Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə28/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

ġəhərcik kəndi 
 
Bölgənin  ən  qədim  azərbaycanlı  kəndlərindən  biridir.  Qafan  rayon 
mərkəzindən  7  km  Ģimalda  Oxçu  çayının  sol  sahilində  yerləĢmiĢdir.  Kənd  hər 
tərəfdən meĢələr, dağlar və yamyaĢıl bağlar ilə əhatə olunmuĢdur. 
Kəndin  yaxınlığındakı  qədim  qəbiristanda  aparılan  arxeoloji  qazıntılar 
buradakı  üçqat  qəbirlərin  3  min  ildən  çox  tarixi  olduğunu  göstərmiĢdir.  Qafan 
Ģəhərinin  və  qədim  Qır  (Qız)  qalasının  bilavasitə  yaxınlığında  yerləĢən  ġəhərcik 
çox  qədim  zamanlardan  bölgənin  inzibati,  mədəni  və  ticarət  mərkəzi  kimi 
tanınmıĢdır.  ġəhərcik  kəndinin  yaxınlığındakı  qədim  kilsənin  913-cü  ildə  Alban 
hökmdarı Senekərimin qızı ġahan Duxt tərəfindən tikilməsi və bu  hadisənin kilsə 
divarında həkk edilərək, indiki günlərimizə qədər gəlib çatması faktı da, ġəhərciyin 
Qafqaz Albaniyasının əhəmiyyətli yaĢayıĢ məntəqələrindən biri olduğunu göstərir. 
ġəhərcik kəndində Bəndər padĢahın qəbri deyilən ziyarətgah və 7 böyük Dağdağan 
ağacının  ətrafındakı  qədim  pir  hələ  atəĢpərəstlik  dövründə  bu  yerlərdə  insanların 
məskunlaĢdığını göstərən dəlillərdir. 
1905 və 1918-ci illərdə bölgənin bütün azərbaycanlı kəndləri kimi ġəhərcik 
kəndi də  daĢnak ideologiyasının təsiri altında  quduzlaĢmıĢ ermənilərin hücumuna 
məruz  qalmıĢ,  kənd  dağıdılmıĢdır.  1918-ci  ildə  Andronikin  və  Nijdenin  quldur 
dəstələrinin hücumlarını ġəhərciyin 140 nəfərlik könüllü dəstəsi uzun müddət dəf 
etmiĢ,  kənd  camaatı  Qır  qalasına  sığınaraq,  orada  səngər  qurmuĢ  və  kəndlərini 
noyabrın  sonlarına  qədər  mərdliklə  müdafiə  etmiĢlər.  1918-ci  ilin  dekabrında 
erməni  toplarının  yaylım  atəĢlərindən  Qır  qalası  dağıdılmıĢ,  kənd  camaatı 
Zəngəzurun  qarlı  dağ  aĢırımlarından  keçərək,  Naxçıvanın  Əylis,  Dırnıs  və  Yaycı 
kəndlərinə pənah aparmıĢlar. 
1921-22-ci  illərdə  camaatın  bir  hissəsi  yenidən  ġəhərciyə  qayıdaraq  kəndi 
bərpa  etmiĢlər.  Rayonda  ilk  dünyəvi  azərbaycanlı  məktəbi  1923-cü  ildə  məhz 
ġəhərcikdə  öz  dövrünün  tanınmıĢ  ziyalısı,  əməkdar  müəllim  Cəlal  Zeynalov 
tərəfindən açılmıĢdır. Bu məktəb 1937-ci ildə orta məktəbə çevrilmiĢdir. 
1931-ci ildə ġəhərcikdə kolxoz təĢkil edilmiĢ və bu kolxoz 1960-cı ilə qədər 
fəaliyyət göstərmiĢdir. Bu dövrdə ġəhərcikdə 200-dən artıq ev olmuĢ, mindən çox 
əhali  yaĢamıĢdır.  Böyük  Vətən  Müharibəsində  ġəhərcik  camaatından  86  nəfər 
iĢtirak etmiĢ, onlardan 31 nəfəri geriyə qayıtmamıĢdır. 
1960-cı  ildə  ġəhərcik  kəndi  ləğv  edilmiĢ,  Qafan  Ģəhərinin  qəsəbəsinə 
çevrilmiĢdir.  1988-ci  ilin  noyabrında  isə  Qərbi  Azərbaycanın  bütün  aborigen 
əhalisi  kimi,  ġəhərcik  camaatı  da  öz  ata-baba  torpaqlarından  deportasiya 
olunmuĢlar. 
ġəhərcik  oğulları  Azərbaycanın  ərazi  bütövlüyünün  təmin  edilməsində 
mərdliklə  mübarizə  aparmıĢ  və  6  nəfər  Ģəhid  vermiĢdir.  Qarabağ  torpaqlarının 
azadlığı uğrunda Ģəhidlik zirvəsinə ucalmıĢ, ġəhərciyin mərd oğulları - Ġbadov 
ġirzad CavanĢir oğlu, Bayramov Ġlyas Ġsa oğlu, Abbasov Müzəffər Oruc oğlu, 

217 
 
Muradov Sabir Yaqub oğlu, Mehdiyev Nurəddin Bəxtiyar oğlu, Nəbiyev Ġqor 
ġəkər oğlu artıq bütün Azərbaycanın övladlarına çevrilmiĢlər. 
ġəhərcik  kəndinin  toponimləri:  Arpa  zəmisi,  Qır  qalası,  Qızıl  daĢ, 
Ağdərə, Almalıq, Buzxana, Vənət, Bozlu dərə, Yal yurd, Nəcəf yeri, Göyrum, Pir 
dərəsi,  Xusdub,  Sulu  dərə,  Pir  Həmzə,  Kəsik  daĢ,  Kərəm  çeĢməsi,  Qurd  qayası, 
Gəncəbuta bulağı və s (68, 10). 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Zəngəzurun  tanınmıĢ  ağsaqqalı,  Əməkdar  jurnalist  Abdulla  Ġbrahimova 
təĢəkkürümüzü bildiririk - müəll.). 
 
Yuxarı Girətağ kəndi 
 
Qafan  rayonunun  mərkəzindən  15  km  Ģimal-Ģərqdə  BərguĢad  dağ 
silsiləsinin  ətəklərində,  Çəməndağı,  Çıraq  obalı,  Buru  dəyə  dağlarının  arasında 
AĢağı Girətağ kəndindən 3 km məsafədə yerləĢir. 
Girətağ sözünün mənasını izah edən, əslən bu kənddən olan tədqiqatçı alim 
RəĢid  Təhməzoğlu  ara  dağ,  dağ  arası  kənd  mənasını  verən  farsca  "gilətağ" 
sözündən yarandığını bildirir. 
Girətağ kəndinin qədim yaĢayıĢ məskəni olmasını sübut edən kənd ətrafında 
xeyli  sayda  maddi  mədəniyyət  abidələri  vardır.  Son  dövrə  qədər  qalmıĢ  qədim 
Alban  kilsəsinin  qalıqları,  "Bərə  pir"  adlı  ziyarətgah,  Girətağ  -  Tatev  yolunun 
üstündə,  Körpü  çayı  deyilən  yerdəki  qədim  məzarlıqdakı  Alban  qəbirləri  kəndin 
Ģərqində yerləĢən məzarlıqdakı yerli sakinlərin "Bel daĢı" adlandırdıqları qəbirüstü 
daĢ  abidə  burada  insanların  çox  qədimdən  məskunlaĢdığını  göstərir.  "Bel  daĢı" 
sənduqəsinin  üzərində  yonulmuĢ  ox,  qalxan,  öküz,  əlində  nizə  vəhĢi  heyvanı 
ovlayan atlı təsvirləri və bu təsvirlərin fonunda heç bir yazının olmaması daĢ 
abidənin yazıdan əvvəlki mədəniyyət dövrünə aid olduğunu göstərir. 
Girətağ  -  Tatev  yolunun  üstündə  I  ġah  Abbasın  dövründə  tikilmiĢ 
karvansaranın  qalıqları,  "Təkevli  və  Təzəxan"  adlanan  yerdəki  yolçu  damları 
orta əsr müsəlman dövrünün maddi mədəniyyət abidələri kimi əhəmiyyət daĢıyırdı. 
Girətağ  kəndində  1886-cı  ildə  537  nəfər,  1897-ci  ildə  328  nəfər,  1926-cı 
ildə 225 nəfər, 1939-cu ildə 359 nəfər, 1959-cu ildə 310 nəfər, 1979-cu ildə isə 120 
nəfər azərbaycanlı yaĢamıĢdır. 
Girətağ kəndi həm 1905-ci ildə, həm də 1918-ci ildə ermənilərin təcavüzünə 
məruz qalmıĢdır. 1918-ci il hadisələri zamanı Girətağ kəndində daĢnakların baĢçısı 
polkovnik  Mukiç  öldürülmüĢdür.  BaĢçılarının  intiqamını  almaq  məqsədilə 
daĢnaklar  öz  qüvvələrini  yenidən  təĢkil  edərək,  noyabr  ayında  Girətağ  kəndinə  3 
tərəfdən  hücuma  keçmiĢ,  kəndi  dağıtmıĢ,  əhalinin  bir  hissəsini  qətlə  yetirmiĢlər. 
Kənd  sakinləri  Quru  dəyə,  Kiçik  kaha,  Damlar  yalı,  Haça  qaya  istiqaməti  ilə 
qaçaraq Gığı dərəsi kəndlərini adlayıb, min bir əzab əziyyətlə Culfaya, oradan isə 
Arazı  keçərək, o tay Culfasına  pənah aparmıĢlar.  Lakin, Ģah qoĢunları bu binəsib 

218 
 
insanlara  rəhm  etməyərək,  onları  silah  gücünə,  yenidən  geriyə  qaytarmıĢlar. 
Yollarda  aclıqdan,  soyuqdan  və  xəstəlikdən  çoxlu  sayda  itki  verən  girətağlılar 
Yuxarı Əylis kəndinə və Zəngilan bölgəsinə səpələnmiĢlər. 
1921-ci  ilin  yazında  150  evlik  Girətağ  camaatından  50  ailə  yenidən  öz 
kəndlərinə  dönmüĢlər.  Yuxarı  Girətağ  kəndində  1924-cü  ildə  ibtidai  məktəb 
açılmıĢ,  1927-ci  ildə  isə  bu  məktəb  7  illik  məktəbə  çevrilmiĢdir.  Onu  da  qeyd 
etmək lazımdır ki, Girətağ məktəbi Qafan rayonunda ilk azərbaycanlı məktəbi idi. 
Yuxarı  Girətağda  1930-cu  ildə  kolxoz  qurulmuĢ,  1950-ci  ildə  isə  AĢağı  Girətağ 
kolxozuna birləĢdirilmiĢ, daha sonra isə sovxoza çevrilmiĢdir. 
Ġkinci  Dünya  Müharibəsində  Yuxarı  Girətağ  kəndindən  41  nəfər  iĢtirak 
etmiĢ, onlardan 25 nəfəri geriyə qayıtmamıĢdır. 
50-ci  illərdən  sonra  Girətağ  kəndinin  tənəzzülü  baĢlamıĢ,  kənd  əhalisi 
tədriclə  köçərək,  Bakı  və  Sumqayıt  Ģəhərlərində  məskunlaĢmıĢlar.  1988-ci  ildə 
kənddə cəmi 15 ailə qalmıĢdı. Həmin ilin dekabrın 12-də Girətağ kəndi tamamilə 
boĢaldıldı,  kənd  sakinlərinə  nə  ev  əĢyalarını  götürmək,  nə  də  evlərini  dəyiĢmək 
mümkün olmadı. 
Hal hazırda Girətağ camaatı Bakı və Sumqayıt Ģəhərlərində,  AbĢeron 
rayonunun  Xırdalan  və  Mehdiabad  qəsəbələrində,  Sulu  təpə  və  Məmmədli 
kəndlərində məskunlaĢmıĢlar. 
Girətağ  kəndindən  çıxmıĢ,  tanınmıĢ  partiya,  dövlət,  elm  xadimləri  və 
hərbçilərdən  RəĢid  Bünyadovun,  Bilal  Kərimovun,  Əlipənah  Rzayevin,  Mənzilə 
Rzayevanın,  Ermənistan  SSR  Ali  Sovetinin  deputatları  Fatma  Əzizovanın, 
Mənsimə  Cəfərovanın,  Azərbaycan  Ali  Sovetinin  deputatları,  Bilal  Kərimovun, 
Eldar Abbasovun, General-mayor Teymur Bünyadovun adlarını qeyd etmək yerinə 
düĢərdi. 
Qarabağ  müharibəsində  Ģəhid  olmuĢ,  rota  komandiri  leytenant  Bəbirov 
Mədət Ġsa oğlu Girətağ kəndindəndir (48, 12). 
(Kənd haqqında məlumatların toplanmasında göstərdiyi köməyə görə RəĢid 
Təhməzoğluna təĢəkkürümüzü bildiririk - müəll.). 
 
SĠSYAN RAYONU 
 
Zəngəzurun  ərazisinin  (4505.0  km
2
)  üçdə  bir  hissəsindən  çoxu  Sisyan 
rayonunun  payına  düĢür.  Sisyan  rayonu    Qərbi  Azərbaycan  torpaqlarında 
yaradılmıĢ, indi Ermənistan Respublikası deyilən ölkənin ərazicə ən böyük rayonu 
olmaqla, sahəsi 1719 km
2
  təĢkil  edir.  Sisyan  rayonu  cənub-Ģərqdən  Gorus  rayonu 
ilə,  cənubdan  Qafan  rayonu  ilə,  Ģimal-qərbdən  Dərələyəzlə  (indi  ermənilər  adını 
Vayk  qoyublar)  və  Naxçıvan  MR  ilə  həmsərhəddir.  Zəngəzur  və  BərguĢad 
silsilələri  arasında  yerləĢən  Sisyan  rayonunun  yaĢayıĢ  məntəqələri  dəniz 
səviyyəsindən 1400-2300  m. hündürlükdə yerləĢir.  Rayonun ən  yüksək nöqtəsi 
dəniz səviyyəsindən 3552 m. hündürlükdə yerləĢən ĠĢıqlı zirvəsidir. 

219 
 
Zəngəzurun  ən  bol  sulu  çayı  olan  Bazarçay  öz  uzunluğunun  1/3-dən 
çoxunu  Sisyan  rayonunun  ərazisindən  keçirir.  Bazarçay  öz  axarı  boyunca  dar 
dərələrdən  terras  Ģəkilli  landĢaft  uzunu  axaraq  müxtəlif  yerlərdə  Ģəlalələr  əmələ 
gətirir. Zaqafqaziyanın ən gözəl Ģəlalələrindən biri, 18 metr hündürlükdən tökülən 
ġəki  Ģəlaləsi  də  Bazarçayın  üzərində  ġəki  kəndinin  yaxınlığında  yerləĢir  (200, 
474). 
Sisyan  rayonunda  havanın  orta  illik  temperaturu  6°C,  yanvarda  -4,  -12, 
iyulda +8, +17°C təĢkil edir. 
 
Qısa tarixi oçerk 
 
Sisyan rayonu Qafqazda ən qədim yaĢayıĢ məskənlərindən biridir.  Qafqaz 
Albaniyasının  Sisakan  mahalı  və  müxtəlif  vaxtlarda  yarımmüstəqil  knyazlıqlar 
kimi mövcud olmuĢ Sünik vilayətinin paytaxtlarından biri də Sisyan rayonundakı 
ġalat  qəsəbəsi  olmuĢdur.  Sisyan  adı  yazılı  mənbələrdə  ilk  dəfə  Moisey 
Kalankatuklunun  "Alban  tarixi"  əsərində  (88,  III  kitab  XVI  fəsil)  çəkilir.  Bu  ad 
ərəb, fars mənbələrində Sisəcan, Sisiyan, Sisakan Ģəklində çəkilmiĢdir. Toponim 
ilk  dəfə  "Sisian"  formasında  XIV  əsrdə  Kirakos  Qanzaketsinin  "Tarix"ində  (26, 
224) iĢlədilmiĢdir. 
Sisyana, eləcə də bütövlükdə Kür-Araz arasına sakların gəliĢi bizim eradan 
öncə  VII  əsrdə  baĢlamıĢdır.  Əslində  "Sisyan"  sözü  "Sisakan"  sözünün  təhrif 
edilmiĢ formasından baĢqa bir Ģey deyildir. 
Məhz  bu  yerlərdə  yaĢayıĢ  məskənlərinin  salınması,  əksər  tayfa  və 
törəmələrin formalaĢması sakların gəliĢi ilə bağlı olmuĢdur. Saklar  ən böyük türk 
tayfalarından  olub,  eradan  öncə  IV-III  minilliklərdə,  Tibet  ətrafından,  Çinin 
Ģimalından  qoparaq  Volqa  çayı  boyunca  səpələnərək,  Qazaxıstana,  Krıma,  Qara 
dəniz sahillərinə, eradan öncə I minillikdə isə Qafqaza yayılmıĢlar. Ümumiyyətlə, 
saqalar (saklar) Xəzər dənizindən Altay dağlarına, Əfqanıstandan Sibir tayqalarına 
qədər yayılmıĢ (55, 77) böyük bir tayfa olmuĢlar. 
Çin  qaynaqlarında  sakların  Syunnu  boylarının  adı  çəkilir.  Çox  güman  ki, 
Sisyan  mahalının  da  daxil  olduğu,  Göyçə  gölündən  Qarabağa  qədər  böyük  bir 
ərazini  əhatə  edən  Sünik  vilayətinin  adı  da  bu  tayfanın  adı  ilə  bağlı  olmuĢdur. 
Sakların  5  böyük  tayfasından  (Sisaklar,  Ərsaklar,  Skitinlər  -  Ġskitlər,  Pasianlar, 
Gökərlər) birinin Si sakları, digərinin isə Ər sakları olması və onların bir arealda, 
qonĢu  ərazilərdə,  indiki  Zəngəzur  (Sisakan)  və  Qarabağ  (Arsak)  torpaqlarında 
məskunlaĢması da bizim ulu babalarımızın Sak tayfası ilə bağlılığına Ģəhadət verən 
tutarlı tarixi faktlardır (95, 63). 
Sisyan rayonunda tarixi eradan öncəki II-III minilliyə gedib çıxan qayaüstü 
rəsmlərin  bir  çox  göstəriciləri  ilə  Krım  və  Qazaxıstan  kurqanlarında  tapılan 
rəsmlərə, Qobustan və Gəmiqaya abidələrinə oxĢaması, həmin rəsmlərdəki maral, 

220 
 
at,  dəmir  ucluqlu  ox,  kaman,  ov  səhnələrinin  təsvirləri  bu  ərazilərin  aborigen 
əhalisinin məhz türkdilli tayfalar, o cümlədən, saklar olduğunu göstərir. 
Sisyan tarixin qədim dövrlərində Sünik vilayətinin tərkib hissəsi olaraq, ya 
müstəqil knyazlıq Ģəklində, ya da Albaniyanın tərkibində idarə olunmuĢdur. 
Tarixi  mənbələrdə  xristianlığın  Qafqazda  erkən  təĢəkkül  tapdığı  qədim 
yaĢayıĢ  məntəqələrindən  biri  kimi,  Sisyanın  ġalat  və  Əngələvid  kəndlərinin  adı 
çəkilir. 
Ġstər  orta  əsr,  istərsə  də  son  dövr  erməni  tarixĢünaslığında  Sünikin 
(Sisakanın) "böyük Ermənistanın" Ģərq vilayəti adlandırılması erməni tarixçilərinin 
uydurmalarından  baĢqa  bir  Ģey  deyildir.  Məsələ  burasındadır  ki,  X  əsrə  qədər 
Sisakanda,  eləcə  də  Zəngəzurda  bir  nəfər  də  erməni  olmamıĢdır.  Buranın  əhalisi 
xristian və bütpərəst albanlar və prototürklər - saklar və kimmerlər olmuĢlar. VIII 
əsr  erməni tarixçisi  Stefan Sünikski qeyd edirdi  ki,  "onun zamanında Sünikdə 
və Arsakda sünik və arsak dilində danışırdılar" (146, 106). 
Diqqət yetirin: erməni dilində yox, sünik və arsak dilində (özü də bu sözləri 
erməni  tarixçisi  söyləyir)!  Sünik  dili  sisaklarının,  arsak  dili  ərsaklarının  dili 
deyilmi?  BaĢqa  bir  tarixi  mənbədə  (25,  28;29)  isə  deyilir:  "571-ci  ildə  Sünik 
hakimi  üsyan  edərək  ermənilərdən  ayrıldı  və  Ġran  Ģahı  Xosrovdan  xahiĢ  etdi  ki, 
Sünik  torpağının  arxivini  Dvindən  Bərdə  Ģəhərinə  köçürsün,  onun  ölkəsinin 
sərhədini  Azərbaycana  daxil  etsin  və  ermənilərin  adları  onların  üstündən 
götürülsün. ġahın əmri yerinə yetirildi". 
Bu  nə  deməkdir?  Necə  yəni  ermənilərin  adı  süniklilərin  üstündən 
götürülsün,  necə  yəni  süniklilər  üsyan  edib  ermənilərdən  ayrıldılar.  Bu  sualların 
izahı çox sadədir. Yəni Sünik əhalisi erməni deyildi və üsyan edərək ermənilərdən 
ayrılmıĢdır.  Görünür,  Sünik  nə  vaxtsa  zorla  ermənilərin  hakimiyyəti  altına 
keçirilibmiĢ  ki,  indi  onlar  üsyan  edərək  ayrılıb  və  Ģahdan  Azərbaycanın  tərkibinə 
qatılmağı xahiĢ etmiĢlər. 
Sisyan  rayonunun  ərazisi  erkən  orta  əsrlərdən  baĢlayaraq  müxtəlif 
müharibələrin  və  mübarizələrin  mərkəzində  olmuĢdur.  Ərəb  xilafətinin  Qafqazda 
üzləĢdiyi  ən  güclü  müqavimət  hərəkatından  biri  də  Sisyan  rayonu  ilə  bağlıdır. 
Babəkin  son  döyüĢlərinin  aparıldığı  Urud  qalası  və  Babəkin  tutularaq  xilafətə 
təhvil verildiyi ġəki qalası da Sisyan rayonunun ərazisindədir. 
Sisyan  rayonu  da  bütün  Zəngəzur  kimi,  əvvəl  Səlcuq  türklərinin,  sonra 
Moğol-tatarların (yeri gəlmiĢkən böyük türk sərkərdəsi Çingiz xanın da sakların 
Qara-tatar  qoluna  aid  olduğu  söylənilir)  daha  sonra  Qaraqoyunlu  və 
Ağqoyunluların hakimiyyəti altında olmuĢdur. 
Sisyanın  sonrakı  tarixi  də  bir  neçə  yüz  il  türk  hökmranlığı  (Əmir 
Teymur, Səfəvilər, Osmanlı imperiyası, Nadir Ģah, Qarabağ xanlığı) ilə bağlı 
olmuĢdur. Bu dövrdə Sisyan rayonunun ayrı-ayrı kəndləri qala-Ģəhər tipli yaĢayıĢ 
və  inzibati  mərkəzlər  kimi  formalaĢmıĢdır.  Bu  inzibati  mərkəzlərdə  ya 
azərbaycanlılar, yaxud da islamı qəbul etmiĢ Orbelian, Məlik Safraz, Məlik Bağır 

221 
 
və  s  kimi  alban,  gürcü  və  ya  erməni  mənĢəli  feodallar  və  onların  nəsilləri 
hakimiyyətdə olmuĢlar. 
1813-cü  ildə  Rusiya  və  Ġran  arasında  bağlanmıĢ  Gülüstan  müqaviləsindən 
sonra  Sisyan  rayonu  Rusiyanın  tabeçiliyinə  keçmiĢdir.  1828-30-cu  illərdə  Ġranın 
Xoy,  Salmas,  Ərdəbil  və  s.  əyalətlərindən  xeyli  sayda  erməni  ailələri  köçürülüb, 
Sisyan rayonunun müxtəlif kəndlərinə yerləĢdirilmiĢdir. 
1877-ci ildə Rusiyadan köçürülmüĢ yüzə yaxın malokan (duxaborlar) ailəsi 
Sisyan rayonunun Bazarçay və Borisovka kəndlərinə yerləĢdirilmiĢdir. 
Sisyan  rayonunda  XX  əsrin  əvvəllərində  76  yaĢayıĢ  məntəqəsi 
olmuĢdur  ki,  onların  58-də  azərbaycanlılar  yaĢamıĢdır.  1886-cı  ildə  Sisyan 
rayonunda yaĢayan əhalinin 13145 nəfəri erməni, 8642 nəfəri isə azərbaycanlı 
olmuĢdur,  baĢqa  sözlə,  azərbaycanlılar  əhalinin  40%-ə  qədərini  təĢkil 
etmiĢlər. 
1918-ci  ildə  Andronik  Ozanyanın  talançı  dəstəsi  Sisyan  rayonunun 
azərbaycanlı  kəndlərində  daĢı-daĢ  üstə  qoymamıĢdır.  DaĢnak  quldurları 
azərbaycanlı kəndlərinin demək olar ki, hamısını yandırıb dağıtmıĢlar. O dövrdə bu 
rayonda  yaĢayan  12  min  azərbaycanlıdan  5  minə  yaxını  qətlə  yetirilmiĢ,  yaxud 
deportasiya zamanı aclıqdan, soyuqdan və yoluxucu xəstəliklərdən tələf olmuĢdur. 
Sisyan  rayonunun  deportasiya  olunmuĢ  azərbaycanlılarının  yalnız  kiçik  bir  qismi 
(2800  nəfər)  1921-ci  ildən  baĢlayaraq,  öz  ata-baba  yurdlarına  qayıtsalar  da, 
deportasiyaya  və  soyqırıma  məruz  qalan  insanların  böyük  əksəriyyəti  geriyə 
dönməmiĢ, Naxçıvan, Laçın, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam, Bərdə, Tərtər və s. 
rayonlarda məskunlaĢmıĢlar. 
Sovet  hakimiyyəti  illərində  rayonun  bir  sıra  azərbaycanlı  kəndləri 
(Ağkənd,  ġam,  Vağudi,  Dərəkənd,  ġəki,  Qalacıq,  Qıvraq,  Dəstəgert,  ƏliĢar, 
Əlili, Püsək) ya ləğv edilmiĢ, yaxud erməniləĢdirilmiĢ, ya da qarıĢıq kəndlərə 
çevrilmiĢdir. Bu dövr ərzində Sisyan rayonunda 14 yaĢayıĢ məntəqəsinin adı 
erməniləĢdirilmiĢdir. 
1988-ci  il  qaçqınlığına  qədər  Sisyan  rayonunun  38  yaĢayıĢ  məntəqəsindən 
yalnız  11-də  azərbaycanlılar  yaĢayırdı  (Urud,  Vağədi,  Ağdü,  Qızılcıq,  ġəki, 
Dəstəgird,  QızılĢəfəq  (ġıxlar),  Ərəfsə,  Comərdli,  Sofulu,  Murxuz).  Sisyan 
rayonunun  əhalisinin  35%-ni  təĢkil  edən  azərbaycanlılar  1988-ci  ilin  sonlarında 
axırıncı nəfərinə kimi deportasiya olunaraq, əsasən Bakı və Sumqayıt Ģəhərlərində 
məskunlaĢdılar. 
 
 
 
 
 

222 
 
Sisyan rayonunda 1988-ci ilə qədər mövcud olmuĢ azərbaycanlı 
 
KƏNDLƏRĠ 
 
Ağudi kəndi 
 
Sisyan rayonunun ən böyük azərbaycanlı kəndidir. Sisyan Ģəhərindən 5 km 
cənub-Ģərqdə  Bazarçay  (Vorotan)  çayının  sol  sahilində  Uz,  Noravan  və  Vağudi 
kəndlərinin əhatəsində yerləĢir. 
Kəndin  adının  mənası  barədə  müxtəlif  versiyalar  olsa  da,  dəqiq  məlumat 
yoxdur.  Bu  da  kəndin  çox  qədimdən  bina  olması  ilə  əlaqədardır.  Çox  güman  ki, 
kəndin  adı  ilk  vaxtlar  "AğUD"  Ģəklində  olmuĢdur.  Kəndin  yaxınlığındakı 
VağUDi  və  UrUD  kəndlərinin  adındakı  "ud"  topomorfantının  olması  çox  güman 
ki,  hələ  eranın  əvvəllərində  bu  yerlərdə  məskunlaĢmıĢ  ud  tayfalarının adları  ilə 
bağlıdır.  Mərhum  akademik  Ziya  Bünyadov  deyirdi  ki,  Zəngəzurun  qədim 
tarixinin açarını Ağud-Vağud-Urud üçbucağında axtarmaq lazımdır. 
Kəndin adının "Ağ düz" "Böyük düz" anlamında izahı fikrimizcə, xalq 
etimologiyasından  baĢqa  bir  Ģey    deyildir.  Sisyan  azərbaycanlıları  kəndin  adını 
"Ağdü" Ģəklində tələffüz edirlər. 
Hal-hazırda  ermənilər  bu  kəndin  adını  Aqxitu  qoymuĢlar.  Ağudi  camaatı 
tarixən  heyvandarlıqla,  quĢçuluqla,  meyvə-tərəvəzçiliklə,  habelə  tütünçülüklə 
məĢğul olmuĢlar. 
Kəndin  qədim  tarixini  sübut  edən  onlarla  abidə  (yaxud  onun  qalıqları)  - 
qədim  Alban  qəbiristanlığının  və  kilsəsinin  qalıqları  (maraqlıdır  ki,  bu  yerə 
Anabat  ("ana  beyit"  sözü  qədim  Sibir  türklərində  qəbiristanlıq  mənasındadır)), 
tağlı  körpü,  qala  yeri,  alban  memarlıq  mədəniyyətinə  məxsus  məĢhur  "Ağudi 
qəbirüstü abidəsi" və s. vardır. 
Təəssüflə qeyd etməliyik ki, Zəngəzurun bütün azərbaycanlı kəndləri kimi, 
Ağudidə  də  1918-ci  ildə  müsəlman  qətliamını  törədən  quldur  Andronikin  daĢnak 
dəstələri misli görünməmiĢ vəhĢiliklər törətmiĢ və bu zaman Ağudi məscidini yerlə 
yeksan etmiĢlər. 
Ağudi  kəndinin  bulaqları,  örüĢ  və  əkin  yerləri,  kəndin  ətrafındakı  dağlar, 
dərələr və s. adları təmiz Azərbaycan türkcəsindədir (Yeddi novlu bulaq, Yamac 
bulağı,  Naxır  bulağı,  Top  söyüd  bulağı,  Göl  yeri,  Ağ  düz,  Göyərçinli, 
NiyazdüĢən, Mir Əhməd, BeĢ günlük, Qırmızı çınqıl, Qaranlıq kaha, Mikayıl 
əkən, Pərxan dərəsi, ĠĢıqlı dağı, Qızıl boğaz, Arpa təpəsi, Buğda təpəsi, Qarnı 
yarıq,  Qızıl  qaya,  Çürük  qaya,  Qız-oğlan  qayası,  Mal  daĢ,  Dəvəboynu, 
Dəyirman burnu və s.). 
Ağudi kəndində 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 
903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1914-cü ildə 1070 nəfər, 1922-ci ildə 298 nəfər, 

223 
 
1931-ci  ildə  496  nəfər,  1970-ci  ildə  1222  nəfər,  1988-ci  ildə  2000  nəfər 
azərbaycanlı əhali yaĢamıĢdır. 
Ağudi kəndi bölgədə  öz  qoçaq, vurub-tutan, igid insanları ilə ad çıxarmıĢ, 
ermənilərin  qarĢısında  həmiĢə  mərd-mərdanə  dayanmıĢdır.  1905-06-cı  illərdə 
Sisyan  rayonunda  gedən  erməni-müsəlman  davaları  zamanı  Ağudi  camaatı  əsl 
qəhrəmanlıq  göstərmiĢdir.  Erməni  daĢnaklarının  baĢçısı  Stepan  Stepanyanı  məhz 
Ağudi kəndində el qəhrəmanı Eyvaz kiĢi boğazına ĢiĢ soxaraq öldürmüĢdür.  
Ağudi camaatı 1918-ci ildə də daĢnaklara qarĢı mərdliklə mübarizə aparmıĢ, 
lakin  qeyri-bərabər  döyüĢdə  1918-ci  ilin  sentyabrında  Andronikin  quldur  dəstəsi 
kəndi  yandırmıĢ,  300-dən  çox  azərbaycanlını  qətlə  yetirmiĢ,  salamat  qalanlar  isə 
Kilsəli aĢırımını aĢaraq, Minkənd-Molla Əhmədli yolu ilə Laçın rayonuna, oradan 
isə  ġuĢa,  Ağdam,  Bərdə  rayonlarına,  Qubadlı  yolu  ilə  Qubadlı,  Cəbrayıl,  Füzuli, 
Beyləqan,  ĠmiĢli,  Saatlı,  Sabirabad  rayonlarına  gəlib  çıxmıĢlar.  BeĢ  ilə  qədər 
qaçqınlıq  həyatı  yaĢayan  bu  insanlar  yalnız  1922-ci  ildə  tədricən  öz  doğma 
ocaqlarına qayıtmıĢlar. 
Ağudi  kəndində  1931-ci  ildə  kolxoz  təĢkil  edilmiĢ,  Yedigar  kiĢi  kolxozun 
ilk sədri olmuĢdur. Ağudi kolxozu ermənilərin apardığı antiazərbaycan siyasətinin 
qurbanı  olaraq,  1971-ci  ildə  özündən  iki  dəfə  kiçik  erməni  kəndi  olan  Noravan 
kolxozuna birləĢdirilmiĢdir. 
Ağudidə  ilk  tədris  ocağı  1900-cü  ildə  4  sinifli  molla  məktəbi  Ģəklində 
açılmıĢdır. Sovet hökumətinin ilk illərində Ağudi kəndində ibtidai məktəb, 1937-ci 
ildə 8 illik məktəb, müharibədən (1941-1945) sonra isə orta məktəb açılmıĢdır. 
Ağudi  kəndi  öz  ziyalıları  ilə  məĢhur  bir  azərbaycanlı  kəndi  kimi  bölgədə 
tanınmıĢdır. Azərbaycanın xalq yazıçısı Əli Vəliyev, xalq Ģairi Məmməd Araz, 
akademik  Həsən  Əhmədov,  general-mayor  Ədil  Məhərrəmov  öz  soy  kökləri 
ilə Ağudi torpağına bağlı olan Azərbaycanın görkəmli insanlarıdırlar. 
1988-ci  ilə  qədər  Ağudi  kəndində  müasir  üslubda  tikilmiĢ,  300  yerlik 
mədəniyyət evi, 700 Ģagirdin təhsil aldığı, dövrün tələblərinə cavab verən  məktəb 
binası,  kitabxana,  iki  mağaza,  bir  bufet,  tibb  məntəqəsi  və  elektrik  dəyirmanı  var 
idi. 
1988-ci ilin dekabrında bütün Zəngəzur camaatı kimi Ağudi kəndinin 2000 
nəfər  əhalisi  son  nəfərinədək  öz  doğma  yurdlarını  tərk  etməyə  məcbur  olaraq 
Azərbaycana  gəlmiĢ,  Bakı,  Sumqayıt,  Naxçıvan,  DaĢkəsən  və  s.  rayonlarda 
məskunlaĢmıĢlar.  Ağudi  camaatının  bütün  mülkiyyəti,  əmlakı  və  ev  əĢyaları 
əllərindən alınmıĢ, 70-dən çox ev ermənilər tərəfindən zəbt edilmiĢdir. 
Qarabağ  uğrunda  gedən  döyüĢlərdə  50-dən  çox  ağudili  gənc  erməni 
qəsbkarlarına  qarĢı  vuruĢmuĢ,  onlardan  9  nəfəri  Ģəhid  olmuĢdur:  Zülfəliyev 
Hicran  ƏliĢ  oğlu,  Quliyev  Qulu  Əyyub  oğlu,  Cəfərov  Babək  Tapdıq  oğlu, 
Məmmədov Razim Bədəl oğlu, Məmmədov Altay Amanxan oğlu, Məmmədov 
Sabir Amanxan oğlu, Dünyamalıyev Ġmran CavanĢir oğlu, Qasımov Mühit Əli 
oğlu, Rüstəmov Ramiz Əbdülqasım oğlu. 

224 
 
Kapitan  Quliyev  Qulu  Əyyub  oğlu  Kəlbəcər  uğrunda  gedən  döyüĢlərdə 
böyük  qəhrəmanlıq  göstərmiĢ,  ölümündən  sonra  Azərbaycan  Respublikası 
Prezidentinin  fərmanı  ilə  "Azərbaycan  bayrağı  ordeni"  ilə  təltif  edilmiĢ,  xatirəsi 
əbədiləĢdirilmiĢdir. 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Zülfəliyev Talıb Bəhram oğluna təĢəkkürümüzü bildiririk - müəll.).  
 
Comərdli kəndi 
 
Sisyan  rayonunun  azərbaycanlılar  yaĢamıĢ  dağ  kəndidir.  Rayon 
mərkəzindən 18 km qərbdə dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, Təzəkənd 
kəndindən 6 km, Ərəfsə kəndindən 3 km məsafədə yerləĢir. Comərdli kəndi təmiz 
havası,  saf,  diĢ  göynədən  bulaqları,  gözəl  Alp  çəmənliyi  olan  yaraĢıqlı  dağ 
kəndidir.  Kəndin  bulaqları  toplaĢaraq  Xırda  çay  adlanan,  kəndə  xüsusi  yaraĢıq 
verən dağ çayını əmələ gətirirdi ki, həmin çay Ərəfsə kəndindən keçən Dəli çaya 
qovuĢur və Sisyan rayon mərkəzi yaxınlığında Bazar çaya tökülürdü. 
Comərdli sözü kəndin binasını qoymuĢ Comərd kiĢinin adı ilə bağlıdır. 
Bu  kəndi  2  qardaĢ  -  Kərbəlayı  Comərd  və  Alagöz  Məhəmməd 
salmıĢlar.  Kənddə  yaĢayan  insanların  hamısı  bu  iki  qardaĢın  törəməsidir. 
Qeyd etmək lazımdır ki, müstəqil dövlətimizin banisi və qurucusu, xalqımızın 
ümummilli  lideri  cənab  Heydər  Əliyevin  atası  Əlirza  kiĢinin  və  anası  Ġzzət 
xanımın ulu babaları Comərd kiĢi olmuĢdur. 
1918-ci  ilə  qədər  Comərdli  kəndində  110  ev  olmuĢ,  800-dən  çox  adam 
yaĢamıĢdır.  1918-ci  ilin  yayında  Andronikin  daĢnak  qoĢunu  Comərdli  kəndinə 
hücum etmiĢ, lakin comərdlilərin ciddi müqaviməti ilə rastlaĢmıĢlar. Kəndin Çala 
yurd  deyilən  yerində  güclü  atıĢma  olmuĢ  və  bu  döyüĢdə  Andronikin  məĢhur  bir 
polk komandiri Comərdli sakini Əyyub Əmiraslan oğlu tərəfindən öldürülmüĢdür. 
Bir  neçə  gün  sonra  daha  mütəĢəkkil  Ģəkildə  təĢkil  olunaraq,  Comərdliyə  hücum 
edən  daĢnaklar  kəndi  yandırıb,  talamıĢ,  100-dən  çox  kənd  sakinini  qətlə 
yetirmiĢlər. 
Azərbaycan  milli  torpaqĢünaslıq  və  ekologiya  elmlərinin  banisi,  Milli 
Akademiyamızın  yaradıcılarından  biri,  görkəmli  ictimai-siyasi  xadim  akademik 
Həsən  Əlirza  oğlu  Əliyev  bu  qanlı  qırğınların  canlı  Ģahidi  kimi  ömrünün  son 
günlərinə  qədər  həmin  hadisələri  xatırlayır,    comərdlilərin  qeyri-bərabər  döyüĢdə 
düĢmənə qarĢı necə fədakarlıqla döyüĢməsini, kəndlərinin dağıdılıb yandırılmasını, 
bir əmisinin atın tərkinə aldığı 10 yaĢlı oğlunun arxadan atılan erməni gülləsindən 
ölməsini,  digər  əmisinin  isə  arvadı  və  südəmər  körpə  qızı  ilə  kəndin  kənarındakı 
bir mağarada gizlənməsini, ermənilərin  mağaraya hücumu  zamanı isə son patrona 
kimi atıĢdığını, axırda isə daĢnakların mağaraya girərək əmisinin baĢını kəsdiyini, 
əmisi arvadını və südəmər uĢağı isə süngü ilə min bir əzab verərək öldürdüklərini, 
Comərdli  camaatının  çoxlu  itkilər  verdikdən  sonra  dağlarla  qaçaraq,  Naxçıvana 

225 
 
pənah  aparmasını  yana-yana,  erməni  daĢnaklarına  qarĢı  sonsuz  bir  nifrət  hissi  ilə 
danıĢırdı (47, 43). 
Comərdli  camaatı  Taxta  körpüdən  keçib  Sisyan  yurdu  və  Mərcanlı 
yaylağını  aĢaraq,  Naxçıvana  getmiĢ,  Culfanın  və  ġərurun  kəndlərində 
məskunlaĢmıĢlar. 
1923-cü  ildə  kənd  camaatının  bir  hissəsi  yenidən  Comərdliyə  qayıtmıĢ  və 
doğma  kəndlərini  bərpa  etmiĢlər.  Comərdlidə  1927-ci  ildən  4  siniflik  ibtidai 
məktəb açılmıĢ, 70-ci illərdə isə 8 illik məktəbə çevrilmiĢdir. 1935-ci ildə kənddə 
kolxoz qurulmuĢ, kolxoz 1960-61-ci ildə Ərəfsə kolxozu ilə birləĢdirilmiĢ, 1971-ci 
ildə  isə  Təzə  kənd,  Ərəfsə  və  Comərdli  kolxozlarını  əhatə  edən  mərkəzi  erməni 
kəndi  Təzə  kənd  olmaqla  "Tasik"  sovxozu  yaradılmıĢdır.  Comərdli  kəndinin 
ətrafındakı  bütün  yerlərin  adlarını  comərdlilər  özləri  qoyduqlarına  görə  bu 
toponimlər  təmiz  Azərbaycan  türkcəsindədir:  ġırran  bulaq,  Əli  bulağı,  Sarı 
bulaq,  Xırda çay, Təknə göl,  Laləli  bulağı,  Sandıq  daĢ, Qoyun  dağılan, Çala 
yurd,  Dəvə  boynu,  Ərzurum,  GamıĢ  uçan,  Vənli  dərə,  Sallıq,  QaravıĢ  daĢı, 
Əhməd yoxuĢu, Səlim gədiyi və s. 
Böyük  Vətən  Müharibəsində  40-a  yaxın  comərdlili  iĢtirak  etmiĢ,  onlardan 
17-si geri qayıtmamıĢdır. 
1988-ci ildə Comərdli kəndində 45 ev var idi, 200-ə yaxın adam yaĢayırdı. 
1988-ci  ilin  dekabr  ayında  Qərbi  Azərbaycanda  olan  bütün  ellərimiz  kimi, 
Comərdli  kəndi  də  boĢaldıldı.  1991-ci  ildə  ermənilər  Comərdli  kəndinin  adını 
dəyiĢdirib Tanahat qoymuĢlar. 
Comərdlilər  hal  hazırda  Naxçıvan,  Bakı  və  Sumqayıt  Ģəhərlərində 
məskunlaĢıblar.  Azərbaycanın  bütövlüyü  uğrunda  gedən  döyüĢlərdə  Comərdli 
camaatı  fəal  iĢtirak  etmiĢ  və  4  nəfər  (Əkbərov  Faiq,  Əkbərov  Azər,  Cəbiyev 
ElĢən, Rüstəmov Elxan) Ģəhid vermiĢdir. 
(Kənd haqqında məlumatların toplanmasında göstərdiyi köməyə görə Abbas 
Muxtarova təĢəkkürümüzü bildiririk - müəll.). 
 
Dəstəkerd kəndi 
 
Dəstəkerd  kəndi  Sisyan  rayon  mərkəzindən  21  km  cənubda,  Sofulu 
kəndindən 4 km, ġıxlar kəndindən 7 km məsafədə yerləĢən 100 evli, 500-ə qədər 
əhalisi olan azərbaycanlı kəndi idi. Dəstəkerd sözü Sasanilər dövründə Albaniyada 
feodalın Ģəxsi mülkü olan torpaqlar üzərində irsi mülkiyyət forması anlamında olan 
fars  sözü  "dastakert"dən  götürülmüĢdür.  Dəstəkert  kəndi  qədim  yaĢayıĢ 
məskənlərindən  olmuĢdur.  Kəndin  yuxarısında  yerləĢən  köhnə  qəbiristanlıqda 
uzunluğu  2-2,2  metrə  çatan  sənduqə  formalı,  üstü  alban  əlifbası  ilə  yazılı  qəbir 
daĢları da bu kəndin qədim yaĢayıĢ məskəni olduğunu sübut edir. 
Dəstəkerd  kəndi  1918-ci  ildən  erməni  quldur  dəstələri  tərəfindən 
dağıdılmıĢ, kənd əhalisi dağ yolu ilə Murxuz kəndindən keçərək, Dəmirli yaylağını 

226 
 
aĢıb,  Culfa  rayonunun  Ləkətağ  kəndinə  qaçmıĢlar.  Sonradan  kənd  camaatının  bir 
hissəsi  Qubadlı  rayonunun  Xocahan  kəndinə  və  Füzuli  rayonunun  Molla 
Məhərrəmli kəndinə köçərək, orada məskunlaĢmıĢlar. Onu da qeyd edək ki, 1905-
06-cı  illərdəki  erməni  -  müsəlman  davası  zamanı  Dəstəkert  kəndindən  40-50  ailə 
köçərək,  Qarabağa  getmiĢ,  indiki  Yevlax  rayonunun  Malbinəsi  və  Qoyunbinəsi 
kəndlərində məskunlaĢmıĢlar. Azərbaycanın xalq Ģairi Qasım Qasımzadənin ailəsi 
də bu illərdə Dəstəkert kəndindən köçmüĢdür. 1933-cü ildə baĢ vermiĢ zəlzələdən 
sonra  40-50  ailə  Dəstəkert  kəndindən  köçərək  Cəbrayıl  rayonunun  Ġsaqlı  kəndinə 
getmiĢdir. 
1921-22-ci  illərdə  kənd  camaatının  bir  hissəsi  geri  qayıdaraq,  yandırılıb, 
dağıdılmıĢ ata-baba yurdlarını bərpa etmiĢlər. 
Dəstəkert kəndində XIX əsrdə molla məktəbi fəaliyyət göstərmiĢdir. Burada 
dövrün tanınmıĢ ruhanisi, Ġstanbulda ali ruhani təhsili almıĢ ġamxal Əfəndi dini və 
dünyəvi  elmlərdən  dərs  demiĢdir.  Sovet  hökumətinin  ilk  illərində  Dəstəkert 
kəndində  ibtidai  məktəb  açılmıĢ,  1952-ci  ildə  isə  kənddə  rus,  erməni  və 
Azərbaycan dillərində tədris aparılan beynəlmiləl orta məktəb açılmıĢdır. 
1930-cu ildə Dəstəkert rayonunda kolxoz yaradılmıĢ, lakin sonradan kolxoz 
təsərrüfatı  özünü  doğrultmamıĢ,  1956-cı  ildə  ləğv  edilərək,  əmlakı  Qızıl  Ģəfəq 
kolxozuna vermiĢdir. 
Dəstəkert  rayonda  yeganə  azərbaycanlı  qəsəbəsi  idi.  1947-ci  ildə 
Dəstəkertdə mis-molibden mədəninin iĢə salınması kəndin həyatında mühüm tarixi 
əhəmiyyətli  hadisə  oldu.  Mədənin  iĢə  salınması  ilə  Dəstəkert  qəsəbəyə  çevrildi, 
kəndin  ətrafında  100-dən  çox  birmərtəbəli  fin  evləri  və  doqquz  beĢmərtəbəli  bina 
inĢa edildi. Mədəndə iĢləyən 1000-ə qədər adam burada məskunlaĢdı. Dəstəkertdə 
çıxarılan molibden emal edilmək üçün Çelyabinsk Ģəhərinə, mis isə Ermənistanın 
Allahverdi rayonuna göndərilirdi. Filiz ehtiyatının azlığı səbəbindən Dəstəkert mis-
molibden mədəninin fəaliyyəti 1969-cu ildə dayandırıldı. Elə həmin ildə qəsəbədə 
tibb alətləri zavodu açıldı ki, burada iĢləyənlərin 80%-dən çoxunu azərbaycanlılar 
təĢkil edirdi. 
Böyük Vətən Müharibəsində Dəstəkert camaatından 78 nəfər iĢtirak etmiĢ, 
onlardan  37  nəfəri  geriyə  qayıtmamıĢdır.  Partiya  və  dövlət  xadimi,  əslən 
Dəstəkertdən olan Abdullayev Yunis Ramazan oğlu polkovnik rütbəsində 1945-ci 
ildə Almaniya torpaqlarında həlak olmuĢdur. 
Dəstəkert kəndindən 2 kiçik dağ çayı axırdı: Haça qaya çayı və Təkbarmaq 
çayı.  Bu  çaylar  Sisyan  Ģəhərinin  yaxınlığında  Bazarçaya  tökülürdü.  Təkbarmaq 
çayının üzərində DaĢ körpü adlanan 6 metr uzunluğunda, 1,5 metr enliyində, bütöv 
bir sal daĢdan ibarət təbii körpü - keçid var idi. 
Dəstəkert  kəndinin  bütün  toponimləri  təmiz  Azərbaycan  türkcəsindədir: 
Soyuq bulaq, Armudlu bulaq, Sap dərə, Yelli yurd, Kotan düzü, ġərbət içilən, 
Taxt yurd, Çəmənlik, ġıx Əhməd piri, Qara qəyə piri, Haça qaya. 

227 
 
1988-ci  ildə  Dəstəkert  camaatı  deportasiya  olunaraq,  öz  etnik 
torpaqlarından  çıxarılmıĢlar.  Hal  hazırda  bu  kəndin  adamları  Bakı,  Sumqayıt, 
Naxçıvan, 
Mingəçevir 
Ģəhərlərində, 
AbĢeron 
və 
Xızı 
rayonlarında 
məskunlaĢmıĢlar. 
Dəstəkert kəndində anadan olmuĢ Cəfərov Xansuvar Surxay oğlu Qarabağ 
uğrunda gedən döyüĢlərdə qəhrəmancasına həlak olmuĢdur. 
(Kənd haqqında  məlumatların toplanmasında göstərdiyi köməyə  görə Azər 
Hüseynova təĢəkkürümüzü  bildiririk - müəll.). 
 
Ərəfsə kəndi 
 
Sisyan  rayonunun  cənub-qərbində  rayon  mərkəzindən  20  km  məsafədə 
yerləĢən  qədim  azərbaycanlı  kəndidir.  "Ərəfsə"  sözü  ilk  dəfə  xet  dilində  eradan 
öncə  rast  gəlinir  və  kiçik  ölkə,  qala  mənasını  daĢıyır.  Eyni  zamanda  qeyd  etmək 
lazımdır  ki,  Ərəfsə  adının  türk  mənĢəli  kəngərli  tayfasının  adı  ilə  bağlılığı  da 
ehtimal  olunur.  Həm  Culfa  rayonunun  ərazisindəki  Ərəfsə  kəndi,  həm  də  Sisyan 
rayonundakı  Ərəfsə  kəndi  kəngərlilərin  Sofulu  tayfasına  mənsub  insanların 
məskunlaĢması nəticəsində yaranmıĢdır. 
1590-cı ilə aid Türkiyə arxiv  sənədlərində Ərəfsə  və Ərəfsəcik kəndlərinin 
adları  çəkilir.  Çox  güman  ki,  bu  kəndlər  Culfa  və  Sisyan  rayonundakı  Ərəfsə 
kəndləridir.  Maraqlıdır  ki,  hər  iki  kəndin  camaatı  digər  kəndi  "O  üz  Ərəfsə" 
adlandırır. 
Ərəfsə  kəndinin  ərazisində  yerləĢən  üstü  Alban  əlifbası  ilə  yazılı  sənduqə 
formalı onlarla qəbir daĢları, ərəb əlifbası ilə yazılı erkən orta əsrlərə məxsus qoç 
heykəlli  qəbir  daĢları,  Taxtakörpü  çayının  üzərindəki  tağbənd  formalı  daĢ  körpü, 
Qızıl  kilsə  adlanan  qədim  Alban  məbədi  və  s.  abidələr  kəndin  qədimliyini  sübut 
edən tutarlı faktlardır. 
Ərəfsə  kəndinin  Böyük  Ġpək  yolunun  üzərində  yerləĢməsi  fikri  də 
maraqlıdır. 
Ərəfsə  kəndinin  toponimləri  də  qədim  türk-oğuz  mədəniyyəti  ilə  bağlıdır: 
Teymur yurdu (Əmir Teymurun hərbi düĢərgəsinin burada yerləĢdiyi güman 
edilir),  Uz  qəbri,  ġotlanlı  yurdu,  Camal  qalası  (Əmir  Teymurun 
sərkərdələrindən  birinin  adıdır),  Mərcanlı  çuxuru,  qaçaq  Süleyman  bulağı, 
Mustafa bulağı, Sarı yataq, Qaraoğlan vurulan yer, Salvartı dağı. 
Ərəfsə  kəndi  qaçaq  Nəbinin,  qaçaq  Süleymanın  oylaqlarından  biri 
olmuĢdur. 
"Naxçıvan  sancağının  müfəssəl  dəftəri"ndə  (1728-ci  ildə) Ərəfsə  kəndində 
iki müsəlman və bir xristian ailəsinin yaĢadığı göstərilir (30, 236). Ərəfsə kəndində 
1831-ci  ildə  19  nəfər,  1873-cü  ildə  169  nəfər,  1914-cü  ildə  isə  300  nəfər 
azərbaycanlı yaĢamıĢdır. 

228 
 
1918-ci  ilin  21  sentyabrında  Andronikin  quldur  dəstəsi  qonĢu  Zabazadur, 
Ortogiz, Murxuz, Comərdli kəndləri kimi, Ərəfsə kəndini də vəhĢicəsinə dağıtmıĢ, 
bir  gündə  Ərəfsə  kəndindən  192  adamı  qətlə  yetirmiĢdir.  Ərəfsə  camaatı  Culfa 
rayonunun  Qazançı,  Naxçıvanın  Küzlüt  kəndlərində  məskunlaĢmıĢlar.  Ərəfsə 
camaatı  yalnız  1930-31-ci  illərdə  Sisyana  qayıtmıĢ  və  tamamilə  yandırılmıĢ 
Ortogiz kəndinin camaatı ilə birlikdə Ərəfsə kəndində məskunlaĢmıĢlar. Zabazadur 
kəndinin camaatı isə köçərək, Orta Asiyaya getmiĢlər. 
Ərəfsə kəndində ibtidai məktəb 1930-cu ildə açılmıĢ, 1978-ci ildə isə 8 illik 
məktəbə çevrilmiĢdir. 
Kənddə 1931-ci ildə kolxoz yaradılmıĢ, kollektiv təsərrüfat "Kirov kolxozu" 
adlandırılmıĢdır.  Kolxoz  1970-ci  ildə  qonĢu  azərbaycanlı  kəndi  Comərdli  və 
erməni  kəndi  Tasik  kolxozları  ilə  birləĢdirilərək  mərkəzi  Tasik  kəndi  olmaqla 
sovxoza çevrilmiĢdir. 
Birinci  Dünya  Müharibəsində  Ərəfsə  camaatından  150  nəfər  iĢtirak  etmiĢ, 
onlardan 90 nəfəri həlak olmuĢdur. 
1988-ci  ilin  qarlı,  çovğunlu  dekabr  ayında  erməni  saqqallılarının  silahlı 
hücumu  nəticəsində  Ərəfsə  camaatı  ata-baba  yurdlarını,  illərcə  yığdıqları  var-
dövləti tərk edərək, piyada Gomur dağını aĢaraq, ġahbuzun Kolanlı kəndinə pənah 
gətirdilər. Hal hazırda Ərəfsə camaatı Naxçıvan MR-də, AbĢeron rayonunda, Bakı 
və  Sumqayıt Ģəhərlərində  məskunlaĢmıĢlar. Qarabağ uğrunda  gedən döyüĢlərdə  4 
nəfər Ərəfsə sakini qəhrəmanlıqla həlak olmuĢdur. 
(Kənd haqqında məlumatların toplanmasında göstərdiyi köməyə görə Oqtay 
Sadıqova təĢəkkürümüzü bildiririk - müəll.). 
 
Qızılcıq kəndi 
 
Sisyan  rayon  mərkəzindən  5-6  km  Ģimal-Ģərqdə,  Gorus-Yerevan  Ģosse 
yolunun yaxınlığında, ġəki kəndindən 3 km Ģərqdə yerləĢmiĢ, ərazicə çox da böyük 
olmayan  azərbaycanlı  kəndi  idi.  Tarixi  araĢdırmalar  göstərir  ki,  Qızılcıq  kəndinin 
əsasını  XVII  əsrin  sonu  -XVIII  əsrin  əvvəllərində  Türkiyənin  Diyarbəkir 
bölgəsindən gəlmiĢ çələbilər və məmmədlilər tayfası qoymuĢdur. Bu kəndin qonĢu 
Vağudi və ġəki kəndləri ilə tarixən sıx qohumluq əlaqələri olmuĢdur. 
"Qızılcıq"  toponiminin  "zoğallı  yer"  Ģəklində  izahı  (46,  207)  o  qədər  də 
inandırıcı  görünmür.  Ona  görə  ki,  bu  yerlərdə,  ümumiyyətlə,  zoğal  ağacı  bitmir. 
Fikrimizcə,  kəndin Qızılcıq adlandırılması  ya çələbilərin Diyarbəkirdə  yaĢadıqları 
yerin  adı  ilə  bağlıdır,  ya  da  kəndin  Ģimalında  sarı-qızılı  rəngə  çalan  təpəliklə 
əlaqədardır. 
Kəndin  ərazisindəki  bütün  toponimlər  təmiz  Azərbaycan  türkcəsindədir: 
Yəhya bulağı, Qablama bulaq, Çömçə bulaq, Seyid suyu, MərfəĢ təpə, Çəpər 
qaya, Qanqallı çuxur, Kəmənd hasarı, QoĢavul və s. 

229 
 
Qızılcıq inzibati ərazi etibar ilə əvvəllər Qarakilsəyə, sonra isə Sisyan Ģəhər 
sovetinə tabe idi. 
Qızılcıq kəndində 1873-cü ildə 165 nəfər, 1886-cı ildə 287, 1897-ci ildə 407 
nəfər, 1914-cü ildə 441 nəfər əhali olmuĢdur. 1988-ci ildə kənddə 117 ev var idi, 
700-ə qədər adam yaĢayırdı. 
Qızılcıq kəndi 1918-ci ildə Andronikin quldur dəstəsi tərəfindən dağıdılmıĢ, 
kənd məscidi yandırılmıĢdır. Əhalinin bir hissəsi qırılmıĢ, salamat qalan hissəsi isə 
Minkənd, Laçın, Füzuli, Cəbrayıl və Naxçıvana qaçmağa məcbur olmuĢdur. 
Qızılcıq  kəndi  bir  neçə  il  sahibsiz  qalmıĢ,  yalnız  1925-ci  ildə  73  nəfər  öz 
doğma  kəndinə  qayıtmıĢ,  1931-ci  ildə  onların  sayı  292  nəfərə  çatmıĢdır.  Qızılcıq 
kəndində  1932-ci  ildə  ibtidai  məktəb  açılmıĢ,  məktəbin  ilk  direktoru  Urud 
kəndindən Həbib Bayramov olmuĢdur. 
Kənddə 1934-cü ildə kolxoz təĢkil edilmiĢ, 1960-cı ildə kolxoz qonĢu ġəki 
kolxozu  ilə  birləĢdirilmiĢ,  1964-cü  ildə  ayrılaraq  müstəqil  fəaliyyət  göstərmiĢ, 
1968-ci ildə isə Sisyan "Süni mayalanma sovxozu"na birləĢdirilmiĢdir. 
Qızılcıq  kəndindən  80  nəfər  Ġkinci  Dünya  Müharibəsində  iĢtirak  etmiĢ, 
onlardan 55 nəfəri qayıtmamıĢdır. 
Kənddə səkkiz illik məktəb, klub, 5000-dən çox kitab fondu olan kitabxana 
var  idi.  Görkəmli  tənqidçi-alim,  yazıçı  Qulu  Xəlilov  Qızılcıq  kəndində  anadan 
olmuĢdur. 
1988-ci ilin dekabrının ilk günlərində Sisyan rayonunun digər azərbaycanlı 
kəndləri kimi, Qızılcıq kəndinin də əhalisi millətçi erməni dəstələri tərəfindən zor 
gücünə doğma yurdlarından deportasiya olundular. Kənd əhalisinin bir hissəsi pay-
piyada, qurĢağa qədər qarın içərisi ilə Sarı yoxuĢ - EĢĢək meydanı – Minkənd yolu 
ilə  Laçın  rayonuna,  bir  hissəsi  isə  Ərikli  dağını  aĢaraq,  ġahbuz  rayonuna  pənah 
apardılar. Qızılcıq kəndindəki evlərdən bəziləri Bakı erməniləri ilə dəyiĢdirilsə də, 
əksər qızılcıqlılar öz evlərini dəyiĢə bilmədilər.  Ġndi  Qızılcıq kəndində ermənilər 
yaĢayır. Kəndin adını dəyiĢdirib ĠĢxansar (ĠĢıqlıdağ) qoyublar.  
Hal-hazırda Qızılcıq kəndinin adamları Bakı, Sumqayıt, ġamaxı, Xızı və s. 
rayonlarda  məskunlaĢmıĢlar.  Qızılcıq  kəndinin  iki  nəfər  qəhrəman  oğlu  (Ağayev 
Nadir  Bayram  oğlu  və  Mirzəyev  Yunis  Famil  oğlu)  Qarabağ  uğrunda  gedən 
döyüĢlərdə Ģəhid olmuĢdur. 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
ġərifov ġirin Abdin oğluna təĢəkkürümüzü bildiririk - müəll.). 
 
ġıxlar kəndi 
(1940-cı ildən Qızıl ġəfəq) 
 
Sisyan  rayonunun  mərkəzindən  13  km.  cənub-qərbdə  Murxuz,  Sofulu, 
Dəstəkert,  Axlatyan  və  Bnunis  kəndlərinin  yaxınlığında  yerləĢmiĢdir.  ġıxlar 
kəndinin  adı  çox  güman  ki,  burada  yaĢamıĢ,  yaxud  bu  kəndin  binasını  qoymuĢ 

230 
 
ġeyx nəslindən olan adamlarla bağlıdır. Onu da qeyd edək ki, Azərbaycanda ondan 
artıq ġıxlar kəndi vardır. 
Kənddə heç zaman ermənilər yaĢamamıĢdır. ġıxlar kəndində 1831-ci ildə 44 
nəfər, 1873-cü ildə 312, 1886-cı ildə 306, 1897-ci ildə 544, 1914-cü ildə 585 nəfər 
yaĢamıĢdır (206). 
Kəndin yaxınlığında qədim  Alban  kilsəsinin və  1918-ci  ildə  dağıdılmıĢ 
müsəlman  məscidinin  qalıqları,  eləcə  də  qədim  qəbir  daĢları  bu  yerlərdə 
əhalinin  ən  azı  500  il  öncə  məskunlaĢdığını  göstərən  əlamətlərdəndir.  ġıxlar 
kəndinin  ətrafındakı  bulaqların  (DaĢ  çeĢmə,  Molla  çeĢməsi,  TurĢ  su,  Tahir 
bulağı,  BəĢir  çeĢməsi,  Kom  söyüd  bulağı,  Əyri  çay  və  s.),  örüĢ  və  əkin 
yerlərinin  (Çuxurlar,  Gölyazı,  Çaxnıqlar,  Tatar  düzü,  Qabaq  biçənək, 
Dağıstan,  DaĢlı  güney,  Düz  zəmi,  Babəkən  və  s.),  dərələrin  və  dağların  (Su 
dərəsi, Ağ dərə, Ərəfsə dərəsi, Baba oğlu dərəsi, Qızıl qaya, Hərəmlər dağı və 
s.) adları da onu göstərir ki, burada ta bineyi-qədimdən Azərbaycan türkləri 
məskun olmuĢlar. 
1918-ci  ilin  martında  ġıxlar  kəndi  Andronikin  quldur  dəstəsi  tərəfindən 
dağıdılmıĢ,  əhalisinin  bir  hissəsi  qılıncdan  keçirilmiĢ,  digər  hissəsi  isə  Kala 
dağından  aĢaraq  Culfa  rayonuna  pənah  gətirmiĢdir.  Ermənistanda  sovet 
hakimiyyəti  qurulduqdan  sonra  Zəngəzurun  digər  azərbaycanlı  kəndlərinin  əhalisi 
kimi,  ġıxlar  camaatı  da,  yenidən  öz  doğma  kəndlərinə  qayıtmıĢlar.  1931-ci  ilin 
siyahıya alınmasında ġıxlar kəndində 411 nəfər əhali yaĢadığı bildirilir. 
Otuzuncu  illərdə  kəndin  sürətli  inkiĢafı  baĢlamıĢ,  1935-ci  ildə  kənddə 
kolxoz yaradılmıĢ, sonralar Sofulu heyvandarlıq sovxozu ilə birləĢdirilmiĢdir. 
1920-ci  ildə  kənddə  ibtidai  məktəb  açılmıĢ,  Ġkinci  Dünya  Müharibəsindən 
sonra isə orta məktəbə çevrilmiĢdir. Ġkinci Dünya Müharibəsində ġıxlar kəndində 
72 adam iĢtirak etmiĢ, onlardan 34 nəfəri geri qayıtmamıĢdır. 
Kənddə  orta  məktəb,  klub,  kitabxana,  kino  qurğusu,  rabitə  Ģöbəsi,  uĢaq 
bağçası, tibb məntəqəsi var idi. 1988-ci ildə ġıxlar kəndində 90 ev var idi və 700 
adam yaĢayırdı. 
1988-ci  ildə  kəndin  qaçqınlıq  tarixi  təkrar  olundu.  Erməni  millətçiləri 
respublika  hökuməti  səviyyəsində,  rayon  partiya,  sovet  və  inzibati  orqanlarının 
rəhbərliyi  ilə  noyabrın  ikinci  yarısında  bir  həftə  ərzində  kəndin  əhalisinin  bütün 
mülkiyyətini,  ev-eĢiyini  əlindən  alıb  dağlarla,  Naxçıvan  MR-na,  Laçın,  Kəlbəcər 
rayonlarına qovmuĢlar. Kənd kolxozunun bütün mülkiyyəti ermənilərə qalmıĢdır. 
Hal hazırda Qızıl ġəfəq kəndinin camaatı Bakı, Sumqayıt, Naxçıvan və 
Mingəçevir  Ģəhərlərində  məskunlaĢmıĢlar.  Qızıl  ġəfəqlilərdən  iki  nəfəri  - 
Əliyev  Süleyman  Xanzadə  oğlu  və  Əhmədov  Nəcəf  Hikmət  oğlu  Qarabağ 
döyüĢlərində  Ģəhid  olmuĢlar.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
Naxçıvan  Ģöbəsinin  müxbir  üzvü,  görkəmli  tarixçi-alim  Vəli  Əliyev,  general-
mayor Vahid Əliyev Qızıl ġəfəq kəndindəndirlər. 

231 
 
1991-ci  ildə  ermənilər  Qızıl  ġəfəq  kəndinin  adını  dəyiĢdirərək  Torunik 
etmiĢlər. 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Tahirov Hüseyn Mahacir oğluna təĢəkkürümüzü bildiririk - müəll.). 
 
Murxuz kəndi 
 
Sisyan  rayon  mərkəzindən  26  km  cənubda  Sofulu  kəndinin  1  km-də 
yerləĢən  dağ  kəndidir.  Murxuz  kəndi  Sisyan  rayonunun  Naxçıvan  sərhəddində  ən 
sonuncu  azərbaycanlı  kəndidir.  Mənbələrdə  kəndin  adı  Murquz,  yaxud  Murqus 
Ģəklində çəkilir. 
Kəndin  girəcəyində  yerləĢən  qədim  qala  və  qalanın  ətrafındakı  nə  vaxtsa 
mövcud olmuĢ yaĢayıĢ evlərinin qalıqları, habelə, çox güman ki, Alban əlifbası ilə 
yazılı  qəbir  daĢlarının  mövcudluğu  Murxuz  kəndinin  çox  qədim  tarixindən  xəbər 
verir.  Kəndin  adındakı  "uz"  termini  bu  yerin  oğuzlarla  bağlılığını  göstərən 
əlamətdir.  Sisyan  rayonunda  Uz,  Ortogiz  (bəlkə  də  orta  Uz  -  müəll.)  kəndlərinin 
olması  da  dediyimizi  təsdiq  edən  faktlardandır.  Mənbələrdə  bu  kəndin  Sofulu 
tayfalarının yaylaq yeri olması da qeyd edilir (46, 344). 
Murxuz  kəndi  "Qırxlar  piri"nin  ətəyində  yerləĢir.  Tarovlu  yaylağı  və  Uz 
qəbri  adlı  təpəlikdən  baĢlanan  Çiçəkli  çayı  Murxuz  kəndinin  içindən  keçərək, 
kəndin  bağlarını  və  örüĢ  yerlərini  ikiyə  bölür.  Kəndin  cənubundan  keçən  Böyük 
çay  isə  Qırxlar  piri  və  Əyri  dağ  hündürlüyündən  baĢlayırdı.  Hər  iki  çay  Murxuz 
kəndinin ərazisində birləĢərək Böyük çay adı ilə Sisyan rayon mərkəzi yaxınlığında 
Bazar çaya tökülürdü. 
Murxuz  kəndinin  toponimləri  də  təmiz  Azərbaycan  türkcəsindədir:  Xələfli 
bulağı, DaĢ bulaq, TurĢ su bulağı, Dərzili yurdu, Böyük qurban təpəsi, Kiçik 
qurban  təpəsi,  Yarğan  dibi,  Kopar  düzü,  Yal  yurd,  Kopar  dərəsi,  Sirikli 
yurdu, Dəmirli dağ, Əyri dağ, Çiçəkli yaylağı, Çadır daĢ. 
Kənddə  1886-cı  ildə  138  nəfər,  1914-cü  ildə  190  nəfər  adam  yaĢamıĢdır. 
1918-ci  ildə  Andronikin  quldur  dəstəsi  Murxuz  kəndini  dağıtmıĢ,  kənd  camaatı 
Culfa rayonunun Qazançı və Xanağa kəndlərinə qaçmıĢlar. 
Sovet  hakimiyyəti qurulduqdan sonra, 1922-ci  ildə  Murxuz  camaatının bir 
hissəsi öz ata-baba yurdlarına qayıtmıĢ, dağılmıĢ kəndlərini yenidən bərpa etmiĢlər. 
Kənddə  ilk  ibtidai  məktəb  1938-ci  ildə  açılmıĢdır.  O  vaxta  qədər  kənd  uĢaqları 
qonĢu Sofulu kəndində təhsil almıĢlar. Səkkiz illik məktəb isə yalnız 1975-ci ildə 
açılmıĢdır. 
1933-cü  ildə  kənddə  kolxoz  qurulmuĢ,  50-ci  illərdə  bu  kolxoz  Sofulu 
kolxozu  ilə  birləĢdirilmiĢ,  1966-cı  ildə  isə  həmin  kolxozların  bazasında  Sofulu 
qoyunçuluq sovxozu yaranmıĢdır. 
 

232 
 
1988-ci  ildə  Murxuz  kəndində  35  ev  olmuĢ,  200-dən  çox  əhali 
yaĢamıĢdır. Kənddə 8 illik məktəb binası, klub, kitabxana, tibb məntəqəsi var 
idi. 
1988-ci  ilin  payızında  Zəngəzurun  bütün  azərbaycanlı  kəndləri  kimi, 
Murxuz kəndinin camaatı da, ermənilər tərəfindən zorla öz dədə-baba yurdlarından 
qovulmuĢlar.  Kənd  sakinləri  Məzəddin  AtakiĢiyev  və  Asabil  Abbasov  erməni 
kəndi Əngələviddən keçərkən vəhĢicəsinə döyülmüĢ, ağır bədən xəsarəti almıĢdır. 
Murxuz  camaatı  hal-hazırda  Bakı,  Sumqayıt,  Mingəçevir  Ģəhərlərində, 
Naxçıvan  MR-da  və  Xızı  rayonunda  məskunlaĢmıĢlar.  Murxuz  kəndinin 
sakinlərindən  olan  iki  qardaĢ  Azərbaycanın  müstəqilliyi  və  ərazi  bütövlüyü 
uğrunda  mübarizədə  Ģəhidlik  zirvəsinə  yüksəlmiĢlər:  Ġsaqov ġahin DadaĢ oğlu  - 
20  Yanvar  Bakı  faciəsində  həlak  olmuĢ,  Ġsaqov  DadaĢ  oğlu  isə  1994-cü  ildə 
Murov dağda gedən döyüĢlər zamanı qəhrəmanlıqla həlak olmuĢdur. 1990-cı 
ildə ermənilər kəndin adını dəyiĢərək Tsqut qoymuĢdular. 
Birinci  Dünya  Müharibəsində  Sofulu  camaatından  33  nəfəri  cəbhəyə 
çağırılmıĢ, onlardan 17-si geriyə qayıtmamıĢdır. 1938-ci ildən Sofulu kənd sakini 
Süleyman  Ġmanov  qolçomaq  kimi  tutularaq  güllələnmiĢ,  onun  oğlu  ġahgəldi 
Ġmanov isə 1941-ci ildə qolçomaq ailəsi kimi öldürülmüĢdür. 
(Kənd haqqında  məlumatların toplanmasında göstərdiyi  köməyə görə Hacı 
Elbrus Abdullayevə təĢəkkürümüzü bildiririk - müəll.). 
 
Sofulu kəndi 
 
Sofulu  kəndi  Sisyan  rayonunun  əzəldən  Azərbaycan  türkləri  yaĢayan 
kəndlərindən  biridir.  Sofulu  kəndi  Sisyan  rayonunun  mərkəzindən  18  km  cənub-
qərbdə  Dəstəkert  kəndi  ilə  Murxuz  kəndi  arasında,  Əyri  çayın  sol  sahilində 
yerləĢir. Sofulu və onun ətrafında bütün yer adları təmiz türk toponimləridir. 
Sofulu  kəndinin  adına  XVII-XVIII  əsrə  aid  mənbələrdə  rast  gəlinir. 
Sofulular qədim türk tayfası olub, adlı-sanlı Kəngərli tayfasının bir qoludur. 
V  əsrdə  Orta  Asiyadan  Qafqaza  köç  etmiĢ  kəngərlilər  cənubi  Qafqazın  bir  çox 
yerlərində  məskunlaĢmıĢlar.  Türk  tayfalarının  ikinci  böyük  köçünə  aid  olan 
kəngərlilərin  Qərbi  Azərbaycana  gəliĢindən  sonra  cənubi  Qafqazın  bir  çox 
yerlərində  Sofulu  adı  ilə  bağlı  kənd,  oba  və  yaĢayıĢ  yerləri  yaranmıĢdır.  Belə  ki, 
Cəbrayıl,  Ağdam  və  Qafan  rayonlarında  Sofulu  kəndi,  Yevlax,  Qarayazı,  Qazax, 
Ağdam,  eləcə  də  Orta  Asiyada  sofulularla  bağlı  çoxlu  toponimlər  indi  də 
qalmaqdadır. 
Sofulu kəndinin yaĢı VII-VIII əsrə gedib çıxır. Kəndin Ģimal-qərbində olan 
üst-üstə üç qat qəbirlərin qalıqları buna sübutdur. 
Sofulu kəndi 1918-ci ildə erməni daĢnakları tərəfindən dağıdılmıĢdır. 1918-
ci  ilin  mart  ayının  ortalarında,  axırıncı  çərĢənbəyə  bir  həftə  qalmıĢ,  sübh  tezdən 
ermənilər  Sofulu  kəndinə  basqın  etmiĢlər.  Əhali  gecə  ikən  kəndi  tərk  etmiĢdir. 

233 
 
Kənddə qalanları isə ermənilər öldürmüĢlər. Qətlə yetirilmiĢ onlarla kənd sakinini 
doğrayıb quyuya tökmüĢlər. Kəndi tərk edənlərin əksəriyyəti özlərini qarlı Qırxlar 
dağına  vurub,  Naxçıvana  qaçmağa  çalıĢmıĢlar.  Qarlı,  çovğunlu  gecədə  yüzlərlə 
uĢaq  və  qoca  yollarda  Ģaxtadan  donaraq  məhv  olmuĢlar.  Qarlı  dağı  aĢa  bilənlər 
Naxçıvanda  və  bir  sıra  kəndlərində  (Ləkətağ,  Əbrəqunus  və  s.)  məskunlaĢmıĢlar. 
Onların bir qismi Sovet hakimiyyəti qurulandan sonra geri qayıtmıĢdır. 
Həmin  vaxtlarda  Sofulu  kəndinin  yaxınlığında  olan  Qıvraq,  ƏliĢar,  Püsək 
kəndləri də tamamilə dağıdılmıĢdır. 
Sovet hakimiyyətinin ilk illərində bu kəndlərin qaçqın düĢmüĢ əhalisinin bir 
qismi  geri  dönərək  yenidən  həmin  ərazilərdə  məskunlaĢmıĢlar.  DağıdılmıĢ 
kəndlərin  hamısını  bərpa  etmək  mümkün  olmadığına  görə  bu  üç  kəndin  əhalisi 
1930-cu  ildə  Sofulu  kəndinə  yaxın  ərazilərə  köçürülmüĢ  və  Sofulu  kəndi  adı 
altında  birləĢmiĢlər.  O  dövrdən  1988-ci  ilə  qədər  bu  ad  altında  mövcud  olmuĢlar. 
Sofulu kəndi üç mərhələdən ibarət idi. Kəndin yuxarısı Püsək, ortası ƏliĢar, aĢağısı 
Qıvraq adlanırdı. 
1918-ci ilə qədər Sofulu kəndi ilə Dəstəkert kəndi arasında böyük Armudlu 
kəndi  mövcud  olmuĢ,  1918-ci  ildə  ermənilər  tərəfindən  dağıdılmıĢdır.  Kənddən 
niĢanə olaraq uçuq ev yerləri və qəbiristanlıqlar son zamanlara qədər qalırdı. 
Sofulu  kəndi  ilə  Murxuz  kəndi  arasında  yerləĢən  Almalı  kəndi  də  1918-ci 
ildə ermənilər tərəfindən dağıdılmıĢ və bir daha bərpa olunmamıĢdır. 
Sofulu  kəndinin  Ģimalında  isə  Bəybalı  Azərbaycan  kəndi  də  var  idi  ki,  o 
kənd  də  1918-ci  ilin  mart-aprel  aylarında  Andronikin  daĢnak  dəstələri  tərəfindən 
dağıdılmıĢ,  kəndin  əhalisi  məhv  edilmiĢdir.  Bəybalı  kəndinin  niĢanələri  olan 
uçulmuĢ ev yerləri və qəbiristanlıq son dövrlərə qədər qalırdı. 
Sofulu  kəndində  kolxoz  1930-cu  ildə  yaranmıĢdır.  Ġlk  sədri  Əli  Hüseynov 
olmuĢdur.  Əli  Hüseynovun  yüksək  bacarığı,  dəmir  intizam  qaydası,  mərdliyi, 
igidliyi nəticəsində müharibə illərində kənd camaatı aclığa düçar olmamıĢ, verilmiĢ 
öhdəliklər  yüksək  səviyyədə  yerinə  yetirilmiĢdir.  Buna  görə  də  onu  Moskvaya 
dəvət edib, bir çox orden və medallarla təltif etmiĢlər. Böyük Vətən müharibəsində 
Sofulu kəndindən 92 nəfər iĢtirak etmiĢdir. Onlardan 45 nəfər geri qayıtmamıĢdır. 
Bu bölgədə ilk dəfə 1929-cu ildə ƏliĢar kəndində 2 sinifli məktəb açılmıĢ, 
Sofulu  kəndinin  uĢaqları  da  ilk  təhsilini  burada  almıĢlar.  1931-ci  ildə  isə  Sofulu 
kəndində  4  sinifli  orta  məktəb  açılmıĢdır.  Məktəbin  direktoru  Həsənov  Kərim 
olmuĢdur.  1952-ci  ildə  Sofulu  kəndində  8  illik  məktəb  açılmıĢdır.  Əlaçı  maarif 
xadimi  adına  layiq  görülmüĢ  Quliyev  DadaĢ  Məhəmməd  oğlu  1988-ci  ilədək  bu 
məktəbin direktoru olmuĢdur. 
1988-ci  ildə  Sofulu  kəndində  128  yaĢayıĢ  evi  olmuĢdur.  152  Ģəxsi 
təsərrüfata malik bu kəndin əhalisinin sayı son vaxtlarda kəskin Ģəkildə azalmağa 
baĢlamıĢdır.  Çünki  1948-52-ci  ilin  köçürmə  siyasəti  bu  kənddə  baĢ  tutmadığına 
görə əhali iqtisadi və mənəvi təsirlərə məruz qalaraq tədricən Azərbaycanın bir sıra 
yerlərinə köçməyə baĢlamıĢdılar. Orta məktəbi bitirmiĢ gənclərin əksəriyyəti təhsil 

234 
 
almaq  üçün  Azərbaycana  gəlmiĢ  və  daha  kəndə  qayıtmamıĢlar.  Bu  səbəbdən  də 
1959-cu ilin əhalinin siyahıya alınmasında kənddə 1916 nəfər qeydə alınmıĢdırsa, 
1988-ci  ildə  əhalinin  sayı  1124-ə  enmiĢdir.  1988-ci  ildə  kənd  məktəbində  380 
Ģagird oxuyurdu. 
Sofulu  kəndində  bir  sıra  mədəni-maarif  və  sosial  obyektlər  var  idi: 
kitabxana,  klub,  kənd  sovetliyinin  idarə  binası,  tibb  məntəqəsi,  yeməkxana, 
mağaza,  teleradio-ötürücüsü,  1980-cı  ildə  istifadəyə  verilmiĢ  üçmərtəbəli, 
üçkorpuslu  orta  ümumtəhsil  məktəbi  və  eləcə  də  köhnə  məktəb  binası.  Yeni 
tikilmiĢ  məktəb  binası  Sofulu  kəndi  ilə  Murxuz  kəndi  arasında  inĢa  olunmuĢdu. 
Hər  iki  kənd  bu  məktəbdən  istifadə  edirdi.  Məktəb  müasir  tələblərə  tam  cavab 
verərək,  hərtərəfli  təchiz  olunmuĢdu.  Bina  su  qızdırıcıları  ilə  qızdırılırdı.  Hər 
fənnin öz xüsusi sinif otağı var idi. 
Kəndin içində çox qədim tarixə malik məscid olmuĢdur. Məscidin nəzdində 
Mollaxana  fəaliyyət  göstərirmiĢ.  Mollaxananın  son  öyrədicisi  Hacı  Ġsmayıl 
olmuĢdur.  Sovet  hakimiyyətinin  30-cu  illərində  bu  məscid  dağıdılmıĢdır.  Kəndin 
ətrafında bir çox yerlərdə üstü yazılı, qoç Ģəkilli daĢlar mövcud idi. Sovet dövründə 
ermənilər  rayondan  gəlib  bu  qədim  daĢları  yük  maĢınları  ilə  rayon  mərkəzinə 
daĢıyırdılar. 
Kəndin  Ģimal-qərbində,  4  km  aralıda  əzəmətli  "DaĢ  qala"  adı  ilə  tanınan 
müdafiə  qalası  vardı.  ġeyx  Əfəndinin  (Nigari)  yaxın  dostu  olmuĢ  Molla  Qəyibin 
(Qeyib) qəbri və piri də Sofulu qəbiristanlığındadır. 
Sofulu  kəndinin  içində  bir  sıra  bulaqlarla  yanaĢı,  kənd  kənarında  da  çoxlu 
soyuq  bulaqlar,  eləcə  də  mineral  tərkibli  qazlı-turĢ  sulu  bulaqlar  da  var  idi. 
Bunlardan  QoĢa  bulaq,  QaĢqa  çeĢmə,  Nəcəfalı  bulağı,  Zınqırovlu  bulağı,  Acı 
bulaq, Qurdlu bulaq və s. Sofulu kəndinin yanından Əyri çaya isə kiçik Püsək 
çayı  tökülürdü.  Kəndin  10  min  hektardan  çox  əkin  yerləri  və  alma,  armud 
bağları  var  idi.  Kəndin  örüĢ  yerləri  Cayca  yurd,  Mollu  yaylağı,  Böyük  yer, 
Qurdlubulaq  düzü,  Əbdilli  yurdu,  Taravlı,  Mağara  güneyi,  Böyük  til, 
Yumuru til, ArxaĢan, Bəylik və s. 
Sofulu  kəndində  olan  bütün  toponimik  adlar  təmiz  Azərbaycan 
türkcəsindədir. Məsələn: Gilənar dərə, ġor dərə, Qaratorpaq dərəsi, DaĢlı dərə, 
Saf dərə, Qırxlar dağı, QoĢqar dağı, Mağara güneyi, Qəcir qayası, Motal qaya 
və s. 
1988-ci  ilin  sonlarında  bütün  Zəngəzur  azərbaycanlıları  kimi,  Sofulu 
kəndinin  camaatı  da,  öz  dədə-baba  yurdlarını  məcburi  Ģəkildə  tərk  etdilər.  Kənd 
camaatının  mal-heyvanı,  ev  əĢyaları  əlindən  alındı.  98  ev  dəyiĢilməmiĢ  qaldı. 
Sofulu  kəndinin  camaatı  hal-hazırda  Bakı,  Sumqayıt,  Naxçıvan  və  Mingəçevir 
Ģəhərlərində, ġamaxı, Altıağac və Dəvəçi rayonlarında məskunlaĢmıĢlar. 
Qarabağ  müharibəsində  Sofulu  kəndindən  3  nəfər  -ƏmikiĢiyev  Rza 
Mürvət oğlu, Vəliyev Vidadi XanıĢ oğlu və Ağayarov Afaq Ağayar oğlu Ģəhid 
olmuĢlar. 

235 
 
Zəngəzurun Niaqarası – ġəki Ģəlaləsi.
 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Əliyev Nikbin Rəhim oğluna təĢəkkürümüzü bildiririk - müəll.). 
 
ġəki kəndi 
 
ġəki  kəndi  Zəngəzurun  ən  qədim  və  ən  böyük  azərbaycanlı  kəndlərindən 
biridir.  Kəndin  iki  min  ilə  yaxın  yaĢı  olduğu  güman  edilir.  "Kitabi  Dədə 
Qorqud"dakı  ġöklü  Məlik  və  Babəki  AfĢinə  satan  Səhl  ibn  Sumbatın  Ģəkili 
olduğunu  söyləyən  fikirlər  də  mövcuddur.  ġəki  adı  eramızdan  öncə  VII  əsrdə 
Qafqaza gəlmiĢ sak tayfalarının adı ilə bağlıdır. 
ġəki  kəndinin  cənubunda,  kənddən  700-800  m  aralıda  Darvaza  döĢü 
(akademik  Z.  Bünyadov  bu  yeri  "Darvazatəpə"  adlandırır)  deyilən  bir  təpəlikdə 
ġəki  qalası  olmuĢdur.  Həmin  qalanın  qalıqları  son  vaxtlara  qədər  qalmaqda  idi. 
Ġndiki  ġəki  kəndi  XVIII  əsrin  sonlarına  qədər  orada  yerləĢib.  Mülahizələrə  görə 
ordan aĢağı düzə köçüb gələn adamlar qalanın adını kəndə qoyublar. 
ġəki  kəndi  Sisyan  rayonunun  mərkəzindən  5  km  Ģimal-qərbdə  yerləĢir. 
ġəkidən  3  km  Ģərqdə  Qızılcıq  kəndi,  4  km  Ģimal-qərbdə  isə  erməni  kəndi 
Əngələvid yerləĢirdi. 
1988-ci 
ildə 
ġəkidə 
azərbaycanlı 
ailələrinin sayı 190, əhalisi isə 1930 nəfər olub. 
Kənddə  böyük  üçmərtəbəli  məktəb,  500 
nəfərlik klub, kitabxana, idarə binası, poçt, tibb 
məntəqəsi,  univermaq,  iki  ərzaq  mağazası, 
məiĢət evi,  əmanət  kassası, su dəyirmanı,  ATS 
və s. sosial və iaĢə obyektləri var idi. 
Kənddə  2  yerdə  məscid  olmuĢ,  lakin 
1918-ci 
ildə 
hər 
ikisi 
yandırılmıĢdır. 
Məscidlərin uçuqları son dövrlərə qədər qalırdı. 
Kəndin  yaĢlı  adamlarının  dediyinə  görə 
məscidlərdən  biri  sünnü,  digəri  Ģiə  məscidi 
olmuĢdur. 
ġəkidə  olan  qədim  Alban  kilsəsi  1975-ci  ildə  ermənilər  tərəfindən 
dağıdıldı  və  onun  yerində  Böyük  Vətən  Müharibəsində  həlak  olanlara  abidə 
qoydular. 
Kənd qəbiristanlığında kənddə hörmətlə adı çəkilən, böyük soy-kökə malik 
olan  Seyid  Mir  Hüseyn  ağanın  günbəzi  var  idi  (1988-ci  ildən  sonra  günbəz  də, 
qəbiristanlıq da dağıdılmıĢdır). 
MəĢhur  QoĢundaĢ  abidəsi  ġəki  kəndindən  3  km  cənub-Ģərq  tərəfdədir. 
Kəndin  cənub  tərəfində  yerləĢən  "ġamaxı"  deyilən  bir  qədim  yaĢayıĢ  yeri  də  var 
idi.  Deyilənə  görə  ġamaxı  kəndi  VIII-IX  əsrlərdə  salınmıĢ,  Əmir  Teymurun 
qoĢunları tərəfindən isə yerlə yeksan edilmiĢdir. "ġamaxı"dan tapılmıĢ qədim qəbir 

236 
 
daĢlarının üzərində 800-cü illərə aid tarixin olduğu qeyd edilmiĢdir. Kəndin aĢağı 
hissəsindən  onlarla  bulağın  birləĢməsindən  ġəki  çayı  əmələ  gəlir  ki,  bu  çay 
kənddən 1 km aĢağıda yerləĢən 36 min kv-lıq ġəki SES-ni iĢlədir. Kənd ətrafında 
çoxlu  bulaqlar  Xor-xor  bulaq  Güllü  bulağı,  Gözə  bulağı,  Təknəli  bulağı,  Göy 
bulaq, Çınqıllı bulaq, Süddü bulaq, QoĢa göl deyilən xırda göl vardı. 
Dərələr:  Vəng  dərəsi,  ġor  dərə,  Sel  dərəsi,  Qızılcıqla  sərhəddə  Ayı 
dərəsi. 
BaĢqa  yer  adları:  Pirin  döĢü,  Ramazan  düzü,  Dəvə  ölən,  Dəvə  boynu, 
Təpə  arası,  Örəncə  (köhnə  kənd  yeri),  BalaĢın  çalası,  Qaraxan-bəyli, 
Fərmanın  quĢu,  Almurad  kahası,  Cəfərin  bağı,  Xəlil  kahası,  Qızıl  qaya 
(hündürlüyü 50 m-ə yaxın), Kaftar qaya və s. 
1918-ci  il  avqustun  15-də  kəndin  camaatı  arpa  biçini  vaxtı  Andronikin 
dəstəsinin  qəfil  hücumuna  məruz  qalmıĢ,  xeyli  tələfat  vermiĢdir.  Sağ  qalan  əhali 
əsasən  Araz  boyu  rayonlarda  (Qubadlı,  Cəbrayıl,  Füzuli)  məskunlaĢmıĢlar. 
Kənddən  23  ailə  Yevlaxa  gəlmiĢ,  2-3  ailə  ġəki  rayonunun  DaĢbulaq  kəndinə,  2-3 
ailə  isə  Naxçıvana  köçmüĢdür.  Bunlardan  Yevlaxa  və  DaĢbulağa  köçənlər  geri 
qayıtmamıĢdır. Araz qırağı yerləĢən əhalinin yarıdan çoxu yoluxucu xəstəliklərdən 
tələf olmuĢ, qalanı isə 1921-22-ci illərdə  kəndə qayıtmıĢlar. Üç  yüz təsərrüfatdan 
təxminən 150-si geriyə dönməmiĢdir. 
Kənddə Sovet hökuməti qurulana qədər böyük ruhani məktəbi olub. Axund 
Ġsgəndər  adlı  Ģəxs  orada  dərs  deyərmiĢ.  YaĢlıların  dediyinə  görə  yaylağa  gələn 
tərəkəmələr yaylaqdan qayıdana qədər öz uĢaqlarını o məktəbə qoyarmıĢlar. 
Ġlk Sovet məktəbi 1928-ci ildə (4 illik) açılıb, Əhliman adlı Ģəxs ilk direktor 
olub. Kolxoz 1930-32-ci illərdə qurulub ilk sədr Fətəliyev Həsənqulu olub. Kolxoz 
1961-ci ildə Qızılcıq kolxozu ilə birləĢib, 1964-cü ildə ayrılıb. 
Böyük Vətən Müharibəsində 300-dən çox Ģəkili iĢtirak edib, bunlardan 125-
i geri qayıtmayıb. 
1930-40-cı  illərdə  Bəylərov  QardaĢxan,  onun  qardaĢı  Bəylərov  Bəhmən 
Sovet  hökumətinin  əleyhdarları  kimi  təqib  edilmiĢ,  qaçaq  düĢmüĢlər.  Qaçaq 
QardaĢxan təkcə Zəngəzurda deyil, ətraf bölgələrdə də tanınmıĢ,  öz igidliyi ilə ad 
çıxarmıĢdır. 
ġəki  kəndindən  onlarla  tanınmıĢ,  elm  və  ictimai-siyasi  xadimlər,  əmək 
adamları  çıxmıĢdır.  Görkəmli  ədəbiyyatĢünas-alim,  professor  Əziz  ġərif, 
Azərbaycan  Milli-Elmlər  Akademiyasının  müxbir  üzvü  Kərim  Kərimov, 
professor, əməkdar elm xadimləri Kərəm Kərimov və Hüsü Kərimov, məĢhur 
"Zəngəzur"  romanının  müəllifi  tanınmıĢ  yazıçı  Əyyub  Abbasov,  sosialist 
əməyi  qəhrəmanları  Əli  Hüseynov,  ġirvan  Cəfərov,  Məhəmməd  Gözəlov, 
Ermənistan SSR Ali Sovetinin deputatı olmuĢ  Züleyxa Əliyeva, Sisyan rayon 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin