Monetarist məktəbinin nümayəndələri (M.Fridmen, E.Felps, F.Keyqen, D.Meyzelman, K.Brunner, A.Moltser və b.) belə bir müddəanı əsaslandırırlar ki, bazar iqtisadiyyatı elə bir özü nizamlanan sistemdir ki, onun özünün qiymətlər mexanizmi məşğulluğun rasional səviyyəsini müəyyənləşdirir. Belə sistemdə dövlət müdaxiləsi bazarın özününizamlama mexanizmində pozımtular yaradır, məcmu tələbə pulla təsir isə son nəticədə inflyasiya spiralının açılmasına səbəb olur.
Institusional-sosioloji məktəbT.Veblen, C.Danlop, C.Helbreyt, L.Ulman kimi iqtisadçılarla təmsil olımmuşdur və məşğulluq sahəsindəki problemlərin müxtəlif növ institüsional islahatların köməkliyi ilə həll oluna bilməsi müddəasına əsaslanır. Onlar üçün diqqətin yalnız makroiqtisadi təhlil üzərində cəmlənməsindən uzaqlaşmaq səciyyəvidir və onlar əmək bazarmdakı uyğunsuzlaqları iş qüvvəsi və onlara müvafiq olan əmək haqqı səviyyələrinin strukturundakı sosial, peşə, sahə, cins və yaş, etnik və sair fərqlərlə izah etməyə cəhd etmişlər.
Çevik bazar konsepsiyası(R.Buae, Q.Stendinq) XX əs-rin 70-ci illərində ən inkişaf etmiş Avropa ölkələrində iqtisadiyyatın quruluş yenidənqurması gedəndə yayılmışdı. Onun əsasına əmək bazarının qaydaya salınmasının zəruriliyi, daha çevik, funksional fərdiləşdirilmiş və qeyri-standart məşğulluqlara (qismən məşğulluq, natamam iş günü və ya həftəsi, qısamüddətli müqavilələr, zəvvarlıq) keçməyin zəruriliyi müddəası qoyulmuşdu.
Ümumiyyətlə çevik əmək bazarı konsepsiyası sahibkarlar və işçilər arasında qarşılıqlı münasibətlərin forma müxtəlifliyinin yaranmasını nəzərdə tutur və məcmu xərclərin, mənfəətliliyin artmasını və əmək bazarında yüksək dinamikliyin saxlanımasına yönümlənmişdir.
31. Işsizlik və onun növləri. Işsizliyin səbəbləri. Qеyd еtmək lаzımdır ki, rеаl həyаtdа hеç də əmək qаbiliyyətli əhаlinin hаmısı işlə təmin оlunа bilmir, məşğulluq işsizliklə əvəz olunur və müəyyən həddədək işsizliyin оlmаsı nоrmаl qəbul оlunur. Istеhsаl sаhələri tаm gücləri ilə işləmədikdə, yахud bаğlаndıqdа, yеni iş yеrlərinin оlmаmаsı ölkədə işsizlik yаrаdır. Işsizlik əmək qаbiliyyətli əhаlinin bir hissəsinin özünə müvаfiq iş tаpа bilməməsi nəticəsində “аrtıq” əhаliyə çеvrilməsidir.
Işsizlik yaş və səhhətinə, peşə və gəlir əldə etmək qabiliyyətinə görə iş tapa bilməyən insanların məcburi qeyri-məşğulluğudur. O sosial iqtisadi problem olub işgüzar fəallıqda baş verən dəyişikliklərin makroiqtisadi göstəricisidir. Klassik və neoklassik məktəb işsizliyin bazar mexanizminin xüsusiyyətləri ilə əmək bazrının özünü tənzimlənməsi, marksist məktəb kapitalizmin xüsusiyyətləri ilə, monetaristlər real əmək haqqının dinamikası institutsional məktəb isə əhalinin səviyyəsinə sosial, mənəvi, dini, amillərin təsiri ilə əlaqələndirmişlər son dövrlərdə işsizliyə istehsalın və məşğulluqun fiziki həcminin dəyişməsi (müqavilə nəzəriyyəsi) və çevik əmək bazarının olmaması (çevik əmək konsepsiyası) kimi yanaşılır.