Dövlət qeydiyyatına alınmışdır


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,67 Mb.
səhifə64/68
tarix28.11.2022
ölçüsü1,67 Mb.
#71020
1   ...   60   61   62   63   64   65   66   67   68
document hrclubaz 108

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 3-cü dərəcə: ümumi orta təhsil və xüsusi təlim.
KATİB-MAKİNAÇI
Əmək funksiyası. Müəssisə, idarə və təşkilatlarda və onların bölmələrində rəhbərliyin işini təmin edir və xidmət üzrə texniki funksiyaları yerinə yetirir. Bölmələrdən və icraçılardan rəhbərliyə lazım olan məlumatlan alır, onun tapşırığı ilə işçiləri çağırır.
Rəhbərliyin telefon danışıqlarını təşkil edir, telefonoqrammları qəbul edir, göndərir və onun olmadığı vaxtda alınan xəbərləri yazır və aldığı məlumatların məzmununu rəhbərliyə çatdırır. Əlyazmalarından və çap orijinallarından müxtəlif növ yazı makinalarında rəhbərliyə aid olan sənədləri çap edir, rəhbərliyin aparacağı iclas və müşavirələrin hazırlanması işini görür (lazım olanları sənədlərin yığılmasını, iclas və müşavirənin keçiriləcək vaxtı, yeri və gündəliyi haqqında iştirakçıları xəbərdar edir, onların qeydiyyatını aparır). Rəhbərin iş yerini dəftərxana ləvazimatı, texniki-təşkilatı vasitələrlə təmin edir, onun səmərəli işləməsinə imkan verən şərait yaradır.
Qəbuledici danışıq vasitələrlə xəbərləri verir və qəbul edir. Kargüzarlıq işini aparır, rəhbərliyin adına gələn korrespondensiyanı qəbul edir, müəssisə, idarə və təşkilatlarda qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirir, rəhbərlik baxdıqdan sonra, iş prosesində istifadə etmək və ya cavab hazırlamaq üçün onu bölmələrə və ya konkret icraçılara verir və nəzarət altına alır, rəhbərliyin tapşırığının yerinə yetirilməsi müddətinə nəzarət edir. Rəhbərin qol çəkməsi üçün sənədləri və işçilərin şəxsi ərizələrini qəbul edir. Gələnlərin qəbulunu təşkil edir, onlarla nəzakətli və diqqətli rəftar edir, işçilərin təklif və xahişlərinə tez baxılmasına kömək edir. Təsdiq olunmuş nomenklaturaya uyğun olaraq işləri formalaşdırır, onların mühafizəsini təmin edir və təyin edilmiş vaxtda arxivə təhvil verir.
Bilməlidir: kargüzarlığın aparılması üzrə əsasnamə və təlimatları; müəssisə, idarə və təşkilatların və onların bölmələrinin rəhbər işçi heyətini; makinaçılığı, orfoqrafiya və punktuasiya qaydalarını; müxtəlif sənədlərin çap olunmasında materialın yerləşdirilməsi qaydalarını; nümunəvi formaların istifadəsi ilə xidməti məktubların çap olunma qaydalarını; yazı makinasının, diktofonların, maqnitofonların istismar qaydalarını, qəbuledici-danışıq vasitələrindən istifadə qaydasını; təşkilati-göstəriş sənədlərinin vahid şəkilə salınmış sisteminin standartlarını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin