Dövlət qeydiyyatına alınmışdır


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,67 Mb.
səhifə61/68
tarix28.11.2022
ölçüsü1,67 Mb.
#71020
1   ...   57   58   59   60   61   62   63   64   ...   68
document hrclubaz 108

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil və xüsusi təlim;
3-cü dərəcə: müəssisə, idarə və təşkilatların dəftərxanalarında iş yerinə yetirdikdə;
4-cü dərəcə: arxiv idarələrində, eləcə də müəssisə, idarə və təşkilat və onların struktur bölmələrində olan arxivlərdə iş yerinə yetirdikdə.
YÜKLƏRİN DAŞINMASI ÜZRƏ EKSPEDİTOR
Əmək funksiyası. Müşayiətedici sənədlərə uyğun olaraq anbarlardan yükləri qəbul edir. Qablaşdırmanın bütövlüyünü yoxlayır. Qurğuların, müvafiq nəqliyyat növlərinin sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət edir. Yüklərin təyin olunmuş yerə çatmasını müşayiət edir, onların nəql edilməsi zamanı lazım olan mühafizə rejimini həyata keçirir. Gətirilmiş yükü təhvil verir, qəbul-təhvil sənədlərini rəsmiləşdirir. Lazım olduqda çatışmamazlıq, korlanma aktlarının və başqa sənədlərin tərtib olunmasında iştirak edir.
Bilməlidir: yükləmə-boşaltma işlərinin təşkilini; yükün qəbulu və təhvili qaydasını; yükün əsas tədarükçülərinin və anbarlarının ünvanını; ekspeditor yüklərinin nəqli zamanı mühafizə şərtlərini; hərəkətdə olan heyətin və konteynerlərin yükləmə-boşaltma əməliyyatına verilən boşdayanmaların normativlərini; yüklərin daşınma marşrutlarını; yüklərin qəbulu və yola salınma sənədlərinin forması və onların rəsmiləşdirmə qaydasını; daxili əmək intizamı qaydalarının; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil və xüsusi təlim;
3-cü dərəcə: nəql edilməyə xüsusi şərtlər qoymamaqla yüklərin müşayiət etdikdə;
4-cü dərəcə: nəql edilməyə xüsusi şərtlər qoyulmaqla yükləri müşayiət etdikdə.
MAKİNAÇI
Əmək funksiyası. Əlyazmalardan, maşın yazılarından və çap orijinallarından müxtəlif sistemləri olan yazı makinalarında (materialın surətini çıxarmaq üçün matrisanın hazırlanmasını daxil edərək) çap işini yerinə yetirir. Diqtofondan, maqnitofondan istifadə etməklə və ya imla ilə yazıları çap edir. Yazı maşınlarının vəziyyətinə nəzarət edir və iş zamanı zavod istehsalçılarının təlimatlarının tələblərinə riayət edir.
Bilməlidir: maşında yazmanı, orfoqrafiyanın və punktuasiyanın qaydalarını, təşkilati-göstəriş sənədlərinin vahid şəklə salınma sisteminin standartlarını; müxtəlif sənədlərin çapında materialın yerləşdirmə qaydasını; nümunəvi formalardan istifadə etməklə, işgüzar məktubların çapı qaydasını; yazı maşınlarının, maqnitofonların, diktofonların istismar qaydalarını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin