KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI Şəkil 2.2. Kommersiya əlaqələrinin məhsul göndərişinə görə təsnifləşdirilməsi
1 - dolğunluğuna görə; 2 - sahəvi strukturuna görə; 3 - ərazi strukturuna görə;
4- topdansatış-kommersiya təşkilatlarının iştirak dərəcəsinə görə;
5 - mal göndərişinin təşkili formalarma görə; 6 - fəaliyyət müddətinə görə
§ 2.2. Kommersiya xidmətlərinin konsepsiyası, təsnifat əlamətləri Marketinq - bazar münasibətlərinin inkişafının qanunauyğun nəticəsidir. Bazar münasibətləri prinsiplərinin Azərbaycan təcrübəsinə yeridilməsi 1990-cı illərin əvvəllərindən başlayan əmtəə-pul münasibətlərinin inkişafı ilə müşahidə olunur.
Marketinq konsepsiyası iqtisadiyyatın lazımi servis xidmətlərinin inkişafı hesabına istehlak tələbinin tam və effektiv ödənilməsinə yönəldilməsini nəzərdə tutur.
Mütəxəssislərin əsas nəticəsi ondan ibarət olmuşdur ki, 1990-cı illərdə Avropa iqtisadiyyatında maddi istehsal dairəsinin xüsusi çəkisi, xidmət sferasının artımı şəraitində daimi olaraq aşağı düşməkdə davam etmişdir.
Kommersiya xidmətlərinin inkişaf etməsi ilə Azərbaycanın iqtisadiyyatı servis xarakteri daşımağa başlayır ki, bu da onu tədricən istehsal
KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI
çıların iqtisadiyyatından istehlakçıların spesifik tələblərinin tam və dolğun ödənilməsi iqtisadiyyatına çevirir.
Servis xidmətlərinin geniş surətdə göstərilməsi istehsal və tədavülün effektiv fəaliyyətinin son nəticəsini müəyyən edən əsas amilə çevrilir. Bu ölkə iqtisadiyyatında yeni mərhələdir və onun inkişafının daha mütərəqqi mərhələsinin başlamasından xəbər verir.
«Xidmət» anlayışı ikili məna daşıyır:
Digərlərinə fayda verən fəaliyyət.
Kiməsə təqdim olunan təsərrüfat rahatlıqları.
Belə söyləmək olar ki, məhz xidmətlər müəyyən mənada cəmiyyətin inkişaf səviyyəsini: onun məhsuldar qüvvələrini və mənəvi vəziyyətini özlərində təcəssüm etdirir. Buna görə də, xidmətlərin göstərilməsi tədricən vasitəçi-kommersiya fəaliyyətinin müstəqil bir növünə çevrilir və bunları da istiqamətlərinə görə iki böyük müstəqil qrupa bölmək olar.
İstehsalat istehlakma yönəldilmiş və hüquqi şəxslərə (sənaye və yaxud digər firmalar və şirkətlər) göstərilən xidmətlər.
Fərdi son istehlaka yönəldilmiş və bir qayda olaraq, fiziki şəxslərə (əhaliyə) göstərilən xidmətlər.
Bundan belə çıxır ki, xidmətlər kommersiya obyektinə çevrilir və kommersiya firmasının faydalı iqtisadi fəaliyyətinin nəticələrinə təsir göstərir. Xidmətin keyfiyyəti nə qədər yüksəkdirsə, göstərdiyi firmaya daha çox xeyir verir (gəlir gətirir).
ISO 8402-86 standartına əsasən xidmətin keyfiyyəti - onun xassələri və xarakteristikaları ilə müəyyən olunur ki, bunlar da xidmətlərə müəyyən tələbatları ödəmək qabiliyyətini göstərir.
Xidmət kommersiyasının konsepsiyası - cəmiyyətin tələbatlarının maksimal ödənilməsi məqsədilə xidmət marketinqindən, kommersiya logistikasmdan istifadə etməklə effektiv alqı-satqı prosesinin təşkili üçün yüksək keyfiyyətli vahid istehsal, kommersiya, institusional və sosial xidmətlər kompleksinin yaradılmasını nəzərdə tutur.
Müştərilərin servis xidməti kommersiyasının və eyni zamanda, iqtisadi cəhətdən əsaslandırılmış kommersiya əlaqələrinin geniş inkişafı topdansatış-kommersiya fəaliyyətinin strukturuna və idarəetmə formalarına fəal təsir göstərir.
Bu da xidmət kommersiyasının müasir sosial cəhətdən istiqamətləndirilmiş bazarda inkişafının bir sıra nəzəri əsaslarını şərtləndirir.
Birincisi, xidmətlərin və eyni zamanda, bütün xidmət sferasının infrastrukturalı strukturunu ayırmaq lazımdır. Bu, infrastrukturun, iqtisadiyyatın əsas sahələrinin və qeyri-istehsal sferasına xidmət göstərən təminedici bir sistem kimi mahiyyətindən irəli gəlir. Xidmət kommersi
KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI
yası xidmət sferasının bir sahəsi kimi infrastrukturun ən vacib elementlərdən biri olmaqla onun tərkibinə daxildir. Bu zaman əhaliyə göstərilən xidmətlər sosial infrastrukturunun yerinə yetirdiyi məsələlərin tərkibinə daxildir.
İkincisi, müştərilərə göstərilən xidmətlərin müxtəlifliyi onların dərindən sistemləşdirilməsini, təsnifləşdirilməsini və tipləşdirilməsini tələb edir. Bu tələb, onların sahəvi və məqsədli istiqamətlənməsindən, kommersializasiyaolunma dərəcəsindən, tarifləşdirmənin şərtlərindən, qiymətyaranmadan, gəlirlilikdən və digər əlamətlərdən irəli gəlir. Dünya nəzəriyyəsi və təcrübəsində bu məsələlərin həllinə müxtəlif yanaşma və variantlar mövcuddur. Bu cür təsnifləşdirmənin variantlarından biri aşağıdakılardan ibarətdir:
|