Dövlət Qulluğuna qəbul üzrə Müsahibə sualları



Yüklə 179,56 Kb.
səhifə17/21
tarix02.01.2022
ölçüsü179,56 Kb.
#1094
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   21
13.2.6. Qeyri-rezident:

13.2.6.1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;

13.2.6.2. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;

13.2.6.3. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;

13.2.6.4. Bu Məcəllənin 13.2.6.1-ci və 13.2.6.2-ci maddələri Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə aid edilmir;

13.2.6.5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;

13.2.6.6. rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.
89.Prezdentin 2015 ci ildə verdiyi sərəncam və fərmanlar.

1.Polat Bülbüloğlunun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında;2.Dövlət ümümtəhsil müəssisələrində çalışan bilik və bacarıqların dioqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükünün norması 1.5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması haqqında;3.AR SHXDX-nin hərbi quluqçularına “general-mayor”ali hərbi rütbəsinin verilməsi haqqında;


90. Cümhurriyyət dövründə başqa bayraq olubmu olbsa hansı rəngdə olub?

AXC-in ilk bayragi qirmizi ağ olub 1918 21 iyun dan 9 noyabr tarixinedek.9 noyabrdan bu gunedek indiki formada olub.Yəni ilk bayraq indiki türk bayrağı formasında olub,ama 8 ulduzlu olub.

91.Türkçülük, müasirlik, demokratiklik şurıyla ilk dəfə kim çıxış edib?

Əli Bəy Hüseyinzadə.

92. Əli bəy Hüseynzadə hansı jurnalın rəhbəri olub?

Füyuzat. 1 noyabr 1906 cı il. İctimai jurnal.

93.Celil Memmedquluzade hansi jurnalin rehberi idi?

Molla nəsrəddin.



94.Molla nəsrədinçilərlə fuyuzatçilar arasinda ferq nedi?

Ayrı-ayrı ədəbi-ictimai problemlərə münasibətlərində,xüsusən də dil məsələlərində fərqlənir.1-ci lər realizimi, 2-ci lər isə neoromantizimi tərənnüm edirdilər.Molla Nəsrəddinçilərdə sənət xalq üçündür anlayışı əsas idi,sadə xalq dilində yazırdılar.Füyuzatçılar isə romantik idilər qəliz dildə,ərəb-fars ağırlığı dilində yazırdılar,sənət sənət üçündür məsələsini müdafiə edirdilər.

95.20 ci esrin bestekarlari?

Üzeyr Hacıbəyov; Fikrət Əmirov; Tofiq Quluyev; Ələkbər Tağıyev.

96.Azerbaycanda operanin banisi kim olub?

Üzeyr Hacıbəyov.

97.Postsovet olkelerinin hansinda bizdeki Qarabag problem kimi problem var? hansi olkede hansi erazi?

Ukrayna-Krım; Gürüstan-Abxaziya; Moldova-Dnestryani.

98.Azerbaycanin sulhmeramli quvveleri hansi olkelerde olub?

İraq, Əfqanıstan, Kossovo.2008 ci ildə Kossovo müstəqil olub və sülhməramlılar vətənə qayıdıb.İraqdakılarda qayıdıb.

99. Azerbaycan Kosovonun musteqilliyini taniyirmi?niye?

Tanımır.Çünki AZ -da da eyni problem var, yəni Qarabağ münaqişəsinə görə.

100. Azərbaycanın daxil olduğu beynəlxalq teşkilatlar?

BMT-1992.03.02; İKT-1991 dekabr; ATƏT-1992.01.30; AŞ-2000.01.17; MDB-1993.

Üzv olduğu beynəlxalq iqtisadi təşkilatlar:

İqtisadi Əməkdaşlıq Təşkilatı(İƏT), AYİB, BVF, İslam Ölkələrinin İƏT (1992), Qara Dəniz İƏT(1993), Dünya Bankı(1992), ÜTT müşahidəçi statusunda(1993), GUAM(1997).

101.Cumhuriyyet dovrunde yaradilan general qubernatorluglar hansilardi? Ne zaman yaradilib? General qubernatorlari kim olub?

Qarabağ general-qubernatorluğu 1919 cu il 15 yanvarda Xosrov bəy Sultanovun başçılıqı ilə yaradılıb.Cavanşir,Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edir.

Naxçıvan general-qubernatorluğu 1919 cu il 28 fevralda Səməd bəy Cəmilinskinin başçılıqə ilə yaradılıb.

102.2008 ci ilde Rusiya ile Gurcustan hansi erazi uzerinde muharibe edirdi?

Cənubi Osetiya, Abxaziya.

103.Azerbaycan-Ermenistan munasibetlerinin tarixi kokleri.

Qarabağ müharibəsi — 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycan arasında şiddətli hərbi ixtilaf. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin davamı olmuşdur. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 yaxın insane həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruzqalmışdır. Cənubi Qafqazın iki dövləti arasındakı münaqişə 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddiaları şəklində başlayıb. Azərbaycan 20% ərazisi – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona yaxın 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalanıb və Rusiya, Fransa və ABŞ kimi dövlətlərin həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında başlanılan sülh danışıqları hələdə uğursuz şəkildə davam edir. İşğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə Ermənistan tərəfindən icra edilməmiş olaraq qalır. Müharibə illərində Azərbaycana böyük maddi və mənəvi zərər dəymiş, çoxu günahsız dinc sakin olan 30 min azərbaycanlı ermənilər tərəfindən qətl edilmiş, bir milyona yaxın insane qaçqın və məcburi köçkünə çevrilmişdir. İşğal edilmiş ərazilərdə 600 məktəb, 65 peşə məktəbi və 700 səhiyyə obyekti Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası 1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Ermənistandan qovulan azərbaycanlıların ilk dalğası 1988-ci yanvarın 25-də Azərbaycana yetişir. 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır.Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalır.

104.Hansi emeliyyat sistemlerini taniyirsan?

PC/DOS, OS/2, MS DOS, UNİX, Windows.

105.Office proqramlarina hansilar daxildir?

Word, Excell, Access, Power Point.

106.Korrupsiya nedir?

Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.



107.Azərbaycan dili nə vaxtdan rəsmi elan olunub?

27 iyun 1918 ci ildə.

108. Dövlət qulluğunda ikili vətəndaşlığa icazə verilirmi?

Verilmir.

109. Davos İqtisadi Forumu.

Davos İqtisadi Forumunun tarixi: Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında – potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.

27-31 yanvar 1995-ci ildə Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial- mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Sonuncu dəfə 2015 ci il 22 yanvar tarixində İlham Əliyev DİF çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda sessiyada işyirak edib. Yüksək səviyyəli rəsmi şəxslərin qatıldığı sessiyada dövlətimizin başçısı İlhan Əliyev çıxış edərək Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən,enerji sektorunda əldə olununan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsindən,ölkəmizin qlobal enerji layihələrində fəal iştirakından,Avropanın enerji təhlekəsizliyinin təmin olunmasında Azərbayacanın önəmli rolundan, “Cənub”qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışıb.

110.Charlie Hebdo qəzeti.

Parisdə Fransanın satirik Charlie Hebdo qəzetinə hücum Məhəmməd Peyğəmbərin qəzəb doğuran karikatularını dərc edən Qərb mətbuat orqanlarını hədəf alan hücumlar silsiləsində sonuncusudur. Qarşıdurma on il bundan əvvəl DanimarkanınYullands-Posten qəzeti Məhəmməd Peyğəmbərin 12 karikaturasını dərc etdiyi vaxt başlamışdır. Bundan bir neçə ay sonra müsəlman ölkələrində karikaturaların dərc olunması haqda xəbərlər zorakılıqlara yol açmış və hadisələrdə 200-dən çox insan həyatını itirmişdi. Parisin həftəlik Charlie Hebdo qəzeti və onun qətlə yetirilmiş redaktoru Stefani Şarbonniyer ifadə azadlığının çərçivələrini sınaqdan keçirən karikatura və məqalələrin önündə gedirdi. Lakin bir sıra müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin karikaturaları və islama aid həcvlərə qəzəbli reaksiyalar verilmişdir. Vaşinqtonda ABŞ prezidenti Barak Obama Parisdə hücumu kəskin qınayıb. Lakin 2012-ci ildə Ağ Ev Məhəmməd Peyğəmbərin çılpaq təsvir edildiyi karikaturaya toxunmuşdu. Ağ Evin o zaman mətbuat katibi Cey Karni demişdi ki, ABŞ karikaturanın dərc edilməsi hüququnu sual etmir, lakin onun dərc edilməsi qərarının verilməsi ilə bağlı sual qaldırır.

Charlie Hebdo Fransada (Parisdə) 2011-ci ildə ilk dəfə Məhəmməd Peyğəmbərin (s.ə.v.s) karikaturasını çəkmiş mətbuat orqanıdi. Bu hadisədən sonar həmin mətbəə etiraz olaraq yandırılmışdır. 2012-ci ildə yenidən bu karikaturalar çəkilir. 2015 –ci il başlar-başlamaz revanş məqsədilə həmin metbəə orqanında terror aktı törədilir.Hadiseden 3 gun sonar isə 4 milyon tirajla yenidən bu karikaturalari çəkirlər və Amerika başda olmaqla Avropa da bunu mehdudlaşdira bilmərik, azadlığdir deyib dəstək oldular.Buna etiraz olaraq Çeçenistanda kütləvi mitinq olmuşdur.

111.Fedarativ dövlət nədir?

Fedarativ dövlət-vahid qanunverici və icraedici hakimiyyətlə yanaşı ölkənin ayrı-ayrı izibati ərazi bölgələrində (respublika, əyalət, ştat) özlərinin konstitusiyası,qanunverici, icraedici və s. Hakimiyyət orqanları fəaliyyət göstərən dövlətlərdir.ABŞ, Kanada, Meksiksa,Argentina, Belçika, Avstrya,İspaniya, Almaniya, Rusiya və s.

112.Normand dörtlüyü?

Ukrayna, Rusiya, Fransa prezdentləri və Almaniya kansleri arasında görüşdü. 12.02.2015 ci ildə olub. Ukrayna və Rusiya arasında atəşkəs sazişi imzalanıb.

113.Manatın məzənnəsi haqqında?

MB-ın idarə heyətinin 21 fevral 2015 ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN müəəyən edilib.MB-ın yaydığı məlumata görə, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığının təmin etmək məqsədilə qəbul edilib.Bu valyutanın devalivasiyası adlanır.Devalivasiya- pul vahidinin dəyərdən düşməsidir.Daha izahlı desək,pul digər ölkələrin valyutasına görə dəyərini itirirsə, o zaman pulumuz devalivasiya olunur.Bu zaman ölkəyə idxal olunan malların qiyməti qalxır, yerli malların isə qiyməti düşür.

114.Dağlıq Qarabağa daxil olan rayonlar?  

Dağlıq Qarabağ  Azərbaycan Respublikasının qərb hissəsində bölgə. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada Ərazisi 4,4min kv.km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti  yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur.[1] Vilayətin tərkibinə  Xankəndi  şəhəri,    Xocavənd,Xocalı və Şuşa inzibati rayonları daxildir.

115.Dövlət nədir?

Dövlət-siyasi hakimiyyət təsisatları sistemidir, ölkə ərzisi hüdudlarında ictimai həyatı özünəməxsus üsul və vasitələrlə nizamlayır.Bir siyasi birlik kimi müəyyən struktura malikdir,siyası hıyatı müəyyən cəhətdən təşkil edir və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edir.



116. Genosid nədir?

“Nəsli, tayfanı məhv etmə” deməkdir.İrqi, milli və ya dini səbəblərə görə əhalinin ayrı-ayrı qruplarının məhv edilməsidir.Genosid bəşəriyyətə qarşı ən ağır cinayətdi.



117.Xoalı soyqrımı.

1992 ci il fevralın 25-dən 26 –na keçən gecə ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366 cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyilə Xocalı şəhərini işğal etdi.Mühasirəyə alınan şəhərdə qlmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümüdi ilə şəhəri tərk etdi.Amma bir günün içərisində yer üzündən silinən şəhəri tərk edən 2500 xocalı sakinindən 613-ü düşmən güləsinə tuş gəlib qətliamın qurbanı oldu.Bu soyqrım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla- 613 nəfər xocalı sakini qtlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valdeyinini, 130 uşaq valdeyinlərindən birini itirdi.Yaralanan 487 nəfərdən 76-sı uşaq idi.1275 xocalılı əsir, 150-si əsir düşdü. Hazırda bu soyqrımın bütün dünyaya tanıdılması AZE xarici siyasətinin əsas istiqamətlərindən biridir.




Yüklə 179,56 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin