Seçmə aşıq şeirləri
156
HÜSEYN ARĠF
(1924-1992)
VAR MƏNĠM
Yığılmır yollardan fikrim, xəyalım,
Görən bu yollarda kimim var mənim?
Sazda Kərəmiyə qoşulan səsim,
Kamanda inləyən simim var mənim.
Kəsilib qapıdan
gedib-gələnim,
Yox mətləb qananım, qədir bilənim.
Dumanlar içində yorğun köhlənim,
Tufanlar qoynunda gəmim var mənim.
Hüseyn, nə oldu qönçə niyyətim?
Daşlara toxundu ilk məhəbbətim.
Özgəni güldürən
sözüm-söhbətim,
Özümü ağladan qəmim var mənim.