Dövlət qeydiyyatına alınmışdır


Ödəniş dərəcələrinə ixtisas tələbləri



Yüklə 1,67 Mb.
səhifə65/68
tarix28.11.2022
ölçüsü1,67 Mb.
#71020
1   ...   60   61   62   63   64   65   66   67   68
document hrclubaz 108

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 3-cü dərəcə: ümumi orta təhsil və xüsusi təlim.
KARGÜZAR
Əmək funksiyası. Korrespodensiyanı qəbul edir, qeydiyyatdan keçirir və struktur bölmələri-nə göndərir. Müəssisə, idarə və təşkilatların rəhbərlərinin tapşırığına müvafiq olaraq sənədləri icraçılara verir, qeydiyyatlarını rəsmiləşdirir. Sənədli materialların keçməsinin qeydiyyat kartotekasını aparır, onların yerinə yetirilməsinə nəzarət edir, qeydiyyatdan keçmiş sənədlər üzrə lazım olan arayışlar verir. İcra olunmuş sənədləri ünvanlarına yola salır. Alınmış və yola salınmış korrespondensiyanın uçotunu aparır, cari arxivin sənədlərini sistemləşdirir və mühafizə edir. Kargüzarlıqda başa çatmış sənədli materialları və qeydiyyat kartotekasını hazırlayıb müəssisə, idarə və təşkilatların arxivinə təhvil verir. Xidməti sənədlərin mühafizəsini təmin edir.
Bilməlidir: müəssisə, idarə və təşkilatlarda kargüzarlığın aparılmasının əsasnamə və təlimatlarını; kargüzarlığın vahid dövlət sisteminin əsaslarını; təşkilati-göstəriş sənədlərinin vahid şəklə salınmış sistem standartlarını; müəssisə, idarə və təşkilatların və onların bölmələrinin strukturunu; xidməti sənədlərin keçməsinə nəzarət qaydasını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: 3-cü dərəcə: ümumi orta təhsil və xüsusi təlim.
AGENT
Əmək funksiyası. Naryad, sifariş və başqa sənədlərlə mal-maddi qiymətlilərini (xammal, material, avadanlıq, komplektləşdirmə məmulatı, inventar, dəftərxana ləvazimatı və s.) alır. Alman və yola salınan yüklərin sənədlərini rəsmiləşdirir, onların daşınılması üçün konteyner və nəqliyyat sifariş verir. Plandan kənar material alınmasını təmin edir. Mal-maddi qiymətliləri müəssisə, idarə və təşkilatların ünvanına göndərir, lazım olduqda yolda onları müşayiət edir və mühafizə olunmasını təmin edir. Yükləmə və boşaltma işlərində texniki təhlükəsizliyə riayət olunmasına nəzarət edir.
Bilməlidir: maddi-təchizatın yükləmə-boşaltma işlərinin təşkilinin əsaslarını; konteyner və nəqliyyat vasitələrinin sifarişini; yüklərin alınması və yola salınması üçün lazımi sənədlərin rəsmiləşdirilməsi qaydasını; xammalın, material və digər mal-material qiymətlilərinin nomenklaturasını və sərfi normalarını; onların nəql edilməsi və mühafizəsi şərtlərini; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını: əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin