Dövlət qeydiyyatına alınmışdır


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,67 Mb.
səhifə66/68
tarix28.11.2022
ölçüsü1,67 Mb.
#71020
1   ...   60   61   62   63   64   65   66   67   68
document hrclubaz 108

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 3-cü dərəcə: ümumi orta təhsil və xüsusi təlim.
UÇOTÇU
Əmək funksiyası. Operativ uçotun müxtəlif növləri (hazır məhsulun həcmi, xammalın, materialın, yanacağın, istehsalatda sərf olunan enerjini və s.) üzrə iş aparır. İlkin sənədlərdə uçotun növündən asılı olaraq uyğun nəticələri hesablayır və qeydlər edir, təyin olunmuş hesabatı, siyahı və məlumatları jurnal və ya kartoçkada tərtib edir.
Bilməlidir: istehsalatın təşkilinin əsaslarını; operativ uçotun təşkilini; ilkin sənədlərin formalarını, onların doldurulma qaydalarını; müəssisədə buraxılan məhsulun həcminin ölçü vahidini; hesablama texnikasının istismar qaydalarını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: 2-ci dərəcə: ümumi orta təhsil, 1 aydan az olmayaraq xüsusi təlim.
NARYADÇI
Əmək funksiyası. Növbə-gün tapşırığı və ustanın, iş icrasının göstərişi ilə əmək haqqının və məhsuldarlığın ilkin sənədlərinin (naryadlar, siyahılar, məhsuldarlıq, raportlar və s.) eləcə də, xüsusi şəraitdə tətbiq edilən əmək haqlarını, fəhlənin təqsiri olmadan boşdayanmaları, iş vaxtından artıq işləri qeyd edir. Fəaliyyətdə olan normativ materiallara əsasən əmək haqqının, normalaşdırmanın təşkili üzrə, əməliyyatların texnoloji xəritələri üzrə işin dərəcəsinə və işlərin xüsusiyyətinə görə vaxt normalarını və istehsal qiymətlərini qeyd edir. Yazılmış naryadların və başqa ödəmə sənədlərinin əsasında normalaşdırılmış vaxtın uçotunu aparır, fəhlələr və briqadalar üzrə naryadları görülən işlərə qruplaşdırır və onları əmək haqqının ödənilməsi üçün lazımi xidmətə təqdim edir. Əməyin normalaşdırılması üzrə mühəndis və usta üçün lazım olan məlumatları tərtib edir.
Bilməlidir: əməyin təşkili, normalaşdırılması və əmək haqqı üzrə əsasnamə, təlimat, digər rəhbər və normativ sənədləri, onların tətbiqi qaydalarını; əmək haqqı və məhsuldarlığın uçotu üzrə ilkin sənədlərin rəsmiləşdirilməsinin müddət və qaydalarını; istehsalat texnologiyasını və istehsalatın təşkilinin əsaslarını; hesablayıcı texnikanın istismar qaydalarını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin