Dövlət qeydiyyatına alınmışdır


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,67 Mb.
səhifə63/68
tarix28.11.2022
ölçüsü1,67 Mb.
#71020
1   ...   60   61   62   63   64   65   66   67   68
document hrclubaz 108

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 3-cü dərəcə: ümumi orta təhsil, təyin olunmuş proqram üzrə xüsusi təlim.
KATİB
Əmək funksiyası. Müəssisə, idarə və təşkilatlar və onların bölmələrində rəhbərliyin işinin təmin edilməsi və ona xidmət üzrə texniki funksiyaları yerinə yetirir. Bölmələrdən və ya icraçılardan rəhbərliyə lazım olan məlumatları alır, onun tapşırığı ilə işçiləri çağırır. Rəhbərliyin telefon danışıqlarını təşkil edir, telefonoqrammaları qəbul edir, göndərir və rəhbərlik olmadığı vaxtda alınan xəbərləri qeyd edir və aldığı məlumatların məzmununu ona çatdırır. Rəhbərliyin apardığı iclas və müşavirələrin hazırlanması işini görür, lazım olan sənədlərin yığılmasını, iclas və ya müşavirənin keçiriləcək vaxtı, yeri və gündəliyi haqqında iştirakçıları xəbərdar edir, onların qeydiyyatmı aparır, protokolu tərtib edir və onu rəsmiləşdirir. Rəhbərliyin iş yerini dəftərxana ləvazimatı, texniki-təşkilati vasitələrlə təmin edir, onun səmərəli işləməsinə şərait yaradır. Qəbuledici-danışıq vasitələrlə xəbərləri verir və qəbul edir. Kargüzarlıq işini aparır, rəhbərliyin adına gələn korrespondensiyanı qəbul edir, müəssisə, idarə və təşkilatlarda qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirir, rəhbərlik baxdıqdan sonra iş prosesində istifadə etmək və ya cavab hazırlamaq üçün onu bölmələrə və ya konkret icraçılara verir və nəzarət altına alır, rəhbərliyin tapşırığının yerinə yetirilməsi müddətinə nəzarət edir.
Rəhbərin qol çəkməsi üçün sənədləri və işçilərin şəxsi ərizələrini qəbul edir. Qəbula gələnlərin qəbulunu təşkil edir, onlarla nəzakətli və diqqətli olur, işçilərin təklif və xahişlərinə tez baxılmasına kömək edir. Təsdiq olunmuş nomenklaturaya uyğun olaraq işləri formalaşdırır, onların mühafizəsini təmin edir və təyin edilmiş vaxtda arxivə təhvil verir.
Bilməlidir: kargüzarlığın aparılması üzrə əsasnamə və təlimatları; müəssisə, idarə, təşkilatların və onların bölmələrinin rəhbər işçi heyətini; diktofonların, maqnitofonların istismar qaydalarını; təşkilatı göstəriş sənədlərinin vahid şəkilə salınmış sisteminin standartlarını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarmı; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin