Dünya əDƏBİyyati 42 MÜƏLLİM: f.ü. f d. M. R. Yaqubova VII mühaziRƏ Mövzu: XIX əsr amerika əDƏBİyyati



Yüklə 48,89 Kb.
səhifə4/11
tarix02.01.2022
ölçüsü48,89 Kb.
#42611
1   2   3   4   5   6   7   8   9   10   11
muhazire 7

Ceyms Fenimor Kuper

Milli Amerika ədəbiyyatının ilk qiymətli nümunələrini yaradan Kuper məhsuldar yazıçılardan olmuşdur. C.F.Kuper əvvəlcə kiçik tarixçələr, sonralar isə Qərbi Avropa yazıçılarının təsiri altında ilk romanlarını yazmağa başlayır. İlk romanı olan "Ehtiyat" heç bir uğur qazanmamasına baxmayaraq, bu gənc yazıçı həvəsdən düşmür və yeni əsər "Casus" romanı üzərində işləyir. Müəllifin fikrincə, bu əsl Amerika romanı olmalı idi. Doğurdan da o dövrə qədər Yeni Dünyada yaranan bədii əsərlər daha çox Avropa ədəbiyyatlarının, xüsusilə, ingilis ədəbiyyatının təsiri altında yazıldığından, onlarda milli xüsusiyyətlər çox az idi. Digər tərəfdən də hələ Amerika xalqı heç də düz-əməlli formalaşmamışdı. Bunu çox yaxşı dərk edən Kuper məhz milli Amerika ədəbiyyatını yaratmağa çalışır.

"Casus" romanının uğurlarından sonra Kuper daha böyük həvəslə milli Amerika romanları yazmaq qərarına gəlir və "Pionerlər" adlı əsəri üzərində işləyir. İlk dəfə olaraq bu romanın səhifələrində sonradan Dəri Corab, Vəhşi heyvan ovçusu, Şahingöz, Uzun Karabin və Ləpirçi ləqəbləri ilə tanınacaq "ağ adam" Nataniel (Natti) Bamponun və onun "qırmızı dərili" hindu dostları Çinqaçkuk, onun oğlu Unkas göründü. "Pionerlər" romanı çap olunandan bir il sonra dəniz mövzusuna həsr etdiyi ilk romanını - "Lotsman" əsərini yazır. Boston uğrunda müharibə mövzusu da o dövrdə çox populyar idi və Kuper bu mövzuda ingilis zadəganlarının həyatından bəhs edən "Layonel Lankoli" romanını yazmışdır.

Kuper uşaqlıqdan haqsızlıqlara qarşı barışmaz olmuşdur. Gözləri önündə hindilərə məxsus torpaq sahələri hərraca qoyulanda, siyasi avanturistlər cəzasız qalanda, müstəmləkəçilər yerli əhali ilə qəddarcasına rəftar edəndə o kədərlənmiş, qəlbində yaşadığı quruluşa nifrət oyanmışdır. Avropa səyahətindən sonra "Mədəni Amerikada" törənən haqsızlıqlara daha kəskin etirazını bildirmiş və 1835-ci ildə "Mogikanlar" adlı alleqorik satirasını yazmışdır. Yazıçı bu original romanında Amerika həyatının xarakterik cizgilərini mahir rəssam fırçası ilə çəkməyə nail olmuşdur. Yazıçının digər romanlarında da sosial həyatın eybəcərlikləri açılıb göstərilirdi. Bu əsərləri oxuyan Amerika "Vətənpərvərləri" özlərini təhqir olunmuş hesab etmiş və cəmiyyətə guya böhtan atdığına görə Kuperi məhkəməyə vermişdilər. Amerikalılar bundan sonra uzun müddət Kuperlə barışa bilməmişlər. Məşhur tarixi romanları çap olunandan, şöhrəti bütün dünyaya yayılandan sonra belə o, müasirlərinin haqsız hücumlarına məruz qalmışdır. Belə ki, Atlantik okeanının o biri sahilində, Avropada Kuperin adını Valter Skotla, Balzakla, hətta Şekspirlə yanaşı çəkirdilər, vətənində isə ona töhmətlər yağdırırdılar. Görkəmli Amerika yazıçısı German Mervilin sözləri ilə deyilərsə, "müasirləri sadəürəkli adamın, böyük insanın yaradıcılığını düzgün qiymətləndirə bilməmişdilər".

Tarixi mövzular bütün yaradıcılığı boyu Kuperi özünə cəlb etmişdir. Doğrudur, onun tarixı müraciəti heç də uğurlu olmamışdır. Avropa səyahəti zamanı böyük Şotland yazıçısı Valter Skotun yolu ilə gedərək mövzusunu orta əsr Avropa həyatından aldığı "İgid", "Heydenmauer", "Cəllad" trilogiyasını yazmışdır. Bu əsərlər yazıçının əvvəlki romanlarından zəif alınmışdır.

Kuperin bədii yaradıcılığında əsas yeri Dəri Corab daqqında romanlar silsiləsi təşkil edir. Kuper sanki ona görə dünyaya gəlmişdi ki, hindi mövzusunu böyük ədəbiyyata gətirsin. O, hindiların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hindilərin şifahi xalq ədəbiyyatının təsiri məhz Dəri Corab haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır.

Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il işləmişdir. Dəri Corab haqqında romanlar silsiləsinə beş əsər ("Pionerlər", "Sonuncu Mogikan", "Ləpirçi", "Preriya", "Vəhşi heyvan ovçusu") daxildir. Bunlar dünya ədəbiyyatı xəzinəsində "Pentalogiya" adı ilə tanınır.

Yazıçı Dəri Corabın və onun sadiq dostlarının macəralarını romantik boyalarla təsvir etdiyi halda, Amerikanın müstəmləkəyə çevrilməsini real cizgilərlə göstərir. Kuper "Pentalogiya"-ya daxil olan romanlarındakı hadisələri də məhz bu konflikt üzərində qurmuşdur. Xeyirxah Natti Bampo və onun köhnə dostu hindi Çinqaçkukla gecə-gündüz qazanc əldə etməyə çalışan tamahkar insanlar arasında toqquşma baş verir. Məşhur rus yazıçısı Maksim Qorki Natti Bampo obrazının faciəli taleyi və ictimai mənası barədə yazırdı ki, "özünün saf və düzgün fikirləri, cəsarətli işləri ilə hər yerdə oxucuların rəğbətini qazanmışdır. Yeni Dünyanın meşə və səhralarının tədqiqatçısı olan bu adam həmin səhra və meşəliklərdə insanlar üçün yollar salmışdı. Sonradan onlar Bamponu bir cani kimi mühakimə edirlər. Çünki Bampo onların mənfəətini güdən qanunları pozmuşdu... O, bütün həyatı boyu vəhşi adamlar arasında mədəniyyət yaymaq üçün böyük coğrafi miqyasda fədakarcasına çalışmışdı. Axırda isə özünün ilk dəfə cığır açıb yaydığı həmin mədəniyyətin törətdiyi şəraitdə yaşamaq haqqında sahib ola bilməmişdir". Nataniel Bampo cəsarət, mərdlik, dosta sədaqət, nəciblik və namusluluq kimi gözəl insani keyfiyyətləri özündə təcəssüm edir. O, "göyərçin ürəyinə və şir sinəsinə" (V.Belinski) malik insan idi. Natti Bampo "işgüzar gəlmələrin" Amerikanın füsunkar təbiəti və əsil sakinləri üzərində zor işlətmələrinə göz yuma bilmirdi. Cavanlığında o, özü də haqsızlığın acısını dadmış, böhtanlara məruz qalmışdır. Ona görə də şəhərdən və insanlardan üz döndərib geniş çöllərə pənah aparmışdı.Natti Bampo incidilənlərin, var-yoxdan çıxarılanların müdafiəçisi və xilaskarıdır. O, geniş düzənlərin yazılmamış təmiz qanunlarının qoruyucusu və bəroaçısıdır. Yaxın dostları və tərəfdarları Çinqaçkuk — Böyük İlan, onun igid oğlu, mogikan nəslinin axrıncı nümayəndəsi Unkas da sədaqətli və səmimi olub məqsəd uğrunda mübarizədə ardıcıldılar.



U.K.Brayant

XIX əsr Amerika poeziyasının məşhur qollarından biri olan “Yeni Nyu-York qrupu”nun (New York Group) ən tanınmış nümayəndələrindən biri U.K.Brayant Massaçusets ştatında keşiş ailəsində anadan olmuşdur. O, 1821-ci ildə Massaçusetsdə şeir və poemadan ibarət ilk kitabını nəşr etdirmişdir. Bu kitaba salınmış əsərləri ilə U.K.Brayant Amerika poeziyasında simvolizmin əsasını qoymaqla yanaşı, poeziyada yeni sənət müəllifi kimi tarixə düşmüşdür. U.K.Brayantın ən məşhur əsərlərindən biri “Ölüm kabusu” adlanır. Təbiətlə bağlı simvollar, sinonimlər, metaforalar və yeni ədəbi-bədii terminlərlə zəngin olan bu poema «Thanatopsis» (Yunanca ölüm görünüşü – Greek meaning view of death) adlanır. Bu poema ilə müəllif Amerika poeziyasının ən iri həcmli şeirinin əsasını qoymuşdur. Bu əsər ona görə qiymətlidir ki, orada gənc şair sərbəst şeir vəzni ilə bütün ifadələrin və sözlərin qüvvəsindən tam istifadə edə bilmişdir. Sərbəst şeir vəzni adından göründüyü kimi, misraların həm həcmi, misra arası bölgü, həm də qafiə sistemi etibarilə sərbəstliyə daha çox imkan verir. Bu növ şeir hər sətrdə eyni heca vəznini saxladığına görə başqalarından seçilir. Birinci sətrdə verilmiş məna mexaniki olaraq o biri sətrə keçir və həmin sətrin ortalarında tamamlanır. Bu zaman simvollar bütün sətrlərdə olan mənaları birləşdirir. Həmin simvolları başa düşmək üçün bütün cümləni oxumaq və onun mənasını anlamaq lazımdır. Belə hallarda əgər hər hansı sətrin və cümlənin mənası başa düşülməyəndə həmin cümlənin mübtədasını tapmaq və onunla bütöv mənanı və simvolları dərk etmək lazımdır. «Ölüm kabusu» əsərində olduğu kimi. U.K.Brayant bütünlükdə dinə, qədim adət-ənənəyə sadiqlik simvolunu tərənnüm edir. Şair əsərində «Barcan pertaining to Barca» ifadəsini işlədərkən Aralıq dənizinin sahillərində, daha doğrusu, Şimali Afrikada yerləşən Barka adlı yerə işarə edir və burada simvolik elementlərin imkanlarından istifadə olunur. U.K.Brayant «Meşəyə girmək üçün icazə» şeirində isə mülayim küləyi, mavi səmanı, qayaları, quşları, həşəratları canlı və realist təsvir edir. Belə demək olar ki, U.K.Brayant da Ceyms Fenimor Kuperin «Ləpirçi», «Sonuncu mogikan» və s. əsərlərində olduğu kimi, meşədən, təbiətdən ilham alır. U.K.Brayantın 1825-ci ildə yazdığı «Meşə himni» («Forest Hymn») şeirində Allahın yaratdığı hər bir gözəllik onun ürəyini riqqətə gətirir. Yaşıl yarpaqların titrəməsi onu həyəcanlandırır. O zamanlar təbiət mövzusunda yazılmış çoxlu poetik nümunələr var idi. Lakin bu əsər bəzi cizgilərinə görə fərqlənirdi. Bu gözəl çiçək bir xoşbəxt insana, dərindən nəfəs alıb gülümsəmək isə onun təbiəti nə qədər sevdiyinə bir işarədir. Burada isə qəlb və duyğu ilə təsvir olunan əsər özünü tamamlamışdır. U.K.Brayant ömrünün sonunda «Şair» (1863), «İllərin axını» (1876) şeirlərində özünün son sözünü deyə bilmişdir. U.K.Brayant poeziyası düşündürücü və təsviredici xüsusiyyətlərə malik ilk Amerika şairi idi. Bu cəhət onun tədqiqatçılarının da diqqət mərkəzində olub. U.K.Brayantın ömrünün son illərində yazdığı şeirlərində («Şair», «İllərin axını») gəncliyində yazdığı şeirlərdəki fikirləri təkrarlamışdır. Bir qayda olaraq o daha çox səmanı, meşəni, gülləri, çayların axınını, heyvanları, təbiət mənzərəsini təsvir etmiş və həmişə puritianların yüksək ideallarını əks etdirməyi daha üstün tutmuşdur.


Yüklə 48,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin