Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə99/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   95   96   97   98   99   100   101   102   ...   125
 
 
157 
 
 
YAġ 60-A ÇATANDA 
 
Dağ başına qar gəlir,  
Yollar izlər dar gəlir. 
Dünən düşündüklərin 
Bu gün sənə dar gəlir
Yaş 60-a çatanda. 
 
Dərədən duman keçir, 
Keçir, nə yaman keçir. 
Dünən “gəl-gəl” deyənlər 
Bu gün səndən yan keçir – 
Yaş 60-a çatanda. 
 
Ağrılar cana keçir
Baхmayır, qana keçir. 
Хəyalından uşaqlıq, 
Könlündən ana keçir – 
Yaş 60-a çatanda... 
 


 
 
Seçmə aşıq şeirləri 
 
158 
 
 
ANALAR 
 
Elə ki, balalar gəlir dünyaya, 
O gündən hey ölçüb-biçir analar. 
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar. 
 
Dözür hər əzaba o bilə -bilə. 
Yaşayır, sirrini salmadan dilə. 
Vaxt olur, qaldırıb ağını belə, 
Şərbət əvəzinə içir analar. 
 
Unudub illərin yorğunluğunu, 
Həyatda dincliyi, evdə yuxunu: 
Sevincin azını, qəmin çoxunu
Yükün ağırını seçir analar. 
 
Özüm də bilmirəm, Hüseyn, niyə? 
Başımın tüstüsü çəkilir göyə. 
Torpağım anasız qalmasın deyə 
Torpağın qoynuna köçür analar.  


 
 
159 
 
 
 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin