«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə67/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   63   64   65   66   67   68   69   70   ...   149
«Doqquz Bitik» s-ras-

orman  adamları»  olan  ağacərilərdən,  «dağ  adamları»  olan  dağlılardan 
fərqli olaraq, burada «çay adamı» kimi yeni sub-ər adı ilə tanındılar, necə 
ki, sonralar Qaraçay yaxasından çıxan boylar qaraçaylı kimi tanınmıĢdır. 
Dəclə-Fərat  kimi  iki  böyük  çayın  əhatə  etdiyi  bu  münbit ərazidə
 
-
  
iki
 
su
 
arasında subar etnoniminin ortaya çıxması dövrün etnonim yaratma mən-
tiqinə tam uyğun idi. 
Bizi  burada  subar  adının  yaranmsından  çox,  onun  yayılması,  bu 
boyadının  hansı  istiqamətlərə  aparılması  maraqlandırır.  Ġkiçayarasından 
baĢlanan ilk böyük köçlər IV minilin ortalarında artıq subar boylarının üç 
yerə  parçalanmasına  səbəb  oldu:  Ərəbistan  çöllərindən  qalxıb  gələn  kö-
çəri  sami  tayfalarının  dalğası  subarları  Ġkiçayarasının  quzey  bölgələrinə 
sıxıĢdırdığından onların bir hissəsi doğuya, bir hissəsi batıya çəkildi, bir 
hissəsi  də  burada  qaldı.  Bu  səbəbdən,  sonrakı
 
subar  boylarını  üç  qrupa, 
Ģərti
 
olaraq,
 
batı-orta-doğu
 
subarlar
 
kimi
 
ayırmaq
 
lazım
 
gəlir.  Batı  subarların 
izi  zaman-zaman  batı  yer-yurd  adlarında  ortaya  çıxsa  da,  artıq  onlardan 
türk boyu kimi danıĢmaq olmur, çünki  yerli xalqların içində qarıĢıb əri-
miĢdilər.
167
  
                                                 
167
 Balkan  və  Güney  Ġtaliyada  batı  subar  bəlgələrini  əks  etdrən  axarsu  və  yer  adları: 
Σύβαρις,
 
Σούβαρας
 
qalası,
 
Σύβερος
 
πόλις
 
Ίλλσρίδος,
   
Subera-dona  (Трубачев  1968,  263); 
Ukraynada Suvar-el çayı (Гарипова, 1991, 180). 
    Müxtəlif  zamanlarda  ayrı-ayrı  dil  və  dialektlərdə  suvar,  sabir,  sibir,  (sa)sper  Ģəklində 
adı keçən subar boylarının tarixi, dili və etnoqrafiyası haqqında sonrakı bölmələrdə 
(III-IX Bitik) geniĢ bəhs edilir, burada yalnız Subar etnohidronimləri nəzərdən keçirilir.  


 
125 
Orta  subar  boyları  m.ö.  I  minilin  baĢlarında  Van  gölünün  batısında
 
Subar  bəyliyi  yaratmıĢdı.
168
 Batmansu  çayının  Dəclə  çayına  qovuĢduğu 
bölgədə Suv toponimi hələ qalmaqdadır.  Ġkiçayarasında subar boylarının 
qalıqları uzun müddət sənədlərdə xatırlanmıĢdır. Babildəki pers caniĢini
 
Qubar  m.ö.
 
529-da
 
sərəncam
 
verir
 
ki

Xandidi
 
kəndinə
 
yaxın
 
əkin  yerlərini 
suvarmaq üçün oradakı kanal qamər və subar boyundan olan əkinçilərin 
ixtiyarına verilsin.
169
 Qədim  Subartu  ölkəsinin  quzeyində Suvar  Ģəhəri 
Ġbn Xordadbehə (IX əsr) və ondan əvvəlki yazarlara məlum idi.
170
  
Doğuya çəkilən subarların izi Urmu hövzəsi, Quzey Azərbaycan, 
Quzey Qafqaz, Qıpçaq çölü və Orta Asiya üstündən Türküstan və Sibir 
bölgələrində etnonim, toponim və hidronim Ģəklində ortaya çıxır. Bəzi 
mütəxəssislər  çuvaĢ  etnonimini  də  suvarla  bağlayır.  Sibirə  adını  verən 
subar boylarının adı müxtəlif dil və dialektlərdə suvar//sabir//sibir Ģək-
lində  iĢlənmiĢ,  bu  boyların  gedib  məskunlaĢdığı  yerlərdə  çay  və  kənd 
adları bu etnonimlə tanınmıĢdır.Ukraynada Suvar-el, Sabir çayları, Oka 
çayı  hövzəsində  Suvar-ley  (ley  mordovca  çaydır),  Güney  Özbəkistanda 
Uzun-ġibar,  Kora-ġuvbar, Katta-ġuvar çayları, keçmiĢ  Perm  quberniya-
sında SuvarıĢ, Sivar, Çubarovka çayları, Verxne-SuvarıĢskoe kəndi qeyd 
olunmuĢdur.
171
 Yeri
 
gəlmiĢkən,
 
qeyd
 
edim
 
ki,
 
subar
 
etnonimi əsasında son-
                                                 
168
 Azər xalqı, 129-134:  
    Orta subarlar qonĢu Urartu dövləti dağılandan sonra da bir müddət tarixi sənədlərdə 
Ġkiçayarasının quzeyində qeyd olunur. Subar bəyliyi asurlar tərəfindən zəbt olandan sonra 
buranın etnik demoqrafiyası xeyli dəyiĢmiĢdi. Ġkiçayarasının quzeyində olan müasir Süve-
rek (suvar-ek) toponimi diqqəti çəkir. Fərat çayının sağ  yaxalarına keçən subarların izi 
isə  rus  hərbi  topoqrafik  xəritəsində
 
(1903)  Malatya  sancağınında  BeĢ-təpə  dağından 
quzeydə adı keçən Suvarlı toponimində qalmıĢdır. 
169
 Sənədi Ģərh edən iranĢünas alimlər buradakı subarların qədim yerli boylar olduğunu, 
lakin adlarının subar adlanmasını anaxronizm kimi qeyd edir, qamərləri isə Orta Asiya-
dan gələn sak (saqa) sayırlar (Дандамаев, Луконин, 238). Doğrudur, Əhəməni çağında 
Babildəki  subarların  xeyli  hissəsi  bura  gələn  samilərin  içində  əriyib,  türklüyünü  itirə 
bilərdi,  lakin  Urartu,  Asur  dövlətlərinin  dağılmasında  böyük  rolu  olan  qamər  adlı  türk 
boyları o çağda Orta Asiyada deyil, Güney Anadolu və Azərbaycanda yaĢayırdı. 
170
 Ибн Хордадбех, 84. 
171
 Гарипова, 1991, 180; АОП, 1986, 216; Azərbaycanda Sabir-kənd (Ordubad), Suvarin 
(Ərdəbil), ġuvarı (A.Oleari Gilanda olan bu çayın adını ġiberu kimi yazmıĢdır), ġabran 
(sabir-an), Zabrat (sabır-at), Biləsuvar toponimləri vardır, II əsr müəllifi Klavdi Ptole-
mey  Avropada hun, bodin, ağacəri boyları ilə  yanaĢı sala  və savar  etnonimlərini qeyd 
edir (Ptolemey, III. 5. 10);  Ġbn Xordadbeh yazırdı ki, Dərbənddən  yuxarı suvar bəylə-
rinin əraziləridir (Ġbn Xordadbex, 109); Əzəmət Rüstəmli suvar etnonimi və Gorusda izi 
qalan Suvarı etnotoponimindən geniĢ bəhs etmiĢdir (Rüstəmli, 1998, 53-57).  


 
126 
ralar sumer xalqının adı yaranmıĢdır.  Bu türk adını onlara subar türkləri 
deyil, bölgəyə gələn ilk sami boyu akadlar vermiĢdi.
172
 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin