Dövlət qeydiyyatına alınmışdır


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,67 Mb.
səhifə62/68
tarix28.11.2022
ölçüsü1,67 Mb.
#71020
1   ...   58   59   60   61   62   63   64   65   ...   68
document hrclubaz 108

Ödəniş dərəcələrinə ixtisas tələbləri:
3-cü dərəcə: ümumi orta təhsil, qəbul edilmiş proqram üzrə xüsusi təlim;
4-cü dərəcə: ümumi orta təhsil, qəbul edilmiş proqram üzrə xüsusi təlim və dəqiqədə 200 zərbə sürəti ilə çapetmə, 1 ildən az olmayaraq 3-cü dərəcəli makinaçı vəzifəsində iş stajı;
5-ci dərəcə: orta ixtisas təhsili və 2 ildən az olmayaraq 4-cü dərəcəli makinaçı vəzifəsində iş stajı.
HESABDAR
Əmək funksiyası. Mühasibin rəhbərliyi altında ilkin sənədlərdə olan göstəricilər əsasında hesabatları və işlənib hazırlanmış cədvəlləri doldurur (materiala tələbat, günəmuzd iş üçün naryadlar və s.), mühasibat keçirmələrin qeydiyyatını və hesablara köçürülməsini aparır, mühasibat uçotunun ayrı-ayrı sahələri üzrə sadə hesablamaları aparır. İlkin sənədləri qəbul edir və onların rəsmiləşdirilməsinin düzgünlüyünə nəzarət edir, onların hesab emalına, eləcə də təyin olunmuş mühasibat hesabatının möhkəmləndirilməsinə, dövlət intizamının gözlənilməsinə və təsərrüfat hesabının möhkəmləndirilməsinə istiqamətlənmiş tədbirlərin həyata keçməsində iştirak edir.
Bilməlidir: mühasibat uçotunun təşkilinin əsasını; uçot sənədləri üzrə ilkin sənədlərin forması və onların doldurulma qaydasını; hesablamaların aparılması və hesabatın tərtib olunma qaydasını; hesablama texnikasının istismarı qaydasını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: 3-cü dərəcə: ümumi orta təhsil, təyin olunmuş proqram üzrə xüsusi təlim.
ÇERTYOJÇU
Əmək funksiyası. Tələb olunan miqyasda tuş və ya karandaşla cizgi işini (hissənin, detalın ümumi görünüşünün cizgilərini və digər konstruksiya cizgilərini) eskiz sənədlər əsasında və ya rəsmxətin qaydalarına riayət edərək yerinə yetirir. Sxemləri, spesifikasiyaları, müxtəlif siyahı və cədvəlləri tərtib edir. Cizgiləri rəsmiləşdirir, lazım olan yazılar edir və şərti işarələri qoyur.
Bilməlidir: cizgi işinin yerinə yetirilməsi vasitələri və metodlarını; texniki rəsmxətin əsaslarını; cizgi çəkməkdə işlədilən alətlər və tərtibatları; rəsmiləşdirmə üzrə standartları, texniki şərtləri və təlimatları; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin