Neytrallaşma koaqulyasiyası (adsorbsiyon koaqulyasiya) mexanizminə görə koaqulyasiya bərk səthin potensialının azalması hesabına baş verir və azyüklü hissəcikləri olan kolloid sistemlər üçün xarakterikdir. Bu növ koaqulyasiyanı hissəciklərin səthində koaqulyator-ionları seçici adsorbsiya oluna bilən elektrolitlər törədir. Koaqulyator-ionun yükünün artması ilə onların seçici adsorbsiyası artır. Belə ionlar adsorbsiya təbəqəsinə keçərək potensialı neytrallaşdırır və azaldır. Buna paralel olaraq potensial da azalır.
İonların seçici adsorbsiyası hissəciklərin yenidən yüklənməsinə səbəb olur. Ona görə də neytrallaşma koaqulyasiyası elektrolitin qatılığının müəyyən hüdudunda baş verir (şəkil 12.8). Koaqulyator-ionların seçici adsorbsiyası ilə zolların aqreqativ davamlılığının itirilməsini yalnız hissəciklərin elektrik potensialının azalması ilə deyil, həm də hissəciklərin səthində az həll olan maddələrin əmələ gəlməsi ilə izah edirlər. Bu halda hissəciklərin həlledici ilə qarşılıqlı təsiri azalır və hissəcik-mühit sərhəddində fazalararası gərilmə artır, bu isə aqreqasiyaya meyli artırır.
Neytrallaşma koaqulyasiyası həddi koaqulyator-ionun yükünün kvadratı ilə tərs mütənasibdir:
(12.24)
İndi isə qeyri-indifferent elektrolitin potensialın qiymətinə və işarəsinə təsirini araşdıraq.
Tutaq ki, mənfi yüklü hissəcikləri olan AgI zoluna kalium yodid məhlulu əlavə edilmişdir. Bu halda qeyri-indifferent ion ionudur. Onun yükünün işarəsi kolloid hissəciklərin yükü ilə eynidir. Əgər mitselin aqreqatını təşkil edən AgI mikrokristallarının səthində boş adsorbsiya mərkəzləri olarsa, onda ionlarının adsorbsiyası nəticəsində kristal qəfəsin qurulması davam edir. Bu halda PƏİ təbəqəsində yüklərin sıxlığı artır, bununla əlaqədar olaraq həm potensialın, həm də potensialın qiymətləri artır (şəkil 12.8, 1 əyrisi). Adsorbsiya mərkəzləri tam tutulduqdan sonra ionlarının adsorbsiyası dayanır. Elektrolitin qatılığının sonrakı artması ilə diffuziya təbəqəsinin sıxılması nəticəsində potensial azalır. potensialın böhran qiymətində zolun koaqulyasiyası başlayır.
B
Şəkil 12.8. potensialın qeyri-indifferent elektrolitin qatlığından asılılığı: kolloid hissəciklə eyni yüklü (1) və əks yüklü (2); ştrixlənmiş sahə zolun davamsızlıq halına uyğundur
oş adsorbsiya mərkəzləri olmadıqda əlavə olunan elektrolitin ionları bərk hissəciklərin səthində adsorbsiya olunmur və -potensialın qiymətinə təsir etmir. Lakin əksionlarının qatılığının artması ilə diffuziya təbəqəsi sıxılır, potensial böhran qiymətinədək azalır və zol qatılıq mexanizmi üzrə koaqulyasiya edir.
Əgər verilən AgI zoluna gümüş nitrat əlavə olunarsa, onda qeyri-indifferent ion Ag+ ionu olur. Zolda PƏİ ionları olduğundan, zola ionları əlavə etdikdə, bu ionların qarşılıqlı təsiri üçün əlverişli şərait yaranır və çətin həllolan AgI əmələ gəlir. Bu proses nəticəsində kolloid hissəciklərin səthindəki mənfi yüklər ( ionları) neytrallaşır və potensial tədricən azalır. Bununla paralel mənfi potensial da azalır. potensialın böhran qiymətində zol neytrallaşma mexanizmi üzrə koaqulyasiya edir. -ün qatılığının artması ilə sistem izoelektrik nöqtəni keçir. Bu nöqtədə olur. Sonra isə ionlarının seçici adsorbsiyası nəticəsində səthin müsbət yükü və müsbət potensial artır, yəni İET yaranır. Daxili təbəqə ionlarından, xarici təbəqə isə ionlarından ibarət olur. Beləliklə, kolloid hissəciklə əks işarəli qeyri-indifferent ionun qarşılıqlı təsiri nəticəsində bərk səthin yenidən yüklənməsi və koaqulyasiya zonalarının növbələnməsi baş verir. Bu zaman zolun mitselinin quruluşunda baş verən dəyişiklikləri aşağıdakı sxemlər şəklində göstərmək olar:
Mənfi yüklü ilkin zolun mitseli: .
İzoelektrik nöqtəsində çöküntünün hissəciyi: .
Yenidən yüklənmədən sonra müsbət yüklü zolun mitseli:
.
Dostları ilə paylaş: |