«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə58/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   54   55   56   57   58   59   60   61   ...   149
«Doqquz Bitik» s-ras-

b)  atarpat, atropat, adurbad, aturpat, atrpat
 
Adın bu hissəsində son heca olan -bi/-ba/-bay və -pat/-bad sözcük-
lərinin etimologiyası üzərində dayanaq. Birinci sıradakı «bi» formantından 
yuxarıda «bölgəsəl sözlər» bölməsində danıĢmıĢ, onun «boy» anlamı ilə 
etnonimlərə  qoĢulduğunu  göstərmiĢdik.
121
 Qədim  mixi  yazılarda
 
qeyd
 
edi-
lən
 
Lulube/Lullume,
 
Madape, Ellipi yeradlarında lulu-be,
 
mada-be, elli-pi 
adları  türk  etnotoponimlərinin  yaranmasında  iĢtirak
 
edən  -bi
 
Ģəkilçisini
 
ortaya qoyur. Bu baxımdan, qədim çağlarda iĢlənmiĢ bod «boy» sözünün 
sonrakı  ĢəkilçiləĢmiĢ  -be/-bi  fonetik  variantı  ilə  düzələn  azər-bi  boyadı 
türk mühitində yalqız deyildir. Deməli, azər sözü boyadı olduğu üçün -bi 
Ģəkilçisi ona qoĢula bilmiĢdir.
122
 
Ġkinci sıranı təĢkil edən «pat» formantı isə iran dillərində qədim fars 
dilindən üzübəri
 
«-çı» Ģəkilçisinin qarĢılığı kimi iĢlənib «qoruyan»,
 
«baĢçı» 
anlamında titul yaradan sözcükdür.
123
 Y.Yusifov
 
atropat sözünün baĢ
 
kahin 
vəzifəsini  də  icra  edən  hökmdara  məxsus  dini  rütbə  bildirdiyini  və  iran 
dillərində «od saxlayan» anlamı daĢıdığını yazır.
124
 Sasani çağında aturpat
sonralar
 
daha çox
 
adurbad Ģəklində iĢlənən atarpat sözü yunanca metate-
zaya uğramıĢ atropat (atrapat) fonetik variantı ilə yazıya alınmıĢdır.  
Oda  sitayiĢ  çağlarında  Azərbaycan  tapınaqlarında  atropat  titulunu 
daĢıyan onlarla Ģəxs ola bilərdi
 
ki,
 
bunlardan
 
biri də Makedoniyalı Ġskən-
dərə  qarĢı  III  Daranın  qoĢununda  bir  hissəyə  baĢçılıq  edən  Kiçik  Mada-
                                                 
121
 Krımda  Karabi-Yayla,  Tatarbi-Çokrak  etnotoponimləri  kara-bi,  tatar-bi  boylarını  əks 
etdirir (Лезина, 152, 159); Qədim və orta çağ türklərinə aid tras-pitata-bi, ki’pi (kir-pi), 
syan-bi,  bara-bi  boyadı
 
olduğu  kimi,  m.ö.
 
Azərbaycanda  lulu-bi,  kas-pi,  suv-bi,  elli-pi 
boyadları vardı.  
122
 Fonetik
 
variantlar
 
müxtəlif
 
adlarda
 
bud/but/boy/bay/ba/bi/be/me/pe/pi
 
formaları
 
almıĢ-
dır. Bu Ģəkilçi etnik göstərici kimi ləzgi dilinə
 

 
keçmiĢdir: awar-wi (avar-bi) «avar». 
123
 Qədim farsca vispati «ev yiyəsi», Avestada aēðra-pati «(dini) məktəb baĢçısı», orta  
fars  dilində  spāhpat/spāhbed  «ordubaĢı»,  darīgbed  «darğa»  və  sair  bu  kimi  sözlərdə 
pati/ pat/bed sözcüyünə rast gəlmək olur (ОИЯ, 1981, 73). 
124
 AT, 1994, 137; Bu adın müxtəlif dilli qaynaqlarda çeĢidli fonetik variantları sırasında 
səsdüĢümü (trpat) və səsartımı (hatarpat) olayını əks etdirən variantlar da vardır: Trpat 
(hay), Hatarbada (elam). H. HübĢman bu adın Τροπατηνή (Plini) və haydilli qaynaqlarda 
Atrapatakan,  Atrpatunik,  Trpatunik  Ģəklində  iĢləndiyini  və  Sargis  Trpatuni  kimi  Ģəxs 
adlarında göründüyünü qeyd etmiĢdir (Hübschmann, 343). 


 
113 
nın satrapı və dini baĢçısı Atropat imiĢ. Görünür,
 
tarxan, xan, sultan 
 
kimi
 
titullar Ģəxs
 
adına (antroponimə)
 
keçə
 
bildiyi kimi,
 
atrapat titulu da
 
Atro-
pat
 
Ģəxs
 
adına  çevrilmiĢdir.
125
 Bəzi  yazarların  Kiçik  Madaya  «Atropatın 
ölkəsi» deməsi qəribə
 
görünməməlidir,
 
Polibi
 
də Azərbaycanı
 
m.ö. II əsrdə
 
hökmdarın adı ilə  «Artabazanın vilayəti» adlandırır. Bu baxımdan,
 
Atro-
pat
 
adına iran,  yunan, hay  dillərinin məkan və mənsubiyət Ģəkilçilərinin 
qoĢula bilməsi normal haldır:
 
   
Atropat-(a)kan  «Atropatın ölkəsi» (farsca) 
   
Atropat-an   «Atropatlı ölkə» (farsca) 
   
Atropat-ena
  
«Atropat ölkəsi» (yunanca) 
   
Atropat-ak   «Atropatın ölkəsi» (partca) 
   
Atropat-uni-k, atropat-i-çi  «atropatlı(lar)» (hayca)
 
Göründüyü  kimi,  «Azər  boylarının  ölkəsi»  anlamında  Azərbiqan 
adının türk deyimindən fərqli olaraq, fars, yunan, hay deyimi «Atropatın
 
ölkəsi»
 
anlamında
 
Atarpatkan  adına  köklənmiĢdir.
126
 AĢırı  iranpərəstlər 
Azərbaycan adının  Atropatın  adından  yarandığını  «isbat»  etmək  istədik-
ləri  kimi, bunun əksini  söyləyənlər  də  olmuĢdur.  Guy  Le  Strange  yazır 
ki,  farsca  Azerbâzegâh  adını  qreklər  (yunanlar)  təhrif  edib  Atropatene 
Ģəklinə salmıĢlar.
127
 Bu yozumların ikisi də yanlıĢdır, çünki orta fars di-
lində olan Āturpātakān//Ādurbādaqān formasından Azərbaycan formasına 
keçid inandırıcı olmadığı kimi, daha əski Ātarpātkān forması da türkcə 
mövcud olan Azərbeqan formasına uyğunlaĢıb artıq orta fars dili çağına 
qədər ortadan qalxmıĢdı.
 
Həm də nəzərə  almaq  lazımdır  ki, türk deyimi 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin