Seçmə aşıq şeirləri
166
BĠLƏR
Nədir yar həsrəti,
vüsal həsrəti,
Həsrətdən titrəyən dodaqlar bilər.
Ülvi
məhəbbəti,
nurlu isməti,
Həyadan qızaran yanaqlar bilər.
Bülbülsüz şöhrəti olmaz gülün də,
Çəmənsiz bəzəyi yoxdu çölün də.
Alışan,
közərən şair əlində,
Qələm nələr çəkir varaqlar bilər.
Bəhmən, nə gəzirsən itən çağında,
Min bir xatirə var ötən çağında.
Ömrün yetmişinə yetən çağında,
Sən niyə cavansan? – O dağlar bilər.