Dövlət qeydiyyatına alınmışdır


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,67 Mb.
səhifə67/68
tarix28.11.2022
ölçüsü1,67 Mb.
#71020
1   ...   60   61   62   63   64   65   66   67   68
document hrclubaz 108

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 2- ci dərəcə: ümumi orta təhsil, 1 ildən az olmayaraq xüsusi təlim.
TABELÇİ
Əmək funksiyası. Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir. Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında, səbəblərini qeyd etməklə raport tərtib edir. Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır. İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir. Müəyyən olunmuş qaydada işlənmiş, işdən əlavə işlənilən vaxt və əmək intizamının pozuntular haqqında məlumatları əks etdirən tabeli aparır.
Bilməlidir: tabel uçotunun aparılması üzrə əsasnamə, təlimat və digər rəhbər və normativ sənədləri; müəssisə, idarə və təşkilatlarda və onların bölmələrində işin növbə cədvəlini və iş vaxtı rejimini; müəssisə, idarə və təşkilatlarda kargüzarlığın təşkilini; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: 2-ci dərəcə: ümumi orta təhsil, 1 ildən az olmayaraq xüsusi təlim.


EKSPEDİTOR
Əmək funksiyası. Daxil olan və göndərilən korrespondensiyanı indeksləşdirir, növlərə ayırır, qeydiyyat kitabçasında qeydə alır, qəbul və emal edir. Göndərilən korrespondensiyanı zərflərə yerləşdirir, ünvanları zərflərə yazır və zərfləri markalayır. Ekspedisiyadan keçən sənədlərin mühafizəsini təmin edir. Korrespondensiyanı emal edən maşınların texniki vəziyyətinə nəzarət edir, onların nasazlığı haqqında vaxtında xəbər verir.
Bilməlidir: müəssisə, idarə və təşkilatlarda kargüzarlığın təşkilinin əsaslarını; korrespondensiyanın qəbul və emal metodlarını; daimi korrespondentlərin ünvanlarını; korrespondensiyanı emal edən maşınların istismar qaydalarını; müəssisə, idarə və təşkilatların və onların bölmələrinin strukturunu; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslanın; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin