Ödəniş dərəcələrinə ixtisas tələbləri: 6-7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali riyazi təhsil;
8-9-cu dərəcələr: ali riyazi təhsil, 3 ildən az olmayaraq riyaziyyatçı vəzifəsində iş stajı;
10-cu dərəcə: ali riyazi təhsil, 3 ildən az olmayaraq 9-cu dərəcəli riyaziyyatçı vəzifəsində iş stajı;
11 -ci dərəcə: ali riyazi təhsil, 3 ildən az olmayaraq 10-cu dərəcəli riyaziyyatçı vəzifəsində iş stajı;
12-13-cü dərəcələr (aparıcı riyaziyyatçı): ali riyazi təhsil, 2-3 ildən az olmayaraq 11-ci dərəcəli riyaziyyatçı vəzifəsində iş stajı.
PSİXOLOQ Əmək funksiyası. Əlverişli iş şəraiti yaratmaq və onun effektivliyini artırmaq məqsədi ilə müəssisə, idarə və təşkilatlarda işçilərin əmək fəaliyyətinə təsir göstərən psixoloji, iqtisadi və təşkilati faktorları öyrənir. Kollektivin sosial-inkişaf plan layihələrinin tərtibində iştirak edir, işçilərə təsir göstərən psixoloji faktorları təyin edir. Fizioloqla birgə işçilərin şəxsi xüsusiyyətləri, müxtəlif ixtisaslı fəhlə və qulluqçuların əmək fəaliyyətinin xüsusiyyətləri, peşə seçilməsi, əməyin psixoloji şəraitinin yoxlanılması, onların maraq və meylləri, məşğul olduqları əməkdən razı olub-olmaması ilə bağlı müayinələr aparır. Şəraitin işçinin psixikasına təsir edən təcrübələri, əmək proseslərini və işçinin psixoloji vəziyyətini təhlil edir. Sosioloqla və təşkilatın başqa mütəxəssisləri ilə birgə sosial-inkişaf məsələlərinə baxışda iştirak edir, həll tələb olunan daha aktual məsələ və problemlərin seçilməsini həyata keçirir. Kadr axını, əmək intizamının pozulması, səmərəsiz əmək və onları əmələ gətirən səbəblərin aradan qaldırılması yollarını təyin edir. İstehsalat mühitinin əsəb sinir sisteminə təsiri ilə müəyyən olunan müxtəlif peşə və vəzifə işçilərinin psixoloji xüsusiyyətlərini və profesioqrammalarını işləyib hazırlayır; işçinin peşəkarlıq qabiliyyətinin inkişaf perspektivlərini nəzərə alaraq, onun şəxsi əmək imkanlarından optimal istifadəsinə aid tövsiyələr verir. Gənc fəhlə və mütəxəssislərin istehsal və peşəkarlığa alışması üçün tədbir görülməsində iştirak edir. Əmək fəaliyyətinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi əsasında psixoloji tədqiqat nəticələrinin istehsalat praktikasında tətbiqi üzrə tövsiyə və təklifləri, eləcə də optimal əmək şəraitinin təşkilinə, səmərəli əmək və istirahət rejimlərinin təyin edilməsinə, mənəvi psixoloji iqlimin əmək şəraitinin yaxşılaşdırılmasına və işçinin iş qabiliyyətinin artırılmasına imkan yaradan, kollektivin sosial inkişafının idarə olunmasının təkmilləşdirilməsinə yönəldilən konkret istiqamətlər üzrə tədbirlər hazırlayır, onların yerinə yetirilməsinə nəzarət edir. Əməyin təşkili və istehsalın idarə olunması tələblərindən irəli gələn, kadr axınının səbəblərini, onların seçilməsi və yerləşdirilməsini öyrənir; işçilərin, o cümlədən gənc fəhlə və mütəxəssislərin şəraitə uyğunlaşmasına imkan verən tədbirlərin keçirilməsi təkliflərini işləyib hazırlayır. Əmək kollektivlərinin formalaşmasında erqonomikanın tələblərini, maddi və mənəvi həvəsləndirmənin təkmilləşdirilməsini nəzərə alaraq əməyin təşkili sistemlərinin layihələşdirilməsində (iş vaxtının təşkili, iş yerlərinin səmərəli təşkili), kadrların idarə olunması metodlarının işlənib hazırlanmasında, peşələrinə görə seçilməsində, professioqrammaların tərtibində iştirak edir, psixoloji xarakterli məsələlərdə, psixoloji biliklərin təbliğində, düzgün istiqamət götürmələrinə kömək edir. Kollektivin sosial inkişafı və istehsalın idarə olunmasında sosial-psixoloji faktorların nəzərə alınmasını tələb edən kadr və əmək məsələləri üzrə müəssisə, idarə və təşkilat işçilərinə məsləhətlər verir.