«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə43/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   39   40   41   42   43   44   45   46   ...   149
«Doqquz Bitik» s-ras-

 
 
Qədim 
coğrafi adlar 


 
77 
dur və onların gəlmə tarixi də bəllidir. Bu gəlmə xalqlar yerli toponimləri 
bəzən  kiçik  təhriflə  saxlamıĢ,  bəzən  hərfi  tərcümə  ilə  əvəz  etmiĢ,  bəzən 
də tamam  dəyiĢib  öz  dilindəki  sözlə  vermiĢlər.
 
Bu  baxımdan,
 
paleotopo-
nimin tədqiqində həmin fərqli durum gözaltına alınmalıdır. 
BaĢqa
 
dilli  paleotoponimlərin  geniĢ  öyrənilməsinə
 
baxmayaraq
,
 
Ön 
Asiyanın qədim toponimləri sırasında xüsusi çəkisi olan türkmənĢəli ad-
lara diqqət verilməmiĢ, bu və ya digər münasibətlə bəzi prototürk toponi-
mi  haqqında  ötəri  fikir  söylənmiĢdir.  Son  yarım  əsrdə  türkcə  yer-yurd 
adlarından bəhs olunmağa baĢlansa da,
 
hələlik
 
bu sahədə sitemli
 
tədqiqat
 
yox dərəcəsindədir.
32
 Doğrudur, bu tədqiqatlar sırasında dəyərli  yozuma, 
elmi  əsasa  söykənən  fikirlərə  rast  gəlmək  olur,  lakin  bəzən  çox  bəsit 
Ģərhlərlə  də  qarĢılaĢmalı
 
oluruq.
33
 Sistemli
 
tədqiqat
 
olmayanda
 
təsadüfi
 
fikirlərin
 
ortaya çıxması təbiidir. Hətta, müasir alimlərimiz bəzən Naxçı-
vanı  «NəqĢ-i  Cahan»

Bakını  «Badu
 
kubə»
 
Ģəklində  xalq  etimologiyası
 
yönündə  Ģərh  edən  orta  əsr  müəllifləri  səviyəsinə  enir,  necə  ki,  Ġrəvan 
adını  Rəvanqulu  xanın  adıyla  bağlayan
 
«savadlı»
 
ziyalılarımız
 
vaxtaĢırı
 
televiziya
 
veriliĢində  bunu  «milli»  gerçəklik  kimi  təqdim  edirlər.
 
Guya  
Rəvanquludan  əvvəl  Ġrəvan  adlı  Ģəhər  olmamıĢdır.  Halbuki,  bu  Ģəhəri 
qədim protoazər yurdu olan Az bölgəsini zəbt edən Urartu çarı  I  ArgiĢti 
m.ö.
 
782-ci ildə həmin bölgədə Erebuni adlı
 
qala formasında tikdirmiĢdi.
34
 
Və  bu  Erebuni-Ġrəvanın  minil
 
sonra  bura gələn hay-erməni  xalqı  ilə  əla-
qəsi  olmadığı  kimi,
 
iki  minildən  artıq  vaxtdan  sonra  burada  xanlıq  edən 
Rəvanqulunun adına da dəxli yoxdur; Ġrəvanın qədim Erebuni adında -ni 
mənsubiyət Ģəkilçisi urartuların, Erbu ~ Erebu isə protoazərlərin sözüdür. 
Ona  görə  urartu  yazısı  «ər//ərlər  evi»  anlamlı  bu 
URU
erebuni  adını  bir 
formada yox, erebu, erbu, irepu, irpu kimi müxtəlif Ģəkillərdə verir.
 35
  
                                                 
32
 Bu yöndə A. A. Bakıxanovun baĢladığı tədqiqat M.
 
Baharlı, Ə. Dəmirçizadə,
 
B. Buda-
qov,
 
Y.
 
Yusifov,  K.
 
Əliyev,  Q.  Qeybullayev,  T.  Əhmədov  və  baĢqa  alimlər  tərəfindən 
davam etdirilmiĢdir. Azərbaycan paleotoponimlərinin tədqiqi barədə geniĢ  məlumatı T.
 
Əhmədov vermiĢdir (Ящмядов, 1985). 
33
 Təəssüf ki, belə yozumlar Az. EA Tarix Ġnstitutunun hazırladığı 7 cildlik «Azərbaycan 
tarixi» kitabında daha çoxdur. Bu akademik nəĢrdə Ə. Dəmirçizadə, Y. Yusifov, Q. Qey-
bullayev, K. Əliyev, T. Əhmədov, S. Vəliyev kimi Azərbaycan alimlərinin düzgün Ģər-
hinə deyil, S. N. Muravyovun yozumlarına üstünlük verilmiĢ, bəsit, savadsız və elmi əsası 
olmayan  etimoloji  yozumlar  irəli  sürülmüĢdür.  Məsələn,  Ptolemeyin  göstərdiyi  Ġobula, 
Xabala güya müasir Əlibəyli, Xaçmaz kənd adlarını əks etdirir (AT, 1998, 367).   
34
 Пиотровский, 1959, 31; Меликишвили, УКН, 431; ТУ, 257-258. 
35
 Diakonoff -
 
Kashkai 1981, 29. 


 
78 
Qədim  coğrafi  adlara  yanlıĢ  yanaĢma,  təəssüf  ki,  toponimiya  üzrə 
mütəxəssislərin Ģərhində də özünü  göstərir.  Onlarla belə faktlardan  yalnız 
birini burada xatırlamaqla ümumi tendensiyanı görmək olar.
 
TanınmıĢ üç 
toponimiya uzmanının yazdığı
 
«Azərbaycanın çoğrafi adları» 
(1972)
 kitabı 
bütövlükdə dəyərli əsər olsa da, ancaq orada belə Ģərhlər də vardır:  
      «…Araz boyunda
 
Ġran və erməni dilli xalqların yaĢadığı bəllidir.
 
Buna 
görə
 

 
Araz
 
sözünün
 
bu
 
iki
 
dildən  birinə  mənsub  olması  ehtimalı  güclü-
dür. Ermənilər
 
Araz
 
sözünün
 
ermənicə
 
olduğu məsələsini irəli
 
sürmədiklə-
rindən,
 
buna
 
görə  Araz
 
Ġran  mənĢəli
 
söz
 
olmalıdır.
 
Midiya
 
torpağında 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin