Seçmə aşıq şeirləri
160
ġEĠR DEYĠLMĠ?
Məndən
təzə şer xəbər alan dost,
Bəs yazın gəlməsi şer deyilmi?!
Gəzməyə çıxanda - çölün, çəmənin
Üzünə gülməsi şer deyilmi?!
Yenə gözüm qalıb bağçada, bağda,
Min-min gül açıldı aranda, dağda.
Eyvana əyilən çarpaz budaqda
Bülbülün nəğməsi şer deyilmi?!
Seyr elə hüsnünü göydə durnanın.
Qayada kəkliyin, göldə sonanın.
Aynabənd otaqda gəlin anamın
Şirin laylay səsi şer deyilmi?!
Dərədə moruq dər, döşdə çiyələk.
Gah yağış
xoş gəlir, gah sərin külək.
Yaş ötür, doymayır
dünyadan ürək, -
Yaşamaq həvəsi şer deyilmi?!
Kim deyir şerin meydanı dardır?
Sonu görünməyən bir ilk bahardır.
Neçə ki, həyat var şer də vardır,-
Həyatın nəfəsi şer deyilmi?!