Qızıl-üzən. Güney Azərbaycanda Xəzərin batı tərəfindən axıb bu
dənizə qovuĢan, bəzi antik dövr yazarların Amard kimi verdiyi Qızıl-üzən
hidronimi asur-urartu qaynaqlarında qeyd olunmasa da, «qızıl» sözü onun
qədimliyindən xəbər verir. Belə ki, bu çayın orta axarları m.ö.
I minilin
əvvəllərindən qızıl boylarının məskəni kimi Qızıl-bud adlanırdı. Qızıl-
üzən hidronimində qızıl sözünün rəng anlamında deyil, etnonim bildirən
(qızıl-bud) anlamında iĢləndiyini göstərən bir neçə səbəb vardır.
192
188
Rasonyi, 134.
189
Ertem, 1973, 128, 194, 200.
190
Молчанова, 1979, 148.
191
Мурзаев, 1984, 504.
192
Doğrudur,
bura
gələn
monqollar
Qızıl-üzən
adındakı apelyativi rəng bildirən söz sayıb
monqolca bu çaya Ulan-mören (qızıl-çay) demiĢlər, lakin belə adlanma ona görə müm-
130
Əvvəla, Qızıl-eli adı ilə Səlcuq imperiyasının yaranmasında aktiv
iĢtirak edən boybirliyi vaxtilə Xəzərin güneyindən
Türkmənistana keçən
qızıl boyları idi.
193
Ġkincisi də, Ġstəxri bu hidronimi sebid-ruz, Ġbn Xordad-
beh Ġsbidrud Ģəklində yazsa da, həmin forma farsca
ﺭﻭﺩ ﺳﻐﻴﺩ
(Səfid-rud)
deyimidir
ki
,
bugün həmin formada iĢlənən «ağ çay» anlamındadır.
Qızıl-
üzən üç minil öncə həmin bölgədə yaĢayan qızıl boylarının adı ilə bağlı
etnohidronim kimi iĢlənmiĢdir. Həmin çağlarda bu regionda üzən apelya-
tivi
Alazan
(Qanıx) adında və
Dağıstanda
UtamıĢ
kəndindən
keçən
Qamri-
özən (qamər-çayı) etnohidronimində saqa-qamər boylarından qalan niĢa-
nədir. Dağıstanda Al-ozen, Buqlen-ozen çayları da vardır.
194
Azərbaycanda
o qədər böyük və kiçik çaylar, bulaq və göllər var ki,
onları sayıb qurtarmaq olmur. Azərbaycanda XVII əsrdə olmuĢ Adam
Oleari təkcə RəĢt-ġamaxı yolunda 80 böyük çayın üzərindən keçdiyini ya-
zır.
195
Qədim Azərbaycan coğrafi sınırından kənarda qalan prototürk yurd-
larındakı axarsuları da nəzərə alsaq, bu hidronimlərin sadəcə sıralanması
bir neçə ayrıca bitiyə sığar. Ona görə də, burada əsasən tarixi qaynaqlar-
da adı keçən hidronimlərdən söbət açılır.
Uzunluğuna görə Fərat
(
2700
km
)
,
Dəclə
(
1900 km
)
,
Kür
(
1500 km
)
,
Araz
(
1000
km)
çayları fərqlənir.
196
Eyni
istiqamətə
axıb
sonda
birləĢən Dəclə-Fərat və Kür-Araz qoĢa
çayları «ikiçayarası» coğrafi terminini iĢlətmək üçün zəmin
yaradır.
Türk
yurdlarında
belə
ikiçayarası
çoğrafi
durumu
olan Sayxun-Cayxun
//Seyhun-
Ceyhun (Sır-dərya və Amu-dərya),
Güney Anadoluda Çukurovadan Ġskən-
dərun körfəzinə
axan Seyhan-Ceyhan kimi qoĢa çaylar çoxdur, lakin Ġkiça-
yarası (Mesopotamiya)
termini
daha çox qədim subar boylarının yaĢadığı
Dəclə-Fərat arası üçün iĢlənir, mixi yazılarda həmin ərazi «subar ölkəsi»
anlamında Subartu, həmin çaylar da Ġdiqla/Ġdiqna və Bura(t) adlanır.
Sumer yazısında deyilir:
kün olmuĢdur ki, Qızıl-bud bölgəsinin siyasi-inzibati durumu monqol yürüĢünə qədər
iki minil boyunca bir neçə dəfə dəyiĢmiĢ, buradakı qızıl boylarının bir qismi Quzey
Azərbaycana, bir qismi də Orta Asiya və Güney Sibirə miqrasiya etmiĢdi.
193
S. Ataniyazov yazır ki, bu qızıl boybirliyi baĢında Qızıl ibn Yəhya adlı türkmən bəyi
dururdu (Атаниязов, 1988, 58).
194
ОК, 193.
195
ПОА, 256.
196
Qızıl-üzən və Fəratın yuxarı qolu Murat-su 700 km, Qanıx və Qabırrı 400 km, Samur,
Tərtər, Pir-saqat, Sumqayıt, Türyançay 200 km və Bazarçay, Həkəri, hər iki Arpaçay,
Zəngi kimi uzunluğu ilə seçilən xeyli çay vardır.
131
Luqal-e
id
Dostları ilə paylaş: |