Ġdeya və layihə müəllifi


partiya komitəsinin 3-cü katibi Güllər Babayeva



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə29/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   ...   25   26   27   28   29   30   31   32   ...   36
partiya komitəsinin 3-cü katibi Güllər Babayeva ġəki kəndinin yetirmələridir. 
ġəki  kəndi  ermənilərlə  qarıĢıq  kənd  olduğundan,  1988-ci  il  Qarabağ 
separatizmi ilə bağlı  hadisələr bu kənddə özünü çox qabarıq Ģəkildə  göstərmiĢdir. 

237 
 
1988-ci  ilin  fevral  ayından  baĢlayaraq,  ġəkidə  ermənilər  tez-tez  antiazərbaycan 
mitinqləri  təĢkil  edir,  azərbaycanlıları  qorxudur,  təhqir  edir,  söyür,  evlərini 
daĢlayır,  mal-heyvanını  oğurlayır  və  s.  təzyiqlərə  məruz  qoyurdular.  Həmin  ilin 
mayından  baĢlayaraq,  ġəki  azərbaycanlıları  tədriclə  köçüb  getməyə  baĢladılar. 
Noyabrın  sonları  Ģəkililərin  öz  ata-baba  yurdlarında  yaĢadıqları  axırıncı  günlər 
olmuĢdur.  Noyabrın  24-dən  25-nə  keçən  gecə  ġəki  camaatı  Kilsəli  dağını  aĢaraq, 
Laçın  rayonunun  Minkənd  kəndinə  getmiĢlər.  Qarlı  dağ  aĢırımını  aĢarkən  ġəki 
sakini  Namazova  ġahnisə  Əziz  qızı  qar  uçqununa  düĢmüĢ,  onun  donmuĢ  meyiti 
yalnız  1989-cu  ilin  yazında  tapılmıĢdır.  Digər  Ģəkili  qadınlar  Sadıqova  Xalis  və 
onun qızı Sadıqova Gülü don vurmadan sonra ölmüĢlər. 
ġəki  camaatı  hal-hazırda  Naxçıvan,  Bakı,  Sumqayıt,  Gəncə,  ġəki, 
Mingəçevir  və  s.  Ģəhər  və  rayonlarda  məskunlaĢmıĢlar.  ġəkinin  övladları 
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüĢlərdə fəal surətdə iĢtirak etmiĢ 
və  5  nəfər  Ģəhid  (Litvin  Babayev,  Ġsrafil  Səfərov,  Xəqani  Abbasov,  Etibar 
Abbasov, Ġlham Tağıyev) vermiĢlər. 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Abbasov Yamən Ġsmayıl oğluna təĢəkkürümüzü bildiririk- müəll.). 
 
Urud kəndi 
 
Siz Urud kəndində olmusunuz? Çox gözəl kənddir. 
Heydər ƏLĠYEV 
 
(Bu məqalə Musa Urudun "Urud" kitabı əsasında hazırlanmışdır) 
 
Qafqazda  ən  qədim  yaĢayıĢ  məntəqələrindən  biri  hesab  edilən  Urud  kəndi 
Sisyan rayon mərkəzindən 15 km. Ģərqdə, Bazar çayın sol sahilində Vağudi kəndi 
ilə ġam qəsəbəsinin arasında, dəniz səviyyəsindən 1400 m. yüksəklikdə yerləĢir. 
Van-xan döyüş qabağı yanındakı Camuxadan soruşdu: 
-   Temuçinin əsas döyüşçüləri kimlərdir? 
 O  cavab  verdi:  -  İki  tayfa  -  Urud  və  Manqut  -  onun  ən  yaxşı 
döyüşçüləridirlər;  onlar  əlbəyaxa  döyüşdə  özlərini  itirmirlər,  uşaqlıqdan  nizə  və 
qılınc  oynatmağı  öyrənmişlər,  onların  bayraqları  ya  rəngbərəng,  ya  da  qaradır. 
Onlarla qarşılaşanda ehtiyatlı olmaq lazımdır. ("Ümumdünya Tarixi"). 
Urud  sözü  indiyədək,  təəssüf  ki,  nə  dilçilərin,  nə  də  tarixçilərin  diqqətini 
özünə cəlb etməmiĢdir. 
Sözün  mənasına  gəldikdə  çoxları  bunu  ilk  baxıĢda  sadə  hesab  edərək  fars 
sözü  "RUD"la  əlaqələndirirlər.  Urud  kəndindən  Bazar  çayının  keçdiyinə  görə  və 
farsca çaya "rud" deyildiyindən fikrin doğruluğu ilk baxıĢda adamı inandırır. Lakin 
"Urud"  toponiminin  bu  cür  izahını  aĢağıdakı  səbəblərdən  məqbul  hesab  etmək 
doğru deyildir. 

238 
 
1.
 
Bazar çayı öz axarı boyunca bir çox yaĢayıĢ  məntəqəsindən keçməsinə 
baxmayaraq, bu məntəqələrin heç biri çay adı ilə adlanmır. 
2.
 
Farsca, hətta  Ġranda  belə  heç  bir yaĢayıĢ  məntəqəsi eləcə  "rud"  - "çay" 
deyilib  adlandırılmır,  baĢqa  bir  toponim  (yaxud  oykonim)  qoĢması  ilə  birgə 
adlandırılır (Təngərud, Dərəvərud, Balharud və s.). 
3.
 
Bu  ərazidə  heç  vaxt  farslar  yaĢamadıqları  və  ətraf  məntəqələrin  heç 
birinin adı farsca olmadığı halda Urud kəndinin adının fars sözü olması inandırıcı 
deyildir. 
4.
 
Bu  ərazidəki  yaĢayıĢ  məntəqələrinin  hamısının  adı  türk,  alban  mənĢəli 
olduğu halda, tək bircə "Urud" adının farsca olması – yəni burada yaĢayan əhalinin 
farslara qədər öz kəndlərinə ad qoymaması, eləcə də gəlmə sözün yerli sözü aradan 
sıxıĢdırıb çıxarması ehtimalı inandırıcı deyildir. 
Fikrimcə,  Urud  toponiminin  mənasını  sözün  kökü  "UR"da  axtarmaq 
lazımdır.  Ural,  Urmiya,  Urartu,  Uruk,  Urfa,  Urgənc  yer  adlarında,  IV  əsr  Alban 
hökmdarı Urnayrın və Salur Qazan xanın oğlu Uruzun adlarındakı "UR" kökünün 
olması  və  bu  sözlərin  hamısının  min  ildən  yuxarı  (ən  azı)  yaĢı  olmasını  nəzərə 
alaraq Urud toponiminin mənası haqqında aĢağıdakı ehtimalı irəli sürmək olar: 
Aydın  Məmmədova  (eləcə  də  digər  tədqiqatçılara)  görə  "UR"  sözü 
Ģumerlərdə  (qədim türklərdə  urr qarĢılığı  Ģəklində) dam, örtük, eyvan, terras (yer 
səthinin  bir-birinin  üstündə  yerləĢən  üfüqi  və  ya  bir  qədər  meyilli  çıxıq  hissəsi) 
mənalarında  iĢlədilmiĢdir  (Çox  güman  ki,  Ural  sözü  də  bu  anlamda  hündürlük, 
ucalıq,  qabarıqlıq  anlamındadır.).  Urud  kəndinin  əvvəllər  (təxminən  14-15-ci 
əsrlərədək)  yalnız  Urud  qalasından  ibarət  olduğunu  və  qalanın  həm  yerləĢdiyi 
yerin, həm də özünün terraslar formasında olduğunu nəzərə aldıqda Urud sözünün 
"UR" mənĢəli olması daha inandırıcı görünər. 
Əgər  miladdan  əvvəlki  Albaniya  ərazisində  kaspi,  uti,  lük,  qel,  leq,  mard, 
qarqar,  sodi,  udin  tayfaları  ilə  yanaĢı,  UD  tayfalarının  da  yaĢadığını  qeyd  edən 
Ptolomeyə istinad etsək, onda "Urud" toponimi UDların evi, UDların damı, yaxud 
terrasda yaĢayan UDlar mənasında izah oluna bilər. 
Udlarla  bağlı  bir  fikri  də  qeyd  etmək  lazımdır  ki,  Urud  kəndinin 
yaxınlığında  yerləĢən,  Sisyanın  daha  iki  qədim  kəndinin  -  Vağudi  və  Ağudi 
kəndlərinin də adı "UD"la bağlıdır; çox güman ki, bu kəndlərin də ilkin adı "UD"la 
bitərək  VağUD  və  AğUD  Ģəklində  olmuĢdur.  Qeyd  etmək  yerinə  düĢərdi  ki, 
Urudla  bir  arealda  yerləĢən  bir  sıra  digər  kəndlərin  də  UD  bağlılığı  vardır 
(Sisyanda  Pirnəqut,  Qafanda  QovĢud,  Kurud,  Hünüt,  Ġrəvan  xanlığının  Sürməli  
mahalında  UrutmuĢ,  Dağlıq  Qarabağda  Hadrud,  orta  əsrlər  Naxçıvanda  ġurut, 
Ordubadda Bührüd yaĢayıĢ məntəqələri və s.). 
Urud  sözünün  böyük  türk  hərbi  xadimi,  cahangir  Çingiz  xanla  əlaqəsini 
ehtimal  etməyə  əsas  verən  fikirlər  də  mövcuddur.  Belə  ki,  Çingizin  ana  xətti  ilə 
yaxın  qohumları  olan  uyğur  kökənli  urut  və  manqut  tayfaları  onun  Böyük  Çölün 
xanı  seçilməsində  (1207)  yaxından  iĢtirak  etmiĢ  və  sona  qədər  Çingizə  sədaqətli 

239 
 
olmuĢlar.  Urutlar  və  manqutlar  son  dərəcə  döyüĢkən  və  cəngavər  bir  tayfa  kimi 
tanınmıĢ, Çingiz xanın Qafqaz yürüĢündə ön dəstədə olmuĢlar. 
Urud  kəndinin  adına  ilk  dəfə  XV  əsrə  aid  mənbələrdə  rast  gəlinir.  Urud 
kəndi  500  ilə  yaxın  bir  müddətdə  bölgədə  nahiyə  mərkəzi  kimi  fəaliyyət 
göstərmiĢdir.  1593-cü  ildə  tərtib  edilmiĢ,  "Urud  və  Ġskəndər  qalası  livalarının 
müfəssəl  dəftəri"ndə  Urud  livasının  Urud,  Gığı,  Muğancıq  və  Zəngəzur 
nahiyələrindən ibarət olduğu və bu nahiyələrdə 104 kənd və 5 məzrə qeydə alındığı 
göstərilir.  Hal-hazırda  Ankara  arxivlərində  saxlanılan  Zəngəzur  bölgəsinin 
öyrənilməsi üçün xüsusi əhəmiyyəti olan bu nadir sənədə görə 1593-cü ildə Urud 
kəndində aĢağıdakı mülk sahibləri yaĢamıĢlar: 
Təvəkgül Abdin oğlu - bennak  
Badi Təvəkkül oğlu - subay  
Mehdiqulu Heydər oğlu - bennak  
Yaqub Abdin oğlu - bennak  
Seyran Abdin oğlu - bennak  
Muradi SultanĢah oğlu - bennak  
Mənsur Murad oğlu - bennak  
Ağalar Abdin oğlu - bennak  
Əxican Abdin oğlu - bennak  
Qəniqulu Əmir oğlu - bennak 
Urud  kəndi  Zəngəzurda  ən  qədim  yaĢayıĢ  məskənlərindən  biri  olmuĢdur. 
Kəndin  adının  IX-X  əsr  ərəb  mənbələrində  "Rud-ər-Rud"  Ģəklində  çəkilməsi, 
buradakı  Babək  qalasının  (VII  əsr)  mövcudluğu,  orta  əsrlərə  məxsus  Alban 
qəbiristanlığı,  Baydar  kahası  və  s.  tarixi  abidələr  bu  kəndin  qədimliyindən  xəbər 
verən tarixi faktlardır. 
XV-XVIII  əsrə  aid  Matenadaran  sənədlərində  Urud  kəndinin  qəza, 
nahiyə  mərkəzi  kimi  adının  çəkilməsi,  XVI-XVII  əsrlərə  aid  Osmanlı 
arxivlərindəki  sənədlərdə  Urud  kəndinin  liva,  nahiyə  mərkəzi  kimi  qeyd 
olunması  bu  kəndin  hələ  orta  əsrlərdən  bölgədə  inzibati  mərkəz  kimi 
tanınmasını  göstərir.  Yuxarıda  qeyd  edilən  faktlar  və  sənədlər  barəsində 
kitabın  əvvəlki  fəsillərində  ətraflı  danıĢıldığını  nəzərə  alaraq,  burada  həmin 
məsələləri təkrar etməyəcəyik. 
Bazar çayı Urud kəndinin içərisi ilə axaraq, kəndin bağlarını, əkin sahələrini 
iki  yerə  bölürdü.  Urudun  ərazisində  Bazar  çaya  iki  iri  su  axan  qovuĢurdu;  yeni 
körpüdən bir az yuxarıda bol sulu "Zor-zor" bulağı və ona qovuĢan onlarca xırda 
çeĢmələrin  suları,  bir  də  köhnə  körpünün  gözündə,  Bədir  qayasının  ayağında 
kəndin aĢağı hissəsinin bütün bulaqlarını və su axarlarını özündə birləĢdirən "Qara 
su" arxı. 
"Zor-zor"  bulağı  -  hünəri  adına  yaraĢan  gur,  sop-soyuq,  dumduru  ilahi 
çeĢməsi. Mən ilk dəfə "Koroğlu" dastanını eĢidəndə sehrli atın dəryadan çıxıb Alı 
kiĢinin ilxısına qarıĢdığı yeri "Zor-Zor" bulağın dəhnəsi kimi təsəvvür edirdim və 

240 
 
indinin özündə də o təsəvvür məni tərk etməyib. "Zor-zor"un suyu ilə Urudun və 
qonĢu  Vağədi  kəndinin  bağ-bostanları  sulanırdı.  1970-ci  ilin  əvvəllərində  "Zor-
zor"un  gözündən  kəndə  iri  boru  kəməri  çəkilmiĢ  və  demək  olar  ki,  bütün  evlərə 
Ģaxələnən kəmərlə kənd büsbütün içməli su ilə təchiz olunmuĢdu. 
"ġor  bulaq"  –  kəndin  yuxarı  (Ģimal-qərb)  hissəsində,  Pürül  bağları  tərəfdə 
iri  gil  kahanın  içindən  qaynayıb  axırdı.  Gil  qatlarının  içindən  qaynadığına  görə 
tamı Ģor dadırdı. 
"Dəyirman arxı" - kəndin ayağında, Bağların qurtaracağından axan bol sulu 
bulaq idi. Suyun üstündə hələ 100 il əvvəl dəyirman tikilmiĢdi və adı bu tikili ilə 
bağlı idi. Bu dəyirmanda Urudun və qonĢu azərbaycanlı kəndlərinin camaatı əmək 
gününə aldıqları taxılını növbə ilə üyüdür, bütün qıĢ üçün ruzi tədarük edirdilər. 
Bunlardan savayı, kəndin xeyli sayda irili-xırdalı çeĢmələri və bulaqları var 
idi: "Cəfər bulağı", "Qarğa bulağı", "Hamam bulağı", "Baldırqanlı bulaq", "Kəklik 
bulağı", "Soltan bulağı", "Qara bulaq" və s. 
Ġsti Su - Urudun simvollarından biri idi. Fəvvarə ilə yerin dərin qatlarından 
çıxan bu təbii dərman bir neçə növ mineral süxurların arasından qaynadığına görə 
tərkibində  həmin  mineralların  və  onlarca  mikroelementlərin  müəyyən  (əslində 
bizim  üçün  qeyri-müəyyən)  nisbətdə  toplanması  nəticəsində  böyük  müalicəvi 
əhəmiyyət  daĢıyırdı.  "Ġsti  su"yun  tərkibində  dəmir,  mis,  kobalt  və  s.  əlvan 
metalların  olması  səbəbindən  ətrafdakı  daĢlar  kəklik  dırnağı  kimi  narıncı  xınayla 
xınalanmıĢdı.  Hərarəti  45-50°C  dərəcə,  bir  qədər  turĢ  dadlı  və  bir  qədər  kükürd 
qoxulu  bu  təbiət  möcüzəsi  minlərlə  mədə  -  bağırsaq,  əzələ-oynaq,  əsəb  ruhi  və 
digər qəbildən olan xəstələrə Ģəfa vermiĢdi. 
Urudlu üçün almagelin də, karvalolun da, reopirinin də, eleniumun da və s. 
onlarla əcaib-qəraib sözlərin həm bir baĢa, həm də dolayısı mənada tərcüməsi eləcə 
"ĠSTĠ SU" demək idi. 
Urudluların  uzun  illər  tək  bircə  apteki  olmuĢdu;  bağayarpağı,  kəklik  otu, 
dağ nanəsi, quĢ əppəyi, əmənkömənci, mərəvcə, çaĢır, qıppığan, yemlik, qazayağı, 
quzu  qulağı,  çobanyastığı  və  s.  dərmanları  yetiĢdirən  ana  təbiət  və  "Ġsti  su".  Bu 
mənada urudlular dərdin də, dərmanın da yalnız Allahın əlində olması inamlarında 
empirik mənada da, fəlsəfi mənada da haqlı idilər. 
"Ġsti  su"  yerin  dərin  qatlarında  gedən  naməlum  proseslərin  və  yerin 
üstündəkilərin məlum naqis əməlləri nəticəsində bir neçə dəfə öz yerini dəyiĢmiĢdi. 
Ġlk əvvəllər Bədir qayasının yanından, sonralar "Ada bağı"ndan, lap son illərdə isə 
Bazar  çayın  qırağında,  kolxozun  qaracının  ərazisindən  fəvvarə  vurub  çıxmağa 
məcbur  edilmiĢ  "Ġsti  su"  xüsusən  yay  aylarında  qadınlı-kiĢili  bütün  kənd 
camaatının  və  qonaqların,  hətta  ancaq  bu  məqsədlə  ətraf  kəndlərdən  və 
qonĢuluqdakı Naxçıvandan, Laçından, Qubadlıdan, Qafandan, Gorusdan gələnlərin 
müalicə və istirahət guĢəsinə çevrilərdi. 

241 
 
Urud  ta  bineyi-qədimdən  bağlı-meyvəli  kənd  kimi  tanınmıĢdır.  Urud 
bağlarında cəviz, alma, armud, Ģaftalı, ərik, gilas, gilənar, alça, gavalı, tut, heyva, 
bəzi həyətlərdə üzüm becərilər, yaxĢı da bar verərdi. 
Urud meyvələrinin və ağaclarının Ģahı, sözsüz ki, CƏVĠZ sayılırdı. 250-300 
yaĢı olan azman 3-4  m-lik diametri,  50-70  m. hündürlüyü  olan, hər çırpımda  6-8 
kisə  məhsul  verən  Ģaqqalı  cəviz  ağaclarının,  Ģübhəsiz  ki,  Ģahlıq  etməyə  hər  cür 
əsası var idi. 
Urud  qalasının  dalında,  ġam  yolundan  yuxarı  ilk  örüĢ  yeri  "Taxtalar" 
sayılırdı.  Burada  və  burdan  yuxarıdakı  "Pambıqlı"  deyilən  yerdə  30-cu  illərdə 
eksperiment  kimi  bir  neçə  "taxta"  pambıq  əkilmiĢ,  nəticəsi  olaraq  isə  yuxarıda 
göstərilən adlar yaranmıĢdı. 
Taxtalardan örüĢ yeri iki istiqamətdə haçalanırdı: 
1).  Bazar  çay  sırası  ilə  kəndə  baxan  yal  -  "BənövĢəli  dərə", "Sarı  güney", 
"Çömçə yer", "Armudlu dərə", "Ġy itən". 
2).  Taxtalardan  yalın  Ġrmis  və  Bəhrülü  meĢələrinə  baxan  üzü    Təgəzür, 
Dövlət çedi. 
Kənd ətrafı örüĢ yerləri də  var idi ki, burada da əsasən, həmin məhəllənin 
qoyun-quzusu,  qazı-ördəyi,  toyuq-cücəsi  otlayırdı.  Bu  örüĢlər  qəbiristanlıqdan 
baĢlayaraq belə sıralanırdı: Qara qaya, Gur-gur, ġirvanəkən, Çadır daĢ, Ağ yastan, 
Ġlan qayası və Vəli qayası. 
Urud ta bina olandan çörəkli kənd olmuĢdur. Çörəyi daĢdan çıxsa da (kənd 
çox daĢlı  yerdə  olduğundan əkin  yerlərinin altı da, üstü də  daĢ idi və  adətən,  yer 
əkilməmiĢdən  əvvəl  onun  daĢının  arıtlanması  lazım  idi  ki,  bu  da  olduqca  ağır  və 
yorucu bir iĢ idi.), urudlular cütçülüyü, əkinçiliyi öz dədə-baba sənəti kimi həmiĢə 
qiymətləndirmiĢ və qoruyub saxlamıĢlar. 
"Bir  öküzlü  ilə  bir  oğullunun  ürəyində  yağ  olmaz",  "Öküz  öldü,  ortaq 
ayrıldı", "Əppək atdıq-it tutduq", "xıĢın kötüyə dirənsin", "təndir torpağı", "vəl"," 
xıĢ",  "kotan",  "cüt",  "samı",  "hodax"  və  s.  kimi  zərb-məsəllərin,  bədduaların, 
ifadələrin  və  sözlərin  urudluların  leksikonunda  çox  geniĢ  yayılması  və  genetik 
yaddaĢa  verilərək,  bu  gün  də  iĢlədilməsi  əkinçiliyin  bu  kəndin  taleyində  mühüm 
yer tutduğuna və böyük tarixi keçmiĢə malik olduğuna sübutdur. 
Əkin  sahələri  kimi  "AĢağı  və  Yuxarı  Meydanlar"  (qəbiristanlığın  üstü), 
"üçtəpələr",  "Bitli  bulaq",  "Güllü  yurdu"  yerləri  istifadə  olunurdu.  Burada  arpa, 
buğda, qismən xəĢə əkilirdi. 
Kəndin  əsas  məhəllələri  bunlar  idi:  "Vəli  qayası  məhləsi",  "ġor  bulaq 
məhləsi",  "Çökəklər  məhləsi",  "ġirvan  əkən  məhləsi",  "Təzə  məhlə",  "AĢağı 
məhlə", "Orta məhlə". 
1950-ci  illərdə  Urudda  yaĢayıĢ  evlərinin  sonuncu  nəsli-ikimərtəbəli  evlər 
tikilməyə baĢladı. 1988-ci ilin deportasiyasına qədər (tək-tük adamı çıxmaq Ģərtilə) 
Urudda demək olar ki, hamı elektrikləĢdirilmiĢ, telefonlaĢdırılmıĢ, kömür sobası və 

242 
 
ya  suisitmə  sistemi  ilə  qızdırılan,  isti-soyuq  su  sistemi,  ayrıca  mətbəxi,  hamamı, 
yardımçı təsərrüfat tikililəri olan ikimərtəbəli evlərdə yaĢayırdı. 
Urudda  hər  evin  yanında  böyük  bağ  və  bostan  sahəsi  var  idi,  hər  həyət 
qonĢu  həyətdən  və  yoldan  70-ci  illərə  qədər  yumru  daĢlardan  hörülmüĢ  enli 
divarlar  və  divarın  üstündəki  çəpərlə  ayrılardı.  70-ci  illərdən  baĢlayaraq,  daĢ 
hörgülü  divarlar  ensiz  beton  hasarlar  və  hasarın  üstündən  çəkilən  metal  torlarla 
əvəz edilmiĢdi. Hasarlar iri ikitaylı dəmir darvazalarla tamamlanırdı. 
1918-ci ilin avqustunda Urud camaatı Hacallıda yaylaqda idi (elə yaylaqda 
olmağı  bu  kəndi  böyük  qırğından  qurtarmıĢdı).  DaĢnakların  kəndi  dağıtması 
xəbərini  alan  yaylaq  əhli  Hacallıdan  "Qannıca"  yaylağına,  oradan  "Qara  göl"ə 
enərək Laçına gəldi. 
Qohum-qardaĢ  biri-birini  axtardı,  soraq  aldı,  soraq  verdi,  tapılan  tapıldı, 
tapılmayanın da günahı naqis zamanın axsaq ayağına yazıldı. 
"Dərd  gələndə  batmannan  gəlir"  -  deyiblər.  Çalbayırın  çölündə  təzəcə 
toxtayan qaçqın köçünü yeni bir bəla - TAUN yaxaladı. Ailələr ev-ev, çadır-çadır 
batdı.  Bir  neçə  həftənin  içində  yüzlərlə  adam  qırıldı,  meyitlərini  basdırmağa  yer 
tapmayan qaçqın camaat  kütləvi psixoz vəziyyətinə düĢdü, hər kəs baĢını  götürüb 
bir yana qaçdı. Camaatın bir hissəsi Laçının Zabıx kəndinə, bir hissəsi Qubadlının 
Mahmudlu kəndinə, bir hissəsi Zəngilanın Ağalı kəndinə, bir qalanı isə Cəbrayılın 
DaĢkəsən kəndinə pənah apardı və bu kəndlərdə 1922-23-cü illərədək yaĢadılar. 
Sovet  hökuməti  qurulduqdan  sonra  1922-23-cü  illərdə  vardan  -  yoxdan 
çıxmıĢ,  daĢnak  qırğınlarını  və  talanlarını  yaĢamıĢ,  qaçqınlığın,  vətənsizliyin 
zillətini  çəkmiĢ  Urud  camaatı  yavaĢ-yavaĢ  doğma  yurda  dönərək  gün-güzəranını 
qurmağa  baĢladı.  Əkinlər  yenidən  əkildi,  bağlar  təzələndi,  mal-qoyun  çoxalmağa 
baĢladı. 
Camaat təzəcə dirçəlməyə baĢlayırdı ki, kolxoz oyunu ortaya atıldı. Əvvəlcə 
yalnız könüllülük əsasında qurulmağı tövsiyə edilən bu yeni təsərrüfat formasının 
özülü  Urudda  1929  -  cu  ildə  qoyuldu,  kəndin  sayılıb-seçilən  kiĢilərindən  olan 
Ġskəndərov  Salman  Ġskəndər  oğlu  cəmi  7  üzvü  olan  Urud  kolxozunun  ilk  idarə 
heyətinin sədri seçildi. 
Kolxoz  kasıbların  ümidini  doğrultmadı,  bir  ildə  heç  bir  müvəffəqiyyət 
qazanmadı və 1930-cu ildə öz-özünə dağıldı. Ancaq Sovet hökuməti də tutduğunu 
buraxan  korlardan  deyildi  və  dovĢanı  araba  ilə  tuturdu.  Bir  ildən  sonra  daha 
mütərəqqi forma - Artel təĢkil olundu. 
Hökumətin maliyyə və təsərrüfat vasitələri ilə köməklik göstərdiyi artel ilk 
əvvəllər  müəyyən  uğurlar  qazandı  və  camaatın  əksəriyyəti  artelə  üzv  yazıldı. 
Gəncəliyev Məhəmmədəli Məhərrəm oğlu artelin sədri oldu. 
Ancaq Sovet hökuməti arteli tək təsərrüfatdan kolxoza keçid mərhələsi kimi 
nəzərdə  tutmuĢdu  və  1935-ci  ildə  artelə  verdiyi  kreditləri  yüksək  faizlə  geri 
istəməklə və artelin gəlirinə yüksək vergi qoymaqla artel üzvlərini "könüllü" ərizə 
yazıb kolxoza girməyə vadar etdilər. 

243 
 
Urudda  on  altıncı  əsrin  axırlarından  molla  məktəbi,  1905  -  ci  ildən  isə  4 
siniflik  rus-tatar  məktəbi  (Ģkol)  fəaliyyət  göstərmiĢdir.  Əsrin  əvvəllərində  çox  da 
böyük olmayan bir dağ kəndində dünyəvi təmayüllü rus-tatar məktəbinin açılması 
çox böyük bir uğur idi və Nəcəfdə Ali Ruhani təhsil almıĢ, elmi,  mədəni, ictimai 
proseslərdən  fəal  baĢ  açan  və  iĢtirak  edən  Urudlu  ziyalılar  Molla  Bağırın,  Molla 
Fətullahın,  Mirzə  Hüseynin,  Mirzə  Səmədin  öz  həmyerliləri  qarĢısında  misilsiz 
xidmətinin  nəticəsi  idi.  Bu  məktəb  1918-ci  ilə  qədər  fəaliyyət  göstərmiĢ,  onlarca 
Urudlu və ətraf kəndlərdən olan uĢağın təhsil almasına və sonrakı inkiĢafına güclü 
təkan vermiĢdir. 
Urudda  1925-ci  ildə  ilk  4  siniflik  sovet  məktəbi  açıldı.  Gəncəliyev 
Məhəmmədəli  Məhərrəm  oğlu  məktəbin  müdiri  təyin  edildi.  Məhərrəmov 
Nurməmməd,  Cəfərov  Bəhrəm,  ġahverənov  Yusifəli,  Hüseyn  müəllim,  onlardan 
bir az sonra Quliyeva Hafizə ilk kənd müəllimləri olaraq urudluların həm gündüz, 
həm  gecə  kurslarında  təhsil  alaraq  cəhalət  qaranlığından  ellikcə  çıxmaları  üçün 
əllərindən gələni etmiĢlər. Urudda ikinci dünya müharibəsindən sonra səkkiz illik, 
1978-ci ildə isə orta məktəb açılmıĢdır. 
Ötən əsrin axırları, bu əsrin iki onilliyində yaĢamıĢ və geniĢ ictimai - siyasi, 
maarifçi  fəaliyyəti  ilə  diqqəti  cəlb  edən  Urud  ziyalılarından  Molla  Fətullahın, 
Molla  Bağırın,  Molla  Səmih  bəyin,  Mirzə  Hüseynin,  Məmməd  Sadıq  Aranın 
(Mirzə Sadığın), Əbdülmanaf Hacıyevin adlarını çəkmək olar. 
Urud  kəndi  Azərbaycan  elminə  40-dan  çox  alim  vermiĢdir.  Azərbaycan 
Milli Elmlər Akademiyasının müxbir üzvləri Sabir Hacıyev, Vladimir Tahirov 
və Yaqub Yolçuyev Urud kəndindəndirlər. 
Onu da qeyd etmək yerinə düĢərdi ki, Ermənistan SSR tarixində yeganə KP 
MK  Siyasi  büro  üzvü,  Ermənistan  KP  MK-nın  ideologiya  üzrə  katibi,  Yerevan 
Ģəhər  Partiya  komitəsinin  birinci  katibi,  Azərbaycan  KP  MK-da  ideologiya 
Ģöbəsinin  müdiri,  Marksizm-Leninizm Ġnstitutunun direktoru iĢləmiĢ tarix elmləri 
doktoru Məmməd Salman oğlu Ġskəndərov Urud kəndində doğulub böyümüĢdür. 
1988-ci  ilə  qədər  Urudda 115  ev  var  idi  və  bu  evlərdə  1000-ə  qədər  adam 
yaĢayırdı.  Deportasiya  zamanı  bu  evlərin  bir  qismi  Bakıda,  Sumqayıtda  yaĢayan 
ermənilərin  evləri  ilə  dəyiĢdirildi,  bir  qismi  çox  ucuz  qiymətə  (5-6  min  rubl.) 
Sisyan ermənilərinə satıldı, bir hissəsi isə əvəzsiz olaraq yağıya qaldı. 
Böyük  Vətən  müharibəsində  Urud  kəndindən  55  nəfər  iĢtirak  etmiĢ, 
onlardan 30 nəfəri geriyə qayıtmamıĢdır. 
Qarabağ  uğrunda  gedən  döyüĢlərdə  qəhrəmanlıqlar  göstərib  Ģəhidlik 
zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanları Aqil Quliyev və Fəxrəddin 
Nəcəfov,  Ģəhid  oğullarımız  Ramin  Abdullayev,  Sərxan  Həsənov,  Vaqif 
Tahirov,  Cahangir  Kərimov,  Fariz  Gəncəliyev,  Vüqar  ġahverənov  Urud 
kəndinin yetirmələridirlər. 
 
 

244 
 
Vağudi kəndi 
 
Vağudi kəndi Sisyan rayonunun ən böyük kəndlərindən biridir. 1988-ci ildə 
kənddə 700 ev olmuĢ və 3500 adam yaĢamıĢdır. Bunlardan 1500 nəfəri ermənilər, 
2000 nəfəri isə azərbaycanlılar olmuĢlar. Vağudi kəndi rayon mərkəzindən 12 km 
cənub-Ģərqdə,  Ağudi,  Noravan  və  Urud  kəndlərinin  əhatəsində,  Bazarçay  çayının 
sol  sahilində,  çay  yatağından  bir  qədər  Ģimal  tərəfdə  yastı  təpəliyin  üzərində 
yerləĢir. 
Vağudi  sözünün  mənası  tam  dəqiqliyi  ilə  izah  olunmamıĢdır;  bəzi 
mənbələrdə  Vaqadeh,  bəzilərində  isə  Vaqatni,  yaxud  Vaqadi  Ģəklində  iĢlənən  bu 
terminə XIII - XIV əsrlərdən baĢlayaraq, Vaqudi Ģəklində rast gəlinir. Fikrimizcə, 
Urud  və  Ağudi  toponimləri  ilə  eyni  kökdən  olan  və  xalq  arasında  "Vağədi" 
Ģəklində tələffüz edilən Vağudi sözü də, "Ud" tayfalarının adı ilə bağlıdır. 1991-ci 
ildə ermənilər kəndin adını dəyiĢdirib Vaqxatin qoymuĢlar. 
Bazarçayın  sol  sahilində  Vağudi  kəndinə  məxsus  XIII  əsrə  aid  erməni 
kilsəsinin  burada  olması  heç  də  aborigen  əhalinin  ermənilərdən  ibarət  olduğunu 
sübut  edən  əlamət  deyildir.  Məsələ  burasındadır  ki,  Vağudi  kəndi  orta  əsrlərdə  3 
para  kənddən  (Dərəkənd,  AĢağı  Vağudi,  yaxud  Vağudi  Vəng  və  Yuxarı  Vağudi 
kəndləri)  ibarət  olmuĢdur.  Bu  kəndlərdən  yalnız  AĢağı  Vağudidə  ermənilər 
yaĢamıĢlar.  Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  XVIII-XIX  əsrə  aid  statistik 
məlumatlarda  Vağudi  kəndində  yalnız  azərbaycanlıların  yaĢadığı  qeyd  olunur. 
Kənddə  1873-cü  ildə  669  nəfər,  1886-cı  ildə  926  nəfər,  1897-ci  ildə  1286  nəfər 
azərbaycanlı əhalisi olmuĢdur (206, 182). 
Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin