2A- 4-2-^a +
Burada, C - xidmətin keyfiyyətinin qiymətləndirilməsi əmsalıdır; X] - «əla» qiymət; X2 - «yaxşı» qiymət; X3- «kafi» qiymət; X4 - «qeyri- kafı» qiymət.
İstehlakçılara xidmət keyfiyyətinin sosioqrammm təhlili üçün ekspert komandasının iştirakçıları dəvət olunurlar. Ekspertlər hesablanan göstəricidən (Ə) başqa, hər bir respondent qrupu daxilində istehlak xid
KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI
mətlərinə olan müxtəlif münasibətlərin ballarla qiymətləndirilmə sistemindən də istifadə edirlər. Marketinq bölmələrindən olan ekspertlər respondentlərin hər bir sosial qrupları və bütövlükdə sosiaqram üzrə xidmət keyfiyyətinə ümumiləşdirilmiş qiymət verirlər.
Əldə olunan nəticələr xidmət sistemini təkmilləşdirməyə və firmanın strukturunun dəyişdirilməsinin əsas istiqamətlərini müəyyən edən tədbirləri nəzərdə tutmağa imkan verir.
§ 2.3. Topdansatış ticarətin təşkili üzrə kommersiya fəaliyyəti
Vasitəçi-kommersiya fəaliyyətinin əsas istiqamətləri arasında birinci plana topdansatış və pərakəndə ticarətin həyata keçirilməsi üzrə iş çıxır. Bu iş - vasitəçi-kommersiya fəaliyyətinin mahiyyətinin əsas ifadə- etmə forması olmaqla, məhsulların məkan və zamanda hərəkəti və yığımı prosesini nizamlayır.
Topdansatış ticarət - alqı-satqı əqdləri (aktları) iştirakçıları arasında sərbəst qarşılıqlı fəaliyyətin vacib halqası olmaqla bu əqdləri iri həcmlərdə və böyük partiyada mallarla reallaşdırır. Topdansatış ticarət, onun əsas həyata keçirilmə prinsiplərinə əməlolunma zamanı geniş inkişafa malik ola bilər:
Onun fəaliyyəti üçün resurs bazasının yaradılması, yəni mal kütləsi ilə alıcıların tədiyyə qabiliyyətli tələbini ifadə edən pul kütləsi arasında balansın əldə olunması.
Ticarət sövdələşmələrini uğurla həyata keçirmək üçün sərbəst olaraq tərəf-müqabilləri seçməyə və kommersiya əlaqələrini formalaşdırmağa imkan verən bazar infrastrukturunun lazımlı elementlərinin yaradılması.
S.Topdansatış ticarətin bütün mərhələrində maddi həvəsləndirmə, məsuliyyət elementlərini özündə cəmləşdirən və alıcıların tələbatlarının ödənilməsinə, yüksək gəlir əldə olunmasına yönəldilən maliyyə-qiymət sisteminin formalaşdırılması.
Keçmiş SSRİ məkanında topdansatış ticarətinə 1965-ci ildən xüsusi diqqət yetirilməyə başlanılmışdır ki, bu da iqtisadi islahatlara keçidin başlanğıcı olan sənayenin idarə edilməsinin yenidən qurulması, yeni planlaşdırma və iqtisadi həvəsləndirmə metodlarına keçidlə bağlıdır. O vaxtlar istehsalat-texniki təyinatlı məhsullarla topdansatış ticarət, istehlakçıların xalq təsərrüfatının inkişafı üzrə dövlət proqramına əsasən lazımi miqdarda, çeşiddə və müddətdə fasiləsiz, ahəngdar təchiz olunması məqsədilə maddi resursların planlı qaydada bölgüsü kimi nəzərdən
KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI
keçirilidi. İstehsal vasitələri ilə topdansatış ticarətinin inkişaf prosesinə ölkə üzrə SSRİ Dövlət Maddi-Texniki Təchizat Komitəsi (Qossnab) rəhbərlik edirdi. Topdansatış ticarətin əsas növləri aşağıdakılardan ibarət idi:
♦ SSRİ Dövlət Maddi-Texniki Təchizat Komitəsinin ərazi üzrə orqanları tərəfindən bölüşdürülən məhsulların topdansatış müəssisələri tərəfindən və tranzit yolu ilə satışı;
♦ məhsulların topdansatış mağazaları tərəfindən satışı;
♦ daxili imkanların səfərbər olunması qaydasında məhsulların satışı.
Aydın səbəblərə görə malın planlı qaydada bölgüsü, onun sərbəst qaydada satışı bir araya sığa bilməzdi və buna görə də yeni formaların tətbiqi üzrə böyük səylərə baxmayaraq, o vaxtlar malın sərbəst satışı heç cür həyata keçmədi.
Keçmiş SSRİ məkanında olduğu kimi, Azərbaycanda da topdansatış ticarətin inkişafında yeni keyfiyyət mərhələsi 1991-ci ildən sonra baş verdi ki, bu zaman respublikada bazar mexanizmi tətbiq olunmağa başlanıldı; məhsulun mərkəzləşdirilmiş qaydada bölgüsü ləğv olundu, «Mülkiyyət haqqında», «Sahibkarlıq və sahibkarlıq fəaliyyəti haqqında» qanunlar qəbul edildi, topdansatış qiymətlər sərbəst buraxıldı və topdansatış ticarətin yeni institutlarının təşkilati formaları yaradılmağa başlanıldı. Bazar topdansatış ticarətin ən parlaq nümayəndələri olan ticarət evləri, əmtəə və fond birjaları, daimi fəaliyyətdə olan topdansatış sərgiləri və yarmarkaları fəaliyyətə başladı.
Bu cür strukturların fəaliyyətinin fərqli cəhətləri topdan satışın həcmləri deyil, onların, ilk növbədə, tərəf-müqabillərin (partnyorlarm) seçimi, tam maliyyə müstəqilliyi və sərbəstliyi, kommersiya fəaliyyətinin nəticələrinə görə mənəvi və maddi məsuliyyət sahəsində bazar xarakterli olmasıdır.
Müasir dövrdə yerli iqtisadiyyatda topdansatış ticarət mühüm yer tutur.
Məhz topdansatış ticarət yerli istehsal mallarımın və böyük miqdarda xarici malların daxili bazara keçidinin fəal iştirakçısıdır. Məhz topdansatış ticarət yerli istehsalçıları daxildə istehsal olunan malların keyfiyyətinin yüksəldilməsinə və bununla da həm daxili, həm də xarici bazarda möhkəm yer tutmağa vadar edir.
Topdansatış ticarətin ümumi strukturunu şəkil 2.8-də göstərildiyi kimi əks etdirmək olar.
-
Xammal və yarımfabrikatlarla topdansatış ticarət
|
Ərzaq mallan
Şəkil 2.8. Topdansatış ticarətin ümnmi strnktnru
Sxemdən göründüyü kimi, topdansatış ticarət bazarda satılan istehsalat-texniki təyinatlı və fərdi istehlak məhsullarının bütün növlərini əhatə edir və vasitəçi-topdansatış halqası tərəfindən həm istehsalla, həm də istehlakla həyata keçirilən təsərrüfat əlaqələrinin mərkəzində olur. O, təkrar istehsal prosesində istehsal və istehlak sferaları arasında vacib vasitəçi rolunu oynayır.
Topdansatış ticarət tərəfindən həll olunan əsas məsələlərdən aşağıdakı birincidərəcəli məsələləri qeyd etmək olar:
Bazarın konyunktur tədqiqi üçün istehsalat-texniki təyinatlı məhsullara, istehlak mallarına olan tələb və təklifin vəziyyətinin cari, perspektiv proqnozunu nəzərə almaqla məlumat bankının toplanması və yaradılması.
İstehlakçıların çeşid, miqdar və keyfiyyət üzrə həqiqi sorğularına uyğun olaraq malların istehsalının yerləşdirilməsi üzrə səylərin istiqamətləndirilməsi.
Alınmış sifarişlərə, bağlanılmış müqavilə, kontraktlara əsasən istehlakçıların vaxtında, ahəngdar və keyfiyyətli qaydada təchiz olunması.
Sifarişçilərin cari və gözlənilməz tələbatlarının ödənilməsi üçün mal qalıqları ilə operativ qaydada manevr edilməsi məqsədilə onların formalaşması və anbarda saxlanılmasının təşkil olunması.
KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI
Yüksək mexanikləşdirilmiş yükləmə-boşaltma vasitələrindən, mobil nəqliyyatdan, yüksək effektivli çoxdövriyyəli tara növlərindən istifadə etməklə topdansatış ticarətin mütərəqqi forma və metodlarının tətbiq olunması.
Topdansatış ticarət prosesinin malgöndərənlər, vasitəçilər və alıcılar arasında bütün qarşılıqlı əlaqələr sisteminin nizamlanmasının və həvəsləndirilməsinin iqtisadi metodlarından geniş istifadə edilməsi.
Topdansatış ticarət prosesinin reallaşdırılmasmm bütün mərhələlərində tədavül xərclərinin aşağı salınması hesabına maksimal mümkün olan qənaətin əldə olunması.
Topdansatış ticarətin inkişaf məsələlərinin həlli zamanı bir-biri ilə bağlı olan müəyyən funksiyalar kompleksini yerinə yetirmək lazımdır və ilk növbədə:
♦ istehlakçıların yaranan tələbatlarını, sorğularını, sifarişlərini müəyyən etməli, yəni sifarişlər çantasının formalaşdırılması üzrə böyük işi təşkil etməli və həyata keçirməli;
♦ satılan malların çeşidi üzrə reklam, məsləhət, logistik və servis xidmətləri kompleksinin hazırlanması, təşkili və həyata keçirilməsi;
♦ yükləmə-boşaltma işlərinin həyata keçirilməsi və sonradan malların nəql olunması, quraşdırılması, sazlanması və son istehlakçılara satışdansonrakı servis xidmətinin göstərilməsi;
♦ mürəkkəb topdansatış ticarət prosesinin hər bir mərhələsində istehlakçılara səmərəli, keyfiyyətli və qənaətli xidmət edilməsinə yönəldilmiş tədbirlər sisteminin işlənilməsi və tətbiq olunması.
İqtisadiyyatın kommersiyalaşdırılmasma, onun inhisarlaşdınimasma və azad rəqabətin olmasına baxmayaraq, topdansatış ticarətin müasir vəziyyəti, ilk növbədə, bazar infrastrukturu elementlərinin formalaşdırılmasmı tələb edir. Çox vaxt anbar və ticarət sahələri çatışmır. Nəqliyyat həm mənəvi, həm də fiziki olaraq köhnəlmiş, yeni mobil nəqliyyat növlərinin alınmasına çox vaxt vəsait çatışmır. Müasir ticarətə çox vaxt ən geridə qalmış nəqliyyatla, rabitə vasitələri və kompyuterlərlə xitmət göstərilir.
Müasir ticarətin elmi-texniki səviyyəsinin qaldırılması dövlət tərəfindən yerinə yetirilən bir sıra tədbirlərlə mümükündür. Buraya - bazar infrastrukturu elementlərinin formalaşmasına yönəldilmiş sərmayələrə güzəştli vergiqoyma, ticarətin maddi-texniki bazasının inkişafına məqsədli kapital qoyuluşu və digər tədbirlər aiddir.
Hazırda topdansatış ticarət aşağıdakı əsas formalara malikdir:
təchizatın tranzit forması, bu zaman topdansatış baza malları anbara gətirilmədən birbaşa son istehlakçıya satır və anbar forması, bu zaman mallarin satışı birbaşa özünün anbarlarından həyata keçirilir. Bu satış formalarının nəticəsi kimi topdansatış tranzit dövriyyəsi və müvafiq olaraq anbar mal dövriyyəsi mövcuddur. Ticarət bazalarının ümumi mal dövriyyəsində anbar mal dövriyyəsinin payı daha çoxdur. Topdansatış bazalarının mal dövriyyəsi: hesablaşmalarda iştirak etməklə mal dövriyyəsinə (pulu ödənilmiş və yaxud bazanın öz vəsaitləri hesabına ödənilmiş) və hesablaşmalarda iştirak etməməklə dövriyyəyə (ödənilməmiş, lakin təşkil olunmuş) bölünür. Hesablaşmalarda iştirak etməklə tranzit dövriyyə zamanı ticarət firması malgöndərənə yüklənmiş malların dəyərini ödəyir, sonradan onu alıcılardan geri götürür. Hesablaşmalarda iştirak etməməklə dövriyyə zamanı malgöndərən hesabı ödəmək üçün topdansatış firmaya deyil, birbaşa alıcıya təqdim edir. Tranzit dövriyyəsini təşkil edərkən topdansatış bazası malgöndərənlərlə alıcılar arasında ayrıca haqqla vasitəçi rolunu oynayır. Bu zaman o, malgöndərənlə məhsulun alıcısı ilə müqavilə bağlayır, müqavilələrin yerinə yetirilməsinə nəzarət edir. Tranzit dövriyyəsinin əmək tutumluluğu anbardan aşağıdır, ona görə də qiymət əlavələrinin yüksək ölçüləri zamanı o, topdansatış bazaları üçün əlverişlidir. Mallann tranzit göndərişi üçün əsas sənəd sərəncamdır (naryad) və o, topdansatış müəssisəsi tərəfindən yazılaraq konkret malgöndərənə - istehsalçıya ünvanlanır, onun surəti isə alıcının bazanın müştərisinin ünvanına göndərilir.
Anbar ticarəti forması zamanı malların anbardan satışının aşağıdakı metodlarından istifadə olunur:
♦ alıcılar tərəfindən malların şəxsi qaydada seçilməsi;
♦ istehlakçıların yazılı, telefonla, teleqrafla, teletaypla, telefaksla rəsmiləşdirilmiş sifarişlərinə, tələbnamələrinə uyğun olaraq malların seçilməsi;
♦ sifariş çantasının formalaşmasına çoxsaylı ticarət agentlərinin və yaxud kommivoyajedərin cəlb olunması;
♦ ticarətin poçt bağlama (posılka) forması və avtoanbarlar vasitəsilə ticarət.
Alıcıların şəxsən özləri tərəfindən seçilən malların satışı, adətən, mürəkkəb çeşidlilər üçün (avtomobillər, kürklər, xəzlər, ən yeni kostyum və tikili məmulatlar modelləri, xalçalar, mebel və s.) xarakterikdir. Alıcılara rahatlıq üçün bir çox vasitəçi-topdansatış təşkilatları mal nümunələrinin düzülüşü və onların təqdim olunması üçün sərgi salonlarına malikdir.
Anbar ticarətinin daha perspektiv forması - malların mal nümunələrinin səyyar stendlər, həmçinin avtoanbarlar vasitəsilə satışıdır. Mal nümunələrinin səyyar stendləri avtomobilin gövdəsində quraşdırılır, irəli
KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI
çıxan yeşiklər, nümunələr olan vitrinlər, həmçinin malların alıcılara çatdırılmasının əmtəəşünas tərəfindən rəsmiləşdirilməsi üçün reklam siyahıları, albomlar, kataloqlar, biznes-kartlar ilə təchiz olunur. Mal nümunələrinin səyyar stendlərindən fərqli olaraq avtoanbarlar bazada mallarla yüklənib qrafik əsasında yola düşərək mağazalara mal buraxır.
Poçt bağlama ticarəti mağazalar - xırda topdansatış ticarət vasitəsilə həyata keçirilir. Bu satış metodu uzaq yaşayış məntəqələri üçün əlverişlidir.
Malların topdansatış bazarlarda satışı mülki qanunvericiliklə nizamlanır ki, bunun da əsasında təsərrüfat münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması, onların mülkiyyətinin toxunulmazlığı, müqavilə sərbəstliyi, bazarın müdiriyyətinin onların kommersiya fəaliyyətinə müdaxilə etməsinin yolverilməzliyi durur.
Bazardakı sövdələşmələrin iştirakçılarına aiddir: malların mülkiyyətçiləri, bunların da arasında, ilk növbədə, bilavasitə istehsalçılar, topdansatış müəssisələri, vasitəçi-ticarət firmaları və onların bazarda ticarət əməliyyatlarını həyata keçirmək hüququna malik olan nümayəndələri satıcılar; alıcı rolunda çıxış edən pərakəndə ticarət strukturları; ticarət sövdəıləşmələrinin rəsmiləşdirilməsində iştirak eləyən topdansatış bazarın işçi heyəti. Topdansatış bazarın müdiriyyəti sövdələşmələrin müəyyən olunmuş aparılma qaydasına əməl olunmasına nəzarəti təmin edir, bazarın iştirakçılarına qısa və uzunmüddətli icarəyə bazar rüsumu almaqla ticarət salonunda və anbarlarda sahə ayırır. Bazar ərazisini vaxtında təmizləyir, sanitar şərtlərini və yanğından mühafizə texnikasını təmin edir. Ticarət qaydalarının pozulmasına və yaxud öz öhdəliklərinə əməl etməməyə görə müdiriyyət xidmət istifadəçiləri qarşısında müqavilə ilə nəzərdə tutulan qaydada tam məsuliyyət daşıyır.
Son vaxtlar «keş end kerri» tipli xırda topdansatış mağaza-an- barlar daha geniş yayılmışdır ki, bu da hərfi tərcümədə «ödə və daşı » mənasını verir. Bu cür mağaza tipləri xırda istehlakçıların: malları xırda partiyalarla alan dükançalarm, pavilyonların, çadır (palatka) sahiblərinin təchiz olunmasına istiqamətlənib.
Təcrübədə bir çox distribütorlar və diler firmaları «satışın proqnozu» zamanı səlisləşdirilmiş eksponent düsturundan istifadə edir:
burada, F_ bir aya satışın proqnozu;
X-t ayında faktiki satış;
A - statistik yolla müəyyən olunan xüsusi əmsal (praktikada, adətən 0,3 bərabər qəbul olunur);
Ff t ayına satışın proqnozu.
Satışın gələcək dövrə olan həcminin proqnozlaşdırılması zamanı «satışın yayılma (nüfuzetmə)» göstəricisi, başqa sözlə, potensial satışın səviyyəsi də nəzərə alınır ki, bu da bir qayda olaraq aşağıdakı düsturla müəyyən edilir: Qf -100
=
Cpot
burada, Csy - satışın yayılma əmsalı, %;
Qf- satışın faktiki həcminin ölçüsü;
Qpot - satışın potensial həcmi.
Satışın yüksək yayılma dərəcəsinə {Csy > 60%) malik olan firmalar üçün əlavə istehlakçıların cəlb olunması məqsədəuyğun olmaya bilər, cünki bu, marketinq tədqiqatlarının aparılmasına çəkilən xərclərin yüksəlməsinə və bunun nəticəsində də ümumi tədavül xərclərinin artımına səbəb olur.
§ 2.4. Pərakəndə ticarətin təşkili üzrə kommersiya fəaliyyəti
İqtisadiyyatın kommersiyalaşdırılması prosesində malların satışının vacib forması olan pərakəndə ticarət formasının nəzərdən keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Malların pərakəndə ticarət müəssisələrində satışı üzrə kommersiya işi topdansatış müəssisələrindəkindən öz xüsusiyyətlərinə görə fərqlənir.
Pərakəndə ticarət müəssisələri malları az miqarda son alıcılara satır, yəni əmtəə tədavülünü başa vurur. Şübhəsiz ki, pərakəndə satış üçün təkcə alıcılara servis xidmətinin göstərilməsinə uyğunlaşdırılmış, təchiz edilmiş xüsusi ticarət sahələrinin olması deyil, həm də tez-tez dəyişən tələb və alıcıların arzularına uyğun olan ticarət çeşidinin seçilməsi, formalaşdırılması üzrə çox böyük işin təşkil olunmasına ehtiyac duyulur.
Malların pərakəndə satışı ticarətin digər formalarından mağaza, palatka, pavilyon, dükançılar şəbəkəsinin ərazi üzrə səpələnməsi ilə fərqlənir. Pərakəndə ticarət - fərdi sahibkar, kiçik müəssisə, şərikli müəssisələr, səhmdar cəmiyyətləri şəklində özünün müxtəlif xüsusi sahibkarlıq formaları ilə də fərqlənir.
Pərakəndə ticarətin inkişafı - istehlak tələbinin öyrənilməsi və proqnozlaşdırılması üzrə xüsusi xidmətlərin yaradılmasına, malların çeşidlərinin formalaşdırılmasma, pərakəndə ticarətin respublika, şəhər, rayon, qəsəbə səviyyəsində mütərəqqi forma və metodlarının tətbiqi və müəyyən edilməsinə, pərakəndə ticarətin gedişatma nəzarət, malların və
məmulatların yeni növlərinin işlənilməsinə, malların standartlaşdırılması və markalanmasmm tətbiq olunmasına ehtiyac duyur.
Dünyanın inkişaf etmiş ölkələrində bu problemləri həll etmək üçün hər bir mal üzrə onun indentifıkatoru rolunu oynayan vahid universal ştrixli kodlardan və ərzaq mallarının üzərinə avtomatik qaydada hesablanma üçün xüsusi etiketlərdən istifadə olunur. Kassa terminallarının köməyilə satılan malların avtomatik hesablanması və tam xarakteristikaları həyata keçirilir. Satılan mallar haqqında məlumatlar telefon, teletayp, telefaks rabitə kanalları vasitəsilə ticarət şirkətinin baş ofisinə ötürülür. İnformasiyanın toplanmasının və işlənilməsinin bu cür texnologiyası bir tərəfdən, təmin olunmuş tələbin operativ qaydada tam öyrənilməsini və firmaya malların satışını mövcud ehtiyatlara əsasən həyata keçirilməsini təmin edir. Digər tərəfdən də o, müştərilərin həm birdəfəlik, həm də daimi sifarişlərinin yerinə yetirilməsi zamanı çeşidin formalaşması sahəsində malgöndərənlərlə dəqiq qarşılıqlı əlaqələrin yaradılmasına imkan verir.
Malların fəal qaydada satışının həvəsləndirilmə si məqsədlərinə, məlum olduğu kimi, reklam xidmət edir. Reklam kampaniyası bir neçə istiqamətlərdə aparılmalıdır - pəncərə və mağazadaxili vitrinlərin tərtib edilməsindən tutmuş, reklamın nəşr, nəqliyyat, radioteleviziya, video- rolik və digər xarici növlərindən istifadə etməklə malların reklam sərgilərinin təşkil olunmasmadək.
Pərakəndə ticarət çərçivəsində kommersiya işinin düzgün təşkil olunması mal dövriyyəsinin artımına, əhali tələbinin tam ödənilməsinə və kommersiya uğurunun qazanılmasına imkan yaradır.
Əsas satış metodları arasında ilk planda aşağıdakılar meydana çıxır:
özünəxidmət; xidmət piştaxtası vasitəsilə; nümunələr üzrə; açıq düzülüşlə və ilkin sifariş əsasında.
Pərakəndə ticarətin daha mütərəqqi forması - malların özünəxidmət əsasında satışıdır. Bu satış forması zamanı nəinki ticarət əməliyyatının müddəti azaldılır, həm də alıcıların çoxsaylı mallara satıcıların köməyi olmadan sərbəst yanaşmasına və satıcıların əməyindən səmərəli istifadə olunmasına imkan yaradılır. Seçilmiş malların pulunun ödənişi nəzarətçikassirlər tərəfindən xidmət edilən hesablaşma qovşağında həyata keçirilir. Bir qayda olaraq, bu metod həm ərzaq mallarının, həm də sənaye mallarının satışı zamanı istifadə oluna bilər. Bir sıra daha qiymətli və əhəmiyyətli mallar: avtomobillər, xəzlər, elektrik malları, mədəni-məişət və onlardan istifadə üzrə əlavə məsləhət verilməsini tələb eləyən digər mallar istisnalıq təşkil edir.
Özünəxidmət zamanı satıcıların funksiyaları malların düzülüşü, onların istifadə müddətləri, keyfiyyəti, hesablaşma əməliyyatlarının yerinə yetirilməsi və malların qablaşdırılması haqqında birdəfəlik məsləhətlərin verilməsinə gətirib çıxarır.
Daha ənənəvi və yayılmış metodlardan biri də xidmət piştaxtası vasitəsilə satış metodudur ki, buraya aşağıdakı əməliyyatlar aiddir: alıcıların arzularının müəyyən olunması üçün onlarla görüşlərin təşkili; malların təklif olunması və göstərilməsi; malların seçilməsində köməklik göstərilməsi və əlaqədar məsləhətlərin verilməsi; malların satışı ilə bağlı olan xidmətlər kompleksinin - kəsilmə, çəkmə, parçaların biçilməsi, hazır məmulatın müştərinin ölçülərinə uyğunlaşdırılması kimi xidmətlərin göstərilməsi; hesablaşma əməliyyatları; alınmış malların qablaşdırılması və buraxılması. Alınmış mallara görə hesablaşmalar və onların qablaşdırılması, bir qayda olaraq, satıcının və yaxud nəzarətçi-kassirin iş yerində həyata keçirilir. Texniki cəhətdən mürəkkəb mal növlərinin satışı zamanı satıcı, məmulatın pasportunda satış tarixi və zəmanətli xidmət hüququnun olması barədə qeyd etməli və mütləq qaydada mal çekini alıcıya verməlidir.
Nümunələr üzrə malların satışı mal nümunələrinin ticarət salonunda yığılması və alıcıların onlarla sərbəst olaraq tanış olması nəzərdə tutulur. Bu metod zamanı satış üçün nəzərdə tutulan mallar, göstərilən nümunələrdən ayrıca yerləşdirilir. Bu metod ticarət sahəsindən istifadədə əsaslı qənaət edilməsinə şərait yaradır, yəni az bir sahədə daha geniş çeşiddə malları nümayiş etdirmək mümkündür. Bu metod, bir qayda olaraq, texniki cəhətdən mürəkkəb iriölçülü malların satışı zamanı tətbiq edilir. Soyuduculann, paltaryuyan maşınlann, elektrik plitələrin, avtomobillərin qoyulmuş nümunələri həmişə yarhklara malik olur ki, burada tam artikul, model, istehsalçı, qiymət, zəmanətli xidmət müddəti, yüklərin çatdıniması formalan haqqında dəqiq və dolğun informasiya göstərilir.
Malların açıq düzülüşü vasitəsilə satış metodu alıcılara növlər və qiymətlər üzrə qruplaşdırılmış malları sərbəst olaraq seçməyə və onlarla tanış olmağa imkan yaradır. Satıcının funksiyası malların çəkilməsi, qablaşdırılması, buraxılışı və onlar haqqında informasiyanın verilməsi ilə bitir.
Hazırda həm ərzaq mallarına, həm də mürəkkəb çeşidli qeyri-ərzaq mallarına ilkin sifarişlər üzrə satış metodu fəal olaraq inkişaf etməkdədir. Ticarətin bu növünün genişləndirilməsi alıcılara hiss olunan qənaət əldə etməyə imkan verir. Alıcıların rahatlığı naminə sifarişlərin qəbulu aparıcı ticarət firmaları mağazalarda, avtomağazalarda, iş yerində və hətta evlərdə həyata keçirilir. Bu zaman ödəniş forması müxtəlif ola bilər: malın
alınması zamanı, qabaqcadan ödəniş formasında və yaxud poçt köçürməsi yolu ilə. Sifarişin yerinə yetirilməsi çox vaxt malların birbaşa alıcıların ünvanına çatdırılması ilə müşayiət olunur. Sifarişlərin yerinə yetirilmə müddətləri malların qrupundan və növündən asılı olaraq ərzaq mallarına 5-8 saatdan, sənaye mallarına - 15 günədək müəyyən edilir.
Poçt vasitəsilə ticarət mağazasız ticarətin spesifik formasını əks etdirir. Əhali üçün bu ticarət formasının rahatlığı malların kreditə möhlətli ödənişi yolu ilə əldə olunmasmdadır. Bir qayda olaraq, xaricdə bu ticarət formasından istifadə zamanı alıcı ilkin olaraq malın dəyərinin 5%-ni ödəyir (mal sifarişin rəsmiləşdirildiyindən sonra yeddinci günə göndərilir), yerdə qalan məbləğ malın növündən və əhəmiyyətliliyindəm asılı olaraq 5-9 ay ərzində ödənilir. Xaricdə mağazadankənar ticarətin yeni növü olan elektron ticarət geniş yayılmağa başlanmışdır. Bu forma zamanı alıcı kompyuter vasitəsilə kataloq üzrə lazım olan məmulatın modelini seçə bilər və eyni zamanda, seçilmiş malların dəyərinin xüsusi kredit kartları vasitəsilə ödənişini yerinə yetirə bilər.
Pərakəndə ticarətin müxtəlif forma və metodları əlavə xidmət kompleksi olmadan effektiv ola bilməz; bu cür xidmətlər bir çox ölkələrdə alıcı uğrunda rəqabət mübarizəsində üstün mövqe tutur. Burada üç xidmət növünü ayırmaq lazımdır:
Malların alışı ilə bağlı olan xidmətlər, yəni sifarişlərin qəbulu, səlahiyyətli məsləhətlər, malların qablaşdırılması və onların evlərə çatdırılması.
Malların alınmasından sonra göstərilən xidmətlər: kostyumlar və digər tikili malların müştərinin ölçülərinə uyğunlaşdırılması; elektron texnikanın çox mürəkkəb növlərinin (kompyuterlər, telefonlar, musiqi mərkəzləri) evdə quraşdırılması və sazlanması.
Malların effektiv satışına səbəb olan xidmətlər. Bunlara aiddirlər: yüksək mədəni xidmətlə müşayiət olunan əlverişli və rahat mühit; bufet, kafe, istirahət otaqları və uşaq otaqlarının, saxlama kameralarının, satış mənbəyinin yaxınlığında rahat saxlama üçün avtomobil dayanacağının təşkil olunması; təmir emalatxanaları və s. Xidmətlər ödənişli və ödənişsiz ola bilər, lakin onların hamısı mağazaya daha çox alıcı kontingentinin cəlb olunması məqsədilə təşkil edilir.
Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, pərakəndə ticarət çox mürəkkəb mal hərəkəti prosesinin son mərhələsi olmaqla, tələbin indikatoru kimi çıxış edir, yəni qiymətə və tələbata görə istehsalat-texniki təyinatlı və geniş istehlak mallarını müəyyən edir.
§ 2.5. Elektron kommersiya
KOMMERSİYA FƏALIYYƏTININ ƏSASLARI
Azərbaycanda son zamanlar belə bir anlayış özünə geniş yer tapmışdır ki, internet - biznesin aparılması üçün lazım olan vacib mühitlərdən biri olmaqla özünəməxsus xüsusiyyətlərə malikdir. İnternetdə tərəf-müqabilləri və yaxud müştəriləri axtarır, özünün biznesinə yardımçı olan üsulları arayıb tapır, tərəf-müqabillər, dilerlər, provayderlərlə aparılan əməliyyatları avtomatlaşdırır; pərakəndə internet-mağazaları yaradır və onları inkişaf etdirirlər.
Elektron kommersiyanın inkişaf templəri Azərbaycanda dünya göstəricilərdən xeyli aşağıdır ki, buna səbəb müəyyən problemlərin və elektron kommersiyanın inkişafına təsir edən ciddi mənfi amillərin mövcud olmasıdır.
Onlayn ticarəti üzrə dövriyyə milyardlarla dollarla ölçülür. Məsələn, qonşu Rusiyada «Rosbizneskonsaltinq»in məlumatlarına əsasən 2004-cü ildə internet vasitəsilə 11,8 milyard dollarlıq təkcə istehlak malları satılmış, malların və xidmətlərin ümumi satışı isə 240 milyard dollar təşkil etmişdir.
Bütün dünya üzrə onlayn ticarətinin fəallığının artımı 1990-cı illərin ortalarından başlanmışdır. Kompyuter avadanlığı istehsal edən iri firmaların arxasınca şəbəkəyə ənənəvi malların satışını həyata keçirənlər daxil olmağa başladılar. Çoxlu sayda kitab mağazaları, kompakt-disklərin və videokassetlərin satışı üzrə mağazalar şəbəkəsi yaranmışdır.
Tezsatılan mallar üzrə elektron kommersiyanın təşkili zamanı başa düşmək lazımdır ki, internet-mağazanın quruluşu təkcə potensial müştərilərin geniş dairəsini əhatə etməklə deyil, həmçinin sahibkarların bir sıra öhdəliklərdən (o cümlədən, ticarət sahələrinin saxlanılması, kommunal məsrəflərin ödənişi, işçi heyətinin öyrədilməsinə və onların əməkhaqqına çəkilən xərclər, anbar kompleksinin təşkil olunması) azad olunması ilə bağlıdır.
Elektron kommersiya vasitəsilə mobil telefonların satışı və şanvarı rabitə operatorlarının xidmətləri üzrə təcrübə Azərbaycanda da yayılmışdır ki, kommersiya fəaliyyətinin bu növü istehlakçılar üçün sərfəli olmaqla yanaşı, həm də şirkətlər üçün də geniş imkanlar yaradır.
«Elektron kommersiya» termini sahibkarların şüuruna möhkəm daxil olmuşdur. İnternet-mağazalara olan diqqət təkcə onlayn mağazalarının sayının artması ilə deyil, istifadəçilərin və ənənəvi ticarətin bazar iştirakçılarının biznesin yeni növünə olan marağı ilə şərtlənmişdir.
Elektron kommersiya mahiyyətcə həm istehsal vasitələri, həm də istehlak predmetləri olan mal resurslarının bütün toplusunu əhatə edir.
KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI
Elektron kommersiya - müəssisələr, təşkilatlar və fərdi şəxslər arasında olan münasibətlərin bir forması olmaqla, burada məhsulların göndərilməsi üzrə təsərrüfat əlaqələri tərəflər arasında sərbəst olaraq elektron şəbəkələrin köməyi ilə formalaşdırılır.
Elektron kommersiyanın bazara girişini təmin edən İnternet şəbəkəsi kompyuter hipermediya mühiti ilə şərtlənən ilk satışı əks etdirir ki, bu şəbəkə kommersiya və reklam fəaliyyəti üçün bənzərsiz (unikal) imkanlar yaradır və iki əsas elementin mövcudluğu ilə çıxış edir.
Birincisi, internet - kommunikasiyanın yeni vasitəsidir və o, «bir çox şeylərin - çoxlu adamlara» kommunikasiya modeli ilə təqdim olunmuşdur. Bundan başqa, informasiyanın təqdim olunmasının hipermediya vasitəsi olmaqla ənənəvi informasiya vasitələrindən özünün interaktiv təbiəti, yüksək çevikliliyi və miqyaslılığı ilə fərqlənir.
İkincisi, internet - qlobal virtual elektron bazar olmaqla, heç bir ərazi və yaxud zamanla şərtlənən məhdudiyyətlərə malik deyildir və o, malları vasitəçi firmaların köməyi olmadan satmağa imkan yaradır.
Şəbəkə vasitəsilə həyata keçirilən kommersiya fəaliyyəti, ilk növbədə, aşağıdakı məqsədləri güdür:
firmanın və yaxud malın (xidmətin) əlverişli imicinin yaradılması;
istifadəçilərin firma və yaxud məhsul barəsində informasiyaya malik olmasına şərait yaradılması;
bütün mövcud imkanlardan: qrafikadan, səsdən, animasiyadan, videotəsvirdən və bir çox digər vasitələrdən istifadə etməklə mal haqqında tam məlumatın verilməsi;
bazarda olan vəziyyətə operativ qaydada münasibət bildirilməsi:
prays-vərəqlərdə olan göstəricilərin təzələnməsi, firma və yaxud şirkətin malları barəsində məlumatlar, əks əlaqənin vaxtında dəqiqləşdirilməsi;
məhsulun internet vasitəsilə satışı - bir virtual nümayəndəlik yeni ticarət nöqtələrinin açılmamasına imkan verəcəkdir, yəni korporativ xərcləri azaldacaq və gəlirləri artıracaqdır.
Kommersiya əlaqələrinin bu növü pərakəndə internet-mağazalar çərçivəsi ilə məhdudlaşdırılmır; ona son vaxtlar istehsalçı müəssisələr, xammal, neft resurslarını göndərənlər tez-tez müraciət edirlər.
İnternet-kommersiya bazarın müxtəlif çeşidliyini: daşınmaz əmlakdan tutmuş qiymətli kağızlar bazarmadək olan mühiti əhatə edir.
Elektron kommersiya həm də regionlar, sahələr arasında kommersiya əlaqələri sisteminə də təsir göstərir, malların ölkə üzrə yerinin dəyişilməsi yollarını müəyyən edir ki, bunun da nəticəsində əməyin ərazi Üzrə bölgüsü təkmilləşdirilir, regionların inkişafında mütənasiblik əldə olunur.
Qlobal elektron kommersiyanın əsas vəzifələri aşağıdakılardan ibarətdir:
istehsalat-texniki təyinatlı məhsullara və xalq istehlakı mallarına olan tələbin, təklifin və onların bazarlarının marketinq öyrənişi;
malların istehlakçı üçün lazım olan çeşiddə, miqdarda və lazımi keyfiyyətdə istehsal olunması;
vasitəçi, pərakəndə ticarət müəssisələrinin, istehlakçıların geniş çeşiddə mallarla vaxtında, dolğun və ahəngdar təchiz olunması;
mal göndərişinin planauyğunluğunun və ahəngdarlığının təmin
olunması əsasında mal ehtiyatlarının saxlanılmasının təşkili;
mal göndərənlər, vasitəçilər, istehlakçılar arasında bütün qarşılıqlı münasibətlər sisteminin nizamlanmasının iqtisadi metodlarının geniş tətbiq olunması;
ənənəvi ticarət münasibətləri forması zamanı malların istehsalçılardan istehlakçılara doğru hərəkəti ilə bağlı olan toplu məsrəflərin aşağı salınması.
Elektron kommersiya bir çox üstünlüklərə malikdir ki, bunlar da ölkənin iqtisadi inkişafının real mənzərəsinə həmahəng olaraq daxil olur. Elektron kommersiyanın istifadə olunması:
informasiyanın alınmasında (xüsusilə beynəlxalq əməliyyatların
həyata keçirilməsi zamanı) operativliyi artırır;
malın planlaşdırılmasmdan və sifarişindən onun satışmadək olan dövrülük azalır, çünki əldə olunan sənədləri hər dəfə daxil etməyə ehtiyac duyulmur, həm də bunlar daxil edilən zaman səhvin yaranma ehtimalı da azalır;
daha ucuz kommunikasiya vasitələrindən istifadə olunması hesabına informasiya mübadiləsi ilə bağlı olan məsrəfləri əhəmiyyətli dərəcədə azaldır;
şirkəti müştərilərə qarşı münasibətlərdə daha açıq olmağa imkan verir;
tərəf-müqabilləri və müştəriləri məhsullar və xidmətlər haqqında asan və tez məlumatlandırmağa imkan verir;
alternativ satış kanallarını (məsələn, korporativ saytdan istifadə etməklə elektron mağaza vasitəsilə və yaxud potensial müştərilərə daxil olan mallar haqqında informasiyanın məqsədli qaydada göndərilməsi) yaratmağa imkan verir.
Biznesdə müasir internet-texnologiyaların tətbiq olunması vebsaytm və yaxud sifarişin verilməsi imkanı olan elektron kataloqun yara
dılması ilə məhdudlaşmır, texnologiyanın və toplanmış təcrübənin işgüzar əməliyyatların aparılması üsullarının internet və əlaqədar şəbəkəli kompyuter texnologiyaları vasitəsilə dərindən yenidən qurulmasında istifadə olunmasını nəzərdə tutur.
Onlayn ticarəti texnologiyalarının tətbiqi, ilk növbədə, inkişaf etmiş regional tərəf-müqabil şəbəkəsinə malik olan şirkətlər üçün lazımdır, çünki bunlar sifarişlərin emal olunmasının dəyərini əhəmiyyətli qaydada aşağı salmağa imkan verir.
İnformasiya xidmətlərinə istiqamətlənmiş bazar sahələrinin sürətlə artımı ilə informasiyanın ödənişli qaydada təqdim olunmasına yönəldilən servis xidmətlərinin sayı da artır.
Fərqlər meyarlan
|
Ticarətin növü
|
Ənənəvi
|
Elektron
|
1
|
2
|
3
|
Alıcıların cəlb
olunması üsulları
|
Mağazamn əlverişli yerləşməsi; alıcının reklam vasitəsilə cəlb olunması; vitrinin və mağazaya girişin yaxşı tərtibatı; ticarət salonunun daxili tərtibatı və onun rahat təşkili; alıcı tərəfindən ona lazım olan malm seçilməsi
(malın ticarət salonunda satıcımn köməyi ilə nə qədər sadə və tez seçilməsindən ahcı tərəfindən bu ma-
|
Elektron vitrin və mağazaya giriş
bir yerdə cəmlənmişdir
Bütün reklam informasiyası alıcı üçün başa düşülən və qısa formada göstərilməhdir
Saytın naviqasiyası elə yaxşı təşkil olunmahdır ki, nəyi, harada
və necə əldə etmək aydın olsun
| Elektron biznes öz nüfuz dairəsinə daha çox sayda satıcıları və alıcıları cəlb edir.
Elektron kommersiyanın fərqli cəhətləri cədvəl 2.1-də göstərildiyi kimidir.
Cədvəl 2.1 Elektron kommersiyanın fərqli xarakteristikaları
|
ğazada alış etmək qəran da asılı olacaqdır)
|
|
Psixoloji təsir vasitələri
|
Alıcıya psixoloji təsir göstərilməsi üzrə böyük imkanlarm olması, məsələn, alıcıya satıcımn səriştəliliyimn təsir göstərməsi
|
Saücılar alıcılara psixoloji təsir göstərmək imkamndan məhrumdurlar. Lakin bunun bəzi müsbət cəhətləri varchr. Bəzi adamlar (adətən, o adamlar ki, onlara nə lazım oldnğnnn qabaqcadan bilirlər) onlara lazım olmayan mallan satmağa cəhd göstərməyi sevmirlər, lakin adamların digər kontingenti isə sərbəst olaraq seçim edə bilmirlər
|
Mal haqqında informasiyanın verilməsi üsnllan
|
Adi ticarət prosesində mal ilə tamşlıq şəxsən həyata keçirilir
|
Elektron mağazada bu cür tamşlıq alıcı tərəfindən malın məlumatlı təsvirinin və müvafiq xarakteristikalarımn diqqətlə öyrənilməsindən sonra baş verir.
Bu amil malın çeşidini əhəmiyyətli dərəcədə azaldır, lakin bu, 0 demək deyildir ki, həmin mal heç də satışa çıxanlmır, sadəcə olaraq ona olan
tələb azdır
|
Ticarətin təşkilinə çəkilən məsrəflər
|
Ticarət və anbar sahələrinin, ofislərin, ticarət avadanhğımn mütləq mövcud olması
|
Elektron mağaza vasitəsilə ticarətim və xidmətin təşkih, mağazaların, ofislərin və anbarların, həmçinin hər cür ticarət avadanhğımn olmasım
vacib etmir
|
|
Reklam məhsulımım hazırlanmasına və yayılmasına çəkilən xərclərin yüksək olması
İşə çoxlu sayda heyətin cəlb olnnması və s.
|
Adi kataloqların nəşri və
göndərilməsi əvəzinə elektron kataloqlar yaratmaq olar ki, bu da ucuz başa gələcəkdir
|
|
Bu formada ticarətin təşkili satışa, reklama və pərakəndə şəbəkənin saxlamimasma çəkilən xərcləri azaltmağa imkan verir. Faktiki olaraq məhsul pərakəndə satışla həyata keçirilir, lakin bu topdansatış qiymətlərdə olnr
(20-30% ucuz qiymətə)
|
Mağazaya gəlişin sadələşdirilməsi
|
Mağazalann ərazi üzrə bir-
birindən uzaqhğı və böyük
|
Onlarca elektron mağazada olmaq bu sayda adi mağazalan
|
|
vaxt sərf etməsi ilə çətinləşir
|
gəzməkdən və yaxud lazım olan malı (və yaxud daha ucuz malı) tapmaq üçün onlarca telefon nömrəsinə zəng vurmaqdan qat-qat asandır. Alıcılara yolda tıxaclara vaxt sərf etmək, dayanacaqda yer axtarmaq, lazım olan malı tapmaq üçün mağazalardakı saysız ke-
çidlərdə gəzmək lazım gəlmir
|
Əlçatma dərəcəsi
|
Aşağıdır: vaxt və ərazi məhdudiyyətləri
|
Planetin istənilən nöqtəsindəki istənilən elektron mağaza alıcıya əl çatan yerdədir. Ona görə də alıcı gəzinti və yaxud ezamiyyət zamam ona lazım olan mallann və xidmətlərin seçimində məhdud deyildir. Bu cür mağazalar sutka ərzində açıq olur, onlarda adi mağazalarda olduğu kimi alıcı yığm- tısı və növbəliliyi yoxdur. Alıcı ona rahat olan vaxt ərzində alışı həyata keçirmək imkanına
malikdir
|
Xidmətin
keyfiyyəti
|
Alış zamam və mal haqqında Yaxşı təşkil olunmuş elektron daha tam informasiya almaq mağaza bütün mallar üzrə üçün məsləhət üçün satıcıya geniş səpkidə informasiya tə- müraciət etmək lazım gəlir. Bu minatım təklif edir və buna halda mahn seçilməsi satı- cmm görə də alıcıya mal haqqında səriştəhhyindən, o cümlədən, məsləhət almaq üçün satıcmm satıcı tərəfindən alıcıya nə qədər azad olmasım gözləmək lazım
vaxt sərf edə biləcəyindən asıh gəlmir. Həmçinin, bu mağa-
olacaqdır zada digər saytlara aid qeydlər
də olur ki, bunlar da mallar haqqmda digər müstəqil mən- bələrdən məsləhət almaq və bununla da özünün şəxsi fik- rinə əsasən seçim etmək im- kanı olur, yəni alıcı satıcı ilə üz-üzə gəlmir, inandırma və
emosional amillərin təsiri al- tma düşmür
|
Bazara çıxış vaxü
|
Uzun müddət ərzində baş verir. Az vaxt ərzində və işin bazar Bazar şəraitinin müstəqil olaraq şəraitindən asıh olaraq müs- nizamlanması və onun təqil və operativ nizamlanma- dəyişməsinə operativ münasibət sımn mövcud olması
göstərilməsi inzi- bati
maneələrə görə çətinləşir
| KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI
Malların növləri
sərgisi
|
Adi mağazada, bir qayda olaraq, mallann seçimi məhdnd- dur, ona görə də alıcı ona lazım olan malı tapmaq üçün bir neçə bu cür
mağazaları gəzməli olur
|
Əgər alıcıya lazım olan mal hər hansı bir elektron mağazasında yoxdursa, onu başqasında da tapmaq olar. Həm də istehsalçı-firmamn veb-say- tma birbaşa sifariş də göndərmək olar
|
İnformasiyanm dolğnnlnğn
|
Tam deyildir, mağazanın, şöbənin dar profilli
istiqamətlənməsinə yönəldilib
|
Alıcılar, şirkətlər, məhsullar və rəqiblər haqqında çoxlu sayda müqayisəli məlumatlan evdən çıxmadan və yaxud ofisi tərk etmədən əldə edə bilərlər. Onlar öz diqqətlərini qiymət, keyfiyyət, istifadə müddəti və satışda mövcudluğu kimi obyektiv
meyarlarda cəmləşdirə bilərlər
|
Respublikada elektron kommersiyanın inkişafına mane olan səbəblərə aşağıdakılar aid oluna bilər:
avadanlığın dəyərinin və ixtisaslı texniki heyətə çəkilən xərclərin daxil olduğu ilkin kapital qoyuluşunun yüksək olması;
internetin milli şəbəkəsi istifadəçilərin auditoriyasının azsaylı olması;
alışın və onun çatdırılmasının təşkilinin mürəkkəb formasının mövcud olması. Azərbaycanda «elektron pullar» çox asta və çətinliklə özünə yer tapır, kredit kartlarının sahiblərinin sayı hələ də azdır.
Bundan başqa, elektron kommersiyada rəqabət çox yüksəkdir. Adi mağaza ona ümid ola bilər ki, alıcı ucuz mal axtarışında nəzakətli və peşəkar məsləhətçidən ayrılmaq istəməz, internet-mağazada isə belə üstünlük yoxdur.
Hazırkı gündə elektron kommersiyanın sosial-iqtisadi mahiyyəti bu biznesin mənfəətli olmasında deyil, daha çox real mövcud olan ticarət salonlarına, mağazalarına imic və dərk edilmə kimi əlavə olunan imkanlardan ibarətdir.
Elektron biznes effektivliyin artırılmasının mənbələrindən biridir və o, işgüzar tərəf-müqabillərin səmərəli qarşılıqlı əlaqələrinin təmin olunması məqsədilə və əlavə gəlir mənbələrinin yaradılması üçün informasiya texnologiyalarından istifadə olunmasına yönəldilmişdir.
Elektron kommersiya özündə kompyuter şəbəkələrindən və yaxud internetdən istifadə etməklə marketinq tədqiqatları kompleksini, təkliflərin verilməsini, satışı, icarəyə verilməsini, lisenziyaların təqdim olun-
KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI
masını, malların, xidmətlərin və informasiyanın göndərişini cəmləşdirir
(şəkil 2.9)
Şəkil 2.9. Elektron kommersiyanın növləri
«Elektron kommersiya» anlayışı internetdə ticarətdən daha genişdir, çünki ona elektron kommersiya fəaliyyətinin bütün növləri daxil olur. Şəkil 2.9-da elektron kommersiya üçün iki sinif sistemi: «biznes biznes» (Business-to-Business - B2B) «biznes - istehlakçı» göstərilmişdir.
«Biznes - Biznes» sistemində iki təşkilatın biznes-prosesinin tam avtomatlaşdırılmış qarşılıqlı əlaqələr sxemi reallaşdırılıb.
Bir də ona nəzər salmaq lazımdır ki, «biznes - biznes» sistemində olan bütün biznes-təşkilatlar eyni əhəmiyyətə malikdir («distribütor - diler», «istehsalçı - malgöndərən» və s. tipli iyerarxiyalar yoxdur) və bu təşkilatların sayı «biznes - istehlakçı» sistemində olduğu kimi təkcə iki deyil, istənilən miqdarda ola bilər. B2C sisteminə aiddir:
veb-dizayn vasitələri: ticarət şirkətinin prays-vərəqləri, reklam bannerlərlə, rekvizitlərlə tərtib olunmuş veb-vitrin;
veb-vitrindən başqa internet-ticarət prosesinin idarə olunması üçün lazımi biznes məntiqinə malik olan (bek-ofıs) internet-mağaza (İM);
internet-mağaza kimi olan və bek-ofısi şirkətin ticarət biznesprosesinə inteqrasiya olunmuş ticarət internet-sistemi (TİS).
Elektron kommersiyanın keyfiyyət əlamətləri üzrə ümumiləşdirilmiş təsnifatı cədvəl 2.2-də göstərildiyi kimidir.
Cədvəl 2.2
Elektron kommersiyanın keyfiyyət əlamətləri
Göstəricilər Veb-vitrin IM TIS
KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI
Tətbiqoluıunamn istiqamətləri
|
Kitablann, audio- və videokassetlərin, hədiyyələrin, ofis üçün əşyaların, fərdi kompyuterlərin pərakəndə saüşı
Turizm xidmətlərinin rəsmiləşdirilməsi (biletlər, turlar, mehmanxanalar)
Güllərin, hədiyyələrin çatdırılması
Pullu informasiya xidmətləri (yeniliklər, analitik arxiv informasiyası)
|
Satışın səviyyəsi
|
• Elektron vitrinlər (praysvərəqləri əlavə etməklə); ahcılarm sifarişləri elektron poçt, telefon/faks vasitəsilə qəbul olunur
|
Elektron mağazalar (alıcılarm sifarişlərinin onlayn formasında formalaşdırılması imkanı)
Pullu informasiya xidmətləri (yeniliklər,
analitik, arxiv informasiyası)
|
Tətbiqolunmamn miqyası
|
|
• Kiçik, yaxud orta istehsalat və ya
ticarət-vasitəçi müəssisənin elektron mağazası
|
• Kor porativ sistemlər
|
Quraşdırma texnologiyası
|
• İxtisaslaşdmlmış işləmələr (elektron kommersiya sistemi avtomatlaşdırma bölməsi və yaxud müvəqqəti işləyicilər
kollektivi tərəfindən hazır- lamr)
|
• İxtisaslaşdmlmış məhsullar əsasmda işləmələr • Tamamlanmış (qablaş dmlmış) məhsullar əsasında
sistemlərin qurulması
|
Sifariş olunmuş malla- nn
(xidmətlərin) alıcılara çatdıniması vasitələri
|
Özünün şəxsi çatdırılma xidməti
Ekpress-çatdınima xidməti
Elektron poçt (informasiya xidmətləri)
İnformasiya resurslarına və yaxud rabitə kanallarına çıxma, informasiyanın ixracatı («köçürülməsi») imkanlarının
(proqram təminatı, informasiya resursları) verilməsi
|
İnternet-ticarət - elektron kommersiyanın ancaq bir hissəsi olub çox gur inkişaf etmişdir. İnternet vasitəsilə ticarət əməliyyatlarını bir çox təşkilatlar - həm malların (xidmətlərin) istehsalçıları, həm distribütorlar, həm də ticarət şirkətləri - həyata keçirə bilər.
İnternet-mağazanın strukturu adi mağazaların quruluşundan çox az fərqlənir. Əsas fərq ondan ibarətdir ki, o, əsas üstünlüyə - daimi alıcılara malik olmaqdan məhrumdur. Daimi müştərilərin mövcudluğu internet-mağaza üçün çox vacibdir, çünki onun dövriyyəsinin yarısı «təkrar alıcılar» vasitəsilə təkrarlanıb çoxalır.
KOMMERSIYA FƏALIYYƏTININ
İntemet-mağazanın uğurlu işinin əsasını planauyğun və effektiv qaydada həyata keçirilən marketinq tədbirləri və reklam təşkil edir.
Elektron kommersiya müəssisəsinin texnoloji prosesinə aşağıdakı xüsusiyyətlər xarakterikdir:
mdlumatlandırılma - potensial alıcıların məhsul haqqında məlumatlara rahat yanaşmanın olması, effektiv axtarış sisteminin mövcudluğu, mallar haqqında əlavə məlumatların olması, operativlik, yeniliklər haqqında informasiya;
regionluq - regionların əhatə olunmasının genişliyi və onlarda malların çatdırılması sisteminin səmərəliliyi;
pərakəndə halqa - elektron satış sisteminin konkret alıcılara doğru i st iqamətləndiri 1 məsi;
sifarişin rahatlığı - malın alış üçün seçiminin sadəliliyi və əyaniliyi, sifarişin yerinə yetirilməsi mərhələsi haqqında məlumatın mövcudluğu və operativliyi;
çeşid - əhalinin rəngarəng tələbatlarının daha tam ödənilməsi və istehsalat proseslərinin optimallaşdırılması üçün lazımdır;
ödənişin rahatlılığı - ödəniş mexanizminin müştərilər üçün operativ və əlverişli olması, ödənişlərin identifıkasiya olma imkanı, kreditləşdirmə, sığortalanma üzrə əlavə xidmətlər imkanı və s.
sifarişin alınması - struktur tərəfindən xidmət olunan regionda müştərilərə malın çatdırılması imkanları və operativliyi;
müştərilər ilə əks əlaqə - mallar, sifarişin yerinə yetirilməsi haqqında əlavə informasiya xidmətin keyfiyyətini qiymətləndirməyə imkan verir, daimi alıcılara əlavə güzəştlər verir, sabit alıcı qruplarını formalaşdırır və bununla da satış bazarını genişləndirir.
İntemet-mağazanın ilkin vəzifəsi - auditoriyanın yeniliklər, yeni layihələr haqqında vaxtında məlumatlandırılmasından ibarətdir. Bu baxımdan, onlayn biznesi çox mənfəətli biznesdir, bunun da səbəbindən internet sayəsində alıcılara tam xidmətlər kompleksini: lazım olan malın seçilməsindən onun çatdırılmasına kimi mərhələni təqdim etmək mümkündür.
İnternet-mağaza və yaxud veb-vitrin - internetdə mövcud iş formalarından, öz biznesinin internetdə təqdim olunması formasından biridir. İnternet-mağaza həm istehsalçının, həm də distribütorun ola bilər. Veb-vitrində həm çeşidi, həmçinin regional prinsipi ilə istənilən mallar təqdim oluna bilər. İnternetə çıxarılan biznes - onlayn biznesinin əksidir.
Beləliklə, internet-mağazanın yaradılması prosesində təkcə vebformanm sadəcə olaraq, prays-vərəqə köçürülməsi kimi məsələni həll etmək deyil, həmçinin virtual həyatın real həyatla, şirkətin cari biznes- prosesləri ilə təsirli əlaqəsini təmin etmək lazımdır.
KOMMERSİYA FƏALIYYƏTININ ƏSASLARI
İntemet-layihə özünə qarşı xüsusi münasibət tələb edir. Elektron kommersiya sisteminin işə salınmasından qabaq bir neçə əməliyyatı yerinə yetirmək lazımdır, bunlardan ən vacibləri aşağıdakılardır:
yeni layihənin ayrıca bir struktura çıxarılması;
ixtisaslı menecerlər, biznes-ekspertlərdən ibarət komandanın yaradılması və rəhbərlik tərəfindən internet-layihəyə birbaşa nəzarətin həyata keçirilməsi.
Səmərəli ticarət internet-layihənin əsas xarakteristikalarından biri daxili quruluşa malik olan və düşünülmüş reklam fəaliyyətindən ibarətdir. İnternetdə kommersiya layihəsinin səmərəliliyinin artırılması üçün təkcə şəbəkədə keyfiyyətli saytın yerləşdirilməsi kifayət etmir. Onun yeridilməsi və axtanş sistemlərinin reytinqlərində və kataloqlarında yüksək səviyyədə saxlamaq üçün müəyyən addımlar atmaq lazım gələcəkdir.
Reytinqlərdə yüksək yer tutan elektron kommersiya müəssisələrinin təhlilindən əldə olunmuş məlumatlara əsasən, elektron kommersiya müəssisələrinin funksional doldurulmasımn yüksək əhəmiyyəti haqqında nəticə çıxarmaq olar. Birbaşa satışlan həyata keçirən uğurlu saytlar dərəcəsinə düşmək üçün internet-mağaza aşağıdakı xarakteristikalara malik olmalıdır:
optimal həcmdə informasiyaya malik olmalı;
təklif olunan məhsulun kataloqu olmalı;
firmanın tələbi, yəni müəssisəyə lazım olan xammal, materiallar, tamamlayıcı materiallar və yaxud xidmətlər haqqında informasiyaya malik olmalı;
sövdələşmələrin bağlanılmasının müxtəlif variantlarından və onların həyata keçirilməsi mexanizmlərindən istifadə olunması;
qarşılıqlı hesablaşmaların tez və səmərəli sisteminin təşkil olunması məqsədilə firma tərəfindən istifadə olunan hesablaşma sxemləri və sistemləri barədə qeydlərə malik olmalı.
Elektron kommersiya müəssisələrindəki texnoloji proseslərdə göstərilən xarakteristikalar çox şərtidir və bazarın konkret şəraitinin və müəssisə qarşısında duran məsələlərin dəyişməsindən asılı olaraq dəyişir.
Dostları ilə paylaş: |