Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə101/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   97   98   99   100   101   102   103   104   ...   125
 
 
161 
NƏRĠMAN HƏSƏNZADƏ 
 
(1931) 
 
TƏLƏSMƏ 
 
Dedim mən sevirəm, dedi sevginən
Dedim qoşa gəzək, dedi tələsmə. 
Dedim bağ içidi, dedi seyr elə
Dedim bir gül üzək, dedi tələsmə. 
 
Dedim bir vədə ver, xəyala varma,  
Dedi zəhmət çəkib özünü yorma. 
Dedim, qadan alım, dedi yalvarma
Dedim onda küsək, dedi tələsmə.  
 
Dedim mən aşiqəm al yanağına, 
Dedi bülbül qonar gül budağına,  
Dedim,  
   üzük taxım qoy barmağına, 
əhdi-peyman kəsək,  
  dedi tələsmə.   


 
 
Seçmə aşıq şeirləri 
 
162 
 
MƏNĠ BAYRAQ KĠMĠ  
TUTUN YUXARI 
 
Mənim həyatımın nə mənası var, 
sizin üzünüzdə gülüş olmasa. 
Babamın yadigar bir duası var: 
səngər nəyə gərək döyüş olmasa. 
 
Həyatın əzəli qanunu budur, 
bağı dolaşırlar bağ bağ olanda. 
Hər torpaq dünyada 
                          məmləkət olmur
parça var – yaşayır bayraq olanda. 
 
İnsanlar olubdu dünyada bir vaxt
kimidən ad qalıb, kimidən əsər. 
Dibçəkdə bəslənən palıdlara yox, 
çöldə – ağaclara meşə deyiblər. 
 
Çətindir keçilən ömür yolları, 
yaşamaq özü də istəyir hünər.  
Məni bayraq kimi tutun yuxarı, 
sizə lazım olsam… o parça qədər.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin