Q.Freyndlixin koaqulyasiyanın adsorbsion nəzəriyyəsi. Bu nəzəriyyənin əsas müddəasına görə zolların koaqulyasiyası zamanı koaqulyator-ionlar kolloid hissəciklərdə adsorbsiya izoterminə uyğun adsorbsiya olunur. Freyndlix belə hesab edirdi ki, koaqulyasiya potensialın eyni qiymətində baş verir, bu isə müxtəlif ionlar ekvivalent miqdarda adsorbsiya olunduqda əldə edilir.
Koaqulyasiyanın adsorbsion nəzəriyyəsi potensialın böhran qiymətinə qədər azalmasını adsorbsiya olunan koaqulyator-ionların potensialəmələgətirici ionları neytrallaşdırması nəticəsində onların yüklərinin sayının azalması ilə izah edir. Lakin sonrakı tədqiqatlar göstərdi ki, bu nəzəriyyənin tətbiqi məhduddur, belə ki, müxtəlif elektrolitlərin adsorbsiyası zamanı ekvivalentlik və müxtəlif ionların adsorbsiya izotermlərinin üst-üstə düşməsi həmişə müşahidə olunmur. Bundan əlavə, çox hallarda koaqulyasiya diffuziya təbəqəsindəki dəyişikliklə əlaqədardır, potensialəmələgətirici ionların yükü isə sabit qalır.
Q
Şəkil 12.1. Pazlayıcı təzyiqin yaranmasının təsviri.
.Müllerin koaqulyasiyanın elektrostatik nəzəriyyəsi. Adsorbsiyon nəzəriyyədən fərqli olaraq, bu nəzəriyyəyə görə zola əlavə edilən elektrolit İET-də ümumi yükü dəyişmir, lakin diffuziya təbəqəsini sıxır. İon atmosferinin qalınlığının azalması potensialın azalmasına səbəb olur, bu isə Debay-Hükkelin qüvvətli elektrolitlər nəzəriyyəsi əsasında hesablana bilər, potensialın azalması nəticəsində zolun stabilliyi azalır.
Müllerin nəzəriyyəsi əlavə olunan ionların adsorbsiyasını və onların İET-ə daxil olmasını nəzərə almır.
Dostları ilə paylaş: |