Дисперс системлярдя агрегатив давамлылыг вя коагулйасийа


Elektrolitlərin təsirilə hidrofob zolların koaqulyasiyası



Yüklə 1,81 Mb.
səhifə7/16
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#50848
1   2   3   4   5   6   7   8   9   10   ...   16
Eldar muellim-XII Fesil-1

12.5. Elektrolitlərin təsirilə hidrofob zolların koaqulyasiyası
Koaqulyasiya zamanı sistemin fiziki-kimyəvi xassələri dəyişir: bula­nıq­lıq müşahidə olunur, sistemin osmos təzyiqi, elektrik keçiriciliyi və öz­lü­lüyü dəyişir. Koaqulyasiya prosesinin müşahidə metodları və öyrənilməsi fi­ziki-kimyəvi xassələrin dəyişməsinə əsaslanır.

Sistemin aqreqativ davamlılığını pozan istənilən agent koaqulyasiyanı tö­rədən faktor ola bilər. Koaqulyasiyanın aşağıdakı faktorlarını qeyd etmək olar:



  1. temperaturun dəyişməsi (temperaturun kəskin artırılması və ya so­yu­dulması);

  2. mexaniki təsir (intensiv qarışdırma, silkələmə və s.);

  3. işığın və müxtəlif növ şüaların təsiri;

  4. elektrik boşalmalarının təsiri;

  5. elektrolitlərin təsiri.

Bu faktorların ən vacibi sonuncudur. Zollara əlavə olunan elektrolitlər hid­rofob kolloid sistemlərin əsas davamlılıq faktorlarından biri olan İET-in qa­lınlığına və  potensiala tez və kəskin təsir göstərir, yəni koaqulyasiyanın po­tensial çəpərini məhv edir.

Q.Şultsenin (1882) müşahidələri göstərmişdir ki, sistemə əlavə olunan elek­trolit ionlarından biri (koaqulyator-ion) koaqulyasiyaedici qabiliyyətə ma­likdir. Koaqulyator-ionun koaqulyasiyaedici qabiliyyəti onun yükünün art­ması ilə artır (Şultse qaydası). Bir qədər sonralar M.Qardi (1900) mü­əy­yən etmişdir ki, koaqulyator-ionun yükü kolloid hissəciyin yükü ilə əksdir (Qar­di qaydası). Aydındır ki, mənfi yüklü hissəcikləri olan zolun koa­qul­ya­si­yasını əlavə olunan elektrolitin kationları, müsbət yüklü hissəcikləri olan zo­lun koaqulyasiyasını isə anionlar törədir. Şultse və Qardinin tapdıqları qa­nunauyğunluqlar digər tədqiqatçılar tərəfindən təcrübədə təsdiq edilmiş və Şultse-Qardi qaydası kimi qəbul edilmişdir. Bu qaydaya görə: elek­tro­li­tin yükü kolloid hissəciyin yükünün əksi olan ionu koaqulyasiyaedici təsirə ma­likdir; koaqulyator-ionun yükü böyük olduqca, koaqulyasiyaedici təsiri də güclü olur.

Elektrolitin koaqulyasiya törətməsinə uyğun böhran qatılığına koa­qul­ya­siya həddi ( ) deyilir. Onun ölçü vahidi mol/l-dir. Koaqulyasiya həd­di­nin tərs qiymətinə koaqulyasiyaetmə qabiliyyəti ( ) deyilir: . Koa­qulyasiyaetmə qabiliyyəti 1 mol koaqulyator-ionun təsirilə koa­qul­ya­si­ya olunan zolun həcminə bərabərdir.

Qeyd etmək lazımdır ki, koaqulyasiya həddinin qiyməti bir sıra şərt­lər­dən: elektrolitin əlavə edilmə müddətinin qeyd olunmasından; müşahidə me­todundan; zolun qatılığından və s. asılıdır. təyin edildikdə bunlar gös­tə­rilməlidir. Koaqulyasiya həddinin ən geniş yayılmış təyini metodları opal­es­sensiya və titrləmədir.



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin