Дисперс системлярдя агрегатив давамлылыг вя коагулйасийа


Neytrallaşma koaqulyasiyası (adsorbsiyon koaqulyasiya)



Yüklə 1,81 Mb.
səhifə9/16
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#50848
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
Eldar muellim-XII Fesil-1

Neytrallaşma koaqulyasiyası (adsorbsiyon koaqulyasiya) mexanizminə görə koa­qul­yasiya bərk səthin potensialının azalması hesabına baş verir və az­yük­lü hissəcikləri olan kolloid sistemlər üçün xarakterikdir. Bu növ koa­qul­ya­siyanı hissəciklərin səthində koaqulyator-ionları seçici adsorbsiya oluna bi­lən elektrolitlər törədir. Koaqulyator-ionun yükünün artması ilə onların se­çi­ci adsorbsiyası artır. Belə ionlar adsorbsiya təbəqəsinə keçərək po­ten­­sialı neytrallaşdırır və azaldır. Buna paralel olaraq  potensial da azalır.

İonların seçici adsorbsiyası hissəciklərin yenidən yüklənməsinə səbəb olur. Ona görə də neytrallaşma koaqulyasiyası elektrolitin qatılığının mü­əy­yən hüdudunda baş verir (şəkil 12.8). Koaqulyator-ionların seçici ad­sorb­si­ya­sı ilə zolların aqreqativ davamlılığının itirilməsini yalnız hissəciklərin elek­trik potensialının azalması ilə deyil, həm də hissəciklərin səthində az həll olan maddələrin əmələ gəlməsi ilə izah edirlər. Bu halda hissəciklərin həll­edici ilə qarşılıqlı təsiri azalır və hissəcik-mühit sərhəddində fa­za­lar­a­ra­sı gərilmə artır, bu isə aqreqasiyaya meyli artırır.

Neytrallaşma koaqulyasiyası həddi koaqulyator-ionun yükünün kvad­ra­tı ilə tərs mütənasibdir:

(12.24)

İndi isə qeyri-indifferent elektrolitin  potensialın qiymətinə və işa­rə­si­nə təsirini araşdıraq.

Tutaq ki, mənfi yüklü hissəcikləri olan AgI zoluna kalium yodid məh­lu­lu əlavə edilmişdir. Bu halda qeyri-indifferent ion ionudur. Onun yü­kü­nün işarəsi kolloid hissəciklərin yükü ilə eynidir. Əgər mitselin aq­re­qa­tı­nı təşkil edən AgI mikrokristallarının səthində boş adsorbsiya mərkəzləri olar­­sa, onda ionlarının adsorbsiyası nəticəsində kristal qəfəsin qu­rul­ma­sı davam edir. Bu halda PƏİ təbəqəsində yüklərin sıxlığı artır, bununla əla­qə­dar olaraq həm potensialın, həm də  potensialın qiymətləri artır (şəkil 12.8, 1 əyrisi). Adsorbsiya mər­kəzləri tam tu­tul­duqdan sonra ion­larının ad­sorb­siyası dayanır. Elek­trolitin qatı­lı­ğı­nın sonrakı art­ma­sı ilə diffuziya təbə­qə­si­nin sı­xıl­ma­sı nəticəsində  potensial aza­lır.  po­tensialın böhran qiymətində zo­lun ko­aqulyasiyası başlayır.

B




Şəkil 12.8.  potensialın qeyri-indifferent elek­tro­litin qatlığından asılılığı: kol­loid his­­səciklə eyni yüklü (1) və əks yüklü (2); ştrixlənmiş sahə zolun davamsızlıq halına uyğundur

oş adsorbsiya mərkəzləri ol­ma­­­­dıq­da əlavə olunan elektrolitin ion­la­rı bərk hissəciklərin sət­hin­də adsorb­si­ya olunmur və -po­ten­si­alın qiy­mə­ti­nə təsir etmir. Lakin əksionlarının qa­tılığının artması ilə diffuziya təbəqəsi sıxılır,  po­ten­si­al böhran qiy­mə­ti­nə­dək azalır və zol qatılıq mexanizmi üzrə koaqulyasiya edir.

Əgər verilən AgI zoluna gümüş nitrat əlavə olunarsa, onda qeyri-in­dif­fe­rent ion Ag+ ionu olur. Zolda PƏİ ionları olduğundan, zola ion­la­­rı əlavə etdikdə, bu ionların qarşılıqlı təsiri üçün əlverişli şərait yaranır və çə­­tin həllolan AgI əmələ gəlir. Bu proses nəticəsində kolloid hissəciklərin sət­hindəki mənfi yüklər ( ionları) neytrallaşır və potensial tədricən aza­­lır. Bununla paralel mənfi  potensial da azalır.  potensialın böhran qiy­­mətində zol neytrallaşma mexanizmi üzrə koaqulyasiya edir. -ün qa­­tılığının artması ilə sistem izoelektrik nöqtəni keçir. Bu nöqtədə olur. Sonra isə ionlarının seçici adsorbsiyası nəticəsində səthin müs­bət yükü və müsbət  potensial artır, yəni İET yaranır. Daxili təbəqə ion­­­larından, xarici təbəqə isə ionlarından ibarət olur. Beləliklə, kol­lo­id hissəciklə əks işarəli qeyri-indifferent ionun qarşılıqlı təsiri nəticəsində bərk səthin yenidən yüklənməsi və koaqulyasiya zonalarının növbələnməsi baş verir. Bu zaman zolun mitselinin quruluşunda baş verən dəyişiklikləri aşa­ğıdakı sxemlər şəklində göstərmək olar:

Mənfi yüklü ilkin zolun mitseli: .

İzoelektrik nöqtəsində çöküntünün hissəciyi: .

Yenidən yüklənmədən sonra müsbət yüklü zolun mitseli:

.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin