Dövlət imtahanı Sənayenin təşkili və idarə olunması


Diskret və fasiləsiz (kəsilməz) təsadüfi kəmiyyət və onun riyazi gözləməsi



Yüklə 185,94 Kb.
səhifə27/35
tarix18.06.2023
ölçüsü185,94 Kb.
#132224
1   ...   23   24   25   26   27   28   29   30   ...   35
Dövlət imtahanı

39. Diskret və fasiləsiz (kəsilməz) təsadüfi kəmiyyət və onun riyazi gözləməsi.
Ədədi qiyməti əvvəlcədən dəqiq müəyyən oluna bilməyən kəmiyyətə təsadüfi kəmiyyət deyilir.
Əgər 2 qonşu mümkün qiymət arasında başqa bir qiymət ola bilməzsə və bu kəmiyyəti müəyyən ehtimalla alan təsadüfi kəmiyyəti diskret təsadüfi kəmiyyət adlandırırlar. Başqa sözlə desək, diskret təsadüfi kəmiyyətin mümkün qiymətlərini nömrələmək olar.
Sonlu yaxud sonsuz ədədi parçada istənilən qiyməti ala bilən təsadüfi kəmiyyət fasiləsiz təsadüfi kəmiyyət adlanır.
Diskret təsadüfi kəmiyyətin riyazi gözləməsi onun bütün mümkün qiymətlərinin uyğun ehtimalla hasilləri cəminə deyilir. Riyazi gözləmə E(x) işarə olunur.



Məs: 2 zəri atdıqda (x=zər1+zər2) x təsadüfi kəmiyyətinin riyazi gözləməsi:

1 zəri atdıqda x təsadüfi kəmiyyətinin riyazi gözləməsi:



Riyazi gözləmənin hesablanma qaydalar:

  1. Təsadüfi kəmiyyətin cəminin riyazi gözləməsi toplananların riyazi gözləməsi cəminə bərabərdir.



  1. Sabit vuruğu gözləmə işarəsi daxilindən xaricinə çıxarmaq olar.

; c = const (sabit)

  1. Sabitin riyazi gözləməsi sabitin özünə bərabərdir:

;


40. Kovariasiya və onun hesablanma qaydaları.
Kovariasiya 2 cür olur: seçmə və nəzəri kovariasiya.
XY təsadüfi kəmiyyətlərinin riyazi gözləmələrindən fərqlərinin hasilinin riyazi gözləməsinə
nəzəri kovariasiya deyilir. XY təsadufi kəmiyyətləri asılı deyilsə, onların nəzəri kovariasiyası sıfıra bərabərdir. Nəzəri kovariasiya məlum olmadıqda, onun qiymətləndirilməsi ucun seçmə kovariasiya hesablanır: Seçmə kovariasiya 2 dəyişən arasındakı qarşılıqlı əlaqələrin ölçüsüdür. Əgər 2 dəyişən XY üzrərində n müşahidə varsa, onda XY arasında seçmə kovariasiya aşağıdakı kimi hesablanır.

Kovariasiya aşağıdakı qaydalar əsasında hesablanır.

Yüklə 185,94 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin