12.3.Davamlılıq və koaqulyasiya nəzəriyyələri Hidrofob kolloid məhlulların davamlılığı və elektrolit məhlullarının təsirilə koaqulyasiyası haqqında təsəvvürlərin genişlənməsi zamanı çoxlu sayda nəzəriyyələr yarandı. Bu nəzəriyyələr üç suala cavab axtarırdı:
nə üçün koaqulyasiya koaqulyator-ionun müəyyən qatılığında baş verir;
nə üçün yükünün işarəsi kolloid hissəciyin yükünün işarəsi ilə əks olan ionun qatılığı əsas rol oynayır;
nə üçün koaqulyator-ionun yükünün təsiri Şultse-Qardi qaydası ilə ifadə olunan qanunauyğunluğa tabe olur?
Koaqulyasiyanın bütün nəzəriyyələrini iki qrupa bölmək olar: adsorbsiyon və elektrostatik.