməsi; 4. İstehsalçıların və alıcıların sərbəst seçilməsi.

Bazar münasibətləri sahibkarlığın və kommersiyanın inkişafının əsasını təşkil edir, sahibkarhğm, istehsalçıların və bazar münasibətlərinin digər istirakçılannm iqtisadi sərbəstliyini təmin edir. Buna görə də, bazar azad alıcı və satıcı arasında iqtisadi münasibətlərin təşkili forması kimi çıxış edir.

Kommersiya fəahyyəti isə bazar nişanələrinin xarakteristikasını özündə əks etdirməhdir. Belə ki, bu xarakteristikaya görə bazarı alıcı və satıcı bazarlarına böhnək olar.

Birincidə bazarın o vəziyyəti nəzərdə tutulur ki, mal təklifi ona tələbdən çoxdur, alıcıya daha çox üstünlük verihr və mal seçilməsində müəyyən alternativ mövcuddur. İkinci halda isə tələb təkhfi üstələyir. Burada kommersiyanın əsas vəzifəsi satıcı bazarının formalaşmasının təmin edilməsidir. Bazar mütləq rəqabət xarakteri daşımalıdır. Burada kommersiya fəaliyyəti nəzərə alınmalıdır ki, bazarın hər bir iştirakçısı bir-birilə rəqib tərəf kimi iştirak edir. Sahibkarlar arasında rəqabətin mövcudluğu bizim iqtisadiyyatda alıcının satıcı üzərində üstünlüyü ilə bağlıdır. İstehlakçıların tələbatının ödənilməsi üçün sahibkar öz iqtisadi müstəqilliyini itirir. Əksinə, əgər satıcı bazarda daha üstünlüyə malikdirsə, alıcılar arasında satıcıya münasibət üstündə rəqabət başlayır. İstehlakçılar arasında rəqabət sovet iqtisadiyyatına məxsus tipik cəhət idi. Daha səmərəli mal göndərənə təhkim olunmaq, fond almaq üçün, limit üçün geniş rəqabət aparılırdı. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, suveren iqtisadi subyektlər arasında rəqabət bazar mexanizminə keçən bütün dövlətlər arasında mövcuddur.

Rəqabət işgüzar münasibətlərin bütün iştirakçılarının suveren hüquqları olub, onların qarşılaşmasına gətirib çıxarar. Ona görə də, kommersiya fəaliyyəti rəqiblərin bazarda özlərini aparmasına diqqətli olmalıdır.

Müasir bazar münasibətlərinin səmərəli fəaliyyəti, bazar dövriyyəsində, rəqabətdə, xüsusilə kommersiya fəaliyyətində əsas amillərdən biri kimi marketinqin geniş tətbiq edilməsinə xüsusi diqqət yetirməlidir.

Müasir marketinq böyük biznesin fəlsəfəsi olub, sahibkarlıq fəaliyyətinin inkişafına və onun cəmiyyətin lazımi tələbatımn ödənilməsinə doğru yönəldilmişdir. Bu fəlsəfə marketinqin sosial-etik konsepsiyasında və onun üç tərkib hissəsində: istehlak tələbatı, firmanın gəliri, cəmiyyətin marağında öz əksini tapır.

Marketinqin təhlilində əsas yeri makro- və mikro rolunun müəyyən edilməsində tapır.

Kommersiya fəaliyyəti prosesində sahibkarlar marketinq siyasətini formalaşdırır və bunun üçün aşağıdakı marketinq alətlərindən istifadə edirlər.



  1. Yeni mal konsepsiyasını, mal nişanəsini, mal markasını, xidmət servisini, qablaşdırmanı və s. məsələləri əhatə edən məhsul siyasəti;

  2. Məhsulun istehsalına sərf edilən xərcləri, bazarda məhsula olan tələbi, əsaslanmış kommersiya qiymətini və s. əhatə edən qiymət siyasəti;

  3. Satış kanallarında optimal istifadənin tələbin formalaşması rıçaqlarını və onların stimullaşdırılmasmı əhatə edən bölgü siyasəti;

  4. Əlaqələrin informasiya kanaUannm, reklam kompaniyalanmn, pabük rileyşnz və s. daha səmərəh istifadə üçün kommunikasiya siyasəti.

Müasir şəraitdə dünya təsərrüfat əlaqələrinin inkişafı respublikanın dünya iqtisadi sisteminə daxil ohnası geoiqtisadi və geosiyasi amillərin nəzərə alınmasını tələb edir. Bu, əlbəttə, ölkə iqtisadiyyatının dünya məkanında iştirakı olub, ölkənin spesifik şəraiti, adəti, ənənəsi, inkişafı, iqtisadi və sosial nişanələri nəzərə alınmaqla mümkündür.

Kommersiyanın yeni xüsusiyyətlərinin öyrənilməsi bazar iqtisadiyyatı şəraitində birincidərəcəli əhəmiyyət kəsb edir. Onu da göstərmək lazımdır ki, təsərrüfatın bazar iqtisadiyyatına keçməsi ölkədə bir çox çətinliklərlə üzləşir. Bu, ilk növbədə, ölkədə lazuni iqtisadi-siya- sət konsepsiyasının olmaması ilə izah edilə bilər. Bir çox hallarda həyata keçirilən iqtisadi siyasət qeyri-qanuni hal daşıdığına görə risk dərəcəsini artırır. Müasir həyat şəraitinin təzadları ondan ibarətdir ki, konkret şəraitdə real planlaşdırmanı optimallaşdırmaq mümkün olmadığı kimi, açıq bazar şəraitində qəbul edilən kommersiya qərarları çox zaman məmurların hamısının xoşuna gəhnir. Məhz belə bır şəraitdə elm kimi kommersiyanın, o cümlədən, menecmentin, sahibkarlığın, biznesin, əmək kollektivinin işinin təşkili və idarəedihnəsində


KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI


rolu artır. Bu da, öz növbəsində, professionallıq, bilik, bacarıq, mə- dənililk və s.-yə malik olan kadrların hazırlanmasım tələb edir.

§ 1.2. Kommersiya fəaliyyətinin məzmunu, məqsədi və vəzifələri


Bir çox ölkələrin, o cümlədən Azərbaycan iqtisadiyyatının inkişaf tarixi göstərir ki, bazar mexanizmi istehlakçıların tələblərini tam dərəcədə nəzərə ala bilir və bu mexanizm təsərrüfatçılıqda kökündən dəyişikliklərə məqsədyönlü təsir edə bilər.

Kommersiya fəaliyyətinin son məqsədi - mənfəətin əldə olunmasından ibarətdir ki, bu da ancaq alıcıların çoxsaylı tələbatlarının tam həcmdə və keyfiyyətli ödənilməsi zamanı əldə edilə bilər.



Kommersiya fəaliyyəti - cari və perspektiv dəyişiklikləri nəzərə almaqla əhalinin tələbatının tam, keyfiyyətli və vaxtında təmin olunması və mənfəətin əldə edilməsi məqsədilə alqı-satqı proseslərinin həyata keçirilməsinə yönəldilmiş mürəkkəb operativ-təşkilati bir sistemdir. Bu, elə bir fəaliyyətdir ki, kommersiya dövriyyəsinin bütün iştirakçılarına ticarət sövdələşmələrinin reallaşdırılmasmm bütün mərhələlərində qarşılıqlı faydalılığı nəzərə almaqla bir-biri ilə uğurlu əlaqədə olmaq imkanı verir. Məhz kommersiya fəaliyyəti istehsalın səmərəli inkişafına imkan yaradır və onun həcmlərinin və perspektiv istiqamətlərinin formalaşmasına öz təsirini göstərir. O, daha çox dərəcədə sənaye firmasının iqtisadi vəziyyətini, bazarın dəyişkən hallarını nəzərə almaqla onun kommersiya uğurunu müəyyən edir.

Müasir əmtəə bazarında kommersiya fəaliyyəti özünün ümumi qeyri-sabitliyinə və böhran vəziyyətinə baxmayaraq çox fəal inkişaf edir, bu da topdansatış, xırda topdansatış və pərakəndə ticarətdə nəzərəçarpan dəyişmələr ilə təsdiqlənir.

Kommersiya fəaliyyətinin effektiv inkişafının dəyişməyən şərtlərindən biri işgüzar münasibətin subyektlərinin lazımi qədər iqtisadi sərbəstliyinin olması, xüsusi kapitala malikolma, maliyyə imkanlarının bacarıqlı idarə edilməsi, maksimal mənfəətin əldə edilməsi imkanlarından istifadə olunmasıdır.

Bu fəaliyyətin vacib prinsipi bazarın digər subyektlərinin maraq və hərəkətlərinin maksimal tam nəzərə alınmasından ibarətdir ki, bu da həm kommersantm davranış etikası baxımından, həm də kommersiya sahəsində qarşıya qoyulan strateji məqsədlər baxımından lazımlıdır. Kommersiya fəaliyyətinin mühüm prinsipləri həm də aşağıdakılardan ibarətdir:


KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI


  • bazarda iqtisadi şəraitin dəyişilməsi nəzərə alınmaqla kommersiya

qıvraqlığı;

  • kommersiya prioritetlərinin (üstünlüklərinin) ayrılması;

  • kommersiya qərarlarının qəbul olunması zamanı marketinq

prinsiplərindən fəal istifadə edilməsi;

  • kommersiya risklərini qabaqcadan görmək və onların təsirinin nəticələrini qabaqcadan hesablamaq qabiliyyəti;

  • ticarət sövdələşmələri üzrə öhdəliklərin yerinə yetirilməsi məsuliyyətinin qaldırılması.

Müasir kommersantm aktual vəzifəsi sahibkarlıq fəaliyyətinin şərəf və ləyaqətlə həyata keçirilməsindən ibarət olmalıdır ki, bu da özündə müxtəlif mülkiyyət forması müəssisələrinin məhsullarının tədricən milli dövriyyəyə cəlb olunmasını, eyni zamanda, istehlakçıların tələblərinin maksimal ödənilməsi məqsədilə qəbul olunmuş sifarişlərin və müqavilələrin yerinə yetirilməsinin effektivliyinin və nəticəliliyinin artırılmasını, servis xidmətləri kompleksinin genişləndirilməsini cəmləşdirir.

Kommersiya fəaliyyəti özündə bir çox istiqamətləri inteqrasiya

edir:


  • satışın həcmlərinin və onun təşkilinin planlaşdırılması, yəni onu müəyyən etmək vacibdir ki, nə alınmalıdır, kimdən alınmalıdır, hansı miqdarda alınmalıdır, hansı qiymətə və hansı vaxtda;

  • mənfəətin əldə olunması məqsədilə alınmış malların yenidən satışının

təşkili;

  • ticarət sövdələşmələri üçün mal göndərənlər və alıcılar arasında daha əlverişli tərəf-müqabillərin axtanlıb tapılması;

  • effektivlik elementlərini nəzərə almaqla ticarət və malın hərəkəti prosesinin təşkili və onun həyata keçirilməsi;

  • malın keyfiyyətinə, onun rəqabətqabiliyyətliliyinə, bazarda yaranmış vəziyyətə uyğun qələn optimal satış və alış qiymətlərinin müəyyən olunması;

  • bazar dəyişikliklərinin proqnozlaşdırılması və operativ uçotunun həyata keçirilməsi və alıcıların ehtiyaclarının maksimal qaydada ödənilməsinə təsir edən amillər toplusundan fəal istifadə olunması;

  • bazar informasiyasının hazırlanması, malların son istehlakı zamanı servis xidmətinin təşkili sahələrində geniş xidmətlərin yerinə yetirilməsi, həmçinin, mal hərəkəti sistemində maliyyə, sığorta və digər əməliyyatların təmin olunması.

Kommersiya fəaliyyətində yerinə yetirilən əməliyyatlar iki növə bölünür: istehsal və kommersiya əməliyyatları.

KOMMERSIYA FƏALIYYƏTINEV ƏSASLARI


İstehsal əməliyyatı -yüklərin bilavasitə hərəkəti, onların saxlanılması, boşaldılması, nəql olunması, çəkilib qablaşdırılması, yenidən sortlara ayrılması və s. ilə bağlı olan proseslərdən ibarətdir.

Kommersiya əməliyyatı - dəyər formasının dəyişməsi, yəni malların alqı-satqısı ilə bağlı olan proseslərdir. Kommersiya əməliyyatlarına həm də ticarət mexanizminin normal fəaliyyətinə imkan yaradan proseslər, yəni bazar tədqiqatlarının təşkil olunması, infrastrukturun, əsas rəqiblərin qiymətləndirilməsi, təsirli reklamın formalaşdırılması və digər çoxsaylı prosesləri də aid etmək lazımdır.

Kommersiya fəaliyyətinin bu cür əsas prosesləri ilə yanaşı, əlavə ticarət və istismar xidmətlərinin yerinə yetirilməsi kimi müştərilərin alqısatqı prosesində maraqlarının nəzərə alınması üçün son vaxtlar üstünlük təşkil edən prosesləri də vacibdir.

Məhz satışdan əvvəl, satış və satışdan sonrakı servisin əlavə xidmətləri kommersiya uğurlanmn əldə olunması üçün müəyyənedici rol oynayır.

Kommersiya xidmətləri kommersiya fəaliyyətində əsas rol oynayır və malların tədavülü, onların alışı, satışı və satılması ilə bağlı olan xidmətlər toplusunu əks etdirir.



Vasitəçi - kommersiya prosesinin kontragentləri (tərəf-müqabilləri) arasında olan və mal, xidmət, informasiya mübadiləsi üçün onları bir-biri ilə calaşdıran hüquqi və yaxud fiziki şəxsdir.

Kontragent rolunda bir qayda olaraq, mal istehsalçıları, topdansatış və pərakəndə istehlakçılar çıxış edirlər.

Vasitəçilik fəaliyyəti heç də həmişə kommersiya əsasında həyata keçirilmir, çünki çox vaxt kommersant olmur. Lakin vasitəçilərin əsas sinfi iri topdansatış sahibkarlardan, agentlərdən, dilerlərdən, distribü- torlardan və kommersiya əsasında malların istehsalından tutmuş son istehlakçılara qədər bütün mərhələlərdə maraqların calaşdırılması ilə məşğul olan digər vasitəçilərdən ibarətdir.

Lakin hər bir kommersant heç də həmişə vasitəçi olmur. Çoxsaylı müəssisələr məhsul istehsal edərək onu birbaşa öz anbarlarından son istehlakçıya satırlar və mal mübadiləsi aktında orta vəziyyəti tutmurlar. Buna görə də, kommersiya fəaliyyəti - daha geniş anlayış olmaqla özündə təkcə ticarət prosesini deyil, həm də kommersiya əldə edilmələrini, mal və xidmətlərin kommersiya satışını əks etdirir.

Vasitəçilik iqtisadi, təsərrüfatçılıq fəaliyyətinin növlərindən biri olmaqla, biznesin son məhsuluna - istehlakçılara lazım olan mallara və xidmətlərə çevrilməsi məqsədilə müəyyən resurslardan: təbii, əmək və istehsal vasitələrindən istifadə olunmasını tələb edir.

KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI

Vasitəçilik fəaliyyətinin həyata keçirilməsi üçün müəyyən şərait və amillər lazımdır. Bunlara, birinci növbədə, əsas vəsaitlər aiddir. Torpaq sahələri, binalar, otaqlar, yüklərin saxlanılması və emalı üçün avadanlıq, malların nəqli üçün lazım olan müxtəlif nəqliyyat növləri və s. əsas vasitələrdir. Ofis sahələri, rabitə vasitələri, kompyuter texnikası olmadan vasitəçilik fəaliyyətini səmərəli qaydada həyata keçirmək mümkün deyildir.

Kommersiya-vasitəçilik fəaliyyətinin vacib amillərindən biri başlanğıc pul kapitalının mövcud olmasıdır ki, bu da əsas və dövriyyə vəsaitlərinin alınması üçün lazımdır.

Vasitəçilik biznesinin həyata keçirilməsinin amillərinə elmi-informasiya resurslarını da əlavə etmək lazımdır ki, indiki zamanda vasitəçilik bunlarsız mümkün deyildir.

Vasitəçilik əməliyyatının həyata keçirilməsində zaman amilini də nəzərə almaq lazımdır. Məlumdur ki, vasitəçilik əməliyyatlarının sürətliliyi onun nəticəliliyinə və effektivliyinə həlledici təsir göstərə bilər.

Vasitəçilik əməliyyatı sxemi şəkil 1.1.-də əks etdirilmişdir.



Şərti işarələr: Ə - əmtəə kütləsinin vasitəçidən hərəkəti: X - xidmətlər; Pə - malın alınmasına görə ödənilmiş və alınmış pulun məbləği; Px - vasitəçi xidmətlərin göstərilməsindən əldə etdiyi gəlirlər; Kf- sövdələşmənin aparılmasına görə vasitəçinin aldığı faizlər; AP - vasitəçinin bütövlükdə vasitəçilik əməliyyatiarmdan əldə etdiyi mənfəət; DM -vasitəçilik biznesinin saxlamimasma və inkişafına vasitəçi tərəfindən çəkilən məsrəflər.



KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI

Deyilənlərdən görünür ki, vasitəçilik istehsal, ticarət, maliyyə sahibkarlığının vacib tərkib hissələrindən biridir, yəni o, müxtəlif formalara: istehsal, ticarət və maliyyə-kredit formalarına malik ola bilər. Spesifiklik onda özünü büruzə verir ki, vasitəçi heç bir məhsul istehsal etmir, birbaşa satmır, kreditə pul vermir, lakin bununla belə əməliyyatların həyata keçirilməsinə fəal imkan yaradır.

Vasitəçi istehsalçılarla, istehlakçılara lazım olan mal və xidmətlərin sahibləri ilə əlaqəyə girərkən onlardan malların və xidmətlərin mövcudluğu və satış şərtləri haqqında informasiya əldə edir.

Satıcıdan informasiya əldə etdikdən sonra vasitəçi, alıcıları bu barədə məlumatlandırır və bu alıcıların dairəsi əvvəlcədən daxil olmuş mal və xidmətlərə olan ilkin sifarişlər əsasında formalaşdırılır.



İnformasiya- kommersiya xidmətlərinin göstərilməsi prosesində vasitəçi firma əldə olunmuş sifarişlərə uyğun olaraq xidmət göstərdiyi müəssisə və təşkilatları kommersiya məlumatı ilə təmin edir və bu məlumatlarda, ilk növbədə, məhsulun alış və satışının təşkili üçün lazım olan informasiya, tələb olunan malların potensial istehsalçıları, onların istehsalat gücləri, malların qiymətləri, yükün çatdırılması üsulları barədə göstəricilər öz əksini tapır. Mövcud mal növünün konyunkturasının təhlilini və proqnozlarını, qiymətləri, malların tələb olunan həcmlərini, onların çeşidlərini, rəqabət səviyyəsini və bazar mexanizminin vəziyyətini əks etdirən digər əsas göstəriciləri özündə cəmləşdirən marketinq informasiyasına tələbat daha çoxdur.

Kommersiya fəaliyyətində daha çox xüsusi çəkiyə malik olan fəaliyyət komissiya razılıqlarının rəsmiləşdirilməsi əsasında həyata keçirilən kommersiya xidmətləridir.

Əmtəə bazarında malın sahibi (komitent) ticarət vasitəçisinə (komisyonçuya) mah satmağı (mübadilə etməyi) və yaxud onu almaq tapşırığını verir. Kommersiya müqavilələrində satış şərtləri, malın qiyməti, onun daşınma üsulları, kommersiya muzdunun (bonusun) ölçüsü, tərəflərin vəzifələri və məsuliyyətləri, onların rekvizitləri öz əksini tapır.

Vasitəçilik fəaliyyətinin böyük bir hissəsi, sifarişçilərin ehtiyac duyduğu elmi məsləhətlərin, müxtəlif növ metodik tövsiyələrin, iqtisadi və texniki qərarların hazırlanması, yeni firmaların yaradılması, onların ləğv olunması, biznes-planların, biznes-kartların işlənilməsi, analitik materialların hazırlanması, ölkə daxilində və onun xaricində satış artırılmasının həyata keçirilməsi, kadr hazırlığı və yenidən hazırlığı kimi elmi- konsultativ xidmətlərin göstərilməsi üzrə görülən işlərin payına düşür. Vasitəçilik fəaliyyətinin bütün bu istiqamətləri dünya praktikasında bir anlayışla - konsaltinq xidmətləri anlayışı ilə adlandırılmışdır.



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin