Дисперс системлярдя агрегатив давамлылыг вя коагулйасийа


Zolların öyrəşməsi hadisəsi. Kolloid müdafiəsi



Yüklə 1,81 Mb.
səhifə12/16
tarix01.01.2022
ölçüsü1,81 Mb.
#50848
1   ...   8   9   10   11   12   13   14   15   16
Eldar muellim-XII Fesil-1

12.9. Zolların öyrəşməsi hadisəsi. Kolloid müdafiəsi
Koaqulyasiya bəzi hallarda elektrolit-koaqulyatorun əlavə edilmə üsu­lun­dan asılıdır. Təcrübi nəticələr təsdiq edir ki, əgər zola elektrolit tədricən əla­və edilərsə, onda koaqulyasiya elektrolitin hamısının bir dəfəyə əlavə edil­məsi halına nisbətən elektrolitin daha böyük qatılığında baş verir. Bu ha­disə zolun müsbət öyrəşməsi adlanır. Zolun müsbət öyrəşməsinin səbəbi pep­tizatorun əmələ gəlməsi və ya hissəciklə eyni yüklü ionların ad­sorb­si­ya­sı nəticəsində onların ilkin yükünün artmasıdır.

Bəzi hallarda zola hissə-hissə elektrolit əlavə etdikdə daha az elektrolit tə­ləb olunur. Bu hadisəyə zolun mənfi öyrəşməsi deyilir. Zolun mənfi öy­rəş­məsinin səbəblərindən biri elektrolitin yavaş-yavaş əlavə edilməsi za­ma­nı stabilizatorun miqdarının azalması və dispers fazanın miqdarının art­ma­sı­dır.

Qeyd etmək lazımdır ki, zolun müsbət və mənfi öyrəşmələrini izah edən vahid nəzəriyyə yoxdur.

Tipik kolloid sistemlər elektrolitlərin təsirinə çox həssasdır. Lakin hid­ro­fob zolların koaqulyasiyaya davamlılığı YMB iştirakında artır. Bu hadisə kol­loid müdafiəsi adlanır. Zolların kolloid müdafiəsini zülallar, kar­bo­hid­rat­lar, pektinlər və s. təmin edir. Bu maddələrə müdafiə kolloidləri deyilir.

Zolların koaqulyasiyadan müdafiəsi müdafiə ədədi ilə xarakterizə olu­nur. Müdafiə ədədi 10 ml zolu 1 ml 10%-li məhlulunun təsirilə koa­qul­yasiyadan müdafiə edən quru YMB-nin milliqramlarına bərabərdir.

Zolun təbiətindən asılı olaraq müdafiə ədədləri zolun adı ilə adlanır. Mə­sələn, qızıl zolu üçün «qızıl», gümüş zolu üçün «gümüş», zolu üçün «dəmir» müdafiə ədədi və s. adlanır. Müdafiə ədədinin qiyməti böyük ol­duqca, YMB-nin müdafiə qabiliyyəti də zəif olur.

YMB-nin müdafiə təsirinin mexanizmini belə izah etmək olar ki, mak­ro­molekullar kolloid hissəciklərin səthində adsorbsiya olunaraq ad­sorb­si­yon-solvat təbəqələri yaradır. Bu təbəqələr kolloid hissəciklərin hid­ro­fil­li­yi­ni artırır. Bu səbəbdən hissəcik - həlledici qarşılıqlı təsiri güclənir. Solvat tə­­bəqələri iki hissəcik bir-birinə yaxınlaşdıqda böyük pazlayıcı təzyiq ya­ra­dır, ona görə də hissəciklər yapışmır. YMB-nin adsorbsiya təbəqəsində yük­sək davamlılığa və elastikliyə malik olan geləbənzər quruluş əmələ gəl­dik­də müdafiə təsiri artır.

Kolloid müdafiənin biologiya və əczaçılıqda böyük əhəmiyyəti vardır. Mə­sələn, qandakı zülallar yağ damcılarını, xolesterini və digər hidrofob mad­dələri koaqulyasiyadan qoruyur. Qandakı zülalların müdafiə qa­bi­liy­yə­ti­nin zəifləməsi xolesterinin qan damarlarının divarlarında çökməsinə, böy­rək­lərdə, ciyərdə daş əmələ gəlməsinə və s. səbəb olur.



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin