12.7. Elektrolitlərin qarışığının təsirilə koaqulyasiya
Elektrolitlərin qarışığından istifadə etdikdə koaqulyasiya prosesi mürəkkəbləşir. Bu halda adsorbsiya tarazlığı yerini dəyişdiyindən İET-də ionların yenidən paylanması və koaqulyasiya həddi dəyişir. İki elektrolitin qarışığının təsirilə zolun koaqulyasiyası zamanı üç effekt müşahidə olunur: elektrolitlərin additivliyi, antoqonizmi və sinergizmi (şəkil 12.9).
A
Şəkil 12.9. Elektrolitlərin qarışığı ilə koaqulyasiya: 1 – koaqulyasiya təsirinin additivliyi; 2 – antaqonizm və ya peptidləşmə; 3 – koaqulyasiya təsirinin sinergizmi
dditivlik elektrolitlərin koaqulyasiyaedici təsirinin toplanmasındə özünü biruzə verir. Eyni yüklü və xassələri yaxın olan ionlar (məsələn, və , və ), adətən, additivlik göstərir. Absis oxunda birinci elektrolitin koaqulyasiya həddi ( ), ordinat oxunda isə ikinci elektrolitin koaqulyasiya həddi ( ) göstərilmiş koordinat oxunda elektrolitlərin additiv təsiri fərdi elektrolitlərin koaqulyasiya hədlərini birləşdirən düz xətlə xarakterizə olunur (şəkil 12.9, 1 düz xətti). Sanki elektrolitlər bir-birindən asılı olmadan təsir göstərir.
Əgər sürətli koaqulyasiyanın baş verməsi üçün ayrı-ayrı elektrolitlərə nisbətən daha çox elektrolit qarışığı tələb olunarsa, bu hadisəyə elektrolitlərin antaqonizmi deyilir (şəkil 12.9, 2 əyrisi). Antaqonizm elektrolitlər qarışdırıldıqda ionların termodinamik aktivliklərinin dəyişməsi, onlar arasında qarşılıqlı təsir nəticəsində kompleks ionların əmələ gəlməsi və adsorbsiya effektlərilə izah edilir. Məsələn, zolunun və elektrolitlərinin təsirilə koaqulyasiyasında antaqonizm müşahidə edilir. Buna səbəb kompleksinin əmələ gəlməsi ilə ionlarının koaqulyasiyaedici təsirinin itirilməsidir.
Ayrı-ayrı elektrolitlərlə müqayisədə onların qarışığının koaqulyasiyaedici təsirinin güclənməsi sinergizm adlanır (şəkil 12.9, 3 əyrisi).
Dostları ilə paylaş: |