KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI
məlidir. Buradan belə bir nəticəyə gəlmək olar ki, tələbin inkişafında həlledici amillər istehsal deyil, istehsalın özündə əks olunan amillərdir. Amillərin sinifləşdirilməsi, onlardan hansının konkret mala tələbin formalaşdırılmasma, tələbdə baş verən dəyişikliklərin təbiətini öyrənməyə, onlara metodoloji yanaşmaya imkan verir. İstehsalda yeni texnika və texnologiyanın tətbiqi, əmək məhsuldarlığının daima artması, xərclərin aşağı salınması, kapital qoyuluşunun səmərəliliyinin yüksəldilməsi, istehsal olunan malların keyfiyyətinin yaxşılaşması, çeşidin genişləndirilməsi, təbii resurslardan səmərəli istifadə olunması, yeni-yeni müəssisələrin tikilməsi və s. problemlərin həlli insanların tələbatı və tələbinin daim artması ilə bağlıdır. Müasir mərhələdə əməkhaqqı hələ çoxlarının əsas gəlir mənbəyidir. Ona görə də, hər bir qrupun gəliri də müxtəlifdir.
Bazar münasibətləri mürəkkəb sistemdən ibarətdir. Burada insanlar mübadilə üçün bu sistemin elementləridir. İnsanların artan tələbinin səmərəli və tez ödənilməsi təkcə obyektiv amillərin öyrənilməsindən və uçotunun aparılmasından deyil, eləcə də subyektiv amillərin-alıcılar və satıcıların özlərini aparmasından asılıdr.
Ona görə də, onların arasındakı münasibəti müəyyənləşdirmək üçün fiziki şəxslərin, sosial qrupların və təbəqələrin psixologiyasının öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Müasir şəraitdə istehsalın inkişafı, keyfiyyəti ticarətin inkişafı ilə bağlı olduğundan insanlann psixologiyasını və tələbini formalaşdıran amillərin öyrənilməsi və uçotunun aparılması ilə bağlıdır. Ticarət işçiləri öz iş vaxtlarının 70%-ni alıcılarla təmasa, 30%-ni isə mal ilə bağlı əməliyyatlara sərf edirlər. Alıcı özünü mağazada müxtəlif cür aparır. Əlbəttə, onların məqsədi müxtəlif olduğu kimi, əlamətləri, qabiliyyətləri, yaşları, düşüncələri, cinsi tərkibi, peşə təmayülü, başqa xasiyyətləri müxtəlifdir. Lakin insanların özünü aparmasında eyni qanunauyğunluq təkrar olunur.
Yəni, onlarda psixoloji və sosial psixologiya həlledici rol oynayır. Psixologiya yunan sözü olub şəxsiyyətin formalaşmasını və onun nəzərə çarpmasım öyrənən elmdir. Daha doğrusu, onun predmeti sosial mühit, şəxs və qrup kollektivi və kollektivdənkən ar münasibətlərd ir.
§ 1.4. istehsal vasitələri dairəsində bazarın infrastrukturu
Bazarın bütövlükdə və o cümlədən, əmtəə tədavülü sahəsində fəal inkişafı və təkmilləşdirilməsi vacib problemlərdən biri olmaqla, bu problemin həlli iqtisadiyyatı müasir bazar münasibətləri səviyyəsinə çıxara bilər. Problemin uğurlu həllində - iqtisadiyyatın sabitləşməsinin
KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI
rəhni, daxili və xarici iqtisadi əlaqələr sistemində istehsal və kommersiya strukturunun fəaliyyətinin effektivliyinin artırılması durur.
İnkişaf etmiş bazar infrastrukturu əmtəə iqtisadiyyatının vacib atributlarından biridir və ictimai məhsulun təkrar istehsalı prosesində bu iqtisadiyyata uyğun istehsal, bölüşdürmə, tədavül və istehlak mexanizmi xasdır. Bu - təsərrüfat, o cümlədən, qeyri-istehsal sahələri və dairələri (həmçinin, istehsal vasitələri sisteminə xidmət göstərən və onların tərkibində fəaliyyət göstərən kommersiya-vasitəçi halqalar) kompleksi olmaqla bazarın fəaliyyət göstərməsinin ümumi təkrar istehsal şəraitini təmin edir.
Bu sahələrin, dairələrin tərkibi və onların məqsədyönlü fəaliyyətinin xüsusiyyətləri iqtisadiyyatda seçilən bazar modelindən daha çox asılıdır.
Bazarın yerli və xarici tədqiqatçıları müasir bazar iqtisadiyyatının onlarca modelini formalaşdırmışlar. Rusiya Elmlər Akademiyasının akademiki Q.Arbatovun fikrincə, bazar təsərrüfatının 20 növü mövcuddur ki, bunlar da ölkələrin iqtisadi inkişafının xüsusiyyətlərindən, onların milli spesifikliyindən, ənənələrindən və s. asılı olaraq bir-birlərindən fərqlənir. Çoxsaylı formalardan, bizim nəzərimizcə, bazar modelinin üç əsas tipində dayanmaq daha məqsədəuyğundur: liberal (amerikan), sosial yönümlü (alman), sosial-demokratik (İsveç).
Respublikamızın iqtisadi və sosial şəraitinə uyğun optimal bazar modelinin seçimi zamanı aşağıdakıları nəzərə almaq lazımdır: inkişaf perspektivlərində aydınlıq, ölkənin iqtisadi və sosial
siyasətində dəqiq istiqamətləri seçmək; aparıcı dünya ölkələrinin bazar təsərrüfatının aparılmasında
qabaqcıl təcrübənin varisliyini təmin etmək; ölkə əhalisinin həyatında sosial gərginliyin aşağı salınması məsələsini maksimal olaraq genişləndirmək. XX əsrin əvvəllərində ABŞ-da yaranmış bazar iqtisadiyyatının liberal modeli üçün aşağıdakılar xarakterikdir:
+ mütləq üstünlük təşkil edən (dominant) xüsusi mülkiyyətin olması;
♦ qanunvericiliklə təmin olunmuş və dövlətin müdaxiləsindən qorunan bazar subyektlərinin maksimum müstəqilliyi;
♦ dövlət tərəfindən nizamlanmanın, əsasən makroiqtisadi proseslər çərçivəsi ilə məhdudlaşdırılması;
♦ əhalinin həyat təminatı problemlərinin çox hissəsinin dövlətin iştirakı olmadan həll edilməsi;
♦ ÜDM-də dövlət büdcəsinin və sosial ehtiyaclar üçün dövlət investisiyalarının (sərmayələrinin) çox da böyük olmaması;
♦ sosial ehtiyaclara xərclərin qalıq prinsipi ilə həyata keçirilməsi, əsasən yoxsul və işsizlərə yönəldilməsi.
İkinci Dünya müharibəsindən sonra Almaniyada L.Erhardm islahatları zamanı formalaşan sosial yönümlü hazar iqtisadiyyatının əsas cəhətləri aşağıdakılardan ibarətdir:
♦ təsərrüfatçıhğm xüsusi və dövlət bölmələrinin iştirakına əsaslanan qarışıq iqtisadiyyatın olması;
♦ təkcə makroiqtisadi proseslərin deyil, həm də təsərrüfat subyektlərinin ayrı-ayrı sahələrinin dövlət tərəfindən nizamlanmasının maliyyə-büdcə siyasəti vasitəsilə deyil, pul-kredit siyasəti vasitəsilə həyata keçirilməsi;
♦ iqtisadiyyatın sosial yönümlü olması, dövlət tərəfindən cəmiyyətin mənzil, səhiyyə xidmətlərinə, təhsil və mədəniyyət tələbatlarının ödənilməsinin müəyyən səviyyəsinə zəmanətin verilməsi;
♦ azad rəqabətin nizamlanmasının məqsədyönlülüyü, kapitalın az əllərdə mərkəzləşdirilməsinin azaldılması, inflyasiya gəlirlərinin və gəlirlərin səmərəli istifadə oluna bilinməyən hissəsinin geri götürülməsi yolu ilə yeni təsərrüfat strukturlarının yaradılması;
♦ işsizliyin azaldılması məqsədilə əhalinin məşğulluğunun nizamlanması;
+ amerikan modeli ilə müqayisədə dövlət büdcəsinin ÜDM-də daha çox xüsusi çəkisinin olması.
İlk növbədə, İsveçdə tətbiq edilən sosial-demokratik model özünün əsas cəhətləri ilə sosial yönümlü bazar iqtisadiyyatı ilə üst-üstə düşsə də, lakin bir sıra özünə xas olan xüsusiyyətlərə də malikdir. Bu model onunla fərqlənir ki, aşağıdakıları nəzərdə tutur:
♦ əhalinin gəlir səviyyələrinin daha az fərqləndirilməsi (diferentləşdirilməsi) məqsədilə sosial siyasətin həyata keçirilməsi;
♦ Almaniyada olduğu kimi istehsalat demokratiyasının inkişaf
etdirilməsi;
♦ əmək münasibətlərinin ümummilli miqyasda nizamlanmasının kollektiv müqavilələr, vahid tarif dərəcələrinin müəyyən olunması yolu ilə nizamlanması;
♦ məşğulluq siyasətində əhalinin işsizliyinin minimallaşdırılmasma yönəldilmə;
♦ dövlət büdcəsinin ÜDM-də yüksək xüsusi çəkiyə malik olması (ÜDM-də dövlət xərclərinin 60%-dən yuxarı olması və vergilərin səviyyəsinin 50% təşkil etməsi).
KOMMERSİYA FƏALİYYƏTİNİN ƏSASLARI
Bu modelin ayrı-ayrı cəhətləri müxtəlif vaxtlarda digər Skandinaviya ölkələrində, Yunanıstanda, İspaniyada, Portuqaliyada və digər ölkələrdə özlərini büruzə vermişdir.
Adları çəkilən hər üç modeldə əsas fərqli cəhətləri sintezləşdirərkən, bu zaman onlarda aşağıdakı üç xarakterik cəhəti ayırmaq olar:
Birincisi, müxtəlif mülkiyyət formalarının istifadə olunmasına münasibət, yəni: birinci model, əsasən xüsusi mülkiyyətə əsaslanır, ikinci və üçüncü modellər isə qarışıq iqtisadiyyatı əks etdirirlər;
İkincisi, sosial siyasətin müxtəlif əsaslara malik olması; birinci modeldə o, əhalinin aztəminatlı hissəsinin müəyyən qruplarına istiqamətləndirilib, ikincidə isə - bütün cəmiyyətə, üçüncüdə ikincidə olduğu kimidir, lakin cəmiyyətin daha az fərqliliyinin təmin olunması yolu ilə. Bu zaman sosial xərclərin payı ABŞ-da ÜDM-in 20%-ni, Almaniyada 29%-ni, İsveçdə isə - 33%-ni təşkil edir.
Üçüncüsü, dövlət büdcəsinin ÜDM-də xüsusi çəkisinin müxtəlif olması. Məsələn, ABŞ-da keçən əsrin 80-ci illərində bunun payı 1/3 hissədən bir qədər çox idisə, İsveçdə isə bu 2/3-dən çox olmuşdur.
Dördüncüsü, bazar iqtisadiyyatının dövlət tərəfindən müxtəlif nizamlanma dərəcəsinin olması. Əgər amerikan modelində bu cür nizamlanma mikroiqtisadi səviyyədə, demək olar ki, yoxdursa və ancaq makroiqtisadi proseslərin nizamlanmasında nəzərdə tutula bilirsə, alman və İsveç modellərində nizamlanma həm mikroiqtisadi, həm də makroiqtisadi səviyyələrdə həyata keçirilir.
Aydındır ki, hər bir ölkənin öz xüsusiyyətləri də mövcuddur və bu da onun iqtisadiyyatını digər ölkələrin iqtisadiyyatından fərqləndirir.
Bu cür fərqliliklər də təsərrüfatçılığm bazar vasitəsilə aparılmasının optimal modelinin seçimində nəzərə alınmalıdır. Burada inkişaf etməkdə olan bazarın sosial yönümlülüyü, bazar rəqabətinin azad olması, dövlət tərəfindən büdcə və antiinhisar mexanizmləri, maliyyə-kredit, sığorta və məntiqli vergi alətləri və həvəsləndirmələr vasitəsilə iqtisadi nizamlanmanın, bazar təsərrüfatının müdafiəsinin dəqiq mexanizmləri aydın göstərilməlidir.
Müxtəlif idarəetmə səviyyələrində (respublika, regional) fərqli yanaşmaların həyata keçirilməsi bazar dövriyyəsinin bütün subyektlərinə, o cümlədən, vasitəçi-kommersiya strukturlanna geniş biznes azadlığı verir, onların fəaliyyətinin səmərəliliyinin həvəsləndirilməsini təmin edir.
Məsələnin ümumi qoyuluşu ondan ibarətdir ki, bu məsələ də sosial yönümlü bazar modeli əsasında həll oluna bilər. Sosial yönümlü bazar modeli də, öz növbəsində, vasitəçi-kommersiya halqasının fəaliyyətinin səmərəliliyinə birbaşa təsir edən bazar infrastrukturunun xüsusiyyətlərini müəyyən edir.
Nəzəri olaraq heç bir şübhə doğurmur ki, iqtisadiyyat sosialyönümlü o vaxt ola bilər ki, o, səmərəli olsun. Səmərəli ona görə olur ki, o, sosial yönümlüdür. İqtisadi səmərəlilik seçilmiş modelindən asılı olaraq bazarın infrastrukturunun inkişafından asılıdır. Göstərilən əsaslı anlayışların demokratik vahidliyi və qarşılıqlı əlaqəsi burada özünü büruzə verir.
İnfrastruktur sahələrinin və dairələrin tərkibi, onların hansı fəaliyyət növünə xidmət etmələrindən asılıdır.
Nəzəriyyə və təsərrüfat təcrübəsi istehsalat infrastrukturunu istehsala xidmət edən, onların həyata keçirilməsinə şərait yaradan sahələr və dairələr kompleksindən ibarətdir. Buraya - nəqliyyat və bütövlükdə nəqliyyat təsərrüfatı, rabitə, elektrik ötürücü xətləri, maddi-texniki təchizat və satış, neft və qaz kəmərlərinin fasiləsiz işini, təbii ehtiyatların səmərəli istifadəsini və ətraf mühitin mühafizəsini təmin edən obyektlər aiddir.
Bundan başqa, həm də sosial infrastrukturu da ayırırlar ki, buraya işçi qüvvəsinin təkrar istehsalını və insanların normal həyat fəaliyyətini təmin eləyən fəaliyyət dairələri: mənzil və bütövlükdə kommunal təsərrüfatı, səhiyyə, təhsil, mehmanxana təsərrüfatı, kütləvi iaşə və s. aiddir. Digər tərəfdən, sosial mühit də özünün infrastruktur təminatına malik olmalıdır.
Göstərilən sahələrin və fəaliyyət dairələr kompleksinin tərkibi, bir qayda olaraq, bu və digər təsərrüfatçılıq mexanizmindən asılı olmur. Lakin iqtisadi bazar mexanizmi (əgər o, yalançı bazar deyilsə) onların inkişafı və səmərəli fəaliyyətinə təsir etməlidir.
Bununla yanaşı, bazar infrastrukturu probleminin həllinə xüsusi tələblər də qoyur. Bu da, ilk növbədə, bazar infrastrukturunun tərkibinə, onların bir sistem kimi istiqamətlənməsinə və nəticələnməsinə, ölkədə inkişafda olan yeni sosial-iqtisadi mexanizmin təmin olunmasına aiddir.
Sosial yönümlü bazar şəraitində infrastrukturun sosial yönümlülüyünü artırmaq lazımdır ki, bu da kommersiya halqasına həm əmək kollektivlərinin sosial təminatının daxili məsələlərini uğurla yerinə yetirməyə, həm də onlara özlərinin əsas fəaliyyətlərini cəmiyyətin sosial proqramlarının tam və səmərəli təmin olunmasında fəal cəmləşdirməyə imkan verir.
Bazar, özünün infrastrukturunun aşağıdakı vacib elementlərinin inkişafının zəruriliyini diktə edir:
♦ müasir maliyyə-kredit və hesablaşma mexanizmini, ölkədə
fasiləsiz pul dövriyyəsini təmin edən çoxşaxəli bank sistemi;
♦ müxtəlif xammal-əmtəə məhsulunun, qiymətli kağızların bazar qiymətlərini və birja dövriyyələrini, daşınmaz əmlakın, valyuta vasitələrinin alqı-satqısmı, əmək və digər resursların təsərrüfat fəaliyyətinə cəlb edilməsini təmin edən, səmərəli işləyən ixtisaslaşdırılmış birja və hərrac sistemləri;
♦ biıjadankənar topdan və pərakəndə mal dövriyyəsini təmin edən geniş şaxələnmiş tədarükat-abş, kontrakt və ticarət-kommersiya sistemləri;
♦ təkcə həyatın, əmlakın və kapitalın deyil, həm də bazar dövriyyəsinin bütün mərhələlərində müxtəlif kommersiya risklərinin sığortalanmasını təmin edən etibarlı sığortalanma sistemi;
♦ bazarın bütün subyektlərinin (hüquqi və fiziki şəxslərin) dövlət büdcəsi ilə qarşılıqlı əlaqəsini təmin edən və onların istehsalat və təsərrüfat fəaliyyətinin inkişafını və səmərəliliyini artıran dəqiq təşkil olunmuş vergi sistemi;
♦ müasir xüsusi informasiya kanallarını və digər kommunikasiya vasitələrini özündə cəmləşdirən sazlanmış analitik-informasiya sistemi;
♦ bazar dəyişmələrinə asan uyğunlaşan çevik pablik rileyşnz sistemi özünün mexanizmləri, formaları və metodları ilə.
Bazarı təmin edən sistemlərə həm də hüquqi sistemi (həmçinin, məhkəmə-arbitraj strukturlarını) də aid etmək lazımdır ki, bunsuz normal bazar, sadəcə olaraq, mövcud ola bilməz.
§ 1.5. Kommersiya fəaliyyətinin informasiya təminatı
Kommersiya fəaliyyətinin uğurla həyata keçirilməsi ticarət müəssisələri tərəfindən əmtəə və xidmətlər bazarındakı situasiyanı xarakterizə edən informasiyaların daimi təhlili və uçotu aparılmadan qeyri-mümkündür. Bunu kommersiya informasiyası adlandırmaq qəbul olunmuşdur. Buraya aşağıdakılar haqqında informasiyaları aid etmək lazımdır:
alıcılar və alış motivləri;
bazarın əmtəəyə qarşı tələbi;
bazar konyunkturu;
konyunktur mühit;
ticarət müəssisəsinin potensial imkanları və onun rəqabət qabiliyyətliliyi.
Düzgün kommersiya informasiyasını kompleks marketinq tədqiqatlarının həyata keçirilməsi yolu ilə əldə etmək mümkündür. Onu həm daxili, həm də xarici mənbələrdən əldə etmək olar. Daxili mənbələr sırasına müəssisənin statistik və mühasibat hesabını və kommer
siya fəaliyyəti nəticələrinin operativ uçot məlumatlarını aid etmək olar. Bu yolla əmtəələrin reallaşdırılmasımn gedişi, əmtəə ehtiyatları, tədarükat prosesi, malgöndərənlərlə müqavilə öhdəlikləri və s. haqqında informasiya əldə etmək olar. Kommersiya informasiyasının xarici mənbələri kimi dövlət statistikasımn, dövri mətbuatın məlumatları, habelə xüsusi tədqiqatlar zamanı əldə olunan informasiyalar çıxış edir. Bu informasiyadan istifadə edərək əmtəə dövriyyəsinin inkişaf tendensiyasını, əhalinin müvafiq əmtəələrə qarşı tələbinin xüsusiyyətlərini aşkar etmək olar. Həmçinin, əhalinin sayı və tərkibi, ailə vəziyyəti, gəlirləri və s. haqqındakı informasiyalar da çox mühümdür.
Ticarət müəssisələrinin kommersiya fəaliyyətində informasiyaların ayrı-ayrı növlərinin əhəmiyyətini nəzərədən keçirək.
Alıcılar və alış motivləri haqqında informasiyalar kommersiya qərarlarının qəbulu üçün əsasdır. Bu informasiyanın təhlili satılmayan əmtəələrin buraxılması və ya tədarükatı riskini azaldan, habelə əmtəələrin reallaşdırılma həcmini artıran, müəssisənin maliyyə dayanıqlığını möhkəmləndirən qərarlar qəbul etməyə imkan verir. Belə informasiyaya aşağıdakıları aid etmək olar: xidmət göstərilən əhalinin sayı, onun tərkibi, gəlirlərinin səviyyəsi; milli, başqa tendensiyalar və adətlər; alıcıların tipləri və s. Kommersiya strukturları bu informasiyadan istifadə edərək alıcılarla daha məqsədyönlü iş apararaq, bununla da əmtəələrin reallaşdırılma həcminin artırılması və öz fəaliyyətlərinin iqtisadi göstəricilərini yaxşılaşdırmaq üçün şərait yarada bilər.
Bazarın əmtəəyə qarşı tələbləri haqqında informasiya ticarət müəssisələrinin alıcılara təklif edəcəkləri əmtəə və xidmətlər üzrə düzgün seçim etmələri üçün zəruridir. Buna görə də, kommersiya xidməti idarələri əmtəələrin xüsusiyyət və cəhətlərini, habelə onların alıcıların tələblərinə nə dərəcədə cavab verdiklərini yaxşı bilməlidir. Həmçinin, əmtəələrin «həyat dövrünə», yəni əmtəənin bazarda qaldığı dövrə də diqqət yetirmək lazımdır. Əmtəənin rəqabət qabiliyyətliliyi haqqındakı informasiya da mühüm əhəmiyyət kəsb edir. O, əmtəəni analoji əmtəələrdən konkret istehlakçının təlabatlarmı təmin etmə dərəcəsinə görə fərqləndirən xüsusiyyətlər məcmusu kimi müəyyən olunur. Yəni, əmtəənin bu qabiliyyəti rəqabət şəraitində uğuru təmin edəcəkdir.
Nəzərə almaq lazımdır ki, əmtəə üzrə qiymət onun keyfiyyəti ilə birbaşa əlaqədədir. Tez-tez istehlakçılar düşünürlər ki, yüksək qiymətlər əmtəənin yüksək keyfiyyətindən və əksinə, aşağı qiymətlər - aşağı keyfiyyətdən xəbər verir. Buna görə ticarət müəssisəsinin kommersiya bölmələri əmtəələr üzrə qiymətlərin ən layiqli formada on-
larin keyfiyyətini əks etdirdiyi haqqında informasiyaya sahib olmalıdır. Bu zaman əmtəənin bazarda qəbulolunma dərəcəsini, onun haqqında müsbət ictimai rəylə müəyyən olunan nüfuzluluğunu da nəzərə almaq lazımdır. Bununla əlaqədar, nüfuzlu qiymətlər anlayışı da mövcuddur. Yəni, elə kateqoriyalı alıcılar var ki, onlar qiymətləri aşağı olan əmtəələri keyfiyyətsiz hesab edərək almırlar. Buna görə də, əmtəə və xidmətlər üzrə qiymətləri təyin edərkən müəssisə qiymətlərin konkret ahcı qrupları tərəfindən təyin olunan yuxarı və aşağı hədləri haqqında informasiyaya malik ohnahdır.
Bazarın əmtəəyə qarşı tələbi haqqındakı informasiyanı öyrənərkən əmtəənin qablaşdınlmasma və reklam tərtibatına xüsusi diqqət yetirmək lazımdır. Onlar əmtəənin üstünlüklərini qeyd etməh, onun reallaşdınhnasımn sürətlənməsinə şərait yaratmahdarlar və s.
Kommersiya xidməti idarələri əmtəə haqqındakı informasiyamn genişhyi və çoxtərəflihyini nəzərə alaraq onun öyrənilməsi və təhlilinə kompleks şəkildə yanaşmalıdır.
Bazar konyunkturu haqqında informasiya kommersiya xidməti bölmələrinə bazarda və onun seqmentlərində tələb və təklifi, bazarın həcm və xarakterini, qiymətlərin səviyyəsini, bazar rəqabətinin şərtlərini və başqa aspektləri zəruri kommersiya qərarlarının qəbul edilməsi məqsədilə tədqiq etməyə imkan verir.
Əhalinin tələbi haqqında informasiya onun həcmini, strukturunu, qanunauyğunluğunu və inkişaf tendensiyalarını xarakterizə edən məlumatlardır. Buraya, həmçinin, tələbin dəyişməsi səbəbləri, onun formalaşması və inkişaf xüsusiyyətləri haqqında informasiya da daxildir. Bütün bunlar həm ümumi həcminə, həm də çeşidinə görə əmtəələrə qarşı təlabatın əsaslandırılması üçün baza kimi çıxış edir.
Əmtəə təklifini istehsalın həcmi, strukturu və dinamikası, əmtəə ehtiyatları, yeni əmtəələr və s. haqqında informasiyaların köməyilə müəyyən etmək olar.
Kommersiya xidməti bölmələri tələb və təklif haqqındakı informasiyaları öyrənərkən nəzərə almalıdırlar ki, onların arasındakı uyğunsuzluq əmtəələrin reallaşdırılmasının normal şəraitinin pozulmasına gətirib çıxarır. Tələbin təklifdən üstün olması zamanı təmin olunmamış tələb yaranır, təklifin tələbi həddən artıq üstələməsi zamanı isə artıq əmtəə ehtiyatları toplanır və bu da onların saxlanılması və reallaşdırılması ilə bağlı xərclərin artmasına gətirib çıxarır.
Bazar konyunkturu haqqında başqa informasiyalarla yanaşı bazarın coğrafi mövqeyi və yerləşdiyi yer, onun sərhədləri və regional müxtəlifliyi, həcmi, quruluşu və əmtəələrlə doyması dərəcəsi, qiymət-
KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI
larinin səviyyəsi və s. haqqındakı informasiya da mühüm əhəmiyyət kəsb edir.
Rəqabət mühiti haqqında informasiya kommersiya strukturlarına onların bazardakı real vəziyyətini obyektiv olaraq qiymətləndirməyə imkan verir, belə ki, bazar iqtisadiyyatı və bazarın əmtəələrlə yüksək şəkildə doyması şəraitində rəqabət bazar qiymətlərinin əmtəələrin həqiqi dəyər və keyfiyyətlərinə uyğunlaşdırır. Buna görə də, əmtəələrin rəqib-malgöndərənlərini öyrənərkən onların bazardakı mövqelərini aşkar etmək, onlar tərəfindən təklif olunan əmtəələrin xarakteristikasını, onların maliyyə vəziyyətini, müqavilə öhdəliklərinin yerinə yetirilməsi zamanı etibarlılıq zəmanətləri və başqa informasiyaları öyrənmək lazımdır. Əmtəələrin rəqib-alıcılarının öyrənilməsi də az dəqiqlik kəsb etməməlidir, bu zaman onların güclü və zəif tərəflərini aşkar etmək, müəssisənin bazarkı mövqeyini obyektiv olaraq qiymətləndirmək lazımdır.
Ticarət müəssisəsinin potensial imkanları və onun rəqabət qabiliyyətliliyi haqqında informasiya, müəssisənin dayanıqlı iqtisadi vəziyyətini təmin edən inkişaf istiqamətlərinin düzgün müəyyən edilməsi üçün onun fəaliyyətinin güclü və zəif tərəflərinin qiymətləndirilməsi üçün mühümdür. Bu məqsədlə müəssisənin iqtisadi potensiah və təsərrüfat fəaliyyətini səciyyələndirən göstəricilər təhlil olunur.
Rəqabət qabiliyyətliliyinin qiymətləndirilməsi zamanı müəssisə qabaqcıl texnologiyalar və yeni texnikalardan istifadə olunmasını, əmtəə və xidmətlərin rəqabətqabiliyyəth olmasım, müəssisənin maliyyə dayanıqlığı və imicini nəzərə alır. Bütün bunlar müəssisənin potensial imkanlarım müəyyən etməyə və onun bazardakı rəqabət mövqelərini möhkəmləndirmək üzrə tədbirləri seçməyə imkan yaradır.
Ticarət müəssisələri kommersiya informasiyasının təhlili əsasında kommersiya qərarları, yəni əmtəələrin alqı-satqısı ilə bağlı idarəetmə qərarları qəbul edir.
§ 1.6. Kommersiya sirri və onun qorunması
Kommersiya sirri özündə kommersiya düşüncələri ilə qəsdən gizlədilən iqtisadi maraqlar, müəssisə və təşkilatın istehsal, təsərrüfat, idarəetmə, elmi-texniki, mahyyə fəaliyyətlərinin müxtəlif tərəfləri haqqında məlumatları əks etdirir. Bu sirlərin qorunması rəqabət ma
KOMMERSIYA FƏALİYYƏTİNİN ƏSASLARI
raqları və onların iqtisadi təhlükəsizliyinə qarşı mümkün təhlükələrlə şərtlənir.
Kommersiya məxfiliyinin təzahür forması müəssisənin, yaxud təşkilatın kommersiya məxfiliyinə aid olan və təhlükəsizlik xidməti tərəfindən oğurlanmadan, aşkarolunmadan və ya sızmadan qorunan sənədlər, sxemlər, məmulatlardan ibarət olan kommersiya sirridir.
Kommersiya informasiyasının daşıyıcıları müəssisə və təşkilatların rəhbərləri, habelə kommersiya sirləri ilə işə buraxılmış başqa xidmətçilərdir.
Müəssisə və ya təşkilat informasiyanı məxfıləşdirərkən təkcə öz təhlükəsizlikləri prinsipindən yox, iqtisadi faydalılıq prinsipindən də çıxış etməlidir. Belə ki, bazar şəraiti istehsal edilən məhsul və xidmətlərin ticarət reklamım tələb edir, onların fəaliyyətinin həddən artıq məxfiləşdirilməsi isə mənfəətin itirilməsinə səbəb ola bilər.
Buna görə də, məsələn, müəssisə və ya təşkilatın maliyyə fəaliyyəti haqqında məlumatlarının, işgüzar planlar və yeni məhsulların istehsal planlarının, marketinq haqqında informasiyanın, müştəri siyahılarının, təşkilati sxemlərin, əməkdaşlar haqqında informasiyaların və başqa işgüzar informasiyaların sızma və oğurlanmadan qorunması tələb olunur.
Sözsüz ki, kommersiya sirrinə elmi-tədqiqat layihələrini, hər hansı məhsulun istehsalı üzrə konstruktor, texnoloji işləmələri və onun parametrlərini, patent üzrə ərizələri, EHM-larm proqram təminatlarını və başqa texniki informasiyaları aid etmək olar.
Müəssisə bağladığı müqavilələrin qayğısına qalmalıdır və bu sənədlər məsuliyyəth şəxsin yanında müəyyən yerdə saxlanılmalıdır. Onları yalnız müəssisə və ya təşkilatın rəhbərinin yazılı razılığı əsasında vermək olar, çünki müqavilələrin birinci nüsxələrinin itməsi mübahisələrin ortaya çıxması və onların məhkəmədə həUində müvafiq müddəaların sübutu zamam əhəmiyyətli dərəcədə çətinhklərə gətirib çıxanr. Müəyyən şəraitlərdə təkcə müqavilənin mətni deyil, müqavilə bağlamhnası faktı da mühafizə olunmalıdır.
Kommersiya sirrinə səmərələşdirici təkhflər, işlənib hazırlanma və ya tərtibat mərhələsində olan ixtiralar da aiddir. Əgər ixtira üzrə onun patent verildikdən sonra kommersiya sirrinin köməyilə qorunmaya ehtiyac duymursa, səmərələşdirici təkliflər hətta rəsmiləş- dirildikdən və müəllif hüququnun verilməsindən sonra belə kommersiya sirri olaraq qala bilər, çünki onlar özündə verihniş müəssisə üçün mütərəqqi texniki məsələləri əks etdirir.
Kommersiya sirri sırasına «nou-hau» tiph informasiyaları da aid etmək olar, belə informasiyaları şəxsi heyətdən də qorumaq
KOMMERSIYA FƏALIYYƏTININ ƏSASLARI
lazımdır ki, onlar başqa müəssisələrə getməli olsalar, bu informasiyaları özləri ilə götürə bilməsinlər.
Kommersiya sirrinin mühafizəsinin təmin olunması üçün aşağıdakı qaydalara riayət etmək lazımdır:
heyətin məxfi sənədlərlə işə buraxılması üzrə ciddi nəzarət;
məxfi kargüzarhqla işə nəzarət üçün xüsusi səlahiyyətlər həvalə olunmuş məsul şəxslər təyin olunmalıdır;
müəssisə və ya təşkilatın rəhbəri tərəfindən müvafiq əməkdaşlarla tanış edilməli olan məxfi sənədlərlə iş üzrə təlimatlar təsdiq edilməlidir;
xidmətçilər tərəfindən müəssisənin kommersiya sirrinin qorunması haqqında yazılı öhdəliklərə riayət etməsi üzərində nəzarət lazımdır.
Məxfi informasiyaya çıxışı olan əməkdaşların maddi və mənəfi stimullaşdırılması sisteminin tətbiqi arzuolunandır.
Müəssisənin rəhbəri daxili təhlükəsizlik xidmətləri və məxfi kargüzarlıq üzərində şəxsi nəzarəti həyata keçirməlidir.
Müəssisə və təşkilatın kommersiya sirrini təşkil edən informasiyanın qorunmasının çoxsaylı üsulları mövcuddur.
Mühüm məlumatlar olan sənədlərin hazırlanmasını ən sınanmış əməkdaşlara tapşırmaq lazımdır. Bu zaman sənədin nüsxələrinin sayı ciddi şəkildə məhdudlaşdırılmalıdır. Sənədlərin surətlərinin çıxarılması zamanı surətçıxarma texnikasının etibarh şəkildə nəzarət altında olmasının qayğısına qalmaq lazımdır. Məsuliyyətli şəxslərin nəzarəti altında surətçıxarma kağızı və rəngvuran lent məhv edihnəhdir. Məxfi informasiyanın etibarlı şəkildə ötürülməsi üsulu seçilməlidir.
İnformasiyanın birbaşa oğurlanmadan və ya məhv ohnadan qorunması üçün fiziki mühafizə tədbirlərindən (qapılarda qıfıllar, pəncərələrdə barmaqlıqlar və s.) istifadə etmək olar. Onlardan, bir qayda olaraq, inzibati tədbirlərlə (buraxılış rejimi, məxfihk rejimi, təhlükəsizlik xidməti və s.) birgə istifadə olunur. Bundan başqa, özündə kifayət qədər mürəkkəb elektromexaniki, radiotexniki, akustik və başqa qurğulan əks etdirən texniki mühafizə sistemi də tətbiq olunur.
§ 1.7. Kommersiya fəaliyyətim həyata keçirən hüquqi şəxslərin təşkflati-hüquqi formaları
Qüvvədə olan qanunvericihk hüquqi şəxsə aşağıdakı kimi tərif verir:
Təsərrüfat yoldaşhğı bir neçə şəxsin onlar arasındakı razılıq əsasında sahibkarlıq fəahyyətinin həyata keçirilməsi üçün birləşməsidir. Təsərrüfat yoldaşlığı tam yoldaşlıq və ya inam əsasında yol
daşlıq (kommandit) formasında yaradılır. Tam yoldaşlığın iştirakçıları və inam əsasında yaradılan yoldaşlığın yoldaşları fərdi sahibkarlar və (və ya) kommersiya təşkilatları ola bilər. Yoldaşlıqda əmanətçi kimi vətəndaşlar və hüquqi şəxslər çıxış edə bilərlər.
Təsərrüfat cəmiyyətləri bir və ya bir neçə şəxs tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün cəmiyyətin mülkiyyətinə verilən əmlak (mülki hüquqlar) əsasında yaradılan cəmiyyətdir. Təsərrüfat cəmiyyətləri məhdud məsuliyyətli cəmiyyətlər, əlavə məsuliyyətli cəmiyyətlər, qapalı tipli səhmdar cəmiyyətlər və açıq tipli səhmdar cəmiyyətlər formasında yaradılır. Təsərrüfat cəmiyyətlərinin iştirakçıları vətəndaşlar və hüquqi şəxslər ola bilərlər.
Hüquqi şəxslərin yuxarıda adları çəkilən təşkilati-hüquqi formalarını daha yaxından nəzərdən keçirək.
İştirakçıları (tam yoldaşlar) onlar arasında bağlanmış müqaviləyə uyğun olaraq yoldaşlıq adından sahibkarlıq fəahyyəti ilə məşğul olan yoldaşlıq tam yoldaşlıq hesab olunur. Tam yoldaşlığın əsas fərqləndirici xüsusiyyəti onun iştirakçılarının yoldaşlığın öhdəlikləri üzrə bütün əmlakları ilə qeyri-məhdud birgə məsuliyyətidir (subsidiar məsuliyyət). Bundan başqa, tam yoldaşlıq onun üzvlərinin təsərrüfat fəaliyyətində şəxsən iştirakını nəzərdə tutur, yəni konkret şəxs yalnız bir tam yoldaşlığın iştirakçısı ola bilər (bir şəxsin onların istənilən sayının iştirakçısı ola bildiyi səhmdar cəmiyyətlərdən və məhdud məsuliyyətli cəmiyyətlərdən fərqli olaraq).
Tam yoldaşlıqda işlərin idarə edihnəsi və həyata keçirilməsi əhəmiyyətli dərəcədə onun təsisat razılaşması ilə müəyyən olunur. Tam yoldaşlığın hər bir iştirakçısı əmanətin ölçüsündən asılı olmayaraq bir səsə malik olur (əgər təsisat razılaşması ilə onun iştirakçılarının səs saylarmın müəyyən edilməsinin başqa qaydası nəzərə ahn- mayıbsa).
Tam yoldaşlığın mənfəət və zərəri, əgər təsisat razılaşması və başqa müqavilə üzrə digər qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların əmanət kapitahndakı payına proporsional formada bölüşdürülür. İştirakçıların mənfəət və zərərdə iştirakdan kənarlaşdırılmasına yol verilmir.
Qanun təsərrüfat yoldaşlıqlarında əmanət kapitahmn mütləq minimumunun olmasını tələb etmir (təsərrüfat cəmiyyətlərindən fərqli olaraq). Buna görə də, verilmiş təşkilati-hüquqi forma fəaliyyət miqyaslarının yoldaşlıq iştirakçılarının xüsusi kapitahnı üstələdiyi zaman istifadə oluna bilər.
Hazırkı dövrdə Rusiyada tam yoldaşlıqlar əsas etibarilə hüquqi şəxsin bu təşkilati-hüquqi formasının iştirakçıların qeyri-məhdud
Dostları ilə paylaş: |