Bilməlidir: məhsulun, texniki materialların təminatını və satılması üzrə metodiki, normativ və başqa rəhbər materiallar, yuxarı orqanların qərar, sərəncam və əmrlərini; əmtəə-maddi sərvətlərin standartlarını və texniki tələblərini, onların əsas xassəsini və keyfiyyət xüsusiyyətlərini; texniki material təminatı planlarının və təsərrüfat müqavilələrinin bağlanılmasının işlənib hazırlanması qaydasını; əmtəə-maddi sərvətlərə olan tələbatın hesabatını; anbar təsərrüfatının və məhsulun satılmasının təşkilini; əmtəə-maddi sərvətlərin tədarükü, saxlanılması və nəql edilməsi şərtlərini; qüvvədə olan qiymətlərin preyskurantlarını; material ehtiyatlarının istehsal mənbəyini, normativlərini; istehsalat texnoloji proseslərinin əsaslarını, müəssisə, idarə və təşkilatın buraxdığı məhsulun assortimenti və nomenklaturasını, iqtisadiyyatın, əməyin, idarəetmənin, istehsalın təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsini, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: 6-cı dərəcə: müvafiq sahə üzrə orta ixtisas təhsili və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı;
7-ci dərəcə: iş stajına tələb qoyulmadan müvafiq sahə üzrə ali ixtisas təhsili;
8-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 7-ci dərəcəli əmtəəşünas vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
9-cu dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 8-ci dərəcəli əmtəəşünas vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
10-11-ci dərəcələr (aparıcı əmtəəşünas): müvafiq sahə üzrə ali ixtisas təhsili və 2-3 ildən az olmayaraq 9-cu dərəcəli əmtəəşünas vəzifəsində iş stajı.
RİYAZİYYATÇI Əmək funksiyası. Elmi-texniki və istehsalat məsələlərinin riyazi təminatı üçün sistemlər işləyib hazırlayır. Həll olunacaq məsələlərə aid məlumatı öyrənir və təhlil edir, onların mahiyyətini qısa riyazi dildə ifadə edir. Məsələləri riyazi formaya gətirib çıxarır. Ümumi proqrama daxil olan proqramların və proqramçıların texniki şərtlərini və məsələlərini işləyib hazırlayır. Riyazi təhlilin əsasında məsələlərin daha səmərəli üsulla həlli metodunu və mümkünlüyünü təyin edir. Məsələnin və onun ayrı-ayrı mərhələlərinin alqoritmi, proqramının məntiqi sxemini tərtib edir. Riyazi modeli işləyib hazırlayır və məsələnin həllinin rəqəm metodunu seçir. Başqa müəssisədə, idarə və təşkilatda işləyib hazırlanmış məsələlərin həllini hazır alqoritmlərinin istifadə mümkünlüyünü təyin edir. Hesablama prosesinin vahid şəkilə salınma işini yerinə yetirir. Hesablama texnikasından istifadə sahəsinin genişləndirilməsi, eləcə də məsələlərin həllinin riyazi təminatı metodlarının təkmilləşdirilməsi üzrə layihə işlərində iştirak edir.
Bilməlidir:məlumatın emalında hesablama texnikasının istifadəsinə aid olan rəhbər və normativ materialları; avadanlığın texniki istismar, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimini, onun texniki istismar qaydalarını; məlumatın mexaniki emalını, texnologiyasını; məlumatın daşıyıcıların texniki növlərini, qüvvədə olan say, şirf və kod sistemlərini; riyazi modelləşdirmənin və məsələnin formalaşması və alqoritmlərin işlənib hazırlanma metodlarını; riyazi və məntiqi təhlilin metodlarını; texniki sənədlərin rəsmiləşdirilməsi qaydasını; hesablama texnikasının istifadəsi üzrə qabaqcıl təcrübəni; iqtisadiyyatın, əməyin və istehsalatın təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.