12.8. Heterokoaqulyasiya. Kolloidlərin qarşılıqlı koaqulyasiyası
1897-ci ildə Pikton və Linder müxtəlif yüklü hissəcikləri olan zolların qarışdırılması zamanı qarşılıqlı koaqulyasiyanı(heterokoaqulyasiyani) müşahidə etmişlər. Qarşılıqlı koaqulyasiyanın mexanizmi belədir: yüklü kolloid hissəciklərin İET-i bir-birini qapadıqda elektrostatik cazibə nəticəsində hissəciklərin sürətli aqreqasiyası baş verir. Kolloidlərin hissəciklərinin işarəcə əks olan yükləri bir-birinə bərabər olduqda qarşılıqlı koaqulyasiya maksimal olur.
Elektrostatik cazibə qarşılıqlı koaqulyasiyanın yeganə səbəbi deyildir. Belə ki, eyni yüklü zollarda da koaqulyasiya müşahidə edildiyindən hissəciklər arasında adsorbsiya və kimyəvi qarşılıqlı təsir də mövcuddur.
Qarşılıqlı koaqulyasiya hadisəsi torpağın əmələ gəlməsi, suyun təmizlənməsi və s. proseslərdə mühüm rol oynayır.
Dostları ilə paylaş: |