Yazılı və şifahi nitq
Nitq mədəniyyətindən söhbət gedəndə, adətən, onun (nitqin) şifahi forması nəzərdə tutulur, yazılı nitq bu anlayışa daxil edilmir. Əslində isə nitq mədəniyyəti problemlərini nitqin səlis qurulması, dil vahidlərinin məqsədəuyğun, dəqiq, ahəngdar, aydın, məzmunlu və lakonik ifadə edilməsi və digər bu kimi məsələlərlə məhdudlaşdırmaq düzgün olmazdı. Nitq mədəniyyəti problemi bunlarla yanaşı, əyani, konkret ifadə vasitəsi olan yazılı dillə də son dərəcədə bağlıdır. Dil sisteminin həm şifahi, həm də yazılı formalarında ədəbi dil normalarının gözlənilməsi dilin hərtərəfli inkişafı, onun sosial funksiyasının genişlənməsi baxı- mından başlıca şərtdir. Nitq mədəniyyətindən, ədəbi dilin normaları əsasında fəaliyyət göstərən nümunəvi nitqdən, onun düzgünlüyü, aydınlığı, saflığı, səlisliyi və s. söhbət gedirsə, o zaman yazılı nitqin orfoqrafiya və durğu işarələri qaydalarına əməl etmək də normativlik sayılmalıdır. Nitq inkişafı üzrə aparılan təlim işlərində onun yazılı və şifahi formaları vəhdət şəklində götürülməlidir. “... ancaq şifahi nitqə diqqət yetirib, yazılı nitqi unutmaq nitq mədəniyyətini birtərəfli inkişaf etdirmək deməkdir”
Nitq danışanın fikrinə uyğun olmalıdır. Danışan söyləyəcəyini fikrində götür-qoy etməli, özünə aydınlıq gətirdikdən sonra ifadə etməlidir. Şifahi monoloji nitq bu baxımdan iki formada olur. Birincisi, təşkil olunmuş nitq, ikincisi isə spontan, yəni təşkil olunmamış nitq.
Dostları ilə paylaş: |