«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə71/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   67   68   69   70   71   72   73   74   ...   149
«Doqquz Bitik» s-ras-

İdigna  
id
Buranun-bi-da  im-ma-da-an-tab. 
197
 
         
«Çar Dəclə (suyu) ilə Fərat (suyu) birləĢdirdi» 
 
Burat.  Qaynağını Doğu Anadolu dağlarından alıb, Dəclə ilə birlikdə 
Fars körfəzinə tökülən Fərat çayı müxtəlif dillərdə, qədim  yazılı mənbə-
lərdə belə adlanır: 
 
 
Sumer   
Buranun 
 
 
Akad    
- Purattu(m) 
 
 
Het 
    
- Puratti, Puranti, Puran, Puruna 
 
 
Hurri   
- Puranti 
 
 
Urartu   
Puranade (
id
pu-ra-na-de
 
 
Yəhudi  
Perat 
 
 
Elam      
- UpratuĢ (u-ip-ra-tu-iĢ) 
 
 
Qədim pers 
- Ufratu, Hufratu 
 
 
Yeni fars 
- Fərat  
 
 
Yunan   
Εσυρατης 
 
 
Azər 
 
Fərat  
   
 
Türk 
 
Fırat  (aĢağı axarı)  
Türk 
 
- Murat (yuxarı axarı)
 
Göründüyü
 
kimi

yunanlar
 
bu
 
çayadını
 
elam
 
deyiminə
 
uyğun iĢlətmiĢ-
lər.
 
Təxminən  m.ö.VII-VI  əsrlərdə  perslər  Elama  gələndə  ilk  dəfə  bu  adı
 
yerli boylardan eĢitdiyi varianta uyğun tələffüz etmiĢ, az sonra bu hidro-
nim
 
həmin
 
formada  yunan-pers  təması  ilə  yunan  dilinə

oradan  da digər 
Avropa xalqlarının dilinə keçmiĢdir. Ərəb istilası çağlarında fars, türk və 
azər
 
boyları
 
bu
 
ümumiĢlək
 
hidronimi
 
yenidən
 
ərəb
 
dilindən
 
almıĢlar.  Elam-
dan uzaq olub, birbaĢa sumer, akad
,
 het boylarının ərazisindən
 
keçən
 
bu 
çaya
 
zaman
 
qədimliyi
 

 
məkan
 
yaxınlığı
 
ilə
 
seçilən
 
həmin xalqların
 
dili-
ndəki
 
variant
 
ilkin
 
formaya
 
daha
 
yaxındır
 

 
hər
 
üç dildə adın əvvəli bura 
~pura, sonu uyğun
 
(-nun

-tu

-t) hissələrinə ayrılır.
198
 Sözün ilk hissəsi
 
türk
 
onomastikasında
 
yayğın
 
olan
 
börü
 
(qurd) sözünü xatırladır, necə ki,  BaĢ-
qord
 
elində
 
Bürele

Büre-ubası

Büre-bazı
 
yılqası
 
hidronimləri
 
bu
 
apelya-
tivi  əks  etdirir.
199
 Dneprin  sol  qolu  Samaraya  axan  Volçey  reçka  çayının 
da rusca adı onun Börü-çay hidroniminin kalkası olduğunu göstərir. 
Bu
 
baxımdan,
 
Dəclənin
 
iki
 
böyük sol qolunun Böyük və  Kiçik  Zab 
adlanması
 
diqqəti  çəkir.
 
Samsun  bölgəsində  Qara-dənizə  tökülən  YeĢil-
                                                 
197
 Cohen, 311-312. 
198
 Boğazköy het mətnləridə Purana, Puranzi, Puruna çayadları da var (Ertem, 198). 
199
 Гарипова, 1991, 64. 


 
132 
irmak çayının sağ qolu Kelkit çayı bura gələn hayların dilində Qayl-get 
«börü-çay» adlanırdı. Antik müəlliflər yazılarında onu Likos «börü» adına 
çevirdiyi kimi, Böyük Zab çayını da Lik adlandırmıĢlar, akad dilində isə 
börüyə
 
zîbu
 
deyilirdi.
200
 Fəratın
 
deltasında
 
ərəbcə
 
«aslan»
 
anlamı
 
verən  al-
Asad
 
(Əsəd)  çayı  da  vardır

Olsun  ki,  Zab  akadlardan  əvvəl  Börü  kimi 
iĢlənmiĢ, onlar bura gələndə həmin adı Strabonun yunanca lik sözü ilə 
verdiyi kimi kalka ilə samicə vermiĢlər. Urmu tərəfdə bu çayın yaxasında 
yaĢayan
 
börü
 
boyu
 
haqqında
 
xeyli
 
bəlgə
 
vardır ki

bu
 
barədə sonrakı
 
bitik-
lərdə məlumat verəcəyik.  
Hidronimin
 
morfoloji  söz
 
+
 
Ģəkilçi
 
tərkibi  *bura-tu/n/na/nun/nde 
formasnı ortaya qoysa da,
 
etimoloji təhlil bu adın artıq müəyyən çağlardan 
sonra ilkin semantikasını itirib bütöv *burat, *purat forması ilə davam et-
diyini  göstərir  və  Murat-Fırat  variantları  da  bu dövrün  məhsuludur. Ma-
raqlıdır
 
ki,
 
Ön
 
Asiyadan
 
Avropaya
 
gedən
 
saqa boylarına aid orada bir neçə 
Saqa etnohidronimi qaldığı kimi, Dunayın qolu Prut çayadı da məhz o 
dövrün yadigarıdır

çünki Herodot yazırdı ki, saqalar (skitlər)
 
öz ərazisin-
dən axan  bu  çaya Porat  (Πορατα),
 
ellinlər də Piret deyir.
201
 Doğrudur, 
Urmu
 
hövzəsində
 
Caqatu

Taqatu

qədim Arattu,
 
Quzey
 
Qafqazda Cequtu 
çayları olduğu kimi, baĢqa türk bölgələrində də -tu Ģəkilçili hidronimlər 
vardır,
 
lakin
 
saqa
 
boyları Purat adını daha qədim türk hidronimi kimi yox
,
 
artıq sami dilinin sözünə çevrilmiĢ formasını Avropaya aparmıĢlar.  
İtiqla.  «Dəclə çayı suyunun
 
çoxluğu

iti axması
 
ilə  Fəratdan  fərq-
lənir».
202
  
Dəclənin
 
ox
 
kimi  sürətlə  axmasını  Strabon  da  qeyd  edir  və  bu 
çayın perscə adında «ox» (tiqris) anlamı olduğunu yazır.
203
 Bəzi hallarda 
sakit axan çayların adında dinc, lal, sürətlə axanların adında isə iti, dəli 
apelyativi görünür.
 
A.
 
A.
 
Beletski yazır ki,
 
Altay,
 
BaĢqord,
 
Qırğız ellərində, 
Ukrayna və Rostovda onlarla hidronim «bıstraya» (sürətli), «ostrıy» (iti) 
sözləri ilə iĢlənir.
204
 Türk hidronimləri sırasında Oxçu, Oxtar, Ox və Oks 
çayları olduğu kimi, qədim perscə «iti» və «ox» anlamında iĢlənən tigra 
                                                 
200
 Страбон, 685; Липин, 76. 
201
 
Геродот, IV, 48; Bu çayadı Βοσράη kimi də verilir (Багриянородный, 1989, 172).
 
202
 ИДВ, 1979, 92;  
203
 Страбон , 498.  
204
 Белецкий, 98;  Dəclə adında «iti», «sürətli» anlamı olmasını E. A. Qrantovski də verir 
və bura gələn farsların həmin məzmunu saxladığını yazır (Грантовский, 1970, 184).  


 
133 
sözünün iti axan  çayadı  kimi Dəcləyə verilməsi  təbiidir.
205
 Lakin  məsələ 
burasındadır ki, perslər bura gələnə qədər Dəclə adında iti sözü vardı. 
Bu çayın ilkin adının daĢıdığı mənanı müəyyən etmək üçün onun müxtəlif 
dillərdə iĢlənən formalarını gözdən keçirək:
 
Sumer 
- Ġdigna 
Yəhudi 
- Hidegel (Ġdegel) 
Akad   
- Ġdiglat, Diglat 
Aramey 
- Digla 
Qədim pers  - Tigra 
Yunan 
Tigr(is) 
Ərəb   
Dəclə 
Yeni fars 
- Dəcle  
Türk   
Dicle 
Azər   
Dəclə
  
Son üç formanın ərəbcə Dəclə deyimi bu sözün fars, türk və azər 
dilinə  ĠslamlaĢma  çağında  keçdiyini  göstərir.  Ərəblər  də  bu  adın  akad, 
yəni
 
asur-babil dialektindəki -t Ģəkilçili variantını  deyil, sözün  son  ele-
menti atılmıĢ aramey formasını alıb,
 
ərəbcə digər sözlərdə
 
olduğu kimi, 
g samitini c samitinə dəyiĢmiĢlər:
 
Digla (aramey) > Diclə (ərəb) > Dəclə~Dicle (fars, azər, türk)
 
Ġslamdan sonra farslar bu sözü ərəblərdən təkrar almıĢlar, çünki 
qədim  perslər  həmin  çayadını  arameylərlə  ilk  təmas  vaxtından,  həm  də 
aramey
 
deyiminə  uyğun
 
iĢlədirdi.
 
Belə  ki,
 
Əhəməni
 
çağında Babilə girən 
perslər arameylərdən eĢitdiyi hidronimin semantikasına (iti axan) və for-
masına (diqla) uyğun gələn öz dillərindəki tigra (ox) sözü ilə bu çayadını 
tərcümə etmiĢlər.
 
Yunanlar da adın bu formasını perslərdən almıĢlar:
 
Digla (aramey) > Tigra (pers) > Tigris (yunan) > Tiqr (Avropa dilləri)
 
Göründüyü kimi, hidronimin hər iki pers və ərəb forması aramey 
deyimindən  törəmiĢdir,  lakin  arameylər  Ġkiçayarasına  m.ö.  XI-X  əsrlərdə 
gəlmiĢdi. Onlar da bu çayadını buradakı samilərdən eĢidib iĢlətmiĢlər.
 

çağlarda asur-babil ləhcələrində hidronimin Ġtiglat~Ġdiglat~Diglat kimi 
                                                 
205
 Strabon,  482;  Hay  yazarı  N.Emin  Strabonun  rusca  tərcüməsində  «tiqra»  sözünün 
pers yox, mada dilinə aid olduğunu verir və qədim perscə mətnlərdə bu sözə rast gəlmə-
diyini deyib. (Хоренаци,1858, 346). 


 
134 
formaları iĢlənirdi.
206
 Arameylər  bu  son  variantı  alıb, Ģəkilçisiz  iĢlətmiĢ 
və Digla deyimini sonralar bura gələn pers
 

 
ərəb boylarına ötürmüĢlər.  
Deməli

bu
 
adın
 
mənĢəyi
 
aramey
 
tarixinə  qədər  yox

ondan  əvvəlki 
çağlarda iĢlənmiĢ formalar əsasında açılmalıdır.
 
Həmin formalar isə sumer-
akad dilində fərqlənir, belə ki, sumerlər Ġdigna, akadlar Ġdiglat formasını
 
iĢlədir.
 
Hər
 
iki
 
deyimdə
 
idi
 
və  gla(t)~gna  elementləri
 
vardır.
 
Hər
 
halda, 
sumerlər Ġkiçayarasına akadlardan daha əvvəl gəlmiĢ və burada Dəclənin 
qədim  adını  yerli  xalqdan  eĢitmiĢdilər.  Sumer  dilində  «ox»  loqoqramı
 
ti
 
sözü
 
ilə
 
oxunduğundan

burada
 
ox
 
sözü  istisna  olunur,  «ayaq»  loqoqramı 
isə gin sözü ilə oxunub «get», «gəl» anlamını verir.
 
Hidronimin ikinci gna 
elementində həmin gin sözü görünür. Burada sumercə olmayan idi sözünə 
sumercə  gin  (gna)  feili  qoĢulubsa,  akad  variantında  gla  elementi  ona 
uyğun anlam bildirməlidir ki, bu da yerli subar dilində gəl feilidir.
 
Hidro-
nimin yəhudi dilindəki variantı həmin gəl sözünü
 
tam
 
saxlayıb.
 
Deməli, 
bütöv adın ikinci elementi subarca gəl sözü, sumercə gna sözü
 
olub
 
«gəlmək» 
anlamını verir.
207
  
Adın  əvvəli  isə  subarca  «iti»  anlamında
 
iĢlənən iti
 
/
 
idi  sözüdür  və 
adın bütöv forması «iti-gələn» anlamında *Ġti-gəl Ģəklində bərpa olunur. 
Bu etimoloji yozum semantik, morfonoloji, həm də onomastik qanunlara 
uyğundur.  Adam  Oleari  (XVII  əsr)  Xəzərə  axan  böyük  çaylar  sırasında 
Volqa,  Kür,  Araz,  Qızıl-üzən,  Bıstraya,  Aksay,  Koysu  adlarını  çəkir. 
Əsəri ruscaya çevirənlər «iti» sözünü rusca Bıstraya kimi vermiĢlər.
208
 
O. T. Molçanova isə Altaydakı Ġtı-qem (Ġti-çay)
 
adında yanlıĢ olaraq, ıdık 
«qutsal» sözü olduğunu yazır.
209
  
Belə  ki,  onomastik  söz  dildən  dilə  çevriləndə  əvvəlki  semantika 
saxlanır,
 
bunu
 
sumer
 
variantında
 
adın
 
ikinci
 
hissəsinin
 
tərcüməsi  və  qədim 
pers
 
variantında
 
bütöv
 
adın
 
uyğun
 
sözlə
 
tərcüməsi
 
göstərir.
 
Bu
 
adı
 
alan hər 
xalq  onu  öz  dilinin  morfonoloji  süzgəcindən  keçirmiĢ,  fonetik  qanuna 
uyğun  dəyiĢmiĢdir,  bunu  da  aramey,  qədim  pers  və  ərəb  deyimlərində 
gördük.Yəhudi dilində (Tövratda) sözün əvvəlinə səsinin artımı Mada-
                                                 
206
  Ġbn Xordadbeh Dəclənin aĢağı qollarından birinin hələ IX əsrə qədər Diclat və Dicle 
al-Aura «kor Dəclə» adlandığını yazır (Ибн Хордадбех, 76, 136). 
207
  Sukel//Sukil
 
çayadlarında da 
 
gəl
 
feili
 
görünür
 
(Трубачев,
 
1968, 264); 
208
  ПОА, 256. 
209
  Buradakı  Ġtukoltın-bajı
 
(Ġti-gölün
 
baĢı) toponiminin isə ıduk sözünü əks etdirməsi 
mümkündür (Молчанова, 1979, 351). 


 
135 
dakı  çayadı  kimi  verilən  «üzən»  apelyativində  də  hözən  Ģəklindədir.
210
 
Yəhudi  dilində  ilkin  formaya  daha  yaxın  ide-gel  (hidegel)  variantı  çox 
ilgincdir. Görünür

onlar
 
bu
 
adı ya
 
birbaĢa batı subar boylarından eĢitmiĢ,
 
ya  da  tarixi  qaynaqlarda  əksini  tapmayan  daha  qədim  əlaqə  vaxtı  adın 
ilkin  formasını  mənimsəmiĢlər.
 
Bu  son  ehtimal  daha  tutarlıdır,  çünki 
yəhudilərin  içinə  Ġkiçayarasından  gedən  Ġbrahim  peyğəmbərin  dilindən 
hidronimin
 
subar
 
türkcəsini
 
eĢidə
 
bilərdilər.  RəĢidəddinin
 
(Oğuznamə) 
Qaraqumda adını çəkdiyi Tuqla hidronimi də (Ġ)tuqla formasına oxĢayır. 
Bu çayadının türkcə deyimi üçün onomastik zəmin vardır, çünki 
türkdilli hidronimlərdə gəl feili iĢlənir: Qazax eliınin Pavlodar mahalında 
Janqeldi-özen (Yangəldi çayı) vardır. Dnepr çayının qolu Seym keçmiĢdə 
Seim-qel kimi iĢlənmiĢdir.
211
 Türk hidronimikasında iti~idi sözü lap qədim 
çağlardan
 
iĢlək olmuĢ,
 
bu ada -l
 
Ģəkilçisi
 
qoĢub

Ġtil~Ġdil çayadını ayrı-ayrı
 
bölgələrə
 
daĢımıĢlar. Hətta
 
bulqar-tatar dilində
 
itil  sözü
 
«böyük
 
çay»
 
anla-
mında apelyativə çevrilmiĢ, Ana-Ġdel, Çulman idele, Kama ideleAqıydel 
(Ağ
 
idel),
 
Vyatka idele kimi hidronimlər yaranmıĢdır.
212
 
 
Bəzi Bizans qaynaqlarında Dunay və Dnepr çayları da Ġtil adlanır, 
lakin  əksər  mənbələrdə  Ġtil~Ġdil  adı  əsasən  Volqa  çayını  bildirir.  Klavdi 
Ptolemey
 
(II əsr)
 
bu çayı
 
Ġtel, Menandr
 
(VI əsr)
 
Ġtil~Ġtel,
 
Mahmud KaĢğari 
(XI əsr) Etil Ģəklində verir. Məsudi isə Xəzərə Ak-Ġdel və Kara-Ġdel adlı 
iki çayın töküldüyünü yazır, Yenisey çayının da Tuba çökəyindən keçən 
sağ qolu I minildə Ġtil adlanırdı. Ġkiçayarasında Midyat dağlarının güney-
doğu ətəyində Dəclə yaxasındakı indiki Ġdil köyünün adı da diqqəti
 
çəkir. 
Əgər
 
bu
 
toponim
 
sonradan
 
bura
 
Səlcuqlar
 
dönəmində  gələn  türk  boyları
 
ilə qayıtmamıĢsa, onda qədim dövrün yadigarı sayıla bilər. Bu halda dü-
Ģünmək olar ki, subarlar Dəcləyə Ġdi, Ġdil və Ġdigəl demiĢlər, çünki bura 
gələn sumerlər Ġdi və Ġdi-gəl variantlarını eĢitdikləri üçün son adı öz dil-
lərindəki feillə Ġdiqna Ģəklində iĢlətmiĢlər. 
Beləliklə,  Dəclə  çayının  adı  prototürk  çağından  Ġslamaqədərki 
dövrəcən  Ġkiçayarasına  gələn  xalqların  tarixinə  iĢıq  tutur,  hətta  adın  hər 
forması zaman ölçüsünə çevrilib, bura hansı etnosun nə vaxt gəldiyini 
açıq göstərir. Aydın olur ki, subarlar yaĢayan Ġkiçayarasına öncə sumer, 
sonra  sami  boylarından  bir-birinin  ardınca  akad,  asur,  aramey,  ərəb  və 
                                                 
210
  АОП, 1986, 123. 
211
  ДГС, 153-154 
212
  Гарипова, 1991, 121, 268;  Asur qaynağında Zamuada bir Edir çayı və indiki Abe-
Diz Ġdide çayı kimi verilir. 


 
136 
qədim  perslər  gəlmiĢlər.  Bütün  bu  gəlmələr  fonunda  subar  türklərinin 
xeyli hissəsi buradan getmiĢdir.  
Araz. Azərbaycanın əsas çaylarından birinin adı olan bu hidronim 
hələ  qədim  çağlardan  tarixçilərin  diqqətini  çəkmiĢ,  onun  etimologiyası 
və  coğrafi  koordinatları  üzərində  böyük  mübahisələr  aparılmıĢdır.
213
 Bu 
da səbəbsiz deyildir. Çünki Arazın coğrafi ölçüləri qədim Alban, Ərmən, 
Atropaten
 
sınırlarının,
 
saqa boylarının ilkin Atayurdu probleminin düzgün 
yozumu üçün böyük önəm daĢıyır.
 
Azər xalqının tarixi coğrafiyası Arazla 
sıx bağlı olduğu kimi,
 
onun  gerçək  tarixi-coğrafi  koordinatları  prototürk 
etnosunun ilkin yurd probleminə də iĢıq tutur. 
Öncə qeyd edək ki, türk hidronimikası  «gəzəyəndir», eyni çayadı 
bir-birinə yaxın və çox uzaq bölgələrdə ortaya çıxır, çünki türk boyu get-
diyi yerlərdə etnik yaddaĢını ətrafındakı coğrafi obyektlərə verib yaĢadır. 
Araz hidronimi də bu sistemdən kənarda qalmayıb, ona görə də, müxtəlif 
bölgələrdə ona rast gəlmək olur. Araz adı teonim, etnonim və toponim, 
kimi də iĢlənmiĢdir:
  
Urartu panteonunda
 
Araza, asur-urartu yazılarında
 
Urmu
 
gölündən 
yuxarıda  qədim  zəngi  boylarının  Sanqibut  bölgəsindəki  araz  apelyativi 
ilə  yaranan  xeyli  yer-yurd  adı  və  Arazu  Ģəhəri,  Həmədan
 
tərəfdə  verilən 
AraziaĢ Ģəhər-qalası, Boğazköy mətnlərində ArazaĢtiya, Arazın
 
orta axa-
rında
 
Araksena  ovalığı,  çayın  sağ  yaxasında  Arasbaran, sol
 
yaxası
 
Ağrı
 
vadisində müasir
 
Arazdəyən toponimləri; Qazax boy-soy adları  sırasında 
oraz etnonimi, kokan və jaybasar (çaybasar) boyunda oraz uruğu və bu 
uruğun tobıĢ-orazoraz-keldi soyu, Türkmən elində Araz-qöl, Dağıstan-
da Araks toponimi vardır.
214
 
Müxtəlif  Araz  çayları  olduğu  üçün  bəzi  qaynaqlar  bunları  dolaĢıq 
salır,  bəzən  də  qaynaqda  informasiyanın  qısa  olması  sonrakı  Ģərhçilərin 
səhv
 
fikir
 
söyləməsinə səbəb olur.
 
Əsas Araz çayı haqqında m.ö.VI əsrdən
 
üzübəri
 
Hekatey

Herodot

Strabon

Ptolemey

Plutarx
 

 
baĢqa  yazarların
 
                                                 
213
 Qara  MəĢədiyev  Araz  çayının  etimologiyası  haqqında  deyilmiĢ  fikirlərin  əksərini 
xülasə Ģəklində vermiĢ və bunun etnohidronim ola bilməsi ehtimalını istisna etməmiĢdir 
(Мяшядийев, 1990, 112-115). 
214
 ИНСК, 224; Övliya Çələbinin ġəki yaxınlığında qeyd etdiyi AraĢ qalası, Türküstanın 
Altın dağlarının güneyində AraĢ dağı aras sözü ilə bağlıdırsa, Arazı etnohidronim say-
maq
 
olar

lakin
 
Arazyaxası
 
toponimika
 
Arazı
 
tanrıadı kimi təqdim edir
 
(Арутюнян, 359); 
Yardımlıda Arus (Əris) kəndinin adı da diqqəti çəkir. Lakin R. Əskər bu adın ərəbcə ərus 
(gəlin) ola biləcəyi ehtimalını söylədi. 


 
137 
məlumatı
 
diqqəti
 
çəkir.  Bu
 
bəlgələrdə
 
ortaq
 
fikir  budur  ki,
 
Ermən  ölkəsin-
dən baĢlanan
 
Araz
 
çayı Azər ölkəsindən (Strabon, 
XI.
 
14.
 
3
) keçir, doğuya 
axıb Araksena bölgəsini arxada qoyur və sonra Kürə qoĢulub, Kaspiyə 
tökülür
 

 
ya Kürə qoĢulmadan bu dənizə ayrıca tökülür. Lakin qaynaqlar 
Orta Asiyadan Yunan elinə qədər bir neçə Araz hidronimi qeyd edir ki, 
bunlar da Sır-Dəryanın qolu (Arıs), Uzboy, Qızıl-üzən, Persopoldan axan 
bir çay və Ġtil (Volqa) ilə eyniləĢdirilir.
215
 
Araz  hidronimi  haqqında  məlumatı  iki  ayrı-ayrı  mənbədən  alan 
Herodot əsas Arazın coğrafi durumunu düzgün versə də, baĢqa bir yerdə 
Arazı Qızıl-üzənlə dolaĢıq salır.
216
 Strabon yazır ki, «Herodotun bu məlu-
matı
 
tamam
 
yanlıĢdır».
217
 S.  Vəliyevə  görə,  tarix  boyu  Xəzərin  səviyəsi 
bir  neçə  dəfə  enəndə  Araz  Kürdən  ayrılıb  birbaĢa  Xəzərə  axmıĢdır,  son 
dəfə 1896-da təkrarlanan bu olayın qarĢısı süni yolla alınmıĢdır.
218
  
Əsas  Arazın  coğrafi  durumu  üzərində  Strabon-Plutarx  dövründən 
baĢlanıb  hələ  də  davam  edən  mübahisəyə  vaxtilə  qoĢulan  Adam  Oleari 
ġamaxı,  Muğan,  Gilan  bölgələrində  olarkən  bu  ərazilər,
 
özəlliklə,
 
Kur-
Araz
 
hidronimləri  üzrə
 
gedən  mübahisələrə  aydınlıq  gətirmək  amacı  ilə 
mövcud
 
durumu
 
təsvir
 
edəndən
 
sonra  yazmıĢdır:
 
«Burada
 
göründüyü
 
kimi, 
qədim yazarlar bu yerlər və çayların durumu haqqında böyük səhvlər bu-
raxmıĢlar».
219
  
Araz çayı haqqında qaynaqların düzgün qavranılması olduqca
 
vacib
 
məsələdir

çünki coğrafi durumdan asılı olaraq,
 
bir çox protoazər uruq və 
boylarının, özəlliklə, saqa-qamər boylarının «ilkin yurd» məsələsi həmin 
coğrafi durumla aydınlaĢa bilir. Araz hidroniminin hansı dilə aid olması da 
                                                 
215
  Акопян, 1987,76; Велиев, 1983, 132-138; Сцмяр, 58;  
     Rusdilli  azər  tədqiqatçıları  içində  gərəkli  yazıları  ilə  seçilən  Teymur  Məmmədov 
«Azərbaycan  tarixindən  qoparılmıĢ  səhifələr»  adlı  dəyərli  silsilə  məqaləsində  Arazla 
bağlı xeyli dəqiqləĢmə aparmıĢdır (Мяммядов, 1998). 
216
 Doğu Anadolu (sasper və kolx boylarının əraziləri) ilə Xəzər arası hissədə Asiya qi-
təsinin quzey sınırı Araz çayı olduğunu deyən Herodot burada əsas Arazın coğrafi duru-
munu verir (Herodot, IV. 40), lakin Xəzərin batısındakı massaget boyları və Tomirisdən 
danıĢarkən  Qızıl-üzənlə  əsl  Arazı  dolaĢıq  salır  və  yazır  ki,  Araz  da  Qind  (Diala)  çayı 
kimi  qaynağını  Matien  dağlarından  alıb,  maneəsiz  (rusca  tərcümədə  açıqlıqdan)  keçib 
Kaspiyə tökülür (Herodot, I. 202). 
217
 Страбон, 500; Lakin Qızıl-üzənə yaxın toponimlərin tərkidində «araz» sözü vardı.  
218
 Велиев, 1983, 132-138. 
219
 ПОА, 288. 


 
138 
aydınlaĢdırılmayıb, halbuki «araz» sözü azər və digər türk boyları içində 
antroponim, etnonim, oronim və hidronim kimi iĢlənmiĢdir.
 
Araz adının etimologiyası haqqında müxtəlif fikirlər söylənsə də, 
hələlik bunların heç biri inandırıcı deyil, ona görə, burada həmin fikirləri 
təkrar etməyə lüzum görmədim. Bu hidronimin araz etnonimindən, yoxsa 
etnonimin Araz çayadından yaranması ayrıca tədqiq olunmalı mövzudur. 
Ancaq  bir  məsələni  vurğulamaq  gərəkir,  o  da  Araz  çayı  ilə
 
bağlı
 
xalq
 
deyimi
 
(Xan
 
Araz),
 
«Arasbar
 
tərlanı»  adlı dastan

musiqidə  «Arazbarı» 
kimi ifadələr qədim folklor motivlərinin reliktləridir.
220
  
Bu  baxımdan,  Q.  Qeybullayevin  etimologiyası  mifik  qaynağa  daha 
yaxındır. O,
 
oraz~  araz  sözünün  «qutlu»,  «xeyirxah»  anlamını  və  vaxtilə 
Arıs adlanan Amu-dəryaya farsca kalka ilə «xeyirxah» anlamı verən Beh-
rot deyilməsini əsas götürüb, Araz hidroniminin «xeyirxah» anlamı daĢı-
dığını göstərir, AbĢeronda Aras-kut göladı araz sözünün qədimdə qutsal 
iyələrdən  birinin  adı  ola  bilməsi  ehtimalını  ortaya
 
qoyur,
 
çünki  Xızır 
peyğəmbəri  görmək  üçün  Musa  peyğəmbərin  Arazla  Kürün  qovuĢduğu 
yerə  gəlməsi  qədim  miflərdə  əksini  tapmıĢ  və  Ġbn  Xordadbeh
 
(IX  əsr) 
Ulu
 
Tanrının
 
«iki
 
dənizin
 
(çayın)
 
qovuĢuğu» dediyi qutsal yerin Kür-Araz 
qovuĢuğu olduğunu yazmıĢdır.
221
  
Kür.  Quzey
 
Azərbaycanın
 
ən
 
böyük
 
çayı olan Kür haqqında xeyli 
tədqiqat iĢi var, lakin
 
bu
 
hidronimin mənĢəyini heç bir elmi əsas olmadan
 
udi,  fars

yunan  və sair dillərə  calamaq  istəmiĢlər.
222
 
Güney  Qafqazın  bir 
neçə paleotoponimini tədqiq etməklə m.ö.  I minildən burada qədim türk 
boylarının  olduğunu  ortaya  çıxarıb  vurğulayan
 
V.  P.  Kobıçev  Kür  çayı 
                                                 
220
 ЕАМТИЛ, 67;  E.  M. Murzayev də qırğızca Arasan hidroniminin  müalicəvi  «qutsal 
axarsu» anlamı bildirdiyini yazır (ОК

15). 
221
 Ибн Хордадбех, 136;  
    Mağara surəsi. 60: [Ya Məhəmməd!] Yadına sal ki, bir zaman Musa öz gənc dostuna 
[xidmətində olan YuĢə ibn Nuna] belə demiĢdi: «Mən [Xızırla görüĢmək üçün] iki dəni-
zin qovuĢduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca [bu səfərdən] geri 
dönməyəcəyəm» («Q
URAN
»

B. 1992, 270.  Z. Bünyadov və V. Məmmədəliyevin tərcü-
məsi).  Ərəb  dilində  dəniz  və  böyük  çay  bəhr  sözü  ilə  verildiyi  üçün  tərcümədə  «iki 
dəniz» əvəzinə «iki çay» ifadəsi yazılmalı idi.     
222
 A. Axundov kür sözünün azər dialektlərində «təmiz», «dəcəl», «çay» mənaları olduğu-
nu yazsa da,
 
Kürün ya yunan (?), ya da udi (?) sözü ola biləcəyini güman edir (Ахун-
дов, 1983, 79-87); Halbuki yunan və udi dilində kur/kür apelyativi yoxdur, müəllifin 
udi dilindən verdiyi misalda
 
isə
 
kur
 
sözü
 
su
 
quyusu anlamında yox, çala,
 
çuxur
 
anlamın-
da iĢlənir (УАРЛ, 138); K. Əliyev də Kürə aid ayrıca məqalə yazmıĢdır (Алиев,1959).   


 
139 
üzrə də maraqlı araĢdırma aparmıĢdır. Lakin yazar bir neçə yanlıĢlığa yol 
vermiĢdir, belə ki, seçdiyi misalların sırasında kür/kur sözü ilə yox, quru 
sözü ilə
 
Kura-uzen
 
(Suxaya
 
Kura)

Kuru-özen kimi və mansıca kuray sözü 
ilə  yaranan  Kuray  kimi  adlar  vermiĢdir.  Kür  çayına  gürcülərin  Mtkvari
hayların
 
Cur «su»
 
(orta əsrlərdə
 
Curluk «suluq»)

azərlərin
 
isə Kür deməsini 
qeyd  etsə  də,  bu  adda  Güney  Qafqazda  təkcə  bir  çay  olduğunu,  Doğu 
Avropa-Batı Sibir və  Quzey  Qafqaz  bölgələrində onun geniĢ  yayıldığını 
əsas  götürüb,  bu  hidronimi  finuqor  mənĢəli  hesab  etmiĢdir.
223
 Halbuki 
Qafqazda  bu  çaya  təkcə  azərlərin  Kür  deməsi  onu  göstərir  ki,  hidronim 
azərcə olan bir sözdür, həm də, baĢlandığı yerdən Xəzərə tökülənə qədər 
Kür çayı tarix boyu türk bölgələrindən axmıĢdır, çünki «Kür çayının hər
 
iki
 
tərəfi türk yer-yurd
 
adları
 
ilə
 
doludur».
224
  
Azər
 
dialektlərində
 
«çay»,
 
«təmiz»

«dəcəl»
 

 
«bol»
 
mənalarında
 
iĢlənən
 
kür,
 
kur,
 
gur sözləri vardır.
 
Ona görə də tədqiqatçının kür sözünü 
finuqor mənĢəli sayıb, m.ö.VII-VI əsrlərdə saqaların (skitlərin) tərkibində 
Azərbaycana  gələn  finuqor  boyunun  bu  çaya  ad  verdiyini  söyləməsi 
inandırıcı  görünmür.
225
 Əgər  fin-uqor  dilində  yaranmıĢ  Kurya  hidronimi 
bu boylarının yayıldığı ərazilər üçün xarakterikdirsə, türk hidronimi Kur/ 
Kür də türk boylarının yayılma dairəsindədir: 
Amur çayın qolu    - Kur 
Stavropolda            - Kur, Kursk (Kur çayı üzərində stansiya) 
Qırğız elində         - Kursay, ÇiĢindi Kur-köl 
Qazax elində   
   - Kurtı
 
Azər elində            - Kür, Bala Kür (Salyanda), Kürək 
Elam elində           - Kur 
Qədim  Elam  ərazisindəki  Kur  çayı  Fars  körfəzinə  axır.  Vaxtilə 
həmin bölgədə baĢqa bir Araz və Kür çayı olduğunu qeyd edən Strabon 
yazırdı ki, pers Ģahı öz ilkin Aqradat adını dəyiĢib bu çayadına uyğun Kir 
                                                 
223
 Кобычев, 1989, 10-33. 
224
 Yavuz, 242 
225
 Əvvəla,  kür  sözünə  oxĢar  finuqor  dillərindən  yalnız  mansı  dilində  «qıraq»  anlamında 
xur sözü
 
vardır
 
və bu söz həmin dildə «çay» anlamlı ya sözü ilə birlikdə (xurya) iĢlənər-
kən «əsas çaydan ayrılan kiçik paralel qol» mənasında Xurya//Kurya hidronimlərnin ya-
ranmasına imkan açmıĢ, fin-uqor boylarının yayıldığı Tümen, Udmurt, Tatar, Orta Sibir 
bölgələrində Kurya adlı çaylar ortaya çıxmıĢdır (Мурзаев, 1984, 322); ikincisi də, gös-
tərilən  tarixdə  fin-uqor  boyunun  Azərbaycana  gəlməsi  mümkündür,  lakin  həmin  tarix-
dən xeyli əvvəl Urartu qaynaqları Kürün baĢlandığı bölgədə Kuriani bölgəsi olduğunu 
qeyd etmiĢdiр (ТУ, 123); Boğazköy
 
yazılarında
 
Gurmaliya
 
çayı vardır
 
(Ertem, 194). 


 
140 
(KuruĢ)  adını götürmüĢdür.
226
 Urartu
 
qaynaqları Göycə gölünün arxasında 
Guria(ini),
 
Çaldır
 
gölündən
 
yuxarıda  isə  Kuriani  (asur  qaynağı  Quriani
adlı bölgələr olduğunu ortaya qoyur ki, bunlardan biri Kürün baĢlandığı 
yerə, digəri də orta axarına yaxındır.
227
  
Bu  adlarda  və  Vandan  quzeydə  verilən  Kuriaka  toponiminin  də 
kökündə  kur  sözü  seçilir.
228
 Bu  söz  Arazın  solunda  keçmiĢ  Kürdüklü 
(Armavir), Qarabağda Küratan adlarında görünür. Ümumiyətlə, Kür adı-
nın öncə Kür çayının  yuxarı axarlarında  yaranması mümkündür.
 
Həmin 
bölgədəki böyük Çorox çayının da adı türkcədir.
229
 
Bəzi tuva, özbək, türkmən, hun, evenk soyadları - kurenlıq, kuroma,
 
quroma-quneĢuttura-kurukurı və kurıkan kimi etnonimlərdə özünü gös-
tərən kur  sözünün  Kür  hidronimi  ilə  əlaqəsini  aydınlaĢdırmaq  üçün özəl 
araĢdırma lazım olduğunu söyləyən
 
V.
 
P.
 
Kobıçyevin fikri maraqlı
 
görünsə 
də, belə bir əlaqədən danıĢmaq mümkün deyildir, çünki verilən etnonim-
lərin  morfoloji  tərkibində  həmin  hidronimin  yaranmasında  iĢtirak
 
edən
 
apelyativ
 
görünmür.
 
Kürün etnohidronim ola bilməsi Urartu qaynaqlarında 
rast  gəldiyimiz  toponimlərlə aydınlaĢa  bilər, lakin  onların
 
da  informativliyi
 
azdır.  Doğrudur

bir  sumer  eposunda  qəhrəmanın  qarĢısında  duran  çətin 
maneələrdən biri «qorxulu Kur çayıdır», lakin bu da qaranlıq Kur dünya-
sında axan mifik çaydır.
230
 
Kür
 
çayının
 
dil
 
mənĢəyindən
 
danıĢarkən
 
«Kir
 
çayı  əvvəl
 
Kor  Ģək-
lində olmuĢdur» deyən Strabonun qeydini və azər dilində Ana Kür, Dəli 
Kür xalq deyimlərini nəzərə almaq lazım gəlir.  Strabonun qeydinə  görə, 
bu hidronimi Kür deyil, Kur Ģəklində bərpa etmək olur.  
Kur sözünün azər və
 
qırğız
 
dillərində
 
«çay»

baĢqord dilində «bulaq» 
mənası çayadı 
>
 su modeli ilə yarandığı üçün «çay» 
>
 çayadı (Kur) etimo-
logiyası istisna olunur.  Kür adında  «bol
 
sulu»,
 
«qüvvətli»  və  «dəliqanlı», 
«coĢqun» anlamı olmasını toponim uzmanları qeyd etmiĢlər.
231
 Oğuz xanın 
                                                 
226
 Страбон, XV. III. 6. 
227
 Меликишвили, 1954, 62;  Арутюнян, 1970, 281-282. 
228
 ТУ, 123. 
229
 Müqayisə et: Krımda Çuruksu, SivaĢa tökülən Çoroxsu çayları (Белецкий, 99, 101).  
230
 Белицкий, 1980, 89. 
231
 Гейбуллайев,
 
1994

189;  Ящмядов

1985,  56; Ъялилов, 1988, 152;  О. 
Molçanova qırğız dilində kurdum sözünün  «gur  və  bulanıq  su»  mənasında  iĢləndiyini 
qeyd etmiĢdir (Молчанова, 1979, 244). 


 
141 
oğlunun adı Kür//Gur xandır. Dilimizdə «təpər» semantikası ilə seçilən 
güləĢmək (< kureĢ) sözündə qədim kur kökü qalmıĢdır. Vaxtilə, Kür ça-
yadını həmin kur  sözündən  yarandığını biz də qeyd  etmiĢdik. Protoazər
 
boyları
 
öz  yurdlarından
 
axan  ən  əsas,  lakin  vaxtaĢırı  subasmaları,  aĢıb-
daĢması, bir sözlə, «dəcəlliyi» ilə seçilən bu çaya gur axması və suyunun 
bolluğu  ilə  bağlı  həmin  anlamda  iĢlənən  Kur  adını  vermiĢlər.  Güney 
Qafqazın  ən  böyük  çayına  azərlərin  Ana  Kür,  Dəli  Kür  deməsi  həmin 
özəlliyi əks etdirir.   
Ağsu. Ġlk baxıĢdan Ağçay, Ağsu, Göyçay, Göysu, Qaraçay, Qarasu 
kimi  hidronimlərin  rənginə  görə belə  adlandırıldığını düĢünmək olar,  lakin 
nəzərə  alanda  ki,  ağ,  göy,  qara,  qırmızı,  sarı  rəngləri  qədimdə  həm  də 
cəhət  bildirən  sözlər  olmuĢdur,  onda  bu  tip  hidronimlərin  ilkin  anlamı 
coğrafi durumla izah oluna bilər. Ağ sözü ayrılıqda və çay/say/su sözləri 
ilə iĢlənmiĢ və türk etnosunun yayıldığı torpaqlarda ortaya çıxmıĢdır. 
Ġndi  Quzey  Qafqaz  ovalığında  Aksay,  Quzey  Azərbaycanda  Ağsu
Urmu gölündən yuxarıda Qızılçayın qolu Ağçay adlı çaylar olduğu kimi, 
digər türk yurdlarında da belə hidronimlər geniĢ yayılmıĢdır. Qədim qay-
naqlarda da  bu  hidronimə rast  gəlmək  olur.
 ‟´
Ακης Ģəklində yazılmıĢ Ak 
(çay)  hidronimi  Xorasan  bölgəsində  verilir.
232
 Troya  savaĢından  bəhs 
edən  Apollodor  Aksiy  hidronimini  qeyd  etsə  də,  yerini  dəqiq  göstərmir. 
Demək olar ki, türklərin ayağı dəydiyi bölgələrin çoxunda Ağsu adlı çaya 
rast gəlmək olur. 
Axar//Axur. Güman ki, Qaradağdan qaynağını alıb, soldan Qarasu 
çayına qoĢulan Axar-çay adı «ax-» feilindən yaranmıĢdır. Doğu Anadolu-
nun  SarıqamıĢ  bölgəsində  tapılan  urartu  yazısında  Axur(iani)  toponimi 
qeyd  olunmuĢ  və  bunun  indiki  Axuryan  (Arpa)  çayadında  qaldığı  müəy-
yən  edilmiĢdir
.
233
 
Bu saqa  bölgəsində  Arpa  çayını  Ksenofont  (m.ö.V  əsr) 
Arpa(su) kimi qeyd etmiĢdir.
234
 Ümumiyətlə, türk ellərində çayadlarında-
kı həm Axur, həm də Arpa sözlərinin qədim çağlardan iĢlənməsi və çox 
yayğın olması bəllidir.
 
Ġrəvan vilayətinin həm batı, həm də doğu sınırını cızan iki Arpa çayı 
vardır.
 
Maraqlı burasıdır ki, batı Arpanın qədim ekiz adı Axur olduğu kimi, 
doğu Arpanın
 
ġərurdakı qolu da Axura adlanır.
 
Ax feili ilə yaranan axarsu-
                                                 
232
 Herodot, III. 117. 
233
 Меликишвили, 1954, 62. 
234
 ВДИ, 1947, 32, 309; Anabasis. IV.VII.18. 


 
142 
lar sırasında qədim Boğazköy het  yazıları içində ĠD  «çay»  determinativi 
ilə verilən Zuvaxxu hidronimi də diqqəti  çəkir.
235
 Bunun *Suv-axu olması
 
mümkündür.
 
Quzey  Qafqazın
 
qədim
 
Sirak
 
bölgəsində
 
Axardey
 
çayı,  Qara-
çay-Balkar elində Kapar-Aqur suu qeyd olunmuĢdur.
236
 
Arıq//Arx.
 
Hidronim
 
yaradan
 
apelyativlər
 
sırasında
 
intensivliyi  və
 
geniĢ
 
areal
 
yayımı
 
ilə
 
seçilən  arıq
 
/
 
arx  sözünün  tarixi  Azərbaycanda  çox 
qədim olub, əksər qonĢu xalqların da dilinə keçmiĢdir. Ġrəvan mahalında 
Arıqlı,  Arxlı  kənd  adları  yayğındır.
 
Urartu
 
qaynaqları
 
Azərbaycanda  bir 
neçə yeradı verir ki, bunlar «arx» apelyativi ilə nəzəri çəkir:
237
 Urmu gö-
lündən güneydə
 
Arxa; Sərab-Ərdəbil  yolunda Arxu; keçmiĢ Urme (MuĢ) 
bölgəsində  Arxi.  Kəlbəcərdə  Araqçay  olduğu  kimi, Kürə tökülən  Araqvi 
də keçmiĢdə Araq imiĢ (Strabon, 
XI. III. 5
). Arazın yuxarı hövzəsində rum 
yol xəritəsi Arachia (Arax) məntəqəsini vermiĢ,
 
Y.
 
A.
 
Manandyan bunu 
Plininin qeyd etdiyi Archene (Arxe) ilə eyniləĢdirmiĢdir.
238
 
Göründüyü kimi, tərkibində arıq
 
/
 
arx olan toponimlər qədim qay-
naqlarda əks  olunmuĢdur. Bu toponimlərin  bəzisi qədim  Azərbaycanda 
çəkilən
 
kanallar
 
(arxlar)  ilə  bağlı  yaranmıĢdır.  Borçalıda  Xram  çayının 
son axarında
 
bəzi
 
xəritələrdə
 
Araxlu kimi yazılan Arıxlı kəndi vardır. Vax-
tilə paleolit dövrü
 
abidələri
 
haqqında
 
bəlgə
 
toplayırdım. Aruxlu ərazisində
 
o
 
dövrün  arxeoloji  kulturu  olduğunu  görəndə  bir  dilçi  kimi  burada  qədim 
arx  olacağını  düĢündüm  və  Aruxlu  kulturunu  tədqiq  edənlərin  yazısı  ilə 
tanıĢ olanda, doğrudan da, onların burada qədim arxlar aĢkar etməsi bəlli 
oldu. Bu faktı xatırlatmaqda məqsədim budur ki, coğrafi durumun areal 
dilçiliyi  ilə  əlaqəsinə,
 
coğrafi
 
obyektin  adında onun  tarixi  əks olunduğuna 
bir daha diqqəti çəkim. Bunu da yada salaq ki, Borçalı Arıxlısı ilə eyni 
yaĢda olan Sumerdəki Araxtu kanalı da prototürk boylarının yadigarıdır. 
Kanallardan söz düĢmüĢkən, qeyd edək ki, Sumer ölkəsində çəkilən 
kanallar  sırasında  Araxtu  ilə  yanaĢı,  Ġdiqina,  Ġturunqal,  Kuti  və  Zubi 
hidronimləri  vardır.
239
 Urartu  çarları  Azərbaycanda  zəbt  etdiyi  bölgələrdə 
çəkdiyi kanallar haqqında yazılar qoymuĢdur. Bunlardan biri də Rusanın 
Ġrəvan
 
çuxurunda

indiki
 
Qəmərli (Kuərli) bölgəsində 
id
Ġldar(unia) çayın-
                                                 
235
 Ertem, 202. 
236
 Xabıçev  1982,  22;  Türkmənistanda  Akar/Aqar-çeĢme,  Doğu
 
Türküstanda  Su-akın 
say, Azərbaycanda Axınca çayları vardır. 
237
 ТУ, 43. 
238
 Манандян, 1939, 81. 
239
 Заблоцка, 100. 


 
143 
dan, indiki Zəngidən çəkdiyi kanaldır.
240
 Zəngi çayı yaxasında Ellər kəndi 
vardır və urartu yazısı bu toponimin Eldər Ģəklində yerli deyiminə yaxın 
formanı əks etdirir. Ġrəvan mahalında Arazın sağ və solunda Ellər kəndi 
olduğu kimi, Ellidərə, Elar, Elicə/Ela toponimləri də vardır.
241
 Böyük  Zab 
çayının yuxarı axarı da qədim qaynaqlarda Elamuniya adlanırdı. 
Qədim  çayadları  sistemli  tədqiqat  tələb
 
edən  böyük  mövzudur.
 
Ona 
görə də burada onların hamısından danıĢmağa  imkan  yoxdur,  yalnız bir 
neçə qədim  hidronimi  də sadəcə sadalayıb,  bu mövzunu qapadaq. Ġbn 
Fədlan bulqar  boylarının ölkəsinə  gedərkən  gördüyü  Samara  çayadını 
Samur kimi qeyd etmiĢdir.
242
 Bu təsadüfi bir yanlıĢlıq olsa da,
 
eyni
 
mənĢəli 
iki
 
adın dolaĢıq salınmasıdır.
 
Bağdaddan yuxarı Dəclə kənarındakı
 
qədim 
Samara toponimini Xəzərdən quzeyə daĢıyan prototürk boyu onu burada
 
toponim
 

 
hidronim kimi iĢlətmiĢdir.
 
Belə  yerdəyiĢən toponimlər  Boğaz-
köy mətnlərində də vardır.
243
 Anadoluda verilən bu Samara/Samari çayı-
nın  adını  sonrakı  türk  bölgələrində  gördüyümüz  kimi,  burada  verilən 
Samura bulağı adını və Samuxa toponimini də sonralar Azərbaycanda 
ortaya çıxan Samur  Samux
 
hidronimlərində, Pənbək-Gümrü arasındakı 
Samurlu toponimində  görürük.
 
Gümrü  bölgəsindən  baĢlanıb,
 
Ələyəz va-
disindən
 
axaraq
 
Araza
 
qovuĢan
 
Kasax
 
çayının  adı  da  qədim  qaynaq-
larda əks olunmuĢdur.
244
  
Asur-urartu
 
yazısında Dəclənin sol qolu Diala
 
isə
 
Turna(t) çayı kimi 
qeyd olunmuĢdur ki, buna da Doğu Anadolu və BaĢqord elində Durna// 
Turna  gölü,  Turna  yılkası  adlarında  rast  gəlirik.  Kürə  qovuĢan  Alazan 
çayının  adı  qədim  mənbələrdə  əks  olunub,  Dağıstandakı  Al-ozen,  Al-
taydakı  Alazan  adaĢları bu  hidronimin  al-özən  (yuxarı  və  öndəki  çay) 
anlamında  iĢlənməsinə  Ģübhə  yaratmır.
245
 Azərlər  və  gürcülər  bu  çaya 
Alazan,  saxurlar  Dur,  avarlar  RaxIxIad  deyir.  Quzey  Qafqazda  Borbalo 
dağından üç Alazan çayı baĢlanır, ikisi Sulak, biri də Kür çayına tökülür. 
Alazan çayı hövzəsində eyni anlamlı Al-çay hidronimi də vardır. Alazan 
çayının Qanıx (Ptolemeydə Xanes) adı isə, məncə, qafqazdilli boylardan 
birinə məxsusdur.  
                                                 
240
 УКН, 281, 430. 
241
 ЕАМТИЛ, 72. 
242
 Ġbn Fadlan, 42. 
243
 Ertem, 118, 198, 205. 
244
 СМОМПК, 1909, вып. 40, 2. 
245
 ОК, 90, 197. 


 
144 
Alazana  qoĢulub
 
Kürə
 
axan
 
Qabırrı  (Ġori)  çayının  adı  da diqqəti 
çəkir.  Belə  ki,  Xabur  adlı
 
iki  çaydan  biri
 
Dəclənin,
 
biri  də
 
Fəratın  sol 
qoludur,  Qabartı  çayı  Ağdərə  rayonunda,
   
Xamur  hidronimi  Qazaxıs-
tanda
 
vardır.  T.  Əhmədov  XVII  əsr  qaynağında  Batı  Sibirdə  Mrassu 
çayının qolu Kabırsu hidroniminin qeyd olunduğunu və qabırlı sözünün 
cığatay türkcəsində «gurultulu, səs-küylü» anlamı daĢıdığını yazır.
246
 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin