12.11. Peptidləşmə
Təzə (boş) çöküntünü peptizatorların köməyilə zola çevirirlər. Peptizator olaraq elektrolit məhlulundan, səthi-aktiv maddə məhlulundan və ya həlledicidən istifadə edilir. Təzə çöküntü dedikdə, yaşama müddətindən asılı olmayaraq hissəcikləri arasında dispersion mühit təbəqəsi olan çöküntü başa düşülür. Yapıxmış çöküntüləri peptidləşmə yolu ilə dispersləşdirmək olmur. Peptidləşmə faktiki olaraq dispersləşmə olmayıb, mövcud yapıxmamış hissəciklərin dezaqreqasiyasıdır.
Peptidləşmənin üç növü fərqləndirilir: 1) adsorbsiyon peptidləşmə; 2) dissolyusion (və ya kimyəvi) peptidləşmə; 3) çöküntünün həlledicilə (dispers mühitlə) yuyulması.
Peptidləşmə üsulunun seçilməsi çöküntünün alınma üsulu və onun xassələrindən asılıdır. Peptidləşmənin nəticəsi həmişə hissəciklərin bir-birindən qopması və dispers mühitin bütün həcmində bərabər paylanması olmalıdır. Tutaq ki, çətin həllolan Berlin abısı çöküntüsü reagentlərin stexiometrik nisbətində aşağıdakı reaksiya nəticəsində alınmışdır:
Reaksiya nəticəsində Berlin abısının boş çöküntüsü alınır, onun hissəciklərinin səthində ikiqat elektrik təbəqəsi olmur, çünki məhlulda çöküntünün hissəciklərinin səthində seçici adsorbsiya olunan (Panet-Fayans qaydasına uyğun olaraq) və İET əmələ gətirən ionlar tələb olunan miqdardan azdır. Peptidləşmənin baş verməsi üçün çöküntünün hissəciklərinin səthində elektrostatik itələmə qüvvələri yaratmaq lazımdır ki, onlar bir-birindən ayrılsın və məhlulun həcmində bərabər paylansın, yəni zol əmələ gətirsin.
Bunu adsorbsiyon peptidləşmə ilə həyata keçirmək olar, başqa sözlə, çöküntünü tərkibində seçici adsorbsiya oluna bilən (peptizator - ion) elektrolit məhlulu ilə işləmək lazımdır. Peptizator – ionu olan elektrolit məhlulu olaraq və ya məhlulu götürmək olar. məhlulunda peptizator ionu, məhlulunda isə ionudur. Bu ionlardan hər biri kristallarında adsorbsiya olunub İET əmələ gətirə bilir. ionları adsorbsiya olunduqda çöküntünün hissəcikləri müsbət, ionları adsorbsiya olunduqda isə hissəciklər mənfi yüklənir. Hər iki halda zol əmələ gəlir.
1. məhlulu ilə peptidləşmədə müsbət yüklü hissəcikləri olan yaşıl rəngli zolu əmələ gəlir:
2. məhlulu ilə peptidləşmədə mənfi yüklü hissəcikləri olan tünd göy rəngli zolu əmələ gəlir:
Dostları ilə paylaş: |