Дисперс системлярдя агрегатив давамлылыг вя коагулйасийа


Dispers sistemlərin davamlılıq faktorları



Yüklə 1,81 Mb.
səhifə2/16
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#50848
1   2   3   4   5   6   7   8   9   ...   16
Eldar muellim-XII Fesil-1

12.2. Dispers sistemlərin davamlılıq faktorları
Liofob dispers sistemlərin aqreqativ davamlılığının termodinamik və ki­ne­tik faktorlarını fərqləndirirlər. Koaqulyasiyanın hərəkətverici qüvvəsi iza­fi səth enerjisi olduğundan sistemin davamlılığını təmin edən faktorlar (dis­pers faza hissəciklərinin ümumi səthinin sahəsinin sabit qalması şərtilə) fa­zalararası gərilməni azaldan faktorlardır. Bu faktorlar termodinamik fak­tor­lara aiddir. Fazalararası gərilmə kiçik olduqca sistem termodinamik da­vam­lılığa o qədər yaxın olur. Koaqulyasiyanın sürətini azaldan kinetik da­vam­lılıq faktorları mühitin hidrodinamik xassələri ilə əlaqədardır.

Aqreqativ davamlılığın termodinamik faktorlarına aşağıdakılar aiddir:



  1. elektrostatik faktor – hissəciklərin səthində onların qarşılıqlı tə­si­ri­nə mane olan İET-in yaranmasına səbəb olur;

  2. adsorbsion-solvat faktoru – dispers faza hissəciklərinin mühitlə qar­şı­lıqlı təsiri (adsorbsiya və solvatlaşma) nəticəsində fazalararsı gərilmənin azal­masına gətirir;

  3. entropiya faktoru – hissəcikləri istilik hərəkətində olan sistemlərdə tə­sir göstərir. Bu faktor dispers fazanın sistemin bütün həcmində bərabər pay­lanmasına kömək edir.

Aqreqativ davamlılığın kinetik faktorlarına aşağıdakılar aiddir:

  1. quruluş-mexaniki faktor – hissəciklərin səthində onların qarşılıqlı tə­sirinə mane olan elastik və mexaniki möhkəm təbəqələrin yaranmasını tə­min edir.

  2. hidrodinamik faktor – mühitin özlülüyünün artırılması, dispers faza və dispers mühitin sıxlıqlarının dəyişdirilməsi ilə koaqulyasiyanın sürətini azal­dır.

Adətən, aqreqativ davamlılıq bir neçə faktorun birgə təsirilə təmin edi­lir. Xüsusən də, termodinamik və kinetik faktorlar birgə təsir etdikdə yük­sək davamlılıq müşahidə olunur.

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin