Dövlət qeydiyyatına alınmışdır


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,67 Mb.
səhifə68/68
tarix28.11.2022
ölçüsü1,67 Mb.
#71020
1   ...   60   61   62   63   64   65   66   67   68
document hrclubaz 108

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 2-ci dərəcə: ümumi orta təhsil, xüsusi təlim.
BURAXILIŞ BÜROSUNUN NÖVBƏTÇİSİ
Əmək funksiyası. Müəssisə, idarə və təşkilatların ərazisinə giriş və çıxış üçün müvəqqəti, birdəfəlik buraxılış vərəqələrini və digər buraxılış sənədlərini müəyyən olunmuş qaydaya uyğun surətdə doldurur, rəsmiləşdirir. Jurnalda və başqa ilkin sənədlərdə, blankların, verilmiş və ya qaytarılmış buraxılmış vərəqələrinin qeydiyyatını və hesabını aparır. Müxtəlif şəkildə buraxılış vərəqələrinin verilməsi haqqında ilkin hesabatı tərtib edir və buraxılış sənədlərinin rəsmiləşdirilməsi və bağlı olan arayışlar hazırlayır.
Bilməlidir: müəssisə, idarə və təşkilatlarda buraxılış rejimini nizama salan əsasnamə, təlimat və rəhbər normativ sənədləri; buraxılış vərəqələrinin və başqa buraxılış sənədlərinin verilməsi qaydalarını; müəssisə, idarə və təşkilatların strukturunu və onların bölmələrinin iş rejimini; blankların və qaytarılmış buraxılış vərəqələrinin uçotunu və mühafizə qaydalarını; buraxılış vərəqələrinin rəsmiləşdirmə formalarını. Təyin olunmuş hesabatın uçotunu, tərtibi qaydasını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: 2-ci dərəcə: ümumi orta təhsil və 1 aydan az olmayaraq xüsusi təlim.


TEXNİKİ SƏNƏDLƏRİN SURƏTİNİ ÇIXARAN
Əmək funksiyası. Kalkaya və ya xüsusi növ kağızlara tuş və ya karandaşla çəkilmiş çertyojun, sxemin və digər texniki sənədlərin surətini köçürür. Lazım olduqda, surətləri rəngli tuş və ya boya ilə rəngləyir.
Bilməlidir: texniki rəsmxətin əsaslarını; surətçıxarmada işlədilən alət və ləvazimatları, onların saxlanılması və onlara qulluq qaydalarını; surətçıxarmada istifadə olunan kalkanın və ya xüsusi növ kağızın işə hazırlanması qaydalarını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
2-ci dərəcə: ümumi orta təhsil, 1 aydan az olmayaraq xüsusi təlim.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



  1. 23 oktyabr 2007-ci il tarixli 14-1 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 11-12)



BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin