Təsadüfi kəmiyyət dedikdəqabaqcadan məlum olmayan və təsadüfi vəziyyətlərdən asılı olan, müşahidə nəticəsində bu və ya digər qiymət alan kəmiyyət başa düşülür. Qısaca olaraq, ədədi qiyməti əvvəlcədən dəqiq müəyyən oluna bilməyən kəmiyyətə təsadüfi dəyişənlər deyilir. (məs: ÜMM həcmi, reallaşdırılmış məhsulun miqdarı, firmanın mənfəəti və s.)
Təsadüfi kəmiyyətin iki forması fərqləndirilir: diskret təsadüfi kəmiyyət və fasiləsiz təsadüfi kəmiyyət. Əgər 2 qonşu mümkün qiymət arasında başqa bir qiymət ola bilməzsə və bu kəmiyyəti müəyyən ehtimalla alan təsadüfi kəmiyyəti diskret təsadüfi kəmiyyət adlandırırlar. Başqa sözlə desək, diskret təsadüfi kəmiyyətin mümkün qiymətlərini nömrələmək olar. Ehtimal - mümkün olan ümumi hadisədə əlverişli olan hadisənin baş verməsinin xüsusi çəkisidir.
Sonlu yaxud sonsuz ədədi parçada istənilən qiyməti ala bilən təsadüfi kəmiyyət fasiləsiz təsadüfi kəmiyyət adlanır.
Diskret təsadüfi kəmiyyətin bütün qiyməti və ona uyğun olan ehtimalın tapılmasına diskret təsadüfi kəmiyyətin paylanma qanunu deyilir.
43. Modellərin növləri. Model dedikdə elə bir maddi və ya təsəvvür olunan obyekt başa düşülür ki, bu obyekt tədqiqat prosesində öyrənilən real obyekti əvəz edir və onun haqqında əlavə biliklər toplamağa imkan verir. Modelin bir çox növləri vardır ki, onları iki böyük qrupda birləşdirmək olar:
fiziki ( maddi)
riyazi ( mücərrəd) modellər.
Sadə hallarda model öyrənilən obyektin həndəsi oxşarlığını və fiziki təbiətini əks etdirir. Belə modellər adətən öyrənilən real obyektdən ölçüləri və qurulduğu materiallarına görə fərqlənirlər. Başqa sözlə, tədqiq olunan obyektin əsas xassə və əlamətlərini əks etdirməklə həmin sistemin oxşarlığını özündə əks etdirir. Belə modellər fiziki modellər adlanır. Məsələn, bina və körpülərin tikilməsindən əvvəl onların kiçik fiziki modelləri tərtib olunur.
Riyazi üsullar müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda geniş tətbiq edilir. İqtisadiyyatda riyazi üsulların istifadə edilməsi iqtisadi dəyişənlərin və ob-yektlərin ən mühüm əlaqələrini riyazi şəkildə təsvir etməyə, parametrlərin məlum qiymətləri əsasında öyrənilən proses barədə nəticələr çıxarmağa, obyektlərin əvvəllər məlum olmayan xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir. Müasir dövrdə iqtisadi proseslər müvafiq riyazi modellərin köməyi ilə tədqiq edilir.
Ümumi təsnifata görə modellər 3 növə ayrılır:
Funksional
Struktur
Struktur – funksional
Funksional modellər obyektin daxili quruluşunu öyrənməyi nəzərdə tutmur və bu quruluş barədə heç bir informasiya istifadə edilmir. İqtisadi tənzimləmə məsələrinin öyrənilməsində funksional modeldən istifadə edilir.
Struktur modellər obyektin daxili quruluşunu və quruluşun tərkib hissələrini, daxili parametrlərini əks etdirir. Sahələrarası əlaqələr məsələlərində struktur modeldən istifadə edilir.
Müəyyən sistemlərin qarşılıqlı əlaqələrinin araşdırılmasında həm struktur, həm də funksional modellərdən istifadə etmək olar.
Modelləşdiriləcək obyektin və prosesin məqsədlərindən, xüsusiyyətlərindən, həmçinin informasiya təminatından asılı olaraq aşağıdakı modelləri fərqləndirmək olar.