Dövlət imtahanı Sənayenin təşkili və idarə olunması



Yüklə 185,94 Kb.
səhifə16/35
tarix18.06.2023
ölçüsü185,94 Kb.
#132224
1   ...   12   13   14   15   16   17   18   19   ...   35
Dövlət imtahanı

Birincisi yığım dedikdə əhalinin bu gün gələcəkdə xərcləməyi nəzərdə tutduğu vəsait başa düşülür. Burada əsas prinsip belədir: insan yalnız və yalnız o zaman yığım edir ki, o əmindir ki, gələcəkdə bu yığığmin gətirəcəyi fayda indi gətirə biləcəyindən daha çoxdur.
İkincisi: yığım dedikdə iqtisadi subyektin gəlirindən bu gün istifadə eləmək gələcəkdə istifadə edəcəyi məbləğ başa düşülür. Üç növ iqtisadi subyekt mövcuddur: əhali, müəssiə və dövlət. Buna uyğun olaraq üç növ yığım meydana çıxır: əhali yığımları, müəssisələrin yığımları, dövlət yığımı. Bir qayda olaraq əhali investisiya resusrslarının əsas tədarükşüsü kimi çıxış edir. Əhali yığımlarının mobilləşdirilməsi maliyyə vasitəçiləri üçün uğurlu fəaliyyət üçün vacib şərtdir. Cari dövrdə istifadə olunmayan gəlirlər 3 əsas formaya malik olur: kommersiya banklarına və qiymətli kağızlara yatırım, valyuta yığımı, əldə olan pul qalığı.
Həmçinin yığmı, gəlirdən vergilərin ödəniləmsindən sonra qalan və istifadə edilməyən hissəi kimi də müəyyən eləmək olar. Yəni, yığım, bir il ərzində toplanan, vergi kimi ödənilməyən, istehlak mallarının alınmasına sərf edilməyən, bank hesablarına yaxud obliqasiyaların, çeklərin və digər qiymətli kağızların sığortasına qoyulan gəlir kimi başa düşülür.


28. Investisiya xərcləri və investisiya tələbi
İnvestisiya (latınca – geyindirmə) mənfəət əldə etmək məqsədilə ölkə daxilində və xaricində iqtisadiyyatın müxtəlif sahələrinə uzunmüddətli kapital qoyuluşlarıdır. Qısa müddətli dövrdə investisiyalar məcmuu tələbin , uzunmüddətli dövrdə isə kapital ehtiyyatlarını artırmaqla ölkənin istehsal imkanlarını artırdığından məcmuu təklifin elementi olur. Əsas kapitala və dövriyyə vəsaitlərinə qoyulan vəsaitlər real investisiya qiymətli kağızlara qoyulan vəsaitlər maliyyə investisiyasıdır.
Investisiyalar funksional təyinatına görə əsas fondlara, ehtiyatlara, mənzil tikintisinə yönəldilir. Əsas fondlara və ehtiyatlara yönəldilən investisiyalar birbaşa sahibkarlıq bölməsində fəaliyyət göstərir və xalis investisiya adlanır. Investisiyaların həcmi və dinamikası ÜDM və ya milli gəlirin real həcmindən, gəlirlərin səviyyəsindən gəlirlərin istehlaka və əmanətə bölünməsi nisbətindən, gözlənilən mənfəət normasından, faiz normasından, kapital ehtiyatlarından, vergilərin səviyyəsindən, inflyasiyanın surətindən asılı olaraq dəyişir. Bu amillərdən ÜDM və real faiz dərəcələri investisiyaların həcminə təsir göstərən əsas amillər olduğundan onun funksiyası bu iki göstəricinin dəyişməsindən asılıdır. Investisiyaların dəyişilməsi gəlirdə olan dəyişikliyə səbəb odur ki, bu da investisiyaya olan meyl kimi təzahür edir.



Yüklə 185,94 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin