Valyuta böhranları ödəniş balanslarının xroniki pozuntularmda, qızıl valyuta ehtiyatlarının bölgüsünün qeyri-bərabərliyinin güclənməsi, devalvasiya nəticəsində bir çox valyutaların kursunun düşməsi və s. nəticəsində meydana gəlirlər.
30. Məşğulluğun mahiyyəti. Məşğulluq nəzəriyyəsi uzun təkamüllü inkişaf yolu keçmişdir və çoxsaylı konseptual yanaşmaların, tədqiqat metodları və alətlərinin olması ilə səciyyələnir. Həmin problemə nəzəri baxışlar dünya iqtisadi fikrinin strukturunda cərəyanların və məktəblərin olması ilə səciyyələnir.
Neoklassik məktəbD.Gilder, A.Laffer, M.Feldstayn, R.Xoll, C.Perri və b. əsərləri ilə təmsil olunmuşdur. Bu cərəyanın əsasını A.Smitin klassik nəzəriyyəsi təşkil edir. Bu müəlliflər əmək bazarmı bazar qanunlarma tabe olan, daxilən yekcins olmayan və dinamik əlaqələr sistemi kimi nəzərdən keçirirlər. Onun tənzimləyicisi qismində bazar mexa-nizmi çıxış edir. Əməyin qiyməti (əmək haqqınm səviyyəsi) iş qüvvəsinə tələbə və onun təklifinə təsir edir, onların nisbətini tənzimləyir və onların arasında lazımi müvazinəti saxlayır. İş qüvvəsinin qiyməti bazar konyunkturasına tez və çevik cavab verir, ona real tələbdən asılı olaraq artır və ya azalır. Əmək haqqmın artırılması və ya azaldılması vasitəsilə əməyə tələb və onıın təklifi tənzimlənir.
Keynsçi cərəyan (C.M.Keyns, R.Qordon) əmək bazarını iş qüvvəsinin xeyli sərt təsbit olunduğu süst sistem kimi nəzərdən keçirir. Məşğulluğım əsas parametrləri - məşğulluq və işsizliyin səviyyələri, əməyə tələb, real əmək haqqının səviyyəsi - əmək bazarmda müəyyənləşmirlər, onlar istehlak və investisiya əmtəələri və xidmətləri bazarında səmərəli tələbin həcmi ilə müəyyənləşir. Əmək bazarında yalnız əmək haqqının səviyyəsi və ondan asılı olan əmək təklifi kəmiyyəti formalaşır. Amma əməyin təklifi faktik məşğulluğun formalaşmasında əsas rol oynamır, o yalnız əmək haqqının hazırkı məbləğində onun maksimum mümkün səviyyəsini səciyyələndirir. Iş qüvvəsinə tələb məcmu tələblə, investisiyaların və istehsalın səviyyəsi ilə tənzimlənir. Məcburi işsizliyin olması səmərəli məcmu tələbin çatışmazlıqları ilə şərtlənir ki, bunu da büdcə və kredit-pul tənzimləməsinin eksponsionist tədbirləri aradan qaldıra bilər. Dövlət məcmu tələbə onun artması istiqamətində təsir etdikdə əməyə tələbin artmasına rəvac verir, bu da məşğulluğım artmasına və işsizliyin azal-masına aparır.
Keynsçi konsepsiyaya görə, məşğulluğa yalnız məcmu tələb təsir etmir, həm də ümumi tələb artımmın sahələr arasında necə bölünməsi, yəni məcmu tələbin quruluşu da təsir edir.